Bir neçə gün bundan əvvəl Rusiyada yaşayan bir soydaşımız mənə bir video göndərdi. Videonu göndərən Məmmədov Məmməd İbrahim oğlu 1954-cü ildə Kəlbəcər rayonunun Daşbulaq (Kilsəli) kəndində anadan olub, 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1978-ci ildən həyatını da, işini də Rusiyada davam etdirir. Ali partiya məktəbində təhsil alaraq Kirov vilayətində müxtəlif vəzifələrdə, o cümlədən Kirov Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində işləmişdir. Məmmədov Məmmədə Rusiyada Mamed, bizim kəndçilər, eloğlular arasında isə İman deyirlər. Məmmədə İman deyilməsinin də qəribə tarixçəsi var. Məmmədin atası İbrahim oğlu olandan sonra kənd sovetinə uşağa yaş kağızı (metirka) yazdırmaq üçün gedir. Katib soruşur:
– Oğlunun adını nə qoymaq istəyirsən?
İbrahim kişi deyir:
– Yoldaş Məmmədov, mən aşıqları , şairləri çox sevirəm.Ən çoxu da Novrəs İmanı. Əhd eləmişdim ki, oğlum olsa, adını İman qoyacağam.
Katib heç nə demir. Yerində oturur, yaş kağızını yazıb İbrahim kişiyə verib deyir:
– Sənin də atanın adı Məmməd olub, mənim də. Oğlunun adını da Məmməd yazdım.
Katibə söz qaytarmağı özünə rəva bilməyən İbrahim kişi idarədən könülsüz çıxıb gəlir, oğlunun adının Məmməd olduğunu kiməsə demir. Balaca uşaq İman adı ilə böyüyür, saza, sözə həvəs göstərir. Məktəb həyatında isə Məmməd kimi tanınır. Əvvəl Kəlbəcərdən, sonra Tovuzdan – sazbənd Xududan saz alır, ancaq tale ona başqa həyat yolu yazır. İman bu gün də istənilən saz havasında ən incə xalların yerində olub-olmadığını asanlıqla seçə bilir. “Dədə Ədalət Fondu” yaradaraq feysbukda öz şəklinin yerinə Aşıq Ədalət Nəsibovun şəklini işlədir, paylaşır.
Xülasə, İmanın mənə göndərdiyi bu dəfəki video professor Məhərrəm Qasımlının apardığı “Saz-söz axşamı” verilişinin “Kəlbəcərin yeni nəsil aşıqları” adlanırdı. Bu videoda diqqətimi cəlb edən Aşıq Əli Zeyalabdınovun (Pənahoğlunun) və qardaşı Aşıq Xaqaninin birgə oxuduqları Dədə Ələsgərin “İncimərəm” qoşması oldu. Məlumdur ki, indiyə qədər Aşıq Ələsgərin çap olunmuş kitablarında birinci bənd aşağıdakı kimi verilmişdir:
İstər dara çəkdir, istər qul eylə,
Qoymuşam əmrinə qol, incimərəm.
Həsrətindən Məcnun oldum səhrada,
Alırsan canımı al, incimərəm.
Bu bəndin 3-cü misrasında söylənilən məna 4-cü misra ilə tamamlanmır, əksinə bir fikir natamamlığı, bir uyğunsuluq olduğu hiss olunur: həsrətindən səhrada Məcnun oldum, canımı alırsansa al, incimərəm. Digər tərəfdən aşıqların “Sarı torpaq” havası üstündə oxuduğu bu qoşmanın 1-ci, 2-ci və 4-cü misralarının daxili bölgüsü – təqtisi 6+5=11 şəklində olduğu halda, 3-cü misra 4+4+3 =11 şəklində olduğundan heca vəzninə xas olan bütöv söz prinsipi pozulur. Mənim axtarıb tapdığım və təklif etdiyim variantda isə həmin bənd aşağıdakı kimidir:
İstər dara çəkdir, istər qul eylə,
Qoymuşam əmrinə qol, incimərəm.
Sən mənim canımın ixtiyarısan,
Alırsan canımı al, incimərəm.
Mən bu misranı kəlbəcərli şair Usta Eldardan necə əldə etdiyim haqqında “Adım Ələsgərdi...” kitabında ətraflı bəhs etdiyimdən bu məsələyə yenidən qayıtmaq istəmirəm. Ancaq bu misranın – “sən mənim canımın ixtiyarısan” misrasının bu qoşmanın şah misrası olduğuna şəkk-şübhə yoxdur. Əlbəttə, klassik poeziyada “şah beyt” ifadəsindən geniş şəkildə istifadə olunur, ancaq “şah misra” və ya “azadə misra” ifadəsindən isə qismən bəhs olunur. Heca vəznində isə “şah misra” və “şah bənd” ifadələrinin işlənməsini normal hesab edirəm və ədəbi dostlarımız tərəfindən də bu ifadələrin qəbul edilməsini, işlədilməsini arzu edirəm. Bu misra özündən sonrakı misra ilə birlikdə çox mükəmməl bir deyim yaradaraq Aşıq Ələsgər poeziyasına xüsusi bir dəyər bəxş edir.
Sən mənim canımın ixtiyarısan,
Alırsan canımı al, incimərəm.
“Saz-söz axşamı”nın həmin buraxılışında aşıqlar 3-cü misranı düzgün oxuduqları üçün onlara öz minnətdarlığımı bildirirəm. Bununla belə, 4-cü misranı öz bildikləri kimi oxudular: “Can alansan, canım(ı) al, incimərəm”. Belə yerdə – aşıqların və katiblərin hər hansı bir şeirə öz zövqlərinə uyğun dəyişiklik etdikləri məqamda söz mülkünün sultanı Füzuli babamızın “əli qələm olsun ol katibin ki...” kəlamı yada düşür. Ya bilərəkdən olsun, ya da naşılıqdan, fərqi yoxdur, sənətkarın hər hansı bir şeirinə müdaxilə etmək qətiyyən olmaz.
Bu qoşma bütövlükdə lirik bir məhəbbət əsəri olsa da, fikir yükünün ağırlığı birinci bənddə, xüsusən də birinci bəndin 3-cü, 4-cü misralarındadır. Canın ixtiyarı Allahda olduğu halda, Dədə Ələsgərin öz canına cananını ixtiyar sahibi etməsi onu “canı canan diləmiş, verməmək olmaz, ey dil”, – deyən Məhəmməd Füzuli ilə yaxınlaşdırır. Qəzəl janrının ən böyük ustadı başqa bir qəzəlində də aşiqin canının qədir-qiymətinin cananı sevməkdə olduğunu yazırdı:
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər canın sevər.
Həm Füzulinin qəzəlində, həm də Aşıq Ələsgərin qoşmasında irfani məqamların axtarışını aparmaq fikrimiz yoxdur. Sadəcə olaraq bildiririk ki, Dədə Ələsgərdə də Mövlana Füzuliyə oxşar situasiyadır: canın ixtiyarı canandadır. Canan aşiqin canını yaşatmasa, bu canı alsa belə, aşiq öz məşuqundan əsla inciməz.
Eyni bir şahanə misra “Gözəllər” qoşmasında da hansısa katibin, aşığın xətası ucbatından it-bata düşüb və əvəzində yamaq misralar onun yerini tutub.
Minəş Günə bənzər, Əsli bir aya,
Şəms olub aləmə salıbdı saya.
İncimərəm, qəsəm olsun Xudaya,
Qədəm bassa gözüm üstə gözəllər.
– Yaxşı bənddimi?
– Bəli, yaxşıdı.
– Yaxşı tərənnümdümü?
– Bəli, yaxşıdı. Ancaq şahanə bənd deyil. Bu bəndin şahanəliyi Şair Eldarın, Usta Eldarın dədə-babasından eşidib yaddaşında saxladığı variantdadır:
Minəş Günə bənzər, Əsli bir aya,
Şəms olub aləmə salıbdı saya.
İstəyirəm körpü düşəm bu çaya,
Gəlib keçə sinəm üstdən gözəllər.
Bəh, bəh, bəh! Şeiriyyətə baxın, gözəllərə can yandırmağın ən gözəl örnəyinə, ən bariz ibrətinə baxın! Min illərdən bəri çaya körpü salmağı ulularımız savab iş hesab etmişlər. Min illərin adət-ənənəsini gözəl bilən və bu adət-ənənəni bədii sözə çevirən sənətkarın sənətkarlıq qüdrətinə baxın. Hər şeydən əvvəl “körpü düşmək” ilə “körpü salmaq” ifadələrinin məna fərqinə diqqət yetirin. Körpü salmaq üçün insanlar ağac, daş materiallarından istifadə edirdilər və bu körpüdən canlı, cansız nə varsa, nə lazımsa, onu keçirirdilər. Körpü düşmək isə Aşıq Ələsgər dönəmində Cavanşir mahalında işlənən frazeloji birləşmə kimi işlənərək vasitəçi olmaq, səbəbkarlıq etmək mənalarını ifadə etmişdir. Bu söz Aşıq Ələsgərin fərdi üslubunun, obrazlı dilinin təzahürü kimi bu gözəlləmədə işlənmişdir. “Çaya körpü düşmək” istəyən ulu ozanın bir arzusu var: toya gedən “dəstə gözəllər” əziyyət çəkərək çaya düşməsinlər, sınıq-salxaq körpüdən keçməsinlər, gözəllik tərənnümçüsünün sinəsi üstündən keçib getsinlər. “Körpü salmaq” asandır, “körpü düşmək” isə çətindir. Birincidə malını, pulunu sərf edirsən, ikincidə canını, könlünü fəda qılırsan.
Bu gözəl gözəlləməni oxuduqca yaddaşımda illər öncədən özünə yuva salmış bir bayatını xatırlayıram:
Əzizim, keçdi məndən,
Ox atdı, keçdi məndən.
Mərdlərə körpü oldum,
Namərdlər keçdi məndən.
Bu bayatıda “körpü olan” bir şəxsin giley-güzarı var: o bu cəfanı mərdlər üçün çəkdiyi halda, namərdlər ondan bəhrələnirlər. Aşıq Ələsgərin qoşmasında isə nikbin bir əhval-ruhiyyə var: dəstə gözəlləri görəndə qəm-qüssəni unudur, hörmət ilə onlara doğru gəlir. Nəinki onlara saz çalır, söz qoşur, hətta onların keçəcəyi çayın üstündə körpü olmağı arzu edir.
Bir misranın bir şeirə böyük dəyər qatdığına və ya bir misranın bir şeiri dəyərdən saldığına aid bir sıra da örnəklər var ki, onlardan bəzilərini yada salmağı lazım bilirəm:
“Mənim könlüm müəllmdi, dizim üstü dəbistanı”. (Ə. Xaqani).
“Yelin ayağına dolaşdı xəzan”. (N. Gəncəvi).
“Və gər güzgüdən sidq umdum, əksi-müddəa gördüm”. (M. Füzuli).
“Kəpəz düşüb ayağına Murovun”. (Aşıq Şəmşir).
“Dünya mənə göründü bir qaranlıq otaqdan”. (S. Vurğun).
“Vəfasız şairin vəfalı dostu”. (B. Vətənoğlu).
“Bağrımın başına dikildi dərdim”. (Şair Sücaət).
Azərbaycan xalqının həm folkloru, həm də yazılı poeziyası kifayət qədər zəngin olduğundan bu cür obrazlı misraların sayını istənilən qədər artırmaq olar. Eyni zamanda çox dəyərli poeziya nümunələri var ki, yerinə oturmayan bir-iki söz yamaq kimi görünərək şeirin bədii dəyərini azaldır. Buna aid də yüzlərlə nümunələr vermək mümkün olsa da, xatirə şəklində bir populyar şairin bir populyar şeirindən bir nümunə gətirməklə kifayətlənək.
Mən orta məktəbdə oxuduğum illərdə Məmməd Arazın Məmməd İbrahim təxəllüsü ilə çap olunan bir kitabındakı bir şeiri oxuyan kimi əzbərlədim. “Salamat qal” (“Əlvida dağlar” adı ilə də tanınır) rədifli bu şeir sanki bizim dağlardan biçənəklərə, oradan da kəndə gəlişimizi təsvir edirdi. Şeirin son bəndi belə qurtarırdı:
Bu qoca dağların meri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən,
Çoban salamat qal, sağ-salamat qal.
Bu qoşma aydan-aya, ildən-ilə məşhurlaşdığından və “mer” sözü şeirə ağırlıq gətirdiyindən “şir” sözü ilə əvəzləndi: “Dağların pələngi, şiri də sənsən”. Bildiyimə görə, daha sonra Məmməd Aslan “şir” sözünü də dəyişməyi və “biri” sözü ilə əvəzləməyi təklif edib. “Bu qoca dağların biri də sənsən”. Zənnimcə, belə daha mənalı və gözəl səslənir.
Şeirlərinin böyük əksəriyyətini bədahətən dediyindən və zamanında yazıya alınmadığından Aşıq Ələsgərin şeirlərində də artıq və əskik olan səslərə, mətndə yerinə uyuşmayan sözlərə rast gəlmək olur. Ümid edirəm ki, mövcud olan müəyyən qüsurlar növbəti nəşrdə aradan qaldırılacaqdır. Aşıq Ələsgərin sözləri çəki etibarı ilə ağırdır, ləngərlidir, misra, bənd daxilində hərbi nizamla addımlayan ordunu xatırladır:
Sərraf yüz bəzəsə səngi-siyahı,
Əsli mütəlladı, ləl ola bilməz.
Məkəs fəğan eylər zənbur sövtilə,
Künhü yox, fəmində bal ola bilməz.
Bu məqamda Hüseyn Ariflə bağlı bir lətifəni xatırlamaq yerinə düşər. Şairi istəyən dostları onu tərifləyir: qağamız dahidir, böyük şairdir, mütəfəkkirdir... Nə qədər tərif desələr də, şairin ürəyi açılmır. Səbəbini soruşanda deyir:
– Bu qədər tərifin yerinə “Hüseyn Arif Bəxtiyar Vahabzadədən yaxşı yazır”, desəydiniz, bəs edərdi.
Əlbəttə, bu, bir lətifədir. Əslində isə yaradıcı adam haqqında ən böyük tərifi də, tənqidi də onun öz əsərləri söyləyir. Necə ki, Məhəmməd Füzuli yazırdı:
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Sözə ehya verməyi bacaran, “hər sözü dillərdə bir əzbər mənəm”, – deyən Dədə Ələsgər bundan sonra da xalqın dilinin əzbəri olacaqdır.
Salman Qaralar (Balakişiyev)
Şair, tədqiqatçı.
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025