Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

22:40 / 27.12.2025
Baxılıb: 54

Bilirik ki, Aşıq Ələsgərin xalq ruhu ilə həmahəng olan əsərləri Azərbaycanın mədəniyyət xəzinəsinə əvəzsiz töhfələr bəxş edib. Onun təbiətə məhəbbəti, vətənpərvərlik hisləri, ana dilimizin saflığına münasibəti, dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Mənbələrdə deyildiyi kimi, Aşıq Ələsgər özündən sonrakılar üçün misilsiz bir məktəb formalaşdırıb...

Tam mənası ilə (bizə) bəllidir ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik Aşıq sənətinin ən mükəmməl, ən qabaqcıl nümayəndələrindən biridir. O, Aşıq sənəti ənənələrini ömrünün sonuna kimi şərəflə qoruyub, davam etdirib. (Üstəlik) yaradıcılığında əsasən qoşma, gəraylı, təcnis, qıfılbənd... kimi janrlar (xüsusilə) üstünlük təşkil edən görkəmli aşığın Azərbaycan poeziyasının inkişafında (da) diqqətçəkən xidmətləri var. Əbəs yerə deyil ki, onun sənət nümunələri bu gün də el tərəfindən sevilməkdədir.
(Bəlli ki,) Aşıq Ələsgər yaradıcılığı barədə yüzlərlə elmi-poetik təd­qiqat işi yazılıb. Bu işlərdən biri də istedadlı şair Yusif Nəğməkarın yazdığı “Ələsgər zirvəsi”dir. Burada Ələsgər poetik Obrazdır, saz-söz (isə) ictimai-ədəbi gerçək kimi əks edir...
Səmimi etiraf edək ki, “Ələsgər zirvəsi” poeması bu günə qədər Dədə Ələsgər haqqında yazılmış poemalardan quruluş, məna özəllikləri, məzmun sərrastlığı, ictimai reallığı ilə fərqlənir, əsər həm də dramatik səhnələrlə zəngindir.

Əslində, Yusif Nəğməkarın Ələsgərlə bağlı bu kitabında fikir (bədii sual kimi) mürəkkəb-metafizik (batini) məna kəsb edir, bir sıra pünhan zərrələr aşkar zərurət kimi diqqətə çatır; onları açmaq üçün dərin mün­də­ricələr tapmaq, aşkar surətləri gizlin mənalarda təqdir etmək tələb olunur.
Bu kitabda əsas məğz müəllifin Allah, kainat və yaradılış konteksti üzrə mümkün mülahizələr vermək cəhdidir; biz bu mülahizələrin zahiri qatını yaradılışın dürüst istiqamətləri kimi xarakterizə edir, Göyün, Yerin, bütünlükdə kainatın Allaha məlum bir təməlin üzərində bərqərar olduğu qənaəti ilə üz-üzə qalırıq. Bu təməl üzərində məkan fəhm edən Ələsgər də bizi bu israrda (tutub) saxlayır.
Aşağıdakı şeir parçaları bunun mümkünlüyünü isbat edir:

Kim? Ələstdən “bəli!” deyən o bəlli,
Pak ruhuyla Qalu-bəla təməlli.
Ərki olan Şahi-Mərdan o Əli –
Ələsgərdi, Ələsgərdi, Ələsgər.

O üçlər, o beşlər, yeddilər, qırxlar –
Hər biri saf duyğu axıdan arxlar!..
Onlardan güc alıb, dolanan çarxlar,
Ələsgərdi, Ələsgərdi, Ələsgər.

Kitab boyu Yusif Nəğməkar həm görkəmli aşıqla (öz) fəlsəfi təmasını dərinləşdirir, həm də Ələsgər şeirinin mahiyyətini (öz) zəruri fikirləri ilə açır, oxucuya Lövhi-Məhfuzda yaradılışın Allaha aid olması faktı barədə anlayış verir, - yəni, bəlli edir ki, ərşin - külli-kainatın bənnası Allahdır. Allahın bir “Ol!” kəlməsi ilə hər şey nizama düşüb... Aşıq Ələsgər kimi batini mənalar (da) məhz yaradılışın aşkar surətləridir.
İstedadlı şair kitabda Ələsgər şeirinin batini qapalı-aşkar tərzlərini özünəməxsus eyhamlarla diqqətə çəkib, idrak edib ki, Allah Ərşdən sonra Müqərrəb mələkləri (Allahın mərifət və məhəbbətinə qərq olub Ona itaət edən, Allah dərgahına yaxın mələklər) - Ərşi-Əzəmi, Haffun və Saffunu, digər mələkləri xəlq edib, onlara Ərşin yanında məskən yaradıb. Onların bir qismini Kürsüdə, bir qismini Sidrdə, digər bir qismini Livaul-həmd altında, bir çoxlarını Cənnətdə, minlərlə mələyi də göydə, yerdə, dənizlərdə, Cəhənnəmdə yerləşdirib... Bu mistik-fəlsəfi gerçəklər Aşıq Ələsgər şeirinin əsas ədəbi qayəsidir, kitab boyu müəllif bu kontekstləri müxtəlif aspektlərdən cilalamağa müvəffəq olub...

