Milli Kitabxanaya oxu zalı lazım deyil?

18:51 / 09.01.2026
Baxılıb: 70

M.F.Axundov adına Milli Kitabxana Azərbaycan Respublikasında ən zəngin kitabxanadır; orada milyonlarla kitab var və onların sayı daim artır. Lakin oradan evə kitab verilmir və məsələ çox sadədir: kitabxanaya üzv yazılmaq, istədiyin kitabı alıb ancaq orada, kitabxananın oxu zalında oxumaq olar. Bu kitabxananın səmərəli işi digər faktorlarla yanaşı, oxu zalının mövcud tələbatı nə qədər ödəyə bilməsindən: oradakı şəraitdən, xidmətdən və s. asılıdır. Son nəticədə hər şey oxu zalında həll olunur, çünki kitabxana elm, bilik mənbəyidir, bu isə oxu zalında reallaşır. Oxu zalı yoxdursa, hər şey mənasını itirir və çəkilən əziyyət hədər olub gedir.

Milli Kitabxananın möhtəşəm binası sənət incisidir; 1960-cı ildə istifadəyə verilmiş bu binada hər şey nəzərə alınmaqla, üç geniş elmi zal yaradılıb: dəqiq elmlər zalı, texniki elmlər zalı və humanitar elmlər zalı. Bunlara həm də ixtisaslaşmış zallar deyilirdi, çünki hər bir zal öz adına və təyinatına uyğun olaraq müvafiq kitab fonduna malik idi... Mən burada haşiyə çıxıb deməliyəm ki, özümü aldadıb o zallar barədə indiki zamanada danışa bilmirəm, çünki Milli Kitabxananın üç elmi zalından ikisi artıq yoxdur, birinin də vəziyyəti əsla yaxşı deyil və belə getsə,... Düzü, heç bilmək olmur sonra nə olacaq, amma, hər halda, Allah axırını xeyir eləsin.

Deməli, Milli Kitabxananın üç elmi zalı, hər bir elmi zalın da öz fondu var idi: minlərlə kitab...Elmi zal, əslində, böyük bir kitabxana daxilində ixtisaslaşmış kitabxana idi. Bunun nə demək olduğunu oranın daimi oxucuları yaxşı bilir. Fonddakı kitabı sifariş vermədən, birbaşa elə zalın kitab rəflərindən götürüb oxumaq olur. Bu isə vaxta qənaət etmək üçün yaxşı şərait yaradır. Əgər belə bir fond olmasaydı, onda hər kitabı sifariş vermək, bunun üçün də biblioqrafiya şöbəsindəki kataloqlarda onu axtarıb tapmaq, şifrəsini götürmək, xüsusi blank doldurmaq, gətirib onu zalın işçisinə vermək, sonra da oturub gözləmək lazım gələrdi. Vaxt isə məhduddur.
Ktabxananın üç elmi zalı olub, uzun illər də bu cür fəaliyyət göstərib. Lakin hardasa 15 il əvvəl bu zalları bir-bir ləğv etmək məsələsi ortaya çıxdı və ilk olaraq “Dəqiq elmlər zalı”ndan başladılar. Əslində, o vaxt tək elə bir zalın ləğviylə kifayətlənməyərək, qonşuluqdakı “Texniki elmlər zalı”na da əl gəzdiriblər; bu isə adi “əlgəzdirmə” deyildi, zalı sadəcə olaraq şikəst eləmək idi. Beləliklə, hardasa 15 il əvvəl Milli Kitabxananın “Dəqiq elmlər zalı” ləğv olundu, “Texniki elmlər zalı” isə şikəst edildi.

