3 may 2026-cı ildə “Üzeyir” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının geniş tərkibli görüşü və kənd sakini, İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi.
Goyce.az xəbər verir ki, Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, dövlət himni səsləndirildi. Sonra böyük ekranda Göyçə mahalı haqqında Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin çıxışlarından ibarət və Ağababa İsgəndərov haqqında videorolik nümayiş etdirildi.
Tədbirin aparıcısı Ülviyyə Əsgərli ətraflı giriş nitqi söylədi. O, Daşkəndlilərin sarsılmaz birliyindən və bu birliyin arxasında dayanan böyük bir amaldan – doğma torpaqlara qayıdış ideyasından danışaraq dedi: “Bu birlik sadəcə coğrafi mənsubiyyət deyil, bu, yaddaşın, kimliyin, adət-ənənələrin və mənəvi bağların qorunması deməkdir. İllər keçsə də, nəsillər dəyişsə də, Qərbi Azərbaycanlıların – Daşkəndlilərin qəlbində doğma yurda bağlılıq və qayıdış arzusu heç vaxt sönməmişdir. Bu gün burada toplaşmağımız da məhz həmin birliyın, həmrəyliyin və ortaq idealların təzahürüdür.”

Ülviyyə xanım açılış çıxışından sonra sözü Basarkeçər rayon Daşkənd icmasının sədri Fəzair Piriyevə verdi. Kənd icma sədri qonaqlara və kənd sakinlərinə belə bir önəmli gündə dəvətini qəbul edib tədbirə gəldikləri üçün təşəkkür edərək dedi: “Bu əlamətdar gündə biz həm də Böyük Vətən müharibəsi iştirakçısı, Daşkəndli el ağsaqqalı Ağababa kişinin 100 illik yubileyini qeyd edirik. Onun həyatı, mübarizəsi və keçdiyi şərəfli yol bizim üçün həm nümunə, həm də qürur mənbəyidir. Belə insanlar öz ömürləri ilə sübut ediblər ki, Vətən sevgisi zaman və məkan tanımır.”
Aparıcı sonra sözü Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, eyni zamanda araşdırmaçı kimi zəngin tarixi fikirləri ilə seçilən Əziz Ələkbərliyə verdi. Ülviyyə Əsgərli təqdimatına əlavə olaraq Əziz Ələkbərlinin uzun illərdi milli-mənəvi dəyərlərimizin qorunması, tariximizin araşdırılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm fəaliyyət göstərdiyini də qeyd etdi.
Əziz Ələkbərli çıxışında 21 may 2023-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində olduğunu, 1953-cü ildə Daşkənddən deportasiya olunan 130 ailənin öz zəhmətləri hesabına sıfırdan qurub yaratdıqları kəndin 70 illik yubileyində iştirak etdiyini vurğuladı. Natiq 1919-cu ildə ermənilər tərəfindən öldürülən Aşıq Nəcəfin ilk şəhidlərdən olduğunu da qeyd etdi. Əziz Ələkbərli çıxışında onu da bildirdi ki, Ağababa İsgəndərov kimi insanlar xalqın yaddaşında yaşayan canlı tarixdir. Onun 100 illik ömrü həm mübarizə, həm də vətənə sədaqət məktəbidir. Belə insanlar bizim milli kimliyimizin dayağıdır. Əziz Ələkbərli 24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasındakı görüşündən, prezidentin həmin görüşdəki çıxışlarından sitatlar gətirərək camaatımızın tezliklə doğma yurdlarına dönəcəyi günün çox yaxında olduğunu da tədbir iştirakçılarına çatdırdı.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli və Basarkeçər rayon Daşkənd icmasının sədri Fəzair Piriyev 100 illik yubileyi qeyd edilən İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərova xalça hədiyyə etdilər. Eyni zamanda yubilyara Basarkeçər rayon icmasının Fəxri fərmanı təqdim edildi.
Sonra yubilyar Ağababa İsgəndərov müharibə xatirələrindən danışdı. O, 2 may 1945-ci ildə Almaniyada yaralandığını, orada yazdığı şeiri tədbir iştirakçılarına çatdırdı. Yubileyinin keçirilməsi ilə bağlı tədbirin təşkilatçılarına, qonaqlara öz minnətdarlığını bildirdi. Onlara da özü kimi 100 il yaşamalarını arzuladı.
