Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb. 

22:17 / 30.11.2025
Baxılıb: 70

Xalisa kəndi, Vedibasar mahalı və bütün Qərbi Azərbaycan 37 ildir ki, bölgənin əsrlər boyu sakinləri olan azərbaycanlılarsız qalıb. 1988-ci il noyabrın 30-da Vedibasar rayonunun Xalisa kəndində baş verən dəhşətli hadisələr Ermənistanın etnik təmizləmə siyasətinin bir epizodudur. Xalisa kəndindən deportasiya olunan insanlar işgəncələrə, qeyri-insani rəftara və insanlıq əleyhinə cinayətlərə məruz qalıblar. Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə prosesi xüsusilə 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə özünü daha amansız formada göstərib. 1987-1991-ci illərdə bütün azərbaycanlıların öz ata-baba yurdlarından - Ermənistandan zorla çıxarılması bir əsrlik düşmənçiliyin daha bir faciəvi mərhələsinin yekunudur. Ermənistandan çıxarılan azərbaycanlı qaçqınların ümumi sayı isə hazırda 3 yüz mindən çoxdur.

Goyce.az xəbər verir ki, bu sözləri "AZƏRTAC"-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Vedibasar mahalı Araz çayının ətəyində, qədim oğuz türklərinin məskunlaşdığı ərazidir. Vedibasar mahalının Vedi rayonunun aranlı-dağlı 145 kəndindən, həmçinin Ağrı dağının ətəklərində, Araz çayının sahilində yerləşən onlarla kənddən biri də Xalisa kəndidir. Bu kənd aranda yerləşməklə şimaldan Şidli kəndi, şərqdən Avşar kəndi, cənubdan Dəvəli kəndi, Arazdəyən, Naxçıvan MR, qərbdən isə Araz çayı vasitəsilə Türkiyə ilə həmsərhəddir. “Xalisa” sözünün mənası xali torpaq, yəni "Dövlət torpağı, dövlət xəzinəsinə aid mülk” deməkdir. Vedi rayonunun ermənilər tərəfindən dəyişdirilmiş adı ilə Ararat şəhərinə Zavod da deyilirdi. Abbasqulu bəy Şadlinski 1930-cu illərdə, burada sement zavodu tikdirdiyi üçün o vaxtdan şəhərin adına zavod deyirdilər. Hətta bu zavodun tikintisi “Axırıncı Aşırım” kinosunda da yer alıb. Zəngəzur dəhlizi o zaman açıq idi və burada Bakı-İrəvan dəmiryolu qatarı işlək olduğu üçün azərbaycanlılar Bakıya bu yolla gedib-gəlirdi. Yalnız Zəngilandan Zəngəzura keçəndə Ermənistan SSR bu məntəqədə pasportları yoxlayırdı.

