Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

18:37 / 17.11.2026
Baxılıb: 70

Rauf Kamran oğlu Kasimov 1954-cü il oktyabrın 28-də Bakıda anadan olub. Ata tərəfdən kökən etibarilə Göyçə mahalının Zod kəndindəki Gümüşlər tayfasına mənsubdur. Onun sənət tərcümeyi-halı XX əsrin ikinci yarısında formalaşmış Azərbaycan pianoçuluğunun səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir. Musiqiyə olan erkən marağı və fitri duyumu onu Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirib çıxarmışdır. Hüquqşünas anası Məleykə xanımın  (Bakının keçmiş Oktyabr, indiki Yasamal rayonunun xalq hakimi, sonra isə vəkil işləyib) ailədə yaratdığı ciddi intizam mühiti ilə ixtisas təhsilinin akademik tələbkarlığı birləşərək sənətkarın 18 illik fundamental musiqi hazırlığının möhkəm təməlini qoymuşdur.

1978-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) professor Rauf Atakişiyevin sinfində fərqlənmə diplomu ilə bitirən Kasimov, 1980-ci ildə burada aspirantura pilləsini də tamamlamışdır. İfaçılıq sənətinin incəliklərinə daha dərindən yiyələnmək məqsədilə 1983-1986-cı illərdə Moskva Dövlət Çaykovski Konservatoriyasında görkəmli pianoçu və pedaqoq, professor Sergey Dorenskinin assistenti kimi fəaliyyət göstərmiş, rus və Azərbaycan piano məktəblərinin ən yaxşı ənənələrini öz yaradıcılığında sintez etmişdir. Sənətkarın beynəlxalq müsabiqələrdə qazandığı nailiyyətlər onun yüksək texniki hazırlığının və dərin bədii interpretasiya qabiliyyətinin göstəricisidir.

O, 1977-ci ildə Tbilisidə keçirilən VII Zaqafqaziya Musiqiçi-İfaçılar Müsabiqəsində birinci mükafata, 1980-ci ildə Barselonada nüfuzlu Maria Canals Beynəlxalq Piano Müsabiqəsində fəxri mükafata, 1984-cü ildə isə İspaniyanın Santander şəhərində təşkil olunan Paloma O’Shea Beynəlxalq Piano Müsabiqəsində üçüncü mükafata layiq görülmüşdür.

1980-1991-ci illərdə Bakı Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğul olan pianoçunun həyatında Sovet İttifaqının süqutu və regionda baş verən hərbi-siyasi böhran yeni bir mərhələnin başlanğıcı olmuşdur. 1991-ci ildə Bakını tərk edərək əvvəlcə Moskvaya, Bəhreynə, daha sonra isə Türkiyəyə gedən sənətkar yeni mədəni mühitə uyğunlaşaraq peşəkar fəaliyyətini burada davam etdirmişdir.

2005-ci ildə Bellapais Musiqi Festivalı çərçivəsində konsert proqramı ilə Şimali Kiprə dəvət alan Rauf Kasimov adanın mədəni mühitinə və Lefkoşanın tarixi Surlariçi memarlığına dərindən bağlanmışdır. Bu tarixi məkanın ona 1960-cı illərin Bakısını xatırlatması və həyat yoldaşı, fizika müəllimi olan Ayla xanımın mənəvi dəstəyi sənətkarın Şimali Kiprdə daimi məskunlaşmasını şərtləndirmişdir. Ailəsindən söz düşmüşkən qeyd edim ki, sənətkarın oğlu, ixtisasca neft mühəndisi olan Rüstəm (Rustam) Şotlandiyada, Aberdin şəhərində yaşayır və enerji sənayesi şirkətlərindən birində işləyir.  

Yaşadığı coğrafiyanın folklor və mədəni ruhunu akademik musiqi dilinə köçürən Kasimovun bəstələdiyi “Zeybek” əsəri Bolqarıstanda keçirilən beynəlxalq bəstəkarlıq müsabiqəsində mükafata layiq görülmüşdür.

Sənətkarın daxili dünyası son dövrlərdə təsviri sənətə - həvəskar rəssamlığa olan marağı ilə daha da zənginləşmişdir. Musiqi səsləri ilə rənglər arasındakı estetik harmoniyanı tapmağa çalışan pianoçu üçün rəsm çəkmək öz daxili aləminin yeni bir ifadə formasına və sakitləşdirici yaradıcılıq məkanına çevrilmişdir.

Yaradıcılığının ilk dövrlərində özünü yalnız konsert ifaçısı kimi görən Rauf Kasimov zamanla pedaqogikanın fəlsəfi mahiyyətini mənimsəyərək özünü gənc nəslin yetişdirilməsinə həsr etmişdir. Musiqini xarici aləmin təlatümlərindən qorunan mənəvi sığınacaq kimi dəyərləndirən sənətkar tələbələrinə təkcə texniki ifaçılıq vərdişlərini deyil, həm də yüksək insani keyfiyyətləri aşılamağı əsas məqsəd hesab edir.

Şimali Kiprdə fəaliyyət göstərdiyi iyirmi ilə yaxın müddət ərzində onun yetirmələri beynəlxalq müsabiqələrdə qırxdan artıq mükafat qazanaraq dünyanın aparıcı konservatoriyalarında təhsil almaq hüququ əldə etmişlər. Bundan əlavə, sənətkarın beynəlxalq nüfuzu onun 2013-cü ildə İstanbulda keçirilən Pera Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinə dəvət olunması ilə bir daha təsdiqlənmişdir. 2024-cü il oktyabrın 12-də XXII Beynəlxalq Şimali Kipr Musiqi Festivalı çərçivəsində tarixi Bellapais Manastırında sənətkarın 70 illik yubileyinə həsr olunmuş xüsusi resital baş tutmuşdur. Konsertin proqramı pianoçunun ömür yolunun müxtəlif mərhələlərini əks etdirən avtobioqrafik dramaturgiya üzərində qurulmuşdur:

Aleksandr Skryabinin “7 Pieces” silsiləsi - sənətkarın 15 yaşında Bakının küləkli bir günündə təsadüfən tapdığı not vərəqi ilə başlayan musiqi yaddaşının rəmzi kimi;

Volfqanq Amadey Motsartın “Fa major sonatası” - sənətə ilk addımlarının və klassik forma duyumunun təcəssümü kimi;

Frederik Şopenin “Do minor mazurkası” - tələbəlik illərində müəlliminin məşq zamanı ifasına qadağa qoyduğu əsərlə bağlı xatirənin bədii ifadəsi kimi səsləndirilmişdir.

Rauf Kasimovun sənət yolu Bakıdan başlayaraq, Moskva, Bəhreyn və Türkiyədən keçərək Şimali Kiprdə yeni məzmun qazanmış, klassik pianoçuluq məktəbinin varislik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mədəni dəyər kəsb edir.

Böyük pianoçunun Bakıda konsert vermək kimi bir arzusu da var. Düşünürəm ki, bunu təşkil etmək və mövcud maneələri aradan qaldırmaq lazımdır. Azərbaycan musiqisevərlərinin onun ifasını dinləməyə haqqı var. 

Qalib Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru


Etiket:
Xəbərlər

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025
Bütün xəbərlər