Bilsə, bircə atam bilir...

20:03 / 21.11.2026
Baxılıb: 128

Sən darıxma, gedəcəyəm, səhərki yağış kimi,
Son ümidi soyunan bir yorğun baxış kimi.
Vallah, hər şey əladır, nar dadır havalar da,
Hələ ki payız gəlib,
Mən gedəcəyəm baharda...
Sevgi deyil mənimki, sadəcə sol yanımsan,
Bir az kövrəkliyimsən, bir az həyəcanımsan.
Yox, yox, hər şey yaxşıdır, sadəcə payız gəlib,
İçimdəki o yetim uşaq yaman kövrəlib.
Qorxma, dəli deyiləm, mən ağıllı qadınam,
Kimsə bilmir, gizlində gəlincik oynadıram.
Dəlilərin saçları belə sığallı olmur,
Gözləri belə qəmgin, belə ağıllı olmur.
Bircə fəsil səbr elə payız gedənə qədər,
Bir ömür yol gəlmişəm özümdən sənə qədər.
Qoy bir payız dincəlim bu nəmli torpaq üstə,
Qoyum yorğun başımı bir dəstə yarpaq üstə.
Yox, yox, səni sevmirəm,
Bir az anam bilirəm, bir az atam bilirəm,
Nazıma dözə bilən doğma adam bilirəm.
Gedəndə aparacağam gümüşü göz yaşımı,
Sonuncu gülüşümü, sonuncu baxışımı.
Bu dünya bir məxməri, yupyumşaq səsdir mənə,
Bircə sənin səsini aparsam, bəsdir mənə!

***

Atam bilir

Var olanın yoxluğu nə ağır imiş,
Ayrılığı dadan bilir.
Adam baxır bir az gendən,
Adamları adam bilir.

Həsrətinin qoxusunu,
Sevgi dadlı yuxusunu,
Tənhalığın qorxusunu
Evim bilir, odam bilir...

Gözləsin, mən gələcəyəm,
Onsuz tənhayam, bircəyəm.
Mən buralarda necəyəm?
Bilsə, bircə atam bilir...

***

Səndən başqa kimsəm yoxdur, bilirsən?
Hərdən vaxt tap, yoxla məni, İlahi!
Beşik kimi qollarında yırğala,
Qucağında saxla məni, İlahi!

Mən sərsəri, külək kimi dərbədər,
Mən ayrılıq, mən göz yaşı, mən kədər.
Sevərsənmi qəlbimdəki bu qədər
Ağrı ilə, dağla məni, İlahi?

Nə iblisəm, nə insanam, nə mələk,
Bəndən varmı yer üzündə mənim tək?
İstəyirsən tellərimdən dara çək,
Şimşəklərə bağla məni, İlahi!

Bu dünyaya qucağından enmişəm,
Mən nə qədər üzüdönük görmüşəm...
Elə bil ki, əzizinəm, ölmüşəm,
Həzin-həzin ağla məni, İlahi!

***

Səndən indi nə qalıb ki?! Quru nəfəs,
quru səs...
Barmaqların kömür kimi, dodaqların kül kimi.
O quruyan arzuların yalvarsan da göyərməz.
Getməsəydin, yaşayırdıq dünyamızda gül kimi.

Səni elə isidirdim nəfəsimlə, odumla,
Sən üstünə su çilədin isindiyin ocağın.
Vidalaşdın bu dünyada ən vəfalı qadınla,
Nə getməyə yerin qaldı, nə ölməyə qucağın.

O dünyanın qapıları min ildə bir açılar,
Göyü-yeri büllur idi, bulud idi, çay idi.
Onda sənin barmaqların dolaşırdı saçıma,
Onda mənim dodaqlarım gilas, qaşım ay idi.

Sonra öldü göy üzündə bəyaz, pənbə buludlar,
O aypara qaşlarım da çatıldılar, sındılar.
Qollarının arasında sürüşdükcə ümidlər,
Sonra mənim kəlmələrim dodağımda dondular.

Sən gedəndən əl üzmüşəm bu ömürdən, bu gündən,
Nə ulduzum, nə ayım var, nə dalğam, nə dənizim.
Biz nə tikmək istəyirik bu boyda qəm yükündən?
Daş üstündə daş qalmadı, görmürsənmi, əzizim?!

Niyə könül daşa döndü, nə yumşaqdı, nə kövrək...
Bir çiçəyə səpələn gəl, bir buluda yığıl gəl.
Nə bu gün var xəyalımda, nə keçmiş, nə gələcək,
Səni belə sevməyəcəm, get, təzədən doğul gəl!

***

BAĞIŞLA

Sənə toxuna bilmirəm,
Bu şəkildə donmuşuq.
Tanrı göydə qan ağlayır,
Biz də yerdə donmuşuq.

Birim-bircəm, neylədilər?
Bu sən, o sən deyilsən.
“Sevirəm” deyən dilinlə,
“Unuduram” deyirsən.

Xatirələr gül kimidir,
Solub gedir yağışla.
Nə Tanrı ola bilmədim,
Nə də qadın, bağışla.

Deyirdilər, deyirdilər,
Gözəl qızlar yarımır.
Giley dolu dodaqların
Öpüş üçün yaramır.

Neylədin ki, neylədin ki,
Ürəyində sıxıldım?
Oğlun üçün danışarsan,
Deyərsən ki, nağıldı.

Vəfa Mürsəlqızı


Etiket:
Xəbərlər

Bilsə, bircə atam bilir...

21.11.2026

Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub

19.11.2026

Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

18.11.2026

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025
Bütün xəbərlər