ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

13:29 / 08.05.2025
Baxılıb: 4794

Mayın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, xüsusilə müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi, eləcə də müasir Azərbaycan dövlətinin inkişafı və dövlət quruculuğu sahəsindəki xidmətləri misilsizdir. Rektor qeyd edib ki, Ulu Öndərin dövlət idarəçiliyinə gətirdiyi sistemlilik, çeviklik və uzaqgörənlik prinsipləri bu gün müasir Azərbaycan dövlətçiliyinin əsas təməlini təşkil edir.

Rüfət Əzizov çıxışında Ümummilli Liderin təhsilin inkişafına daim xüsusi diqqət göstərdiyini də vurğulayıb. O qeyd edib ki, Azərbaycanda ixtisaslı kadrların hazırlanması, eləcə də Sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin xaricdə təhsil almasına yaradılan şərait, müstəqillik illərində bu ənənənin davam etdirilməsi ölkənin elmi və texniki inkişafında mühüm rol oynayıb.

Rektor əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal altındakı torpaqların 44 gün ərzində azad edilməsinin təməlində də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi kursu və bu siyasi xəttin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə və dinamik şəkildə davam etdirilməsi dayanır. Təsadüfü deyildir ki, bu gün Azərbaycan nəinki regionda, həm də dünyada güclü, qalib və abad dövlət kimi tanınır.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Ümummilli Lider Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Deputat vurğulayıb ki, Heydər Əliyev gənclərin milli-mənəvi dəyərlərə əsaslanan, savadlı və vətənpərvər ruhda formalaşmasına xüsusi önəm verib. Onun rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti Azərbaycan cəmiyyətində sağlam, fəal və məsuliyyətli vətəndaşların yetişməsində mühüm rol oynayıb.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşması, hüquqi və demokratik dövlət quruculuğunun əsaslarının qoyulması Ulu Öndərin adı ilə bağlıdır. Bu dövlətçilik ənənələri bu gün də ölkənin inkişaf yolunu müəyyən edən əsas ideoloji dayaq kimi aktuallığını qoruyur.

Tədbirdə Ümummilli Liderin həyat və siyasi fəaliyyətinə dair sənədli film nümayiş etdirilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş esse müsabiqəsinin qalibləri elan olunub.

Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən Ümummilli Liderə həsr olunmuş tamaşa nümayiş etdirilib. Tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

ADNSU


Etiket:
Xəbərlər

Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları

21.11.2026

Bilsə, bircə atam bilir...

21.11.2026

Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub

19.11.2026

Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

18.11.2026

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025
Bütün xəbərlər