Kütləvi insan tələfatları ilə müşayiət olunmuş və Avrasiya xalqlarına demoqrafik fəlakət gətirən 1939-1945-ci illərin İkinci Dünya savaşı başlanarkən Qafqazın etnik spektrində sayca ilk yerdə duran, öz milli respublikasında o əsnada 2 milyon civarında olan etnik Azərbaycanlılar eyni zamanda qonşu Ermənistan SSR, Gürcüstan SSR, RSFSR-in Dağıstan muxtariyyətində də böyük etnik kütlələr halında yaşayırdılar. Ölkəmizdə nəşr olunan “Azərbaycan Respublikası Xatirə Kitabı” nda savaş itkilərimizin adbaad müəyyənləşdirilməsi, sistemləşdirilməsi yönündə indiyə qədər mühüm işlər görülmüş olsa da, Ermənistan SSR, Gürcüstan SSR, eləcə də Dağıstan üzrə soydaşlarımızın bu total savaşdakı itkilərinin dəqiqləşdirilməsi məsələsi (buraya Ahısqa Türklərindən olan savaş itkilərini də əlavə etməliyik) bu Kitabın fəaliyyətindən kənarda qalmışdır. Kitabın nəşrlərində İkinci Dünya savaşında həlak olmuş və ya itkin düşmüş Ermənistan SSR Azərbaycanlıları barədə yalnız pərakəndə və təsadüfi informasiyalar ifadəsini tapmışdır.
Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, yuxarıda adları göstərilən bölgələırin ikinci Dünya savaşında iştirakı və insan tələfatları yerli tədqiqatçılar tərəfindən sistemli şəkildə öyrənilməmiş və indiyədək də öyrənilmir. Halbuki bu itkilərin keçmiş sovet respublikaları üzrə dəqiqləşdirilməsi İkinci Dünya savaşının xalqımıza vurduğu etno-demoqrafik zərərin və onun sonrakı fəsadlarının təhlili baxımından çox aktualdır. Müasir dövrümüzün reallıqları fonunda ciddi etno-siyasi məsələ kimi qarşıya çıxan bu mövzular millətimizin hərb tarixinin ayrıca səhifələrini təşkil etməsi baxımından da diqqət tələb edir.
Bu total savaşda Ermənistan SSR Azərbaycanlılarının yaşamış olduğu itkilərin adlı siyahılar şəklində müəyyənləşdirilməsi və sistemləşdirilməsi yönündə yalnız son dönəmdəki ilk pərakəndə təşəbbüslərdən biri “Göyçə mahalı İkinci Dünya savaşında: həlak olanlar və itkin düşənlər” kitabında edilmişdir. Bu kitabda Göyçə mahalı Azərbaycanlılarının İkinci Dünya savaşında iştirakları, onlardan həlak olan və ya itkin düşənlərin doğulmuş və yaşamış olduqları məntəqələr üzrə adbaad siyahılarının müəyyənləşdirilməsi, onların hər biri haqqında: şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı yığcam informasiyaların təqdimi mövcud boşluğun doldurulması işində ilk addımlardan biri hesab edilə bilər. Bununla da keçmiş Ermənistan SSR-dən səfərbər olunmuş Azərbaycanlılar sırasından həlak olan və ya itkin düşənlərin inzibati rayonlar üzrə sistemli bir şəkildə müəyyənləşdirilməsi işinə başlanılmışdır. Onun ardınca “Ağbaba − Şörəyel İkinci Dünya savaşında: həlak olanlar və itkin düşənlər” (2024) kitabında Amasya inzibati rayonunun 22 kəndi üzrə müharibədən qayıtmayan 600-dən çox həmyerlimiz haqqında məlumat öz əksini tapmışdır.
Bu günlərdə yeni nəşr edilmiş “Pəmbək mahalı İkinci Dünya savaşında” kitabı mahalın 14 kəndi üzrə müharibədən qayıtmayan 629 əsgər və zabit haqqında məlimatlarla yanaşı, 1240 nəfər müharibə iştirakçılarının adlı siyahısını da oxuculara çatdırır.
