Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

21:27 / 20.01.2026
Baxılıb: 156

Unudulmaz sənətkar Zəlimxan Yaqubun doğum gününə həsr edirəm

İlin ilk ayı, yanvar ayıdır. Bakıya ilk qar yağıb. Çovğunlu, şaxtalı bir gündür. Pəncərədən yerə enən qar dənələrinin rəqsi, küləyin vıyıltısı, yanvarın şaxtası, açar sözlər kimi səslənir. 76 il bundan əvvəl, 1950-ci ilin yanvar ayının 21-i Zəlimxan Yaqub dünyaya göz açıbdır. Şairin yazdığı kimi təbiətin çovğunlu, boranlı, şaxtalı bir günü idi. Şair özü bu təbiət hadisəsini keçdiyi qısa, lakin mənalı ömür yolu ilə müqayisə edərək yazırdı ki, bəlkə də bu şaxta, bu sərt qış onu gələcəkdə həyatın sərt üzü ilə üz-üzə gətirəndə mübariz olmağa, söz cəbhəsində qalib olmağa hazırlamaq üçündür.

Sözlər bir-biri ilə oxşar olduğu kimi onun həyatı ilə bağlı rəqəmlər də bənzəyir. 16 yaşında ilk şeiri çap olunmuşdu, 2016-cı il yanvar ayının 9-da bizlərdən ayrıldı, yaşasaydı 76 yaşı olacaqdı. Təkcə 76 yaşını qeyd etməyəcək, Qarabağın azad olunduğu xəbərini eşidəcək, sevinəcək, Azərbaycanın qələbəsinə dastanlar yazacaq, şeirlər qoşacaq, ən uca kürsülərdən qələbə sevinci ilə coşacaqdı. Lap bu yaxınlarda eşidəcəkdi ki, Şimalda şaxta, soyuq və qar, Cənubda isə qaynar bir hava var. Ümidlənəcək, səslənəcək, Cənubdan gələn hər xəbəri oxuyacaqdı...
Açar sözlər fikrimdə dolaşdıqca əlim şairin 2011-ci ildə Bakıda “Şərq-Qərb” mətbəəsində nəfs şəkildə çap olunmuş II cildinə uzanır. 178-ci səhifəni açıram. “Araz kənarında” şeirini oxuyuram. Şairin səsini eşidirəm. Bir anda zaman dayanır, geriyə, çox da uzaq olmayan keçmişə boylanıram...

Azərbaycan ikiyə bölünəndən, 1813 Gülüstan, 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanandan üzü bəri Araz çayı Azərbaycan xalqının yaddaşında ayrılıq simvolu kimi daşlaşdı. Araz Azərbaycanın parçalanması, bir millətin ikiyə bölünməsi, iki qardaşın həsrəti oldu. Şairlər Arazı vəsf etməkdən, arzularını, diləklərini, vətən boyda dərdlərini Araza söyləməkdən yorulmadı, usanmadı, qorxmadılar. 1961-ci ildə Sovet senzurasının tüğyan etdiyi bir dövrdə Məmməd Araz yazdı ki;

Yox, Araz deyəndə mən
Yalnız çayı düşünmürəm.
O, tarixdir, baxıram:
Ağlayır da, gülür də...

Tarix olan, bulanıq sularına tarixin qara mürəkkəbi qarışmış çaya Səhənd “Araz” poemasını yazdı:

Mən Arazın adıynan
Çox zamandır tanışam.
Ən kiçik yaşlarımdan
Onu rəvanlamışam.

Analar Araz üstə balalarına layla dedilər:

Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım
Zülmilən ayırdılar.

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xalq şairi Zəlimxan Yaqubun Arazı vətən həsrətlində olanların göz yaşı kimi təsvir etdiyi iki şeir xüsusilə diqqəti cəlb edir. Onlardan biri “Araz üstə” digəri isə “Araz kənarında” adlanır.

