XII ci əsrdə Göyçədən yüksələn dua

23:20 / 16.01.2026
Baxılıb: 74

Bir qadın gördüm Göyçədə, yaslı, qəmli
Yol kənarında ağlayırdı ələmli.
Sürtə-sürtə üz isti torpağa xoşca
Tanrıya sirrin söyləyirdi yavaşca.
Baş ucunda xeyli dayandım ayaqda,
Ta duyam Haqqa sızlayırdı nə haqda.
Söyləyirdi Allaha “Pərvərdigara,
Bəndənəm mən, et istəyin tək müdara”!
Lakin indi madam əsirəm bu gün mən,
Etməsəm gər taət, qəzəblənmə məndən.
Kafirə xidmət eyləyə bilmərəm mən,
Var ta tabım tək sənə nökərəm mən.
Əqlimi çaşdırdı bu zən mərd işiylə,
Qəlbimi coşdurdu qürur atəşiylə.
Yaxşıdır bir daş parçası daş ürəkdən
Üstün olur namərddən mərd bir zən
Ər kişi yanmaz xam bir dərd odunda,
Xam kişidən artıq şərəf var qadında!
Bir qadın gər ər olsa, nər şir təkdir.
Tüstü yüksəlməkdən yana od gərəkdir.
Eşq lafı sönmüşlərə layiq olmaz,
Yansa qəlbim, bir tüstüdən artıq olmaz.
Mən ki, kafirdən nəfslə bədtər oldum,
Aşikara rəbbimə üsyan qıldım.
Nə xudaya layiq ibadət varımdır,
Nə rəsulundan bir şəfaət varımdır.
Nə də məndə o mərdlik var ki, ah...
Tanrıdan əfvim istəyəm vay eyvah!
Afitabı bu ömrümün daxi batmış,
Heç oyanmaz nəfsim bir an,öylə yatmış.
Ömr qoymaz qalxım şirin uyqusundan,
Ruzigar eylər halımı hey pərişan.
Çox təəssüf, heyhat, heyfa zamanı
Məst ötürdüm, sərxoşluğun xeyri hanı?!
Ömr bir batil uğruna batil oldu,
Aqibət tək peşmançılıq hasil oldu.

Azərbaycan dilinə tərcümə etdiyim bu məsnəvi XII–XIII əsrlərdə yaşamış, görkəmli mütəfəkkir şair və filosof, mənbələrdə Həkim Nizari adı ilə tanınan Sədəddin ibn Şəmsəddin Nizari Quhistaninin “Səfərnamə” adlı əsərindən götürülmüşdür. Nizari bu əsərində Qafqaz bölgələrinə, eləcə də Azərbaycanın bir sıra bölgələrinə etdiyi səfərlər zamanı şahidi olduğu hadisələrdən, eşitdiklərindən yaranan təəssüratını yüksək poetik dillə nəzmə çəkmişdir.
Həkim Nizarinin şairlik qüdrəti və fəlsəfi dərinliyi məşhur sufi-mütəfəkkir şair Əbdürrəhman Cami tərəfindən “Bəharistan” əsərində qısa, lakin son dərəcə sanballı şəkildə dəyərləndirilmişdir. Cami, Həkim Nizarinin yaradıcılığını təqdim edərkən onun poetik irsini “Lisan əl-ğeyb” – yəni Qeybin dili kimi tanınan Xacə Hafizin yaradıcılığı ilə müqayisə edir. Bu müqayisə, Cami kimi bir fikir və söz ustadının dili ilə səsləndirildiyi üçün, Nizarinin mənəvi və poetik qədrini daha da aydın şəkildə ortaya qoyur.

“Səfərnamə”nin XI bölümündə Həkim Nizari Azərbaycanın Göyçə mahalına səfəri zamanı gördüyü bir qadın obrazını təsvir edir. Burada xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, şair Göyçə mahalının adını “Gökçə” olaraq işlədir. XII əsrə aid bu tarixi mənbədə toponimin türk mənşəli “Gökçə” variantında qeyd olunması, müasir dövrdə bu adın ermənilər tərəfindən təhrif edilməsinin nə qədər əsassız və süni olduğunu açıq şəkildə sübut edir. Bu fakt təkcə ədəbi deyil, eyni zamanda mühüm tarixi və etno-mədəni dəlil mahiyyəti daşıyır.