Yusif Nəğməkarın yeni kitabında sual-kontekstdə qəti cavaba sirayət edən bir çox nüanslar olduğundan, deməliyik ki, Ələsgər şeiri batini məna da (konkretlik) ifadə edir, aşkar surətlər də. Allaha aid müfəssəlliyin bəzi prosesləri bu kitabda zəruri fakt kimi açılır. Burada Ələsgərə aid zəruri kəsblər də zahiri səciyyəvi tərzdədir; “Həm irfandır, həm təsəvvüf, həm sufi, Həm arifdir, həm maarifdir, həm şafi. Həm hürufi, sidqi məqbul, həm kafi, Ələsgərdi, Ələsgərdi, Ələsgər” ədəbi faktında şair bu üstüörtülü-qabarıq fəhmləri hər kəsə bir ismarıc kimi ünvanlayıb, Allah eşqində təcəlla edən aşıq-şairin bir az aşkar, daha çox (isə) pünhan olmasını israrla müəyyən edib.
Yusif Nəğməkarın yeni kitabı bizə bəlli bir həqiqəti də təlqin edir: Aşıq Ələsgərin Azərbaycan Aşıq sənətinin inkişafında yeri və rolu böyükdür, ustad aşığın miras qoyduğu poetik ənənələr bundan sonra da öz sanbalını qoruyub saxlayacaq. Eyni zamanda Yusif müəllimin dədə Ələsgərlə bağlı ibrətamiz şeirlərini oxcuduqca (həm də) belə qənaətə gəlirik ki, Aşıq Ələsgər yaradıcılığı gözəlliklə, müdrikliklə əhatələnmiş söz ümmanıdır.
Bilirik ki, Aşıq Ələsgər şeirində başlıca mövzu məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiətin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği və ictimai nöqsanların tənqidi və s.-dir. Yusif Nəğməkar isə Ələsgər şeirində batini mənaları ifadə edib, bu yöndə zəruri faktlara diqqət çəkib. Səmimi deyək, Ələsgər şeiri hansı miqyasda xalq ruhu ilə həmahəngdirsə, Yusif Nəğməkarın ustad aşığa həsr etdiyi fundamental əsər(i) də o çəkidə misilsizdir.

...“Vəhdəti-vücuda” ünvan alan qət,
On-on mərtəbələr, məqamlar, əlbət –
Şəriət, təriqət, mərfət, həqiqət,
Ələsgərdi, Ələsgərdi, Ələsgər...

Zənnimizcə, bu batini səbəblər əsasında Yusif Nəğməkar Ələsgər şeirini ideal fövqə qaldırıb, oradakı ədəbi nüansları ciddi-cəhdlə oxucuya açıb. Bu silsiləvi cəhddə hansı təpər rəng tapır, hansı müəmma eyhamla diqtə edilib, biz tam görə və idrak edə bilirik. Anlayırıq ki, “Vəhdəti-vücuda” ünvan alan qət”” kimdir, nə üçün “Şəriət, təriqət, mərfət, hə­qiqət” onun bətninə tam sığa bilir...
“Ələsgər zirvəsi” başlıqlı poemada ədəbi qayə (bir qədər də) xof və sarsıntı içində çabalamaq, hadisələrə ayıq baxışdır. Bu əsərdə həyatın hər anı və bu səksəkədə dünya üçün həyəcan doğuran son iztirab, son ümid ləngər vurur. Yusif müəllimin bu ricəti (bu müraciəti) əslində, çox poetik, çox fəlsəfi və çox vacibdir; şair yorğun ruhunda çırpınan arzulara dəmir zireh geyindirir, yerin məsuliyyətinə cavabdehlik daşıyır... bu simmetrik gerçəyin ilıq ovqatında həsrət çalarları da diqqət çəkir.
Yusif Nəğməkar şeiri Ələsgər şeirindəki ruhsallığı ömrün idrakda təcəlla edən mühüm cizgisi kimi ehtiva edir. Oxucuya aydın olur ki, aşığın könül dünyasının səmasında da, yaradıcılığının sənət fövqündə də elə bu tərzlər mürgü vurur... “Ələsgər zirvəsi”ni oxuduqca belə qənaətə gəlirik ki, fəlsəfi dəyərlər ruhun müjdəsi, dalğın baxışlı ləngərlər insan vəcdinin ağır ehtişamıdır. Bu salxarlı çırpıntının odunda yanaq pörtmək idrakda görünə bilmək fəlsəfəsi kimi eyhamlanır... Əsərdə ictimai sədd kimi diqtə edən ədəbi fəhm şüurüstü qatda sanbal tapır. Biz bütün hallarda (oxucu olaraq) özümüzü o əhatənin içində görür, bu təlatümlərdən vəcdə gəlirik.
Yusif müəllim Ələsgər şeirinin (əsas) prototipini (ən başlıca səciyyəni) insan-dünya varlığının dərki kimi əxz edir, ustad aşığın fəhmində sevgini bir hayqırtı kimi mənalandırır, ruhumuzu çox uzaq səmtlərə - idrakın üst qatlarında zahir olan gerçəklərə, vəcd anında yaranan susqunluğa, həniri günəş istisi qədər ilğımlı duyğulara çəkir. Biz həmin anı yaddaşımızın dərin qatlarında çırpınan işığa bükür, o işığın daha nurlu olması üçün ruhumuzu sakit hücrələrə yönəldirik. Yaxşı qavraya bilirik ki, Ələsgər bütün zamanlarda “Haqq ilə nahaqqı axtaran hakim”dir, onun poetik ədaləti üzərində nəfsani-şərçi fəhmlərə yer yoxdur...