Daha sonra söz tədqiqatçı-jurnalist Araz Yaquboğluna verildi. O kəndin tarixi haqqında qısa çıxışından sonra, yubileyi qeyd edilən Ağababa İsgəndərov haqqında ətraflı nitq söylədi. Onunla hələ 2008-ci ildən mütəmadi görüşdüyünü, Daşkəndlə bağlı məlumatları, nəsil şəcələrini soruşub yazdığını dilə gətirdi. O, tədbirdə iştirak edən hər bir qonağa “Ağababa İsgəndərov–100” adlı kitabı da hədiyyə etdi.
Tədbirin aparıcısı Ülviyyə Əsgərli Milli Məclisin deputatı Zahid Oruca söz verdi. Zahid Oruc Daşkənd icmasının birliyini yüksək qiymətləndirərək, bu həmrəyliyin milli kimliyin qorunmasında mühüm rol oynadığını bildirib. O, Göyçə mahalı və Yeni Daşkəndlə bağlı xatirələrini bölüşərək, bu icmanın daim bir-birinə bağlılığını nümunə kimi qeyd edib. Zahid Oruc may ayının Azərbaycan üçün əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin doğum günündən və tarixi hadisələrin simvolik məqamlarından bəhs edib, yubilyar Ağababa İsgəndərovu təbrik edərək onun həyat yolunu nümunə kimi dəyərləndirib.
Sonra söz Milli Məclisin deputatı Rizvan Nəbiyevə verildi. O, maraqlı fikirləri ilə tədbir iştirakçılarının diqqətini çəkdi. Deputat vurğuladı ki, Qərbi Azərbaycan təkcə coğrafi məkan yox, milli kimlik, milli mənəvi dəyərlər, adət-ənənələrin təcəssümüdür. Göyçə mahalından, Daşkənd və Qanlı kənd orta məktəbindən həm sevincli, həm də nostalji xatirələri dilə gətirən natiq Qərbi Azərbaycan İcmasının tarixi yurdlarımıza qayıdış konsepsiyasından danışaraq bu yolda hamılıqla birgə addımlamağın vacibliyini qeyd etdi. O, vurğuladı ki, Prezident İlham Əliyevin sülh gündəliyi regionda sabitliyin və dayanıqlı inkişafın əsasında dayanır. Qərbi Azərbaycanlıların təhlükəsiz və ləyaqətli öz tarixi yurdlarına qayıdışı da məhz sülh yolu ilə baş tutacaqdır.
Daşkəndli iş adamı, yazıçı-publisist Rüstəm Dastanoğlu çıxış üçün səhnəyə dəvət edildi. O da digər natiqlər kimi sözlərinə Göyçə ilə, tarixi yurdlarımızla bağlı xatirələri ilə başladı. Göyçənin uzunömürlülər diyarı olduğunu dilə gətirən Rüstəm müəllim Ağababa İsgəndərovu 100 illik yubileyi münasibətilə təbrik etdi. Həmkəndlilərinə və qonaqlara da belə bir yaşın qismət olmasını arzuladı.
Tədbirdə Daşkəndli rəssamlar Əmrah Mədətov və Türkan Babayevanın rəsm əsərləri də qonaqlara nümayiş etdirildi.
Tədbirin aparıcısı rəsmi hissənin bitməsindən sonra dedi ki, biz yalnız bir araya toplaşmamışıq – biz köklərimizi, milli ruhumuzu və əsrlərdən süzülüb gələn dəyərlərimizi yaşatmaq üçün bir yerdəyik. Göyçəli olaraq bizim könlümüz daim sazın sədasında döyünür. Saz bizim üçün sadəcə bir musiqi aləti deyil – o, yaddaşımız, tariximiz, sevincimiz, kədərimizdir. Bu gün də həmin ruhu sizinlə bölüşmək, sazın sehrli avazı ilə qəlblərimizi birləşdirmək istəyirik.
Tədbir aşıqların, zurnaçıların, müğənnilərin iştirakı ilə davam etdi. Rəqslər edildi. Kənd sakinləri görüşdən çox məmnun qaldıqlarını, sevinclə, şadyanalıqla bir-birilərilə rəqs etdilər.
Sonda Basarkeçər rayonu Daşkənd icma sədri Fəzair Piriyev çıxış edərək bu günə qədər gördükləri və qarşıda etmək istəyində olduqları işlərdən danışdı. Hər kəsə tədbirdə iştiraklarına görə təşəkkür etdi.







Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025