Tibb elmləri doktoru Fatma Rasim qızı Hacıyeva yazır...
Aşıq Ələsgərin məhəbbət lirikasına aid ən gözəl şeirlərindən biri də “Köynəyinə” rədifli qoşmasıdır.
Usta Eldar təxəllüsü ilə şeirlər yazan Eldar İsayevə görə Aşıq bu qoşmanı sevdiyi Səhnəbanıya yazmışdır: “Aşıq Ələsgər “Köynəyinə” qoşmasını bədahətən Səhnəbanıya söyləyib, mən də bu qoşmanı sənə həsr edirəm. (1.)
Eldar İsayevin bu məlumatı haradan əldə etməsini dəqiq bilməsək də, qoşmanın qeyri-adi məhəbbətlə yazılması gün kimi aydındır.
Qoşma üç bənddən ibarətdir. 11 heca, 6+5 bölgüsünə uyğundur. 1-ci və üçüncü misra sərbəst, 2-ci və 4-cü misralar qoşma janrının tələbinə uyğun olaraq həm qafiyədir.
Gülabatın qıyı// tər sinə üstə, -6+5=11
Nə gözəl yaraşır,// qız, köynəyinə! -6+5=11
Sinən Kəbə, köynək// Kəbə örtüyü, -6+5=11
İzn versən, sürtəm// üz köynəyinə. -6+5=11
Əsas təsvir obyekti gənc qızın köynəyidir. İlk misradan anlaşılır ki, köynəyin sahibi gənc qızdır. (tər sinə). İkinci misradakı “qız” xitabı birinci misradan doğan fikrin təsdiqidir. Lakin burada sual yaranır nə üçün məhz qızın köynəyi bədii təsvir obyekti kimi seçilmişdir? Bu sualın cavabı məşhur el deyimi “Gözəllik ondur, doqquzu dondur” deyimindədir. Dövrün dəbdə olan geyimləri Aşığın diqqətindən yayınmır. O toy məclislərində iştirak edir, aydındır ki, toya gələn qız-gəlinlər dəblə geyinir, ən gözəl paltarlarını geyinir, dövrün gözəl geyimləri arasında qızların üst geyimi köynək də var və da aşığın diqqətindən yayınmır.
Burada tədqiqatçı Aytəkin Qəhrəmanovanın fikirlərini xatırlamaq yerinə düşür:
“Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da qadın geyimlərinə üst köynəyi, çəpkən, çərkəzi, ləbbadə, nimtənə, küləcə, çalma, arxalıq, ləçək, örpək, şal, kəlağayı, başmaq, corab, kəmər və müxtəlif bəzək növləri daxil idi. Bu geyim tiplərinin əsas elementlərindən biri üst köynəyi idi. Qadın üst köynəkləri bölgələr üzrə müəyyən fərqli xüsusiyyətlərə malik olsa da, ümumi səciyəvi xarakterə malik idi.” [1].
Birinci misranın ilk sözü “Gülabatın” diqqəti cəlb edir. Bəzi mənbələrdə “Güləbətin” şəklində verilir. Fikrimizcə, qoşmada məhz “Gülabatın” olmalıdır. Sözün sonuncu qalın “ı” səsi “qıyı” sözündəki “ı” saitləri ilə assonans təşkil edir ki, bu fonetik səviyyədə obrazlılığı təmin edir.
“Gülabatın” tikmə növüdür, tədqiqatçılara görə bu tikiş növü Orta Asiyadan yayılıb. Əsasən Təbrizdə, sonralar Bakı, Şamaxı, Naxçıvan kimi şəhərlərdə istifadə edilmiş, ən gözəl nümunələri isə Şamaxı ustaları tərəfindən hazırlanıb.
Tədqiqatçı Savalan Fərəcov “Güləbətin” tikmənin iki növünün olduğunu qeyd edir: “Bu tikmə hamar və qabarıq olmaqla iki cür hazırlanıb” [8]. S. Fərəcov “Zəmunduzi” (hamar işləməli) növü haqqında yazır: “ Qızılı və gümüşü (güləbətin) tellər xüsusi simkeşlər tərəfindən yüksək əyarlı gümüşdən hazırlanıb. Qızıl tel almaq üçün gümüş qızıl suya salınıb. Tellər ya xalis halda, ya da ipək iplik sapa sarınıb istifadə edilərmiş. Güləbətin tikmə üçün ağır, tünd rəngli parçalardan (məxmər, qanovuz, xara, misqal tirmə) istifadə olunub.” Müəllif “Güləbətin” in digər növü olan “məlihəduz” haqında məlumat vermir. Qabarıq işləməli bu növdə saplar bir-birinin yanına paralel və çox sıx bəndlənir, daha çox haşiyə üsulunda istifadə edilir. Naxışların qabarıq görünməsi üçün qalın sapdan və qaytandan istifadə edilir. Güləbətinin bu növündən haşiyə bəzəyində istifadə edilməsi haqqında məlumata Azərbaycan Milli İncəsənət Muzeyi Qrafika bölməsinin elmi işçisi, sənətşünas Esmira Ağasıyevanın tədqiqatında da rast gəlirik: “Güləbətin tikmənin bu üsulu haşiyə bəzəyində daha geniş tətbiq edilir. Muzeyin kolleksiyasında bir neçə qabarıq güləbətin texnikasında işlənilmiş nümunələr var ki, bunlardan biri XIX əsrə aid olan “Quran qabı”dır. Hazırda ekspozisiyada nümayiş etdirilən bu güləbətin tikmə zoğalı rəngli məxmər parça üzərində qızılı saplarla işllənmişdir” [2].
