Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

13:59 / 17.09.2026
Baxılıb: 18

Bu gün Azərbaycanın öz ərazisindəki bütün tarixi-dini abidələrə - istər Alban, istərsə də İslam irsi olsun - sahib çıxması bəzi Qərb dairələrində qərəzli qarşılanır. Lakin eyni subyektlər Ermənistan ərazisində yüzlərlə Azərbaycan-müsəlman mədəniyyəti abidəsinin, məscidlərin, tarixi qəbiristanlıqların və yaşayış yerlərinin yerlə-yeksan edilməsinə illərlə göz yumublar.

Tarixi və dini abidələrə münasibətdə ikili standartların tətbiq olunması yolverilməzdir. Qarabağ və Şərqi Zəngəzurda Alban irsi ilə yanaşı, İslam dini və Azərbaycan xalqının digər tarixi-mədəni irsinə aid abidələrin də qorunması və araşdırılması eyni prinsip əsasında aparılmalıdır.
Eyni zamanda, Ermənistan ərazisində tarixən mövcud olmuş Azərbaycan-müsəlman irsinin - məscidlərin, qəbiristanlıqların, yaşayış məskənlərinin və digər mədəniyyət nümunələrinin vəziyyəti də beynəlxalq irsin qorunması prinsipləri çərçivəsində araşdırılmalı və sənədləşdirilməlidir.

Mədəni irsin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası dövlətlərin üzərinə mədəni sərvətlərin qorunması ilə bağlı öhdəliklər qoyur. Azərbaycan dövləti də məhz bu prinsipə əsaslanaraq, abidələri siyasi manipulyasiya alətindən çıxararaq, onların həqiqi tarixi kimliyini bərpa etmək xəttini yürüdür.Mədəni irsin qorunması məsələsində əsas meyar siyasi yanaşma deyil, tarixi sənədlər, elmi araşdırmalar və beynəlxalq hüququn müəyyən etdiyi prinsiplər olmalıdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və tədqiqat işləri tarixi irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.Bu prosesdə yerli və beynəlxalq mütəxəssislərin, tarixçilərin, arxeoloqların, memarların və epiqrafika üzrə alimlərin iştirakı tarixi faktların daha geniş elmi müstəvidə araşdırılmasına imkan yarada bilər.

Mədəniyyət abidələri siyasi iddialar üçün vasitə deyil, regionun tarixi yaddaşıdır. Tarixi abidələr siyasi mübahisələrin deyil, xalqların və bütövlükdə regionun yaddaşının bir hissəsidir. Buna görə də məqsəd hər hansı irsi mənimsəmək deyil, onun tarixini sənədlər, maddi sübutlar və elmi tədqiqatlar əsasında mümkün qədər obyektiv şəkildə ortaya qoymaq olmalıdır.

İşğaldan azad edilmiş torpaqlarda aparılan obyektiv elmi-tədqiqat işləri, yerli və beynəlxalq mütəxəssislərin cəlb edilməsi ilə Qafqaz Albaniyası irsinin həqiqi mənzərəsinin daha dolğun şəkildə ortaya çıxarılmasına imkan verə bilər. Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın dürüst tarixi üçün vacibdir.
Tarixi həqiqətin bərpası zaman və elmi yanaşma tələb edir. Bu istiqamətdə atılan hər bir addım yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın tarixi yaddaşının daha dolğun öyrənilməsinə xidmət edə bilər.

Rüstəmova Aynur
Basarkeçər Rayon Gənclər Şurasının sədri


Etiket:
Xəbərlər

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Qılman İmanın yeni kitabı nəşr olundu

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025
Bütün xəbərlər