“Ələsgər zirvəsi”ndəki ötkəm ruh, pərişan-ovqatverici təsir(lər) Ələsgərdən Yusif Nəğməkara qədər olan dövrlərin hamısını əhatə edir. Buradakı Obrazın isti baxışları gözüaçıq, fəal və çevikdir, (onun) şüurda cilalanan hisləri dərin çək-çevirdədir. Yaxşı haldır ki, Yusif müəllim oxucuya duyğu ilə ünsiyyətin, baxışla görmək əzminin, adi hisslə qavramaq gücünün qabarıq istiqamətlərini göstərir. Həmçinin, Ələsgərin sevgi şeirlərində sərxoş sevdalara yuxulu nəzərlər atır, oradakı aktivliyi hazırkı ənənəçi ruhda xarakterizə edir; belə deyək, müəllif dəlilik aspektini talesizlik faktı kimi qabartmaq niyyəti güdmür, onun ehtimallarında həyatla təsirli vasitələr bir-birilə əks əlaqədə sistem qurur - daha dəqiqi, bəlli edir ki, zora məğlub insanın idrak qatları qapanır, (onun) vəcdanə hissləri donur, nəhayətdə, acizlik onu ətraf aləmin dərkinə xəstə təxəyyüllü fərd kimi sığışdırır. Doğrusu, ağılsız sevdalara tuşolma eşq zəminləri deyil (ola da bilməz), bu mənada müəllif yeni kitabında hadisələri tək bir obraz əha­təsində sistemli dəyişikliyə məruz qoyur və oxucunu nəticə çıxarmaq cəhdi ilə üz-üzə buraxır.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği mədəni-mənəvi dəyərlərimizin aşkar diqtəsidir.
Nə xoş ki, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi bu gün də yaşamaqdadır. Və nə xoş ki, Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabı ölməz aşığın sənət inciləri barədə fəlsəfi gerçəklər ehtiva edir...
Bəlli ki, Dədə Ələsgər həm də misilsiz şairdir. Çoxlarımızın təbirində isə o, sadəcə aşıq kimi məna tapır; Yusif Nəğməkar ölməz Ələsgərə həsr etdiyi bu kitabı sanki (həm də) o fərdlər üçün yazıb, onlara Ələsgərin şair kimi hansı məcrada yön-istiqamət tapdığını göstərib. Məlum edib ki, Ələsgər Haqq Aşığı olduğu qədər də, Haqqa tapınan şairdir...
Dədə Ələsgər şeirinin dərin fəlsəfi məzmunu var; məsələn, kimlər üçünsə sevgi (eşq) sadəcə, bir yanğı təəssüratıdırsa, Ələsgər üçün sevgi altı qatda zahir olan ruhi ucalıqdır. Onun poetik yaradıcılığında göyün altı qatının sehri-möcüzəsi məna kəsb edir.

Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabı tam mənada yeniliklərlə də özünü aşkar ifadə edir. Məsələn, kitab (poema olaraq) ənənəyə uyğun “proloq”, “epiloq” kimi başlanğıc və son ədəbi zəminlərlə başlayıb bitmir, müəllif “ön ün”, “ünləmə”, “son ün” və s. priyomlarla (dilimizin imkanlarına, yeni söz kəşf etmək fürsətinə istinadən) müfəssəl bir proses qurub, belə deyək, yeni sözlər kəşf edib. Poemada ictimai-ənənçi ruh da yeni formada ehtiva edir.
Yaxud kitabdakı yeniliklərdən biri də şairin Dədə Ələsgər yaradıcılığı barədə söz deyən, sanballı tədqiqat işi yazan alimlərin fikirlərindən sitat gətirməsi, bir növ, kitabı şahmatvari qurmasıdır. Bu kimi tərzlər bəlkə də ədəbi mahiyyətə vara bilməyən bir çoxlarına yeni-modern görünə, hətta (onları) təəccübləndirə bilər; biz bu halı müsbət məna kimi yozur, Yusif müəllimi alqışlayırıq...
Biz Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabını Ələsgərsevərlərə sanballı töhfə kimi təqdir edir, demək istəyirik ki, Yusif Nəğməkarın “Ələsgər zirvəsi”ndə Aşıq Ələsgər “əlində saz, əzbərində “Quran” olan təkrarsız söz “İNCİSİ”dir, dünya-bəşər seh­rinin bütün mənaları – “məna biçini” (belə deyək) Ələsgərdir...

Hikmət Məlikzadə


Etiket:
Xəbərlər

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025
Bütün xəbərlər