Ermənistan SSR əhalisi müharibə ərəfəsində 1,1 milyon, etnik Azərbaycanlıların ümumi sayı isə 138,8 – 143,5 min civarında göstərilirdi. 1918-20-ci illərdə onlara qarşı törədilmiş soyqırım aktları və etnik təmizləmələrə rəğmən 1921-1941-ci illərdə Pəmbək mahalı etnik Azərbaycanlıların bu respublikada kompakt yaşadığı bölgələrdən biri olaraq qalırdı və burada Azərbaycan Türklərinin tam və ya qismən yaşadığı 14 yaşayış məntəqəsi var idı.
1939-cu ilin yanvarına olan məlumata əsaslansaq, o zamann bu məntəqələrdə toplam 7 mindən bir az çox azərbaycanlının yaşadığı bəlli olur. 1941-ci ilə doğru hər halda bu rəqəm bir az da artmış ola bilirdi.
İkinci Dünya savaşında Pəmbək mahalında iki inzibati rayonun – Hamamlı (Spitak) və Böyük Qarakilsə (Kirovakan) rayonlarının kəndlər üzrə savaşda iştirak edənlərin və müharibədən qayıtmayanların adlı siyahısı, eyni zamanda müharibədə həlak olanlar və itkin düşənlər haqqında qısa məlumatlar təsbit olunmuşdur. Yekun rəqəmə görə, səfərbər olunmuş 1240 çağırışçılardan geri dönməyənlər 629 nəfərdir. Bu rəqəm 1918-20-ci illər arasında yaşanmış soyqırım, etnik təmizləmə aktlarından sonra Pəmbək mahalı üçün çox ağır əhali itkisi kimi qiymətləndirilməlidir .
Aşağıdakı cədvəldə rayonlar üzrə cəbhəyə səfərbəsr edilmiş və müharibədən qayıtmayanların (həlak olanların və itkin düşənlərin) sayı göstərilir:
Böyük Qarakilsə (Kirovakan) rayonu üzrə:
Səfərbər olunanlar qayıtmayanlar
Arçut 218 99
A. Kilsə 28 20
Gözəldərə 160 86
Hallovar 123 58
Heydərli 81 44
Kirovakan (B. Qarakilsə) 49 23
Lermontovo 8 3
Mollaqışlaq 21 10
Vartanlı 48 22
Y. Kilsə 27 12
-------------------------------
763 377
Hamamlı (Spitak ) rayonu üzrə:
Hamamlı 27 11
Qızılörən 31 12
Qursalı 239 125
Saral 177 104
-------------------------
477 252
Sənədlərə istinadla, Hamamlı (Spitak) və Böyük Qarakilsə (Kirovakan) rayonlarının hərbi komissarlıqlarından səfərbər olunmuş Azərbaycanlıların daha çox Gürcüstan SSR-də: Zestafoni şəhərində dislokasiya olunmuş 124-cü ehtiyat atıcı alayının, Kutaisi şəhərində dislokasiya olunmuş 38-ci atıcı diviziyanın, 145-ci qvardiya dağ-atıcı alayının, Avçalada dislokasiya olunmuş 28-ci ehtiyat atıcı briqadanın, 35-ci ehtiyat atıcı alayın, Staliniridəki (indiki Tsxinvali) 802-ci atıcı alayın, Telavidə dislokasiya olunmuş 810-cu atıcı alayın Laqodexidəki 28-ci dairə snayper-atıcılıq məktəbinin; Krasnodar diyarında: Adlerdə dislokasiya olunmuş 20-ci dağ-atıcı alayının; Ermənistan SSR-də: Leninakanda (Gümrü) yerləşən 3818 saylı hərbi hissənin, Dilican şəhərində dislokasiya olunmuş 45-ci yol-istismar alayının, 136-cı atıcı alayın sərəncamına göndərildikləri izlənir.