Hər şeyi şikəst eləmək mümkündür. Bəzən bu, ilk baxışda sadə və ziyansız da görünə bilər; məsələn, quşun qanadı bir neçə hissədən ibarətdi, lap sonda balaca bir hissəni kəsib atmaq, bununla da nəsə əldə etmək fikrinə düşən də tapıla bilər, lakin bunu edən, bəlkə də, o qədər nadandı ki, quşu şikəst etdiyinin fərqinə vara bilmir. Oxu zalını da şikəst eləmək olar və bu, ilk dəfə Milli Kitabxanada baş verib; belə ki, “Dəqiq elmlər zalı” ləğv ediləndə “Texniki elmlər zalı”nın sahəsi iki dəfə kiçildilib eybəcərləşdirilmişdi. Oxu zalının, özü də elmi zalın müəyyən optimal sahəsi olmalıdır və bina inşa edilərkən bu da nəzərə alınmışdı, ona görə də 3 mərtəbədə elm adamları üçün üç eyni ölçülü, geniş oxu zalı nəzərdə tutulmuşdu. Oxu zalı çox kiçikdirsə, orada oturub elm öyrənmək səmərəsiz olur; təsəvvür eləmək çətin də deyil: kiçik bir otaqda on nəfər oxucu oturub və guya, bunlar nəsə oxuyurlar. Amma, necə deyərlər, ay-hay, gözləyin ey, birdən nəsə oxuyb eləyərsiniz ha! Qapı hey açılıb-örtülür, kimsə təzə gəlib kitabxana işçisiylə nə barədəsə danışır, kimsə artıq gedir, kiminsə sifariş etdiyi kitab yerində yoxdur, onun mübahisəsi gedir və s. oxucu da bunun hamısına reaksiya verir və vaxt beləcə itib gedir. – Zal kifayət qədər geniş olanda isə (əvvəlki zallar kimi) bunlar hiss olunmur.

Beləliklə, Milli Kitabxanadakı üç elmi zaldan biri ləğv olundu, biri də şikəst edildi. Şikəst zalın işi çətin idi, çünki o artıq həm şikəst idi, həm də yükü ikiqat artmışdı: ləğv edilmlş zalın da yükü onun üstündəydi. Üstəlik, bu kiçildilmiş zalda həm də iki zalın kitab fondu yerləmşdirilməliydi: minlərlə kitaba daha bir neçə min kitab əlavə edərək onları bu kiçik otaqda saxlamaq lazım idi. Bu isə mümkün deyildi, çünki divarlar rezindən yox, daşdan idi. Yeganə çıxış yolu kitabların sayını azaltmaq və ixtisaslaşmış elmi zalı səmərəsiz bir məkana çevirmək idi ki, bunu da etdilər.
Bu ilin sentyabr ayında isə kiçildilərək şikəst edilmiş “Texniki elmlər zalı” da bağlandı. Bu yerdə ləğv edilmiş zalın fondunda olan kitabları yerləşdirmək problemi ortaya çıxdı. Üç elmi zaldan hələlik salamat qalmış “Humanitar elmlər zalı”na bu qədər kitabın yerləşdirilməsi qeyri-mümkün idi. Quşu yaradan, sən demə, elə də ağıllı olmayıb: bu, bir belə açılıb-yığılan həngamə kimə lazımdı? Mane olur. Bunun yarısını kəsib atmaq lazımdı. Milli Kitabxanada da belə etdilər: ləğv edilmiş zalın kitabları ümumi fonda qaytarıldı. Təsəvvür edək: həkim, yaxud mühəndis Milli Ktabxanaya gələrək elmi zalda oturub nəsə oxumalıdır, amma elmi zaldakı kitabların biri də tibbə və texnikaya aid deyil. Milli Kitabxanın gül kimi elmi zalları bax belə eybəcələşdirilibdi və belə baxanda quşun qanadını kəsən daha insaflı adam təsiri bağışlayır.

Bir nağılda deyilir ki, meşədə düşüb qalmış əlcəyin içinə çoxlu meşə sakini yığışır və iş o yerə çatır ki, əlcək davam gətirməyib dağılır. Humanitar zalın da eynən meşədəki əlcəyin gününə düşəcəyi barədə danışmaq olar. Əslində, bu zala əlavə yük lazım deyil, o özü onsuz da dağılmaq üzrədi. Onillərdi təmir üzünə həsrət qalmış döşəmənin taxtaları quruyub, aralanıb, boşalıb, rəngi solub qaralıb və son nəticədə elə hala düşüb ki, üstündə yeriyən varsa səsdən qulaq tutulur; hətta elə təsəvvür yaranır ki, oxucular təzə ayaq açan balaca uşaqlarda olduğu kimi, yeridikcə səs salan ayaqqabı geyiniblər: çaq-çuq... minlərlə dəfə təkrar olunan yad bir səs Milli Kitabxananın yeganə elmi zalını başına götürübdüsə , orada oturub kitab oxumaq mümkündürmü? – Oxucuların narazılığını görüb son bir ayda zalın döşəməsinə kovralit səriblər. Amma bu, kömək etmir və etməcək, cünki döşəmənin əsaslı təmirə ehtiyacı var. Yeganə elmi zalda əsaslı təmir başlansa, bu ən azı bir il çəkəcək. Amma çox güman ki, əsaslı təmirdən sonra ora artıq elmi zal da olmayacaq, – kitaxanada gedən işlərin tendensiyası belə deməyə əsas verir.

