Qanlı Yanvar qırğını

20:40 / 20.01.2026
Baxılıb: 110

1987-ci ildən etibarən Ermənistandan azərbaycanlıların zorla və sistematik şəkildə çıxarılması 1990-cı il yanvar faciəsinə aparan yolun başlanğıcı idi. Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri artıq geniş vüsət almağa başlamışdı. Ovaxtkı Sovet İttifaqının rəhbərliyi artan xətt üzrə inkişaf edən gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi “Bakı əməliyyatı” adı altında Bakıya və Azərbaycanın bir neçə rayonuna zirehli texnika və ağır silahlarla silahlanmış qoşun hissələri yeritdilər, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxardılar. Mənfur “əməliyyata” rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər.

Qırğınların coğrafiyası yalnız Bakı ilə məhdudlaşmırdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə Respublikada 147 nəfər şəhid oldu, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.

Bununla da 20 Yanvar hadisələri nəticəsində sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. Azərbaycan xalqı şəhidlərini dəfn etməklə bərabər artıq Sovet imperiyasına, onun yalançı ideologiyasına olan inamını da birdəfəlik qəlbindən sildi. Azadlıq və müstəqillik amallarına daha da möhkəm sarıldı. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı. Sov.İKP-nin məkrli niyyətləri ifşa olundu.

Xalqımız artıq gerçəkliyi və yeni dövrün çağırışlarını dərk etdi. Nə ovaxtkı iqtidar, nə də onlardan sonra iqtidar olan qüvvələr 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi məsələsinin üzərinə getmədilər.

Goyce.az "AZƏRTAC"- a istinadən xəbər verir ki, bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımovun 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırladığı yazıda yer alıb.

Yazını təqdim edirik:

Bu qanlı cinayət hadisəsinə ilk siyasi-hüquqi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Onu da qeyd edim ki, sovet rejiminin hakim olduğu bir dövrdə belə bir addımın atılması Ulu Öndər Heydər Əliyev üçün birbaşa həyati risk daşıyırdı. Lakin o təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin 20 Yanvar qırğınına etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Bir daha göstərdi ki, harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq həmişə öz xalqının yanındadır. Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, Ulu Öndərin səsi bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu, eyni zamanda Azərbaycan xalqının qəlbində də bir ümid işığı yandı.

Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi. Azərbaycana kənardan böyük ordu kontingenti yeridilməsini, “Bakı əməliyyatına” respublikadakı 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələrinin deyil, kənardan, özü də əsas kontingentinin və zabit heyətinin ermənilərdən ibarət olan kənar hərbi qüvvələrdən formalaşdırılmasının əsl məqsədinin faciənin miqyasının qəsdən və bilərəkdən, istəyərəkdən böyüdülməsi olduğuna diqqət çəkdi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Hesab edirəm ki, bu qərar Azərbaycan xalqının faciəyə dair ümumi rəyini özündə təcəssüm etdirən ilk rəsmi sənəd idi. 1994-cü il martın 29-da yenidən məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də 1990-cı ildə Moskvada Daimi Nümayəndəlikdə atasının yanında, Azərbaycan xalqı ilə birlikdə idi. Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Hər il şəhidlərin uyuduğu Şəhidlər xiyabanını ziyarət edir, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyur. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Prezidentin tapşırığı ilə Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb (müəllif: Əməkdar rəssam, heykəltaraş Azad Əliyevdir).

Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Təkcə onu qeyd edim ki, son 7 il ərzində icra olunan 5 sosial islahat paketi nəticəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 2,3 dəfə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3,5 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2,4 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə 4,6 dəfə artmışdır.

Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir. Ölkə qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün digər bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş 20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasəti davam etdirilir.

1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə olmayıb, mübariz oğul və qızları sayəsində öz ləyaqətini, hürriyyətini, milli kimliyini qorumaq naminə hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Yəqin hamımız yaxşı xatırlayırıq ki, Prezident İlham Əliyev Şuşanın azad olunmasına dair müjdəni də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətində vermişdi. Bu çox böyük rəmzi məna daşıyır. Tam əminəm ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni tapdağından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu.

İşğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun əsas şəhər və kəndlərini demək olar ki, gəzmişəm. Orada şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına ucaldılmış, dalğalanmaqda olan üçrəngli Azərbaycanın bayrağını görmək böyük fəxrdir. Azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bu isə o deməkdir ki, “Şəhidlər ölməz, Vətən bölünməz!”

Ürəkdən inanıram ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, hər gün irəlilətdiyi diplomatik uğurlar bizim hadisələrin başlanğıc nöqtəsinə - Qərbi Azərbaycana (indiki Ermənistan) təhlükəsiz, ləyaqətli şəkildə və sülh yolu ilə qayıdışımıza imkan verəcəkdir.

Şəhidlərimizin əziz ruhları qarşısında bir daha baş əyirəm.


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər