Yurd insanı tanıtmır, insan yurdu tanıdır..
Bu şəhərin sakinlərinin qonaqpərvərliyini, mehribanlığını danışmaqla da, yazmaqla da bitirmək mümkün deyil. O şəhər Lənkərandır.
Bu bölgənin insanlarının hər birinin ayrı-ayrılıqda əsl insanlığa nümunə olduğunu hələ 2000-ci illərdə, qürbətdə — Moskva şəhərində yaşayarkən görmüşəm. Bu nümunə Heybət dayının əxlaqında, davranışında və simasında cəm olmuşdu. Mən ona “Heybət dayı”, o isə mənə “bacıoğlu” deyə müraciət edirdi.
Heybət dayı Tanrının yer üzünə göndərdiyi bir nur idi. Sanki Allah insanı yaradarkən “yer üzünün əşrəfi” deyəndə məhz onu nəzərdə tutmuşdu. “İnsan Allahın əsəridir” deyimini Heybət dayı haqq edən İnsan idi.
Mən Lənkəranı görməmişdən əvvəl cənub bölgəsi haqqında təəssüratımı Heybət dayının simasında görmüşdüm. Bu eli, bu obanı, bu yurdu, bu şəhəri mənə o tanıtmış, o sevdirmişdi. Sonralar Lənkərana gəldikcə zaman-zaman anladım ki, Heybət dayı bu torpağın yetirdiyi gözəl insanların qürbətdə nümayəndəsi imiş.
Lənkəranın böyüklüyü də elə bundadır — burada insanlıq tək-tük adamlarda deyil, bütöv bir elin-obanın xarakterində yaşayır.
Əvvəllər düşünürdüm ki, hər yerin yaxşısı olduğu kimi, pisi də var. Amma Lənkəran elə bir məkandır ki, vallah, billah, mən burada pis insana rast gəlmədim. Hər kəlmələrində dürüstlük, qürur, ehtiram və inam hiss olunur.
Vətən müqəddəsdirsə, Vətən borcu da müqəddəsdir. İllər keçdi, tale elə gətirdi ki, oğlum Vətən borcunu yerinə yetirmək üçün Lənkəranda yerləşən “N” saylı hərbi hissədə xidmətə başladı.
Bu şəhərin qonağı olduqca sakinləri ilə söz-sözə çəkildim, könüllər könülə söykəndi. Qarşıma çıxan hər insanla doğmalaşdım. Hər tanışlıqdan sonra elə hiss edirdim ki, sanki bu insanları yüz illərdir tanıyıram.
Necə? Allahdan gizli deyil, sizdən niyə gizli olsun ki? İndi yazıram..
Hər Lənkəran səfərimdə restoran və kafe sahibləri bizi böyük qonaqpərvərliklə qarşılayırdılar:
— Qonaq olun, uzaqdan gəlmisiniz, birdən pulunuz olmaz…
Uzun xahiş-minnətdən sonra hesabı elə alırdılar ki, adam özü xəcalət çəkirdi.
Öz maşınım ola-ola ünvan soruşanda taksi sürücüləri:
— Şəhəri yaxşı tanımırsınız, sizi biz aparaq…
— deyib heç bir ödəniş qəbul etmirdilər.
Paltar mağazalarının sahibləri, dərzilər:
— Siz əsgər atasısınız, siz bizim qonağımızsınız. Oğlunuz Vətənə və bizə əmanətdir…
— deyərək pulu götürmək istəmirdilər. Götürəndə də ancaq israr və xahiş-minnətlə.
Ev sahibləri isə:
— Uzaqdan gəlmisiniz, qonağımız olun, gecəni qalın, səhər rahat gedərsiniz…
— deyə təkidlə israr edirdilər. Halbuki Bakı ilə Lənkəran arasındakı yol cəmi iki-üç saat çəkir.
Bir də övladımın xidmət etdiyi “N” saylı hərbi hissənin komandir və zabitlərindən yazmasam, haqsızlıq olar. Səmimi deyirəm, bəzən öz evimizdə övladımıza onların əsgərlərə göstərdiyi qayğı və diqqəti göstərə bilmirik. Əsgərlərə və onların valideynlərinə göstərdikləri hörmət və ehtiram yazmaqla bitməz.
Əhsən hər birinizə! Təşəkkür hər birinizə! Sizinlə fəxr edirəm!
Lənkərana gedənlər bilir, şəhərə çatmamış DYP postu yerləşir. Əsgərlərlə görüş səhər saat 10:00-da başladığı üçün Bakını dan yeri söküləndə tərk edirəm. Polis əməkdaşları saxlayıb:
— Hər şey qaydasındadır? Çay, kofe, su istəmirsiniz? Yuxunuz gəlmir ki?..
— deyə maraqlanır, sonra da yaxşı yol arzulayırlar.
Bunları yazmaqla bitirmək olmaz…
Bəli, bu Lənkərandır…
Tanrının işığı ilə oyanan,
Allahın nuruna boyanan,
insanlığı yaşadan şəhər, vətənimizin sevilən bölgəsi.
Lənkəran və onun gözəl insanları, hər birinizə sonsuz təşəkkür edirəm!
Allahdan bir arzum var: nəzəri üzərinizdən heç vaxt əskik olmasın, bu müvəqqəti dünyada mehribanlığınız, insanlığınız və xeyirxahlığınız daim yaşasın.
Amin, Amin, Amin, Allah!
İlqar İSMAYIL
Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025