Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

22:48 / 18.11.2026
Baxılıb: 278

İnsan taleyi bəzən müxtəlif coğrafiyaların, qədim nəsillərdən miras qalan tarixi yaddaşın və zəhmətlə qazanılan uğurların qovşağında formalaşır.
Kökənləri etibarı ilə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindən olan Məryəm Gəncəvi qızı Məmmədova 1998-ci il avqustun 5-də Moskvada dünyaya göz açmışdır.
Ata-baba yurdunun üzünü görməsə də, ailədə eşitdiklərindən doğma torpağa bağlılığın mənəvi gücünü qəlbində yaşadan Məryəm ailəsindən və köklərindən gələn dəyərlərə daim ehtiramla yanaşmışdır.

Onun təhsil və elm yolu Moskva şəhərində başlamışdır. 2005-2016-cı illərdə Moskvanın 657 nömrəli ümumtəhsil məktəbində təhsil alan Məryəm məktəb illərindən çalışqanlığı, məsuliyyəti və öyrənməyə olan marağı ilə seçilmişdir. Bu keyfiyyətlər gələcək peşə seçiminin də əsasını qoymuşdur.
2016-cı ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə qəbul olunan Məryəm 2022-ci ildə həmin ali təhsil müəssisəsində “Müalicə işi” ixtisası üzrə təhsilini başa vurmuşdur. Universitet illərində tibb elminin fundamental biliklərinə yiyələnmiş, insan sağlamlığının qorunmasına xidmət edən həkimlik peşəsinə dərindən bağlanmışdır.

Ali təhsilini başa vurduqdan sonra elmi və peşəkar inkişafını davam etdirən Məryəm 2024-cü ildə Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin Mərkəzi Dövlət Tibb Akademiyasında “Dermatovenerologiya” ixtisası üzrə rezidentura təhsilini tamamlamışdır. Həmin il Tatiana Tsimbalenko Trixologiya Mərkəzində “Trixologiya”, Rus Kosmetika Evinin Kosmetologiya və Estetik Təbabət İnstitutunda isə “Kosmetologiya” istiqamətləri üzrə əlavə peşə hazırlığı keçmişdir. Bu təhsil və ixtisaslaşma mərhələləri onun dermatologiya, saç və baş dərisi xəstəlikləri, eləcə də estetik kosmetologiya sahələrində bilik və bacarıqlarının genişlənməsinə imkan yaratmışdır.
Həkim Məryəm Məmmədovanın peşəkar fəaliyyətinin əsas istiqamətlərini dermatoloji və trixoloji problemlərin diaqnostikası və müalicəsi təşkil edir. O, akne, rozasea, dermatitlər, dərinin göbələk və virus mənşəli xəstəlikləri, demodekoz, alopesiya, hiperpiqmentasiya, dəri törəmələri, onixomikoz və digər dırnaq patologiyalarının müayinə və müalicəsi ilə məşğul olur. Eyni zamanda, cinsi yolla ötürülən infeksiyaların diaqnostikası və müalicəsi də onun peşəkar fəaliyyət istiqamətlərinə daxildir.

Pasiyentlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq müalicə yanaşmasını müəyyənləşdirir. Peşəkar fəaliyyətində dermatoskopiya, Surgitron vasitəsilə radiodalğalı üsulla dəri törəmələrinin xaric edilməsi, kriodestruksiya, laborator müayinələr üçün nümunələrin götürülməsi və PRP terapiyası kimi müasir tibbi üsullardan istifadə edir.

Məryəm Məmmədovanın həyat və peşə yolunda elmə maraq, davamlı öyrənmək istəyi və insanlara faydalı olmaq arzusu xüsusi yer tutur.
Zod kəndindən, Göyçənin qədim və zəngin tarixi-mədəni mühitindən gələn mənəvi dəyərlər onun həyat yoluna özünəməxsus məna verir. Gənc azərbaycanlı həkim kimi o, qazandığı bilik və təcrübəni insanların sağlamlığına xidmət etməyə yönəldir, seçdiyi peşənin məsuliyyətini və şərəfini layiqincə daşımağa çalışır.

Qalib Qasımov, sənətşünas
Firdus Vilid oğlu Kərimov (Moskva şəhəri)


Etiket:
Xəbərlər

Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

18.11.2026

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025
Bütün xəbərlər