Bu faktları onu deməyə əsas verir ki, Ələsgərin qoşmasında “Güləbətin” in məhz köynəyin kənarında (haşiyəsində) qabarıq işləməli Güləbətin növündən bəhs olunur. Çünki Aşıq birinci misrada güləbətin sözündən sonra “qıyı” sözünü işlədir. Qıyı kənar deməkdir. Azərbaycan dialektoloji lüğətinin I cildində Çəmbərək, Qarakilsə dialektlərində “qıyı” nın zirvə mənası qeyd edilmişdir. “Dünən Qızıl qayanın qıyına çıxmışdım. Çəmbərək” [5, s. 334].
Aşıq üzünü gözələ tutub deyir ki, qız, güləbətin naxışlı yaxa, kənar, (zirvə) tər sinənin üstündə köynəyinə gözəl yaraşır. Bu fikri A. Qəhrəmanova da təsdiq edir: “Aşıq üst köynəyini tərif edərkən köynəyin yaxasının “güləbətin” tikmələrlə bəzədildiyini göz önünə gətirir. ”. Yeri gəlmişkən qeyd edək ki, bu geyimlərdən istifadə etmə imkanı dövrünün zəngin xanımlarında ola bilərdi. Bu da öz növbəsində köynək sahibinin varlı ailənin övladı olması anlamına gəlir.
Bəndin digər iki misrası da oxucunu düşündürür. Üçüncü misrada Dədə Ələsgər gözəlin sinəsini Kəbəyə bənzədir. Kəbə müsəlmanların üz tutduğu müqəddəs yer, ən əsas məscididir. Aşığı gözəlin sinəsini Kəbəyə bənzətməsinin səbəbi nə idi?
Fikrimizcə, bu suala cavab tapmaq üçün Kəbə sözünün etimologiyasına nəzər salmaq lazımdır. Kəbə Qurani-Kərimdə “ev” [5], “Qorunan ev” [6] kimi xatırlanır, müsəlmanların qibləgahı hesab edilir. Güman etmək olar ki, Kəbənin “qorunan ev” mənası, qibləgah olması Aşığa gözəlin sinəsini ona bənzətməyə imkan vermişdir. Gözəlin sinəsinin Kəbəyə (qorunan evə) bənzədilməsi anlamından yola çıxarsaq, o zaman köynəyin Kəbə örtüyünə bənzədilməsi təbii görünür. Rəvayətə görə İslam Peyğəmbəri Kəbəni fəth etdikdən sonra səhabələri ilə birgə içini bütlərdən təmizləmiş, yumuş, lakin müşrüklərdən qalmış örtüyə toxunmamışdır. Həmin ildə bir qadın diqqətsizlikdən Kəbə örtüyünü yandırmış, müsəlmanlar Yəməndən yeni bir örtük gətirərək yenidən örtmüşlər. Sonrakı dövrlərdə müsəlmanlar davamlı şəkildə Kəbə örtüyünü yeniləməyə başlamışlar. Kəbə örtüyü həmişə qiymətli ipəkdən hazırlanmış, üzərində qızıl işləmələr olmuşdur.
Güləbətin tikiş növündə qızıl işləmələrin olması, gözəlin sinəsinin qorunan evə Kəbəyə bənzədilməsi, köynəyin də Kəbə örtüyünə bənzədilməsinə zəmin hazırlayır.
Bənzəyən- gözəlin sinəsi
bənzədilən- Kəbə
bənzətmə əlaməti - qorunan olması, qibləgah olması
Bənzəyən- gözəlin geyindiyi güləbətin tikməli köynək
bənzədilən Kəbənin örtüyü - bənzətmə əlamət-qiymətli parçadan olması, qızılı saplarla işlənməsi....