“Araz kənarında” qoşma janrında olub dörd bənddən ibarətdir. Qoşma janrında yazılmış bir çox şeirdə olduğu kimi 11 heca, 6+5 bölgüsünə uyğun gəlir. Janr tələblərinə uyğun olaraq I və II misralar sərbəst, II və IV misralar həm qafiyədir:

Hər yerdə dağları// yaşıl görmüşəm,
Araz kənarında// sarıdı dağlar.
Burda ürəyimin// dağı, düyünü,
Burda saçlarımın //qarıdı dağlar. (1.s.178)

Bəndin ilk misrası oxucunu düşündürür, nə üçün hər yerdə dağları yaşıl görmüş şair, Araz kənarında dağları sarı təsvir edir və yaxud nədən Araz kənarında dağlardan danışılır?
Bu suallara cavab misraların sıxılmış semantikasında, şairin təkrarolunmaz yaradıcılıq düşüncələrində gizlidir. Araz kənarındakı dağlar hər şeydən əvvəl Azərbaycanın coğrafi koordinatlarını əks etdirir. Azərbaycan coğrafiyasına bələd olan hər kəs yaxşı bilir ki, Əlburz dağlarının şimal-şərq qolları, Zaqros dağlarının uzantıları və bir çox şairə ilham verən Savalan dağı vətən torpağının sərhədindədir. Bu amildən çıxış edərək əminliklə söyləmək olar ki, Zəlimxan Yaqubun Araz kənarında dağ kultundan danışması ayrılığın coğrafi kodudur, şairin təbirincə, vətən torpağının ikiyə bölünməsi təkcə Arazdan deyil, həm də dağlardan başlayır. İkinci misra bu fikri təsdiq edir. Burada dağların rəngi sarıdır. Halbuki poeziyada, şairlərin nəzərində dağlar yaşıldır, çiçəklidir, axar suludur:

Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır, möhnəti, məlalı dağlar. (2.s. 21)

Professor K. Vəliyev Dədə Ələsgərin “Dağlar” qoşmasının semantikası haqqında yazırdı: “Dədə Ələsgərdə vaxt dərdi, zaman qüssəsi, insan ömrünün mənası, gözəl günləri, sehrli anları, sevimli çağları yaz sözünə köklənib. Məkanın rəmzi olan “dağ” anlayışında isə gözəllik, bərabərlik, dinclik, bolluq toplanıb.”(3. s. 269) Xalq şairinin dağları sarı rəngdə təsvir etməsinin səbəbi vardır. Sarı rəng bir çox mədəniyyətlərdə günəşin rəngi kimi əbədi həyatı, bəzən müdrikliyi təmsil edir, lakin sarı rəng bəzən xəstəliyi, qorxunu və xəyanəti də ifadə edir. Fikrimizcə, şairin təsvirindəki dağların sarı rəngi Azərbaycana xalqımıza olan xəyanətin rəngidir. “Araz kənar” da dağlar ona görə sarıdır ki, Zəlimxan Yaqubun vətən dərdi, bütöv Azərbaycan nisgili var.
“Burda ürəyimin dağı, düyünü” misrasında “dağ” şairin ürəyindəki kədərdir, ağır dərd və qüssədir, “düyün” misra daxilində dağın, kədərin nisbi sinonimi kimi çıxış edir. Şifahi xalq ədəbiyyatında “dağ” və “düyün” sözünün paralel işləndiyi bir çox nümunələrinə rast gəlmək mümkündür:

Dəsmalın ağdı məndə,
Güllüdü, ağdı məndə,
Yar, sənin bir “yox” sözün,
Düyündü, dağdı məndə. (4.s.136)

“Burda saçlarımın qarıdı dağlar” misrasında şairin kədəri daha qabarıq görünür. Dağların qarı, şairin kədərdən ağarmış saçları ilə qarşılaşdırılır.
Birinci bənddə fonetik və leksik səviyyədə təzahür edən obrazlılıq diqqəti cəlb edir. Bəndin birinci misrasında dağların yaşıl, ikinci misrada sarı təsvir edilməsi bədii təzad- kontrast yaratmaqla leksik səviyyədə obrazlılıq yaradır, üçüncü misrada dağ və düyün sözləri bir tərəfdən leksik səviyyədə obrazlılıq təzahürü kimi çıxış edir, digər tərəfdən isə fonetik səviyyədə alliterasiyanın göstəricisi kimi çıxış edir. Son iki misranın eyni sözlə başlaması isə bədii təkririn anaforanın göstəricisidir.

