Bakı, 8 yanvar, AZƏRTAC
Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyan və həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaradılmış qondarma qurumun hərbi-siyasi liderlərindən olan Robert Koçaryan və Serj Sarkisyan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmədə əsas rol oynayan şəxslər sırasındadır. Onların göstərişi və birbaşa iştirakı ilə azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədilib, həmvətənlərimiz qeyri-insani rəftara məruz qalıblar. Etnik təmizləmə siyasətinin növbəti mərhələsi kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal edilib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
1992-ci ildə törədilən Xocalı soyqırımından danışan deputat xatırladıb: “Xocalı soyqırımı bu dövrdə törədilən ən dəhşətli hadisələrdən biridir. Xocalıda 613 dinc sakin qətlə yetirildi, yüzlərlə insan yaralandı və əsir götürüldü. Ümumilikdə, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınaraq, məcburi köçkünə çevrildi. Ter-Petrosyanın hakimiyyəti dövründə etnik təmizləmə siyasəti sistematik şəkildə həyata keçirilib və bu, beynəlxalq hüququn normalarına zidd olaraq mülki əhalinin məcburi köçürülməsi, mülklərinin talan edilməsi və mədəni irsin məhv edilməsi ilə müşayiət olunub. Bütün bunlar insanlıq əleyhinə törədilmiş cinayətlərdir və dünya ictimaiyyətinə Petrosyanın öz dilindən etiraf etdiyi kadrlarda nümayiş etdirilib.
Həmçinin 1987-ci ildən başlayaraq, Ermənistandakı azərbaycanlı əhali kütləvi şəkildə zorakılığa məruz qaldı və öz evlərini tərk etməyə məcbur edildi. Nəticədə isə Ermənistan monoetnik dövlətə çevrildi və azərbaycanlı əhali faktiki olaraq bu ərazilərdən tamamilə çıxarıldı. Artıq hər kəsə məlumdur ki, işğal edilmiş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələr, qəbiristanlıqlar, məscidlər və muzeylər dağıdılıb və təhqir edilib. Ermənilər işğal olunmuş ərazilərdə azərbaycanlıların izlərini silmək üçün mədəniyyət abidələrini özününküləşdirməyə, tarixi saxtalaşdırmağa və irsi məhv etməyə çalışıblar.
Bu proseslərdə yüzlərlə azərbaycanlı öldürülüb, yüz minlərlə insan, o cümlədən 300 mindən çox qərbi azərbaycanlı ağır şərtlər altında köçkün vəziyyətinə düşüb. İtkin düşən insanların sayı 4 minə yaxındır. Təəssüf ki, onlar barəsində hələ də heç bir məlumat yoxdur. Müharibə zamanı şəhid olan, itkin düşən hərbçiləri kütləvi şəkildə basdırdıqları məzarlıqların yerləri isə müəmmadır. İşğaldan azad olunmuş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlardan tapılan sümüklərin kimə aid olduğunu tapmaq, itkin düşmüş şəxslərin ailələrinin yaşadığı travma, hüzn olduqca dəhşətli faktlardır. Bütün bunların kompensasiyası ödənilməlidir”.
Deputatın sözlərinə görə, Qərb dövlətləri və beynəlxalq təşkilatlar tarixi faktları görməzdən gələrək ikili standartlar nümayiş etdirirlər: “Ermənistanın etnik təmizləmə siyasəti beynəlxalq hüququn normalarına ziddir və müharibə cinayətləri kateqoriyasına aiddir. Bu siyasət həm regional sabitlik, həm də humanitar prinsiplərin pozulması baxımından ciddi nəticələr doğurub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə (822, 853, 874, 884) Ermənistanın işğalçı kimi tanınması və Azərbaycan ərazilərindən çıxarılması tələb olunub. Lakin bu qətnamələr 30 ilə yaxın müddətdə yerinə yetirilməyib.
Etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və beynəlxalq hüquqda ciddi problem sayılır. Bu cür hərəkətlər, əhalinin müəyyən etnik, dini və ya milli qrupa mənsubluğuna görə məcburi şəkildə köçürülməsi, qətl, işgəncə, təcavüz, mədəni irsinin məhv edilməsi və digər insan hüquqlarının pozulmasını əhatə edir.
BMT-nin 1998-ci il tarixli Roma Statutuna (Beynəlxalq Cinayət Məhkəməsinin əsas sənədi) görə, "insan əleyhinə cinayətlər" əhalinin müəyyən bir hissəsinə qarşı genişmiqyaslı və ya sistematik şəkildə törədilən hərəkətləri əhatə edir. Etnik təmizləmə bu kontekstdə, xüsusilə qətllər, deportasiyalar və digər qeyri-insani əməllərlə insan əleyhinə cinayətlərə daxil ola bilər. Etnik təmizləmə müəyyən hallarda soyqırımı cinayətləri kimi də təsnif edilə bilər. BMT-nin 1948-ci il Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına əsasən, müəyyən bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən hərəkətlər soyqırımı hesab edilir. Silahlı münaqişələr zamanı etnik təmizləmə əhalinin qanunsuz məcburi köçürülməsi, mülki əhalinin hədəf alınması və digər hərəkətlərlə müharibə cinayətlərinə də aid edilə bilər.
Azərbaycan dəfələrlə Ermənistan tərəfindən törədilən cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və Ermənistanın yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmasını tələb edib. Beynəlxalq Cinayət Məhkəməsi bu cinayətləri araşdırmalı və məsuliyyət daşıyan şəxsləri mühakimə etməlidir. Petrosyanın məlum çıxışında açıq etirafları da məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır.
Azərbaycanlıları öz doğma yurdlarından zorla qovmaq, sonra isə işğalçı müharibəyə başlamaq erməni ideologiyasının əsasını təşkil edib. Vətən müharibəsi nəinki 30 illik işğala son qoydu, eləcə də digər məkrli planların gerçəkləşməsinə imkan vermədi. Şanlı Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı törədilə biləcək daha təhlükəli cinayətlərin qarşısı alındı”.
GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024