Müharibənin gedişində Azərbaycan SSR çağırışçılarından milli hərbi hissələr təşkil olunanda Pəmbək mahalının rayonlarından səfərbər olunmuş Azərbaycanlıların bir çoxunun 416-cı, 223-cü, 77-ci və s. diviziyaların sıralarında yer aldıqlarını görürük. Yəni sonrakı axtarışların bu hərbi hissələrin arxiv fondlarına yönəldilməsi müsbət nəticələr verə bilər.
Təqdim olunan informasiyalara isnadla, Pəmbəkdən müharibəyə səfərbər olunan azərbaycanlı döyüşçülərin bundan sonrakı dönəmdə, yəni milli tərkibli diviziyaların sıralarında fədakarlıqla savaşdıqlarını söyləyə bilərik. Azərbaycan türklərinin öz xarakterləri etibarı ilə hərb işinə sadiq, intizamlı, kollektiv davranışlı, fədakar döyüşçülər olduğu və düzgün hərbi təşkilatçılı ğın qurulduğu təqdirdə müstəsna qəhrəmanlıqlara qadir olduqları Pəmbəkli döyüşçülərə da xas olmuşdur. İndi həyatda olmayan keçmiş döyüşçülərdən bütün bunlar barədə nə qədər söhbətlər dinləmişik.
Arxiv sənədləri arasında araşdırmalar zamanı, döyüşlərdə göstərdikləri şücaətə və qəhrəmanlılqlara görə 390 nəfər müharibə iştirakçısının keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunduğunu təyin edə bildik. Təltif olunanlar sırasında 2 Lenin ordeni, 1 Qızıl Ulduz nişanı, 16 nəfər “Qırmızı Ulduz”, 2 nəfər “Qırmızı Bayraq”, 2 nəfər “Şərəf Nişanı”, 2 nəfər I dərəcəli “Şöhrət”, 6 nəfər III dərəcəli “Şöhrət”, 107 nəfər I dərəcəli “Vətən Müharibəsi”, 91 nəfər II dərəcəli “Vətən Müharibəsi” ordenləri ilə, 46 nəfər ”İgidliyə görə”, 37 nəfər “Döyüş xidmətlərinə görə”, 19 nəfər “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”, 19 nəfər “Qafqazın müdafiəsinə görə”, 6 nəfər “Berlinin alınmasına görə”, 2 nəfər“Varşavanın azad edilməsinə görə”, 5 nəfər “Stalinqradın müdafiəsinə görə”, 2 nəfər “Belqradın azad edilməsinə görə”, 3 nəfər “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” və başqa yubiley medalları ilə təltif edilmişlər.
Qərbi Azərbaycan ərazisində yaşayan azərbaycanlılar arasındakı yeganə Sovet İttifaq Qəhrəmanı Xıdır Mustafayev Böyük Qarakilsə rayonunun Qözəldərə kəndindəndir. Arçut kəndindən qızıl əsgər İsmayılov Səlimxan “Qırmızı Ulduz”, “I dərəcəli Vətən Müharibəsi” ordenləri və “İgidliyə görə”” medalı ilə, baş serjant Musayev Musa “I dərəcəli Vətən müharibəsi” ordeni ilə, “Döyüş xidmətlərinə görə”və “Leninqradın müdafiəsinə görə” medalları ilə, kiçik serjant Mustafayev Hüseyin “Döyüş xidmətlərinə görə”, “İgidliyə görə” medaları ilə və “3-cü dərəcəli Şöhrət” ordeni ilə, Gözəldərə kəndindən serjant Hümbətov Hüseyn “Qırmızı Ulduz”, II dərəcəli “Vətən Müharibəsi” ordenləri və “Döyüş xidmətlərinə görə” medalı ilə, baş serjant Qorçuev Qorçu “3-cü dərəcəli Şöhrət”, “II dərəcəli Vətən Müharibəsi” ordenləri, “Berlinin alınmasına görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə, qvardiya mayoru Məmmədov Məmməd “Qırmızı Ulduz” və “Qırmızı Əmək Bayrağı” ordeni ilə, Hallovar kəndindən kiçik serjant Рамазанов Имран “Döyüş xidmətlərinə görə”, “İgidliyə görə” medaları və “Qırmızı Ulduz” ordeni ilə, Hamamlı rayonunun Qursalı kəndindən baş leytenant Qurbanov Müseyib İsrafil oğlu “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” “Varşavanın azad edilməsinə görə” və “Berlinin alınmasına görə” medalları ilə, Qızılörən kəndindən leytenant Mustafayev Mustafa Baba oğlu “Qırmızı Ulduz” ordeni ilə və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı ilə, Saral kəndindən qvardiya leytenantı Əzizov Əli “İgidliyə görə”, “Döyüş xidmətlərinə görə”, “Köniqsberqin alınmasına görə”, “Moskvanın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə, “Qırmızı Ulduz” və “II dərəcəli Vətən Müharibəsi” ordenləri ilə və digər yüzlərlə adlarını bu yazıda çəkmədiyimiz soydaşlarımız çoxlu sayda orden və medallarla təltif olunmuşlar.