“Araz kənarında” şeirində Araz tək deyil, ayrılıq simvolu təkcə Araz deyil, dağlar da həsrətin, kədərin poetik simvoluna çevrilir.

Can atdım qoynuna,// uça bilmədim,
Heç nəyi görüşdən// uca bilmədim.
Açdım qollarımı, //quca bilmədim,
Yetim uşaq kimi //zarıdı dağlar.(1. s.178 )

İkinci bəndin də daxili bölgüsü 6+5 şəklindədir. Birinci misrada “uça”, ikinci misrada “uca”, üçüncü misrada “quca” sözləri həm qafiyə olmaqla yanaşı, “bilmədim” feilinin tərkib hissəsi kimi işlənir. Maraqlıdır ki, daxili qafiyə fonetik səviyyədə həm alliterasiya, həm də assonans yaradır, ritmi təmin edir, emosionallığı artırır. İnkarlıq kateqoriyası ilə müşahidə olunan “bilmədim” feilində dərin bir təəssüf, ruhu sızladan kədər vardır. İlk misrada “can atmaq” frazeoloji birləşməsi bölünmüş vətən torpağına qovuşmaq arzusunun semantik təsviri, Cənubi Azərbaycanla Şimali Azərbaycanın görüşməyi, bütünləşməsi şairin təsəvvürünə görə ən uca amaldır. Misraları oxuyanda təəssüf edirsən ki, şair 44 Günlük Vətən müharibəsini görmədi, Qarabağın, Şuşanın, Laçının, Xankəndinin azad olunduğu, bayrağımızın Vətən torpağında dalğalandığı günü görmədi, lakin vətən həsrəti ilə yazdığı şeirlərini oxuyan oxucuları, övladları bunun şahidi oldu və daxilən bir rahatlıq tapırsan, inanırsan ki, onu sevənlərə, vətən övladlarına Azərbaycanı bütöv görmək, bir görmək nəsib olacaqdır. Bəndin sonuncu misrasındakı “Yetim uşaq kimi zarıdı dağlar” metaforası bir vaxt gələcək vətən mövzusunda yazılacaq bütün şeirlərdə “Daha taleyindən yarıdı dağlar” məcazı ilə əvəzlənəcək.
Qeyd etmək yerinə düşərdi ki, Zəlimxan Yaqubun demək olar ki, bütün poetik örnəklərində bir-birinə bənzəməyən, orijinal metaforalar işlənmiş və bu məcazlar obrazlılığın leksik səviyyədə göstəricisi kimi çıxış etməklə yanaşı əsas fikrin estetik atributu kimi çıxış edir. Qoşmanın üçüncü bəndinin birinci, üçüncü və dördüncü bəndində fərqli metaforalarla qarşılaşırıq:

Göynədi səsimdən// hər daş, hər qaya,
“Araz, Araz” deyib// yalvardım çaya,
Dedim yaylığımı// apar o taya,
Bəlkə yarasını //sarıdı dağlar.(1. s.178)

