Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

11:45 / 16.11.2026
Baxılıb: 36

Bəzən tarixi yalnız böyük sərkərdələrin, görkəmli alimlərin və tanınmış şəxsiyyətlərin adları ilə xatırlayırıq. Halbuki onun mühüm səhifələrinin yazılmasında həyatını, zəhmətini və bacarığını böyük layihələrə həsr etmiş, adları geniş ictimaiyyətə o qədər də tanış olmayan insanların da payı var. Firdus Kərimovun həyat və əmək yolu belə nümunələrdəndir.

Firdus Vilid oğlu Kərimov 1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1979-cu ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra, 1980-ci ildə hərbi xidmətə yollanıb. Sovet ordusunda xidmətini başa vuraraq 1982-ci ildə göndərişlə Moskvaya gəldikdən sonra Tuşino Maşınqayırma Zavodunda çilingər kimi əmək fəaliyyətinə başlayıb. 1983-cü ildə N.E.Bauman adına Moskva Ali Texniki Məktəbinə daxil olub. Əvvəlcə hazırlıq kursunda, daha sonra İstehsalatın avtomatlaşdırılması və mexanikləşdirilməsi fakültəsində maşınqayırma ixtisası üzrə axşam şöbəsində təhsil alıb. Tələbəlik illərindən çalışqanlığı və texniki bacarığı ilə seçilən Firdusun peşəkar fəaliyyəti onu tezliklə Sovet İttifaqının ən mürəkkəb və məxfi texnoloji layihələrindən birinə - “Buran” kosmik gəmisinin istehsalına gətirib çıxarıb. O burada adi usta vəzifəsindən aparıcı mühəndis-texnoloq vəzifəsindək irəliləyib.

Bu layihədə onun fəaliyyəti kosmik gəminin xarici örtüklərinin istilikdən qorunması ilə bağlı texnoloji proseslərin hazırlanması və xüsusi izolyasiyanın montajını əhatə edib. Firdus Kərimov izolyasiya materialının hazırlanmasından və tətbiq texnologiyasının işlənməsindən başlayaraq onun gəminin xarici örtüklərinə xüsusi yapışdırıcı vasitəsilə bərkidilməsinədək bütün mərhələlərdə bilavasitə iştirak edib. İstilikdən qoruyucu izolyasiyanın əsas funksiyası “Buran”ın xarici örtüklərini atmosferə daxil olarkən yaranan yüksək temperaturun təsirindən qorumaq idi. Bu sistem gəminin xarici səthlərinin 500-1500°C-yə çatan temperatur şəraitində mühafizəsi üçün nəzərdə tutulmuşdu. Materialın örtüklərə düzgün və etibarlı şəkildə yapışdırılması xüsusi texnoloji bilik, dəqiqlik və məsuliyyət tələb edirdi. Layihə tam məxfilik şəraitində həyata keçirildiyindən istehsalat prosesi, tətbiq olunan texnologiyalar və görülən işlər ciddi nəzarət altında saxlanılırdı.

Firdus Kərimov layihə çərçivəsindəki fəaliyyətinə görə müxtəlif fərqləndirici mükafatlara layiq görülüb, rəhbərliyin rəğbətini qazanıb. “Buran” proqramı başa çatdıqdan sonra isə fəaliyyətini biznes və kiçik sahibkarlıq sahəsində davam etdirib.

“Buran” kosmik proqramı Sovet İttifaqının ən irimiqyaslı texnoloji layihələrindən biri idi. Onun tarixində mühüm hadisə 1988-ci il noyabrın 15-də baş verib. Həmin gün Baykonur kosmodromundan “Energiya” raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılan kosmik gəmi Yer ətrafında iki dövrə vuraraq pilotsuz və tam avtomatik rejimdə uğurla geri qayıdıb və eniş edib. Bu uçuş kosmik texnologiyalar tarixində əlamətdar hadisələrdən biri kimi yadda qalıb.

Lakin sonrakı illərdə Sovet İttifaqında baş verən siyasi və iqtisadi dəyişikliklər layihənin taleyinə də təsir göstərib. SSRİ-nin dağılması və iqtisadi çətinliklər nəticəsində 1993-cü ildə “Buran” proqramı rəsmən dayandırılıb.

 Onun tarixində daha bir faciəli hadisə 2002-ci ildə Baykonur kosmodromunda baş verib. Anqarın damının çökməsi nəticəsində orada saxlanılan “Buran” kosmik gəmisi dağılıb, hadisə zamanı səkkiz nəfər həyatını itirib.

Yeri gəlmişdkən azərbaycanlıların sovet kosmonavtikasının inkişafında iştirakını da ayrıca qeyd etmək lazımdır. Bu sahənin tanınmış simalarından biri SSRİ Kosmik Gəmilərinin Uçuşu üzrə Dövlət Komissiyasına rəhbərlik etmiş general-leytenant Kərim Kərimov idi. Firdus Kərimov isə başqa bir istiqamətdə - texnoloji proseslərin hazırlanması və istehsalat sahəsində öz əməyini bu böyük layihəyə həsr edib.

Hazırda Moskvada yaşayan Firdus Kərimovun həyat yolu Zod kəndindən başlayaraq Moskvanın sənaye müəssisələrinə, oradan isə dünya kosmonavtika tarixində özünəməxsus yer tutmuş “Buran” layihəsinə qədər uzanır. Kosmik gəmi artıq mövcud olmasa da, onun yaradılmasında iştirak etmiş insanların zəhməti həmin tarixin ayrılmaz hissəsi olaraq qalır.

15 noyabr tarixində - “Buran” kosmik gəmisinin orbitə çıxarılmasının 38-ci ilində Firdus Kərimovun həyat və əmək bioqrafiyasının xatırlanması həm bir insanın peşəkar yolunun, həm də azərbaycanlıların müxtəlif sahələrdə göstərdikləri əməyin tanıdılması baxımından əhəmiyyətlidir.

Qalib Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru


Etiket:
Xəbərlər

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025
Bütün xəbərlər