Kərimov Azər Fəzi oğlu 29 dekabr 1951-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunmuşdur. 1957–1967-ci illərdə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur.
1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə qəbul olmuş, 1973-cü ildə həmin institutun "Tikintinin iqtisadiyyatı" ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, təhsil aldığı institutda müəllim vəzifəsində işləməyə başlamışdır.
1983-cü ildə texnika elmləri doktoru, professor Saleh Hüseynzadənin rəhbərliyi ilə Moskva Texnologiya Elmi Tədqiqat İnstitutunda "Tikinti işlərinin texnologiyası və təşkili məsələlərində riyazi modellərin nəzəri və praktik tətbiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.
1985-ci ildə səmərəli müəllimlik fəaliyyətinə görə Ümumittifaq Ali Attestasiya Komissiyası tərəfindən dosent vəzifəsinə və Moskvada elmi işinin nəticələrinin tətbiq olunması üzrə "Elm-texnika" sahəsində Azərbaycan SSR Lenin Komsomolu mükafatına layiq görülmüşdür.
Azər Kərimovun elmi işinin əhəmiyyəti xaricilərin marağını cəlb etmişdir. 1986–1988-ci illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində iki illik fransız dili kursunu keçdikdən sonra Azərbaycan SSR Xalq Təhsili Nazirliyi və Azərbaycan SSR Xarici İşlər Nazirliyinin təqdimatı ilə müsabiqədə 20 nəfər namizəd arasında qalib gələrək pedaqoji fəaliyyətini davam etdirmək üçün Çexoslovakiyaya göndərilmişdir.
Çexoslovakiya Texniki Universitetinin rektoru, tanınmış elm xadimi Anton Blaje onun sənədlərinin qəbul olunmasına xüsusi diqqət ayırmış, ona ayrılan vaxtın başa çatmasına baxmayaraq, Çexoslovakiya Texniki Universitetin rəhbərliyi SSRİ tərəfinə Azər Kərimovun daha bir neçə il bu ölkədə qalması xahişi ilə müraciət etmişdir.
1995-ci ildə "İqtisadi cəhətdən əsaslandırılmış yeni texnologiyanın və əlverişli təşkilin nəzəri əsaslarının riyazi modellər əsasında hazırlanması" mövzusunu qlobal səviyyədə müdafiə edərək iddiaçısı olduğu elmlər doktoru adına layiq görülmüşdür. Elə həmin ildə də pedaqoji və elmi fəaliyyətinə, nəşr etdirdiyi kitablara, metodiki göstərişlərə görə professor elmi adını almışdır.
1998-ci ildə Azər Kərimovun səyi və rəhbərliyi nəticəsində Maraviya Texniki Universitetinin nəzdində Çex-Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdır. Burada çex, macar, rus, polyak, belarus, ukraynalı alimlər tədqiqat işləri aparır, elmi məqalələr yazır və problemləri birgə həll edirlər.
1990-cı ildən Çexiyanın qədim elm ocağı olan Maraviya Texniki Universitetində müəllimlik fəaliyyəti göstərir. O, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Avropa təmsilçisidir. Maraviya Təhsil Komitəsinin rəyi ilə Çexiya dövlət təhsil müəssisələri ilə MDB dövlətlərinin universitetlərinin işini tənzimləyən koordinator-kuratordur.
Azər Kərimov 1990-cı illərdən başlayaraq Vətənimizin problemlərini, ermənilərin işğalçılıq siyasətini dünya ölkələrinin nəzərinə çatdırmaqla böyük ictimai-siyasi fəallıq göstərmişdir. Geniş elmi və ictimai-siyasi fəaliyyətlə məşğul olaraq ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır. Onun səyi nəticəsində tanınmış şərqşünas alim, çexiyalı professor İvan Meznik və professor Frantişek Çapka dəfələrlə ölkəmizdə olaraq Azərbaycan mədəniyyəti və tarixi ilə yaxından tanış olmuş, qaçqınlarla görüşlər keçirmişdir. Avropada və dünyada Azərbaycan lobbiçiliyinin möhkəmlənməsi işində də о hərətərəfli fəaliyyət göstərmişdir.
1977-ci ildə Kərimova Namizər Qəzənfər qızı ilə ailə həyatı qurmuşdur. Üç oğlu, beş nəvəsi var.
Araz Yaquboğlu
tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü
Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu
16.11.2026Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi
16.11.2026Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu
14.11.2026TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT
13.11.2026Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə
12.11.2026 11.11.2026Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev
11.11.2026Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
08.11.2026Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM
30.10.2026“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib
16.10.2026Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı
16.10.2026“Sındırılmış saz, yandırılmış aşıq”
10.10.2026Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub
05.10.2026Elmin və şəxsiyyətin akademiki
24.09.2026Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH
19.09.2026Adın özü bir düşüncədir
19.09.2026Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub
19.09.2026Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir
17.09.2026Göyərən qəbir
09.09.2026Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.
10.08.2026DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?
10.08.2026“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025