Daşın, qayanın şairin kədərli səsindən “göynəməsi” təkcə insana məxsus əlamətin cansız varlıqların üzərinə köçürülməsi deyil, özündə kədərin böyüklüyünü ehtiva edir. Göynəmə hissi, dəhşətli ağrının təzahürüdür. Tibb elmində göynəmə, yanma kimi də başa düşülür, vətən torpağı üçün yanan, ağrıyan bir qəlbin yanması, o yanğının dağa, daşa sirayət etməsi kədərin miqyasından xəbər verir. Üçüncü bənddə lirik qəhrəman “Araza” yaylığının o taya aparılması üçün yalvarır. Bu nümunəyə sadə bir məcaz kimi yanaşmaq mümkün deyil. “Yaylıq göndərmək” ifadəsi burada min illik türk adət-ənənəsidir. Bu bir seçimimin ifadəsi, eyni zamanda əhdi-peymandır, sədaqətdir, sevginin təzahürüdür. Sanki şair Cənubi Azərbaycanı unutmamışıq, onunla birləşmək, bütünləşmək kimi əhdimiz var, bu əhdə sadiqik demək istəyir, lakin sonuncu misrada, “Bəlkə yarasını sarıdı dağlar” metaforası fikri bir qədər fərqli istiqamətə çəkir, o tayda qalan dağların yarasını sarmaq, cənublu qan qardaşlarımızın kədərinə şərik olduğunu söyləyir.
Emosional vəziyyətin, bədii düşüncənin lakonik və ümumi şəkildə ifadə edilməsində əvəzsiz rol oynayan metaforalar şairə imkan verir ki, bütün bunların fonunda əsas fikir oxucuya çatdırılsın. Sonuncu bəndin ilk misrasında “Könül nəğməsini endirməz pəsə”həm də o deməkdir ki, Cənubi Azərbaycan heç vaxt unudulmayaq, vətən torpağı birləşməyincə ayrılıq nəğməsi bitməyəcəkdir:

Könül nəğməsini// endirməz pəsə,
Verərəm canımı// can deyən kəsə.
Dilindən öpərəm,// hər kim söyləsə,
“Daha taleyindən// yarıdı dağlar!”( s.178)

“pəsə”, “kəsə”, “söyləsə” qafiyəsi fonunda şairin gələcəyə ümidlə baxdığını görür, bütöv Azərbaycan ideallarına inamı müşahidə edirik.

Bu gün 2026-cı ilin ilk ayı yanvar ayının 21-dir. Bu gün Azərbaycan poeziyasının əvəz olunmaz şairi, Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür. Sağlığında özünə sual verən, mən bu dünyaya niyə gəldim deyən, faydalı bir iş gördümmü, savabımmı çox oldu, günahımmı deyən şairin doğum günüdür. Düz 10 ildir ki, aramızda deyil, düz 10 ildir ki, onu sevən hər kəs onun doğulduğu günü, müasir poeziyamızın doğum günü kimi qeyd edir. Haqqında yazılır, danışılır, xatırlanır, oxunur, öyrədilir. Əminəm ki, şair haqqında yazılan hər sətirdə onun suallarına cavab var. Yenə də özümü saxlaya bilmirəm, uca bir səslə yazıram:
Siz yazdığınız kimi sözünüzlə, şeirinizlə, qələminizlə dünyamızı, poeziyamızı gözəlləşdirməyə gəldiniz, dırnaq boyda yox, dağ boyda iş gördünüz, tutqun çöhrələrə işıq, ürəklərə sevinc gətirdiniz, sözdən heykəl qoydunuz, yaralara məlhəm oldunuz. Siz sözün gücü ilə “Əbədiyyət dastanı” nı, “Peyğəmbər” i yaratdınız, siz aldığınız təqaüdlə, azərbaycanlı balalarını oxutdunuz və bunu aramızdan ayrılana qədər kimsə bilmədi. Siz kömək üçün sizə uzanan hər bir əli tutdunuz, heç kimi qapınızdan naümid qaytarmadınız, əl tutdunuz, savab qazandınız, qəlblərə taxt qurdunuz. İlham verdiniz, ideya verdiniz, vətəni, dövləti sevməyi öyrətdiniz, Azərbaycanı bütöv görməyi vəsiyyət etdiniz...

Ruhunuz şad olsun....

Hacıyeva Fatma Rasim qızı
Tibb elmləri doktoru, professor


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər