Aşıq Ələsgərin ən sevimli şəyirdlərindən olan, 1919-cu ildə belinə qaynar samovar bağlanaraq şəhid edilən başıbəlalı Daşkəndli Aşıq Nəcəfin doğum tarixi müxtəlif mənbələrdə fərqli göstərilir. Aşıq Nəcəf haqqında yazılanlara diqqət etsək görərik ki, daha çox 1876-cı il (Tərlan Göyçəli, Araz Yaquboğlu, Musa Nəbioğlu, Sərraf Şiruyə), 1866-cı il (Ziyəddin Məhərrəmov, Azad Ozan Kərimli) və 1860-cı il (Qara Namazov, Musa Nəbioğlu) tarixində doğulduğu göstərilir. Hətta professor Azad Nəbiyev Aşıq Nəcəfin 1881-ci ildə anadan olduğunu da qeyd etmişdir. Lakin bu tarixlərdən həqiqətə daha yaxın olanı filologiya elmləri doktoru Ziyəddin Məhərrəmovun yazdığı və ona istinadən Azad Ozan Kərimlinin gəldiyi qənaətdir. Daha dəqiqini isə elə bu yazıda Rusiya imperiyası dövründə tərtib olunmuş və tədqiqatçı-alim Nazir Əhmədlinin elmi dövriyyəyə daxil etdiyi kameral təsvirlər əsasında dəqiqləşdirmək fikrindəyik. Çünki hələlik əlimizdə olan ən dəqiq tarixi sənəd kameral siyahılardır.
Göyçə mahalında altı dəfə – 1831, 1842, 1852, 1859, 1873 və 1886-cı ildə kameral siyahılar tərtib olunmuşdur. Bu kameral təsvirlər yuxarıda dediyimiz doğum tarixlərinin dəqiqləşdirilməsi, eləcə də nəsil şəcərələrinin araşdırılmasında çox əhəmiyyətlidir.
Aşıq Nəcəfin ata adının Allahverdi, nəsillərinin isə Kalvalılar (Kərbəlayı Əlilər) olduğunu dəqiq bilirik. Uzun illərdi tərəfimizdən Daşkənddə yaşayan nəsillərin şəcərələri araşdırılır, zamanla müxtəlif kitablarda nəşr edilir. Məhz elə Daşkəndin nəsil şəcərələrini Nazir Əhmədlinin 2021-ci ildə çap etdirdiyi “İrəvan əyalətinin kameral təsviri” (IV cild. Göyçə və Dərəçiçək mahalları) kitabı ilə dəqiqləşdirərkən Aşıq Nəcəfin 1867-ci ildə anadan olduğunu müəyyən etdik. Həmin kitabda 1873-cü ilə aid Daşkəndin kameral siyahısında yazılır:
49.47.Allahverdi Kərbəlayı Əli oğlu 54 y; oğlanları: Kəlbəli 10 y; Nəcəf 6 y (3/2).
Buradan Aşıq Nəcəfin atası Allahverdinin 1819-cu ildə, qardaşı Kəlbəlinin 1863-cü ildə, özünün isə 1867-ci ildə anadan olduğu görünür. Ailədə 3 kişi, 2 qadın var. Qadınlardan biri Aşıq Nəcəfin anası, digəri isə çox güman ki, bacısıdır. Şair Sərraf Şiruyənin yazdığı “Aşıq Nəcəf və Gülüstan” dastanından bizə Aşıq Nəcəfin Səyalı adlı bacısı olduğu məlumdur. Bu da gümanımızı daha da dəqiqləşdirir. Həmçinin, Allahverdi atası Kərbəlayı Əlinin adını oğluna qoyduğundan onu da deyə bilərik ki, 10 ildən çoxdur ki, Kərbəlayı Əli vəfat etmişdir. Adətən baba vəfat etdikdən sonra nəvəyə onun adı verilir deyə, bu qənaətə gəlmək olur. Siyahıda sıra nömrəsinin yanında yazılan “47” rəqəmi onu göstərir ki, bundan öncəki siyahıyaalınmada ailə 47-ci sırada qeyd edilmişdir. Ona görə də Nazir Əhmədlinin adı çəkilən kitabında 1859-cu ilə aid Daşkəndin kameral siyahısına da baxmağı lazım bilirik:
47.Allahverdi Kəlbəli oğlu 40 y (1/2).

Bu siyahıdan da görürük ki, Aşıq Nəcəfin atası Allahverdi 1819-cu ildə anadan olub. Ailədə bir kişi, iki qadın var. Deməli buradan o da məlum olur ki, yuxarıda dediyimiz Aşıq Nəcəfin bacısı Səyalı ailənin böyük övladıdır. Bu ailə 1859-cu ildə gənc olub və bir neçə ildir ki əsas ailədən ayrılaraq sərbəst yaşayır. Bu fikrə gəlməyimizə səbəb isə siyahıda ailə nömrəsinin tək yazılmasıdır. Çünki bu o deməkdir ki, ailə bundan öncəki, yəni 1852-ci il siyahıyaalınmasında ayrıca ailə kimi yox, əsas ailənin tərkibində qeydiyyata alınıb.
Bu məqalədə Aşıq Nəcəfin sənət şəcərəsi haqqında da danışmaq istərdik. Daşkəndli Aşıq Nəcəf ustadı Dədə Ələsgərin ən sevimli şəyirdlərindən olmuş, özünün qeyri-adi səsi, avazı və şəxsiyyəti ilə saz-söz sevənlərin ürəyində əbədiyaşarlıq qazanmışdır. Ələsgərşünas alim İslam Ələsgərin Aşıq Talıb və Zodlu Ağayarla müsahibəsindən kiçik bir hissəyə diqqət etsək dediklərimiz çox aydın görsənər:
“İ.Ələsgər: Aşıq Ələsgər şəyirdlərindən ən çox hansını sevirdi? Xasiyyəti, oxumağı...
Aşıq Ağayar: Nəcəfi.
Aşıq Talıb: Daşkənddi Aşıq Nəcəfi, bir də qardaşı oğlu Qurbanı.
Aşıq Ağayar: Qurban ayrı cür oğuluydu.
İ.Ələsgər: Nəcəfi nəyə görə xoşlayırdı?
Aşıq Ağayar: Adamlığına görə. Nəcəf kişiydi...
İ.Ələsgər: Onun oxumağı necə idi?
Aşıq Ağayar: Oxumağı heç başa gəlməzdi.
Aşıq Talıb: Əsəd onnan oxuya bilmirdi.
İ.Ələsgər: Aşıq Nəcəf həm də muğamatı yaxşı oxuyurdu?
Aşıq Talıb: Yaman “şikasta” deyən idi.
Aşıq Ağayar: Bəli, yaxşı oxuyurdu. Onun “şikasta”sını heç kim oxuyammazdı, ey.
İ.Ələsgər: Deməli, babamın şəyirdlərinin hamısı yaxşı oxuyan olub, amma Nəcəfin yerini heç biri tuta bilməzmiş.
Aşıq Ağayar: Yox, yox.
Aşıq Talıb: Nəcəfin insanlığı da ayrıydı, ey.
İ.Ələsgər: Nə təhəri?
Aşıq Talıb: Oturanda ağaydı, ayağa duranda aşığıydı...”

Müsahibədən də göründüyü kimi Aşıq Nəcəf əvəzsiz bir sənətkar olmuş, Göyçə aşıq mühitində əsrarəngiz ifaları ilə dərin iz sala bilmişdir.
Sənətşünaslıq namizədi Azad Ozan Kərimli “Musiqi dünyası” jurnalında nəşr etdirdiyi “Göyçə aşıq məktəbi” adlı məqaləsində Aşıq Ələsgərin sənət şəcərəsi haqqında məlumat verərkən onun şəyirdi Daşkəndli Aşıq Nəcəfin də şəyirdi Əlimərdanlı Aşıq Zülfüqar (Sarı Zülfüqar) olduğunu göstərir. Həmçinin, tədqiqatçı şair Abbas Vəfadağlının “Ulu Göyçəm” adlı kitabındakı “Bozalqanlı Aşıq Hüseynlə Göyçəli Aşıq Mehdinin deyişməsi” əhvalatından o da məlum olur ki, Cilli Aşıq Mehdinin də ustadı Daşkəndli Aşıq Nəcəf olmuşdur. Yekun olaraq deyə bilərik ki, Daşkəndli Aşıq Nəcəf Əlimərdanlı Aşıq Zülfüqarın və Cilli Aşıq Mehdinin ustadı olmuşdur.
1867-ci ildə anadan olan Daşkəndli Aşıq Nəcəfin qarşıdan gələn 2027-ci ildə anadan olmasının 160 illik yubiley ili olacaq. İnanıram ki, Göyçənin və aşıqların ilk şəhidi hesab edilən Aşıq Nəcəfin yubileyi dövlət səviyyəsində qeyd olunacaq və adı əbədiləşdiriləcək.
Araz Yaquboğlu
tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü
Mənbə: “Ozan dünyası” jurnalı, № 1(39), 2026, səh.39–41
Qılman İmanın yeni kitabı nəşr olundu
10.08.2026DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?
10.08.2026“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025