BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

23:37 / 11.06.2025
Baxılıb: 2650

Anadan olduğum Daşbulaq (Kilsəli) kəndinin üzü Kəlbəcər şəhərinə, Qoçdaşa baxırdı, arxası isə “Qarrax”a, Göyçənin yalına söykənmişdi. Kənd adamlarının danışıq dili olduqca canlı, frazeoloji birləşmələrlə, qanadlı söz və ifadələrlə süslənmiş bir dil idi. Bu haqda çox danışmağa lüzum olmadığından yalnız bir epizodu xatırlamaqla kifayətlənirəm.

Mənim orta məktəbdə oxuduğum illərdə ağsaqqallıq məqamında, yaşında olan Əli Babayev (Pəricahanın oğlu Əli) qoruq yerini gəzən Yunus Qaraşoğlunu görür və deyir:

-Ay sədr, gəl bir toyuq öldürüm, oturaq, yeyək, söhbət edək.

Yunus atdan düşür…

Məqsədim bu rəhmətliklərin çay içib, çörək yeməklərini təsvir etmək deyil, Əli babanın işlətdiyi “öldürüm” sözünə diqqət yetirməkdir, bu sözün semantikasına qısaca nəzər salmaqdır. Həmin vaxtlar başqa şəxslərin də dilindən, xüsusən, Məşədi Bayramlı tayfasından olan yaşlı adamlardan da “bir quzu öldürdüm”, “bir erkək öldürdüm” kimi ifadələr eşitmişdim. Onlar “kəsdim” sözü əvəzinə çox vaxt “öldürdüm” sözünü işlədərdilər.

Aradan illər keçdi. Aşıq Ələsgərin şeirlərinə mən bir oxucu kimi yanaşmaqdan daha çox bir tədqiqatçı, təhlilçi kimi diqqət yetirəndə bu sözün məşhur “Öldürür” rədifli qoşmasında da işləndiyini xatırladım.

 

Heç bilmirəm neyləmişəm, neylərəm,

Xəncər alıb, qara bağrım teylərəm.

Bir canım var, yara qurban eylərəm,

El desin: “Aşıq da qurban öldürür”.

 

Bu qoşmada, hər şeydən əvvəl, nakam bir aşiqin öz eşqi uğrunda çəkdiyi iztirablardan bəhs olunur. Sevdiyi gözələ qovuşa bilməməyin dərdi aşiqi “pünhan-pünhan öldürür”. Qoşmanın ikinci bəndində epizodik şəkildə müsəlman dünyasının, o cümlədən xalqımızın Qurban bayramına hazırlıq və onun keçirilməsi qaydasından bəhs olunur. Bu gün də işlənən adətə görə, bəlgə, nişan qoyulan qız evinə oğlan evi tərəfdən bəzəkli qoç və digər şirniyyat aparılır, hər iki ailə qurbanı bir yerdə kəsirlər. Bu qurban kəsmə mərasimini həm oğlan, həm də qız evinin qohum-qonşuları da görür, gözaydınlığı verirlər. Aşıq Ələsgər isə sevdiyi “alagöz ceyran”a qurban apara bilmir, hər şeydən, maldan, puldan qiymətli canını sevgilisinə qurban verərək deyir ki, “mənim qurban öldürdüyümü də el-oba bilsin”.

Ana dilimizin incəliklərinə bələd olan və öz şeirləri ilə dilimizin zənginləşməsinə xidmət edən Dədə Ələsgər niyə “kəsir” sözü yerinə “öldürür” sözündən istifadə etmişdir?

Qafiyə, rədif xatirinəmi? Xeyr!

Bu söz yerində, məqamında düzgün işlənmişdirmi? Bəli!

Bəs niyə bu gün “kəsmək” sözünə sinonim kimi “öldürmək” sözündən istifadə olunmur?

Bir neçə kəlmə ilə bu sualı cavablandırmağa çalışaq.

Məlumdur ki, dil canlı orqanizm kimi fəaliyyət göstərir. Dilin fonetik və qrammatik sistemi ilə müqayisədə leksikası, lüğət tərkibi daha çox dəyişikliyə uğrayır, yeniliyə meyilli olur. Zaman keçdikcə müəyyən leksik vahidlər sıradan çıxır, işləkliyini itirir, müəyyən sözlər isə dilə daxil olur və qısa zaman kəsiyində işləklik dairəsini genişləndirir. Dildən çıxan, işləklik keyfiyyətini azaldan, itirən sözlərlə müqayisədə dilə daxil olan, yeni məna çalarları qazanan sözlər daha çox olur.

Azərbaycan dilində söz yaradıcılığının əsas üsulları bunlardır:

Leksik,

Morfoloji,

Sintaktik.

Leksik üsulda sözlərin öz əvvəlki mənasından fərqli məna kəsb etməsi mühüm rol oynayır, çoxmənalılıq və omonimlik formalaşır. Bütün bunlarla bərabər, sözün mənasının daralması prosesi də baş verir. “Öldürmək” sözünün də leksik-semantik mənasının daraldığını həm canlı danışıq dilindən, həm də Aşıq Ələsgərin “Öldürür” rədifli qoşmasından göstərdiyimiz bir bədii nümunə üzərində müşahidə edirik. “Kitabi-Dədə Qorqud” dastanında da “atdan ayğır, dəvədən buğra, qoyundan qoç öldürgil” deyimi məkan və zaman fərqinə baxmayaraq bizim milli kimliyimizi, dilimizi, bədii düşüncə tərzimizi sübut edən mötəbər mənbədir.

Bu kimi dil faktları əsasında biz bir tarixi həqiqəti də bilməliyik ki, bu sözün döğum - yaranma tarixi bizi ibtidai icma dövrünə, tariximizin yığıcılıq və ovçuluq dövrünə aparır. Biz qədimdən qədim, uludan ulu bir etnosun davamçılarıyıq.

Salman Qaralar

Şair, tədqiqatçı.


Etiket:
Xəbərlər

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025
Bütün xəbərlər