Kitabxanada baş verən məlum hadisələrin nəticəsidir ki, elmi zallarada ilbəil oxucu sayı azalır, çünki oxucu istədiyi şəraiti orada tapa bilmir və perik düşüb hərəsi bir tərəfə dağılır; texniki elmlər zalında çalışanların indi heç 10%-i də qalmayıb. Bu yerdə bir söz demək istəyirəm, amma qorxuram yüksək pafosla danışmaq cəhdi kimi qəbul olunsun. Mənimsə elə bir fikrim yoxdur və tam səmimiyyətlə deyirəm ki, hər bir oxucunun itirilməsi son nəticədə Azərbaycanın elminə, mədəniyyətinə vurulan zərbədir. Digər tərəfdən, Milli Kitabxanada dəqiq və texniki elmlərə bu cür münasibət varsa, ölkənin hərbi sənayesi, neft sənayesi, səhiyyəsi üçün lazım olan mütəxəssislər harada və necə yetişəcəklər? O elmlərsiz indiki zamanda biz necə inkişaf edəcəyik?
Çox təəccübləndirici haldır ki, kitabxanada baş verənlərə haqq qazandırmaq, onlara qanuni don geyindirmək cəhdləri də var və guya, zalların bağlanması ölkə Prezidenti cənab İlham Əliyevin 15 yanvar 2019-cu ildə verdiyi fərmana əsasən həyata keçirilir. Bu cür yalanı ifşa etmək isə çox asandır. Elə onu deyək ki, zalların bağlanmasına 15-20 il əvvəl rəvac verilib, həmin vaxt isə elə bir fərman olmayıb. Fərmanın özünə gəlincə orada, 3.1. bəndində belə bir ifadə var “mövcud tələbat nəzərə alınmaqla ölkədə kitabxana sisteminin yenidən qurulması”. Bu müddəanın oxu zallarına tətbiqi isə elmi zalların bağlanması kimi yox, birmənalı şəkildə, ölkədə ali məktəblərin, tələbələrin və elmi işçilərin sayındakı böyük artımı nəzərə alaraq oxu zallarının sayının da müvafiq qaydada artırılması və genişləndirilməsi, orada daha yaxşı şərait yaradılması, mövcud kitab fondunu daha müasir kitablarla zənginləşdirilməsi kimi anlaşılımalıydı.

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışı zamanı ölkəmizin elm adamları qarşısında çox böyük vəzifələr qoyub. O çıxışdakı tək elə bir cümlədən nə qədər yaxşı nəticələr çıxarmaq olar:”Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir”. İntellektual potensialın güclü olması üçün bizim ziyalı adamlarımız daha çox oxumalı, daim öyrənməlidilər. Bu isə əsasən kitabxanalarda, oxu zallarında saatlarla oturub əziyyət çəkməklə mümkün ola bilər. Başqa variant yoxdur.

Ulu öndər Heydər Əliyev yeri düşəndə Milli Kitabxananı nəzərdə tutaraq belə bir söz işlədirdi: “Mən vaxtı ilə bu kitabxanaya dəfələrlə gəlmişəm”. Həqiqətən də Ulu Öndər 1993-1999-cu illərdə ölkənin ağır vəziyyətiylə əlaqədar olaraq, prezident kimi, işinin həddən ziyadə çox olmasına baxmayaraq, dörd dəfə Milli Kitabxanaya gəlib, öz şəxsi kitabxanasından götürdüyü 300 kitabı kitabxanaya bağışlayıb; o, kitabxananı müqəddəs bir yer, ilahi qüvvəyə malik olan pak, sarsılmaz və toxunulmaz bir məkan sayırdı. Ulu Öndərin kitabxana haqqında dediyi söz xüsusiylə diqqətəlayiqdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.” – Bütün bu deyilənləri yekunlaşdırıb, xüsusi olaraq qeyd etməliyik ki, Milli Kitabxana müqəddəs məkan, toxunulmaz və sarsılmaz bir məbəddir; toxunulmazlıq isə tək elə xarici görkəmlə məhdudlaşmayan, bütövlükdə onun daxili quruluşunu, struktur elementərinin hamısını özündə ehtiva edən sabit və dəyişməz status deməkdir.



RAMİZ ABBASLI,
yazıçı, tərcüməçi.


Etiket:
Xəbərlər

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025
Bütün xəbərlər