Sonuncu misrada Aşıq gözəldən icazə istəyir ki, müsəlmanların Kəbə örtüyünə üzlərini sürtdüyü kimi o da üzünü gözəlin Kəbə örtüyünə bənzətdiyi köynəyinə sürtsün, yəni qorunana yaxınlaşsın.
Qoşmanın ikinci bəndi də maraqlıdır:
Gözəl yaranıbsan //qalü bəladan, -6+5=11
Yanağın göyçəkdi,// güldən, laladan, -6+5=11
Zərgər gül doğrasın// zərin tiladan, -6+5=11
Əlindən gəldikcə// düz köynəyinə. -6+5=11
Aşıq ikinci bəndin ilk misrasında gözəlin “qalü-bəla” dan yarandığını deyir. Xalq arasında yayılmış “Qalü-bəla” deyimi islam aləmində belə təfsir edilir: “ “Qalü-bəla” bu kainatın Rəbbi Allahdır” [7]. Anlaşılan odur ki, şair gözəlin Allah tərəfindən yarandığını söyləyir.
İkinci misrada bənzəyən və bənzədilənlər dəyişir.
Bənzəyən-gözəlin yanağı
bənzədilən-gül (qızılgül), lalə
bənzətmə əlaməti qırmızılıq, göyçəklik
Üçüncü misrada Aşıq zərgər tiladan(qızıldan) gül doğramasından (qızıldan naxış hazırlamasından), danışır, dördüncü misrada isə gözələ məsləhət görür ki, bu qızıldan olan naxışları mümkün qədər (əlindən gəldikcə- iki mənada işlənə bilər, mümkün qədər və ya bacarırsa) köynəyinə düzsün.
Üçüncü misranı A. Qəhrəmanova fərqli izah edir: “Aşıq Ələsgər Səhnabanunu tərif edərkən deyir: “Zərgər gül doğrasın zərin tiladan, əlindən gəldikcə düz köynəyinə”,- deməklə pilək tikmə növünü təsvir edir” [1]. Lakin müəllif nədən bu qənaətə gəlməsinin səbəbini açıqlamır.
Xatırladaq ki, Pilək tikmə növü geyimlərdə deyil daha çox bəzək və xırda əşyaların hazırlanması zamanı istifadə edilir. Tədqiqatçı S. Fərəcovun izahı fikrimizi təsdiq edir: “Pilək tikmə. Bu üsul taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri və xırda əşyaların hazırlanmasında istifadə olunub. Pilək əlvan metal lövhəciklərdən hazırlanıb və əsasən şal, mahud, qanovuz parça üzərində icra olunub” [8].
Fikrimizcə, aşığın dördüncü bəndin son iki misrasındakı fikirləri elə Güləbətin tikiş növünə aiddir.
Qoşmanın möhürbəndi digər bəndlərlə müqayisədə daha təsirlidir:
Ələsgər də dost //yolunda sürünür, 5+6=11
Sinən üstə dərdə // dərman görünür; 6+5=11
O köynəyə nar// məmələr bürünür, 5+6=11
Onuçu qurban// oluruq biz köynəyinə. 6+5=11
Güman edilir ki, Aşığın birinci misrada gözəli “dost” adlandırması səbəbsiz deyil, bəlkə də, təsvir obyekti olan gözəllə aşığın yaxın münasibətdə olması bu qənaəti formalaşdırmışdır.
İkinci misrada dərdə dərman görünən gözəlin məmələridir. Üçüncü misrada bu fikir təsdiqini tapır. Birinci bənddə Kəbə örtüyünə bənzədilən köynəyə nara bənzəyən məmələrin bürünməsi isə köynəyin nə üçün bu qədər əhəmiyyət kəsb etməsini aydınlaşdırır. Sonuncu misrada isə Aşıq bunu təsdiq edir, deyir ki, bizim köynəyə qurban olmağımızın səbəbi nar məmələrin ona bürünməsidir.
Ədəbiyyat siyahısı
1. AMEA Naxçıvan Bölməsi, tarix üzrə fəlsəfə doktoru A. Qəhrəmanova “Yaraşır libasın gül əndamına”, “Xalq” qəzeti,21.06.2023
2. Azərbaycan Milli İncəsənət Muzeyi Qrafika bölməsinin elmi işçisi, sənətşünas Esmira Ağasıyeva Mədəniyyət.- 2018.- 10 yanvar.- S.13
3. Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Türk Dil Qurumu Azərbaycan dialektoloji lüğətinin I cildi, A-L, Ankara, “Kılıçaslan Matbaaçılık Ltd.” 1999
4. “Ədəbiyyat və incəsənət” (11.07.2024)
5. Qurani-Kərim Bəqərə, 2:125
Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025