“Bəzi mənbələrə görə, 2 mindən çox əhalisi olan Xalisa kəndində üçmərtəbəli məktəb binası, mədəniyyət evi, məişət evi, tibb məntəqəsi, hamam, məscid, poçt, rabitə evi, dörd mağaza, istirahət parkı və beş yüzdən artıq yaşayış evi tikilmişdi. Həmçinin istirahət parkının ərazisində İkinci Dünya müharibəsi zamanı Xalisa kəndindən həlak olmuş qəhrəmanların unudulmaz xatirəsinə abidə də ucaldılmışdı. Əsasən azərbaycanlılardan ibarət olan kənddə Livandan, Türkiyədən, Suriyadan və başqa xarici dövlətlərdən məqsədli şəkildə köçürülmüş erməni ailələri də yaşayırdı. Bu kəndə ilk dəfə 1920-ci illərdə 12 erməni ailəsi köçürülmüşdü. Kənd vaxtilə tamam azərbaycanlılardan ibarət olub. Kənddə Məmməduşağı, Muxtaruşağı, Yuvalılar, Dəvəlilər, Muradqanlılar, Məhərrəmuşağı, Alıuşağı, Seyidlər, Dağlılar, Fatanusağı, Babauşağı, Yasavullular, Sarxanlılar, Heydəruşağı, Məngüklülər, Kolanlılar, Tağıyevlər, Cəfəruşağı, Feyziyevlər olmaqla bir neçə tayfa yaşayıb. Deportasiyadan bir müddət öncə isə azərbaycanlılar məqsədli şəkildə işdən çıxarılıb. Onlar qonşuluqda yaşayan ermənilər tərəfindən diskriminasiyaya məruz qalır, illərdir yan-yana yaşadıqları qonşularından artıq “çıxıb gedin” mesajları alırdılar. Bu prosesə “hüquqi əsas” geyindirmək üçün müxtəlif yollara əl atılır, bəhanələr yaradılırdı. Şəhərlərdə, rayon mərkəzlərində, idarə və müəssisələrdə azərbaycanlılar mənəvi və fiziki təhqirlərə məruz qalırdılar. Əlacsız qalan günahsız xalq gah Araz sahilindəki hərbi hissəyə axışıb hərbçilərdən imdad istəyir, gah da şikayət məktublarını ovaxtkı Müdafiə Komitəsinə göndərirdilər. Lakin ozamankı rəhbərlik tərəfindən insanların şikayətlərinə baxan yox idi. Başqa kəndlər kimi Xalisa kəndində də azərbaycanlıların əlindən ovçu tüfəngləri alınmışdı. 1988-ci ilin mart ayında Vedibasarda azərbaycanlılara qarşı ermənilərin silahlı hücumları artsa da, heç kəs doğma yurdunu tərk etmək istəmirdi. Zaman-zaman Naxçıvana üz tutan əhali kənddə sakitçilik olduğunu öyrənən kimi geri qayıdırdı. 1988-ci il noyabrın 23-də bir neçə köç yola düşərək digər kənddə məskunlaşmışdı. Amma bilmirdilər ki, onların taleyində daha kədərli günlər hələ qabaqdadır. Həmin axşam köçə hücum olmuş, insanları vəhşicəsinə döymüşdülər.

Ailə üzvlərimin şahidi olduqlarına görə, 1988-ci il noyabrın 30-da kəndin giriş-çıxışları bağlanıb ki, azərbaycanlılar kənddən maşınlarla qaça bilməsinlər. "Daşnaksütyun" erməni inqilab partiyasının əsgərləri, “Qarabağ komitəsi” və “Yerkrapa” terror təşkilatının nümayəndələrindən ibarət birləşmələr havaya mərmi ata-ata kəndə daxil olublar. Şahidlərin dediklərinə görə, Qarabağ bölgəsindən gələn ermənilər “miatsum” çağırışları edir, millətçi şüarlar səsləndirirdilər. Nənəmin dediklərinə görə, nədənsə, hadisələr başlanandan kəndin giriş-çıxışlarını qoruyan rus əsgərləri də “ərşə” çəkilmişdi. Bu zaman bir qrup kənd əhalisi qərbə doğru Türkiyə sərhədinə toplaşmışdı, lakin Arazın soyuq sularından sərhədi aşmaq üçün yetərli vaxtları olmamışdı. Bələdçilik edən yerli ermənilər isə quldur dəstələrinə azərbaycanlı evlərini göstərirdi. Erməni quldur dəstələri kəndə doluşub əvvəlcədən nişanlanmış evlərə hücum edirdilər, evləri ələk-vələk edir, amansız zorakılıq və hədə-qorxu ilə kəndlilərin qiymətli əşyalarını, zinət əşyalarını və maddi vəsaitlərini talayırdılar. Ələ keçirdiklərini mənimsəyir, əhalini isə kəndin mərkəzinə toplayırdılar”, - deyə deputat vurğulayıb.

Deputat bildirib ki, onlar qadınlara qarşı xüsusilə amansız olublar, qadın və qızların qızıl sırğalarını qulaqlarından zorla qoparıb, hətta hamilə qadınlar belə onların vəhşiliklərindən xilas ola bilməyiblər: “Günahsız vətəndaşlar, qocalar, qadınlar və uşaqlar təcavüzkarlar tərəfindən zorla sürüklənərək yük maşınlarına atılıblar. Azərbaycanlı qaçqınlar ağlasığmaz işgəncələrə dözməli olublar. 11 nəfər oradaca işgəncə ilə öldürülüb, döyülənlərdən əksəriyyəti kənddən çıxandan bir müddət sonra həyatını itirib. Azərbaycanlıların Ermənistandan deportasiyası məcburi şəkildə həyata keçirildiyi üçün sakinlərə öz şəxsi əşyalarını götürmək imkanı yaradılmayıb. Erməni terror təşkilatından əmr verilib ki, heç kim bu torpaqlardan bir çöp belə apara bilməz.

Hadisənin birbaşa şahidi olan qohumlarımın söylədiklərinə görə, yük maşınları kənddən izdihamın arasından keçərək irəliləyirdi. Belə ki, Vedi rayonunun müxtəlif kəndlərində yaşayan erməni əhalisi qızışdırılıb yollara düzülmüşdü. Onlar “rədd olun, türklər”, “miatsum”, “türklərə ölüm” kimi şüarlar səsləndirir, yük maşınlarını daşlayırdılar. İnsanlar çarəsiz halda doğma kəndi, ev-eşiyi yük maşınlarında tərk edərək Azərbaycanın müxtəlif bölgələrinə köçürdülər. Lakin yaşlı nəslin nümayəndələrindən bir çoxu həsrətə tab gətirməyib dünyasını dəyişdi. O cümlədən Gülsüm nənəm erməni terror təşkilatının əsgərləri tərəfindən döyülmüşdü və o da bir neçə il xəstəlikdən əziyyət çəkdikdən sonra Bakı şəhərində dünyasını dəyişdi. Atam, anam və biryaşlı qardaşım həmin vaxt kəndi tərk etmək məcburiyyətində qalıb. Onlar da deportasiya edilən bir çox qaçqınlar kimi çətinliklərlə - həm yaşayış üçün ev və iş tapmaqda çətinliklərlə, həm də sağlamlıq problemləri ilə üzləşiblər. Bu gün də onlar keçdikləri o çətin dövrün travmalarını daşıyırlar. Bununla belə, bir gün doğma yurdumuza qayıdacağımıza inamımızı heç vaxt itirmədik”.

Hazırda Qərbi Azərbaycanda, eləcə də Vedi rayonunda bir çox yaşayış məntəqələrində evlərin dağıdılmış vəziyyətdə olduğunu deyən P.Vəliyeva əlavə edib ki, bu müddət ərzində Ermənistan ərazisində azərbaycanlılara aid mədəni və tarixi irs – o cümlədən məscidlər və qəbiristanlıqlar dağıdılmış, yer adları dəyişdirilib.

“Kənddən çıxan zaman belə onun adı kəndin giriş-çıxış lövhələrində Xalisa kimi qeyd olunsa da, deportasiyadan sonra, əldə olan mənbələrə əsasən 1991-ci ilin aprel ayında adı dəyişdirilərək “Noyakert” adlandırılıb. Rayonda yaşayış olan daha 33 kəndin adı da müxtəlif illərdə dəyişdirilərək erməniləşdirilib, tarixdən bir irsi məqsədli şəkildə silmək cəhdləri aparılıb. Bütün Qərbi azərbaycanlılar kimi, mənim də babalarımın ana-atasının, nənələrimin ana-atasının və bir sıra vaxtsız vəfat etmiş qohumlarımın məzarları o torpaqlarda qalıb. Xalisa kəndinin insanlarının yeganə arzusu doğma torpağa qayıtmaq, yaylaqları gəzmək, bulaqlarının suyundan içmək, doğma torpaqda ata-baba qəbirlərini ziyarət etmək, öz evlərinə geri dönməkdir. Əminəm ki, Qərbi azərbaycanlıların da sülh yolu ilə geri qayıdışı yaxın gələcəkdə reallaşacaq”, - deyə deputat əlavə edib.

 


Etiket:
Xəbərlər

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025
Bütün xəbərlər