Pəmbək müharibə iştirakçıları, həlak olan və ya itkin düşənlər barədə inormasiyaların təhlili göstərir ki, onların əksəriyyəti əsas etibarilə sıravi əsgərlərdir, zabit rütbəsində olanlar sayı hədsiz dırəcədə azdır. Bu isə müharibədən əvvəlki illərdə Ermənistan SSR Azərbaycanlılarının natamam ali və ali təhsilə cəlb olunma faizinin çox aşağı olduğu ilə izah edilə bilərdi. Müharibənin gedişində kiçik komandir kurslarına məhz lazımi təhsil səviyyəsi olan gənclər yönəldilirdi.
Böyük zəhmət, vaxt sərfiyyatı, şəxsi maddi vəsait hesabına işıq üzünə çıxarılan bu nəşrlər göstərir ki, Ermənistan SSR Azərbaycanlılarının sırasından İkinci Dünya savaşı iştirakçılarının adlı siyahısı, çəbhələrdə həlak olan və ya itkin düşən soydaşlarımızın müəyyənləşdirilməsi kimi mühüm işə sistemli şəkildə yanaşılmalı, bu məsələyə elmi diqqət artırılmalıdır. Bu vətənpərvərlik işi bizim tədqiqatçıarın üzərinə düşür. Çünki, məsələn, erməni elektron resurslarında İkinci Dünya savaşında həlak olmuş və ya itkin düşmüş Ermənistan SSR Azərbaycanlılarına rast gəlinmir, Ermənistan SSR-ə heç bir aidiyyəti olmayan ermənilərdən, o cümlədən Azərbaycan SSR, Gürcüstan SSR-də yaşamış və bu sovet respublikalarından səfərbər olunmuş ermənilərindən də bəhs olunur. Meyar - erməni milliyyətinə mənsubiyyətdir.
Beləliklə, keçmiş Ermənistan SSR, Gürcüstan SSR, RSFSR-in Dağıstan muxtariyyətinin Dərbənd bölgəsində, eləcə də keçmiş Sovetlər Birliyinin o zamankı digər subyektlərindən İkinci Dünya savaşına səfərbər olunmuş Azərbaycanlılardan həlak olan və itkin düşənlərin adlı siyahılarının tərtibi, onların hər birinin taleyinin müəyyənləşdirilməsi tədqiqat problemi olaraq qalır və bunun üzərinə gedilməli, bu istiqamətdə araşdırmalar himayə olunmalıdır.
Qərbi Azərbaycanın üç mahalı üzrə (indiki Ermənistan ərazisi) bu məsələyə aydınlıq gətirilməsi göstərir ki, keçmiş Ermənistan SSR-in inzibati rayonları üzrə etnik azərbaycanlılardan İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlərlə bağlı əhatəli informativ bazanın yaradılması imkan daxilindədir.
Yazıçı-publisit, iqtisad üzrə f.d., AJB-nin üzvü,
Lürfiyar Nəsibov (Lütfi Kələşli)
İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024