Şair Göyçədə yol kənarında yas içində ağlayan bir qadınla qarşılaşır. Qadın hıçqırıqla ağlayıb, üzünü isti torpağa sürtərək Tanrıya pıçıldayır, göz yaşları içində münacat edir. Həkim Nizari bir saat boyunca onun baş ucunda dayanaraq bu qədər içdən gələn duaların mahiyyətini duymağa çalışır. Qadının sözləri sadə bir fərdi ağrı deyil, milli bir faciə, mənəvi istila məğduriyyətinin fəryadıdır:
“Ey Rəbbim, mən Sənin qulunam. Mənimlə istədiyin kimi rəftar et. Amma Sənin təqdirinlə bu gün əsarətdəyəm deyə, kafirə xidmət etmək mənim fitrətimə ziddir. Buna görə məndən narazı olma…”
Bu sözlər açıq şəkildə göstərir ki, qadının şikayəti maddi əsarətdən daha çox imanın, mədəniyyətin və mənəvi kimliyin tapdanmasına görədir. Onun kafirə boyun əyməyi fitrətinə zidd sayması, müsəlman-türk qadınının sarsılmaz etiqadını və daxili azadlığını təcəssüm etdirir. Qadının üzünü torpağa sürtərək dua etməsi isə təsadüfi deyil — bu, həm Allah qarşısında təvazö, həm də işğala məruz qalmış vətən torpağı ilə mənəvi birliyin rəmzidir.

Həkim Nizarinin yaşadığı dövrdə Göyçə mahalı və Azərbaycanın bir çox bölgələri Hülaku xanın əsasını qoyduğu Elxanlı dövlətinin hakimiyyəti altında idi. Elxanlı hökmdarlarının əksəriyyəti buddist və ya nəsturi inancında olmuş, yerli müsəlman-türk əhalinin dini və mədəni varlığına qarşı sərt siyasət yürütmüşlər. Bu baxımdan qadının onları “kafir” adlandırması tarixi və məna baxımından tam əsaslıdır. Çünki “kafir” sözünün lüğəvi mənası həqiqəti örtən, gizlədən deməkdir. Mədəniyyəti, dini və milli kimliyi məhv etməyə çalışan hər bir güc bu mənada kafirdir.
Şair bu qadının mərdliyini və dəyanətini yüksək poetik dillə tərənnüm edir:
“Bir qadında mərdlik varsa, namərd kişidən üstündür; daş parçası daşürəkli insandan daha dəyərlidir.”

Bu beytlərdə qadın cəmiyyətdə passiv varlıq kimi deyil, mənəvi müqavimətin daşıyıcısı kimi təqdim olunur. Ardınca isə şair bu qadının imanından təsirlənərək öz nəfsini sorğuya çəkir, peşmanlıqlarını etiraf edir və ruhani hesabat verir.
Bu əsərdə təsvir edilən qadın obrazı türk-islam dünyasında qadının həqiqi yerini və ucalığını nümayiş etdirir. O, yaşadığı dövrün ictimai-siyasi zülmünə biganə qalmayan, mərdanə əqidəsi ilə bütün bəşəriyyətə örnək ola biləcək bir simadır.
Tarix boyu Göyçə mahalının və Azərbaycanın digər tarixi torpaqlarının yadelli işğallara məruz qalması bu qadının fəryadını daha da simvolik edir. Şübhəsizdir ki, o Göyçəli mərd qadının üzünü torpağa sürtə-sürtə, Allaha olan yaxarışı əsrlər boyu bu torpaqlardan didərgin düşmüş, yurdundan, yuvasından qovulmuş saysız qadınların könüllərindəki fəryadla həmahəng yaşamışdır.
Bu gün illərdir yerdə qərib qalan Dədə Ələsgərin məzarı kimi əsrlərdir göydə sərgərdan dolaşan o qadının fəryadı mühəqqəq ki, haqq divanından hacətini bir gün alacaqdır. Əsrlər öncə o qadının yerlərdən göylərə yüksələn naləsinin şiddətli rüzgarı həqiqət dərgahının ədalət qapısını bu gün də israrla döyməkdədir

Çünki Göyçə torpağının yaddaşına hopmuş bu iman və dəyanət nə unudular, nə də susar. Uzaq diyarlardan Göyçəyə ziyarətə gəlmiş Həkim Nizarini bu qədər təsirləndirən o qadının inancı və əqidəsi təbii ki, bu gün də Göyçə həsrəti ilə ürəkləri alovlanan soydaşlarımızın ruhuna dərindən təsir edir.Lakin ilahi ədalətin təcəllisinə əminliklə müştaq olan, “ələstdən bəli” deyən mübariz ruhlar üçün o Göyçəli qadının mətin duası həm də vüsal müjdəçisi və zəfər carçısıdır.

Azər Fəraqi


Etiket:
Xəbərlər

XII ci əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025
Bütün xəbərlər