"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun budəfəki müsahibi Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov olub. O, təmsil etdiyi İcmanın 2025-ci ildəki fəaliyyətindən, o cümlədən ölkə daxilində və xaricdə həyata keçirilən tədbirlərdən söhbət açıb.
Goyce.az "Oxu.az"-a istinadən xəbər verir ki, Qərbi Azərbaycan həqiqətlərinin geniş təbliğ olunduğunu diqqətə çatdıran müsahib indiyə qədər İcma tərəfindən 329 bəyanat səsləndirildiyini vurğulayıb. Qeyd edib ki, görülən işlər çərçivəsində "Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar" kitabının birinci cildi hazırlanıb, cari ilin iyun ayında təqdimat mərasimi keçirilib. Bu vəsaitdə indiki Ermənistan ərazisində soydaşlarımıza məxsus 700-dən artıq məzarlığın tədqiqi əksini tapıb. Həmin məzarlıqların indiki acınacaqlı halı, vandalizmə məruz qalması konkret faktlarla geniş auditoriyaya çatdırılıb. Bu sanballı tədqiqat əsərinin Azərbaycanın bütün rayonlarında, eləcə də xaricdə təbliğinə start verilib.
Q.Qasımov Qərbi Azərbaycan İcması təmsilçilərinin, həmçinin Azərbaycanın rəsmi şəxslərinin iştirakı ilə 2025-ci ildə İordaniya, Qambiya, Türkiyə, İsveçrə və sair ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə Qərbi Azərbaycan məsələsinin gündəmə gətirildiyini, Avropanın paytaxt şəhərlərində, siyasi mərkəzlərində soydaşlarımızın hüquqlarının təmin olunmasına dair müzakirələrin təşkil olunduğunu söyləyib. O deyib ki, beynəlxalq ictimaiyyət Qərbi Azərbaycanın əzəli sakinlərinin qayıdış hüququnu birmənalı dəstəkləyir. Çünki bu, beynəlxalq hüququn tələbidir. Təəssüf ki, Ermənistan tərəfindən indiyə qədər bu hüququn təmin olunmaması soydaşlarımıza qarşı törədilən cinayətlərin davamlılığını ortaya qoyur.
Müsahib bildirib ki, bölgədə dayanıqlı sülhün əsas təminatı birgəyaşayışa nail olmaqdır. Ona görə də Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcmasının çağırışlarına cavab verməli, soydaşlarımızın geriyə qayıtma hüququnu tanımalıdır. Aparat rəhbərinin qənaətincə, rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir. Əgər Ermənistan cəmiyyətində hökm sürən revanşist əhvali-ruhiyyə davam edərsə, İrəvan Vaşinqtonda imzalanan sazişdən, ümumən sülhdən qaçarsa, o zaman bu ölkə daha böyük faciələrlə üzləşəcək.
Q.Qasımov qeyd edib ki, Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasına uyğun olaraq fəaliyyətini bundan sonra da davam etdirəcək, soydaşlarımızın geriyə qayıtmaq hüququ uğrunda mübarizə aparacaq. Onun sözlərinə görə, qayıdış hüququ heç bir halda ərazi iddiası kimi qəbul edilməməlidir, soydaşlarımızın qayıdış hüququ inkar oluna bilməz. O, cari ilin dekabr ayında Qərbi Azərbaycan məsələsinə dair ölkəmizdə sayca üçüncü beynəlxalq konfransın təşkil olunacağını da diqqətə çatdırıb. Bildirib ki, bu cür beynəlxalq konfranslar geriyə qayıdış hüququnun müzakirə olunduğu mühüm platforma, həqiqətlərimizin dünyaya çatdırılması üçün əlverişli imkandır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025