Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları

20:46 / 21.11.2026
Baxılıb: 300

Hər bir uğurun arxasında zəhmət, əzm və məqsədyönlülük dayanır. Bəzən qazandıqları nailiyyətlərlə seçilən insanların həyat və fəaliyyət yolu geniş ictimaiyyətə kifayət qədər tanış olmur. Halbuki onların uğur hekayələrini tanıtmaq həm keçilən yolu dəyərləndirmək, həm də gənc nəslə nümunə göstərmək baxımından vacibdir.

“Tanımadığımız tanınmışlar” layihəsi çərçivəsində bu dəfə kökləri Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndinə bağlı olan, Moskva və Gəncə şəhərlərində dünyaya gəlmiş və tibb sahəsində fəaliyyət göstərən gəncləri təqdim edirik.

Onların təhsil və peşə uğurları bir daha göstərir ki, zəhmət, bilik və əzmkarlıq insanı qarşıya qoyduğu məqsədlərə çatdıran əsas amillərdir. Bu hekayələri paylaşmaqla həm uğurlu gənclərimizi tanıdır, həm də onların bağlı olduqları kökləri və dəyərləri yaşadırıq.

Ləman Qabil qızı Vəliyeva

Ləman Qabil qızı Vəliyeva 2002-ci il noyabrın 15-də Moskva şəhərində anadan olmuşdur. Kökənləri etibarı ilə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindəndir.

2009-2018-ci illərdə Moskva şəhərindəki 1564 nömrəli liseydə təhsil almış, 10-11-ci siniflərin proqramını bir il ərzində mənimsəyərək 2019-cu ildə liseyi fərqlənmə attestatı ilə bitirmişdir. Həmin il İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə daxil olmuş, 2024-cü ildə stomatologiya ixtisası üzrə fərqlənmə diplomu almışdır. 2024-2026-cı illərdə A.İ.Burnazyan adına Federal Tibbi Biofizika Mərkəzində ortodontiya üzrə ixtisaslaşaraq təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

Hazırda Moskva vilayətinin L.F.Smurova adına Krasnoqorsk Stomatoloji Poliklinikasında həkim-ortodont kimi fəaliyyət göstərir. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə başa vurması onun peşəkar inkişaf yolunun mühüm nailiyyətlərindəndir.

Leyla Qabil qızı Vəliyeva

Leyla Qabil qızı Vəliyeva 2001-ci il noyabrın 27-də Moskva şəhərində anadan olmuşdur. Kökənləri etibarı ilə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindəndir.

2008-2019-cu illərdə Moskva şəhərindəki 1564 nömrəli liseydə təhsil almışdır. 2019-2025-ci illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin N.F.Filatov adına Uşaq Sağlamlığı Klinik İnstitutunda pediatriya ixtisası üzrə ali təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2025-ci ildən N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetində pediatriya üzrə ordinatura təhsilini davam etdirir.

Peşəkar biliklərini genişləndirmək məqsədilə uşaq xəstəlikləri, ağrı sindromlarının müalicəsi, immunoprofilaktika, qidalanma və digər tibbi istiqamətlər üzrə bir sıra ixtisasartırma proqramlarında iştirak etmişdir. Hazırda Moskva vilayətinin Krasnoqorsk Xəstəxanasının uşaq poliklinikasında həkim-pediatr, eyni zamanda Morozov adına Moskva Şəhər Uşaq Xəstəxanasında həkim-ordinator kimi fəaliyyət göstərir.

Ali təhsilini fərqlənmə diplomu ilə başa vuran gənc həkim pediatriya sahəsində bilik və təcrübəsini davamlı olaraq artırır.

Musa Mayıl oğlu Hacıyev

Musa Mayıl oğlu Hacıyev 2000-ci il avqustun 10-da Moskva şəhərində anadan olmuşdur. Kökənləri etibarı ilə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindəndir.

2007-2018-ci illərdə Moskva şəhərindəki 896 nömrəli ümumtəhsil məktəbində təhsil almışdır. 2018-2021-ci illərdə A.İ.Yevdokimov adına Moskva Dövlət Tibb-Stomatologiya Universitetində, 2021-2026-cı illərdə isə “Reaviz” Tibb Universitetində təhsilini davam etdirərək stomatologiya sahəsində ixtisaslaşmışdır.

2026-cı ildən etibarən Bakıda özəl stomatoloji klinikada çalışır. Moskva şəhərində aldığı tibbi təhsili və qazandığı bilikləri hazırda Azərbaycanda peşəkar fəaliyyətinə tətbiq edir.

Aişə Mayıl qızı Hacıyeva

Aişə Mayıl qızı Hacıyeva 1997-ci il dekabrın 5-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. Kökənləri etibarı ilə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindəndir.

2004-2015-ci illərdə 896 nömrəli ümumtəhsil məktəbində təhsil almışdır. 2015-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə daxil olaraq 2021-ci ildə “Müalicə işi” ixtisası üzrə ali təhsilini başa vurmuşdur.

2021-2023-cü illərdə Bakıda Tədris-Terapevtik Klinikada həkim-terapevt kimi çalışmış, 2023–2025-ci illərdə S.S. Yudin adına Moskva Şəhər Klinik Xəstəxanasında mamalıq və ginekologiya üzrə ordinatura təhsili almışdır. Eyni zamanda, “Ya zdorova!” özəl klinikasında həkim-mama-ginekoloqun assistenti kimi fəaliyyət göstərmiş, 2024-2025-ci illərdə Moskvanın 36 nömrəli şəhər poliklinikasında sahə həkimi-terapevt vəzifəsində çalışmışdır.

Peşəkar biliklərini artırmaq məqsədilə 2025-ci ildə ultrasəs diaqnostikası, kolposkopiya və uşaqlıq boynunun patologiyası, 2026-cı ildə isə onkoginekologiya üzrə ixtisasartırma proqramlarını başa vurmuşdur. Onun tibbi fəaliyyəti terapiya, mamalıq və ginekologiya, ultrasəs diaqnostikası və onkoginekologiya istiqamətlərini əhatə edir.

Aytən Şirxan qızı Qənbərova

Aytən Şirxan qızı Qənbərova 1998-ci il oktyabrın 16-da Moskva şəhərində anadan olmuşdur. Kökənləri etibarı ilə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindəndir.

2005-2016-cı illərdə orta təhsil almış, 2016-cı ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə daxil olaraq 2023-cü ildə N.V.Sklifosovski adına Kliniki Tibb İnstitutunda “Müalicə işi” ixtisası üzrə ali təhsilini başa vurmuşdur.

2023–2025-ci illərdə S.S.Yudin adına Moskva Şəhər Klinik Xəstəxanasında mamalıq və ginekologiya üzrə ordinatura təhsili almışdır. 2025-ci ildə V.İ.Kulakov adına Milli Mamalıq, Ginekologiya və Perinatologiya Tədqiqat Mərkəzində uşaqlıq boynunun patologiyası və kolposkopiya üzrə ixtisasartırma keçmişdir. 2026-cı ildə isə ultrasəs diaqnostikası və dölün inkişafının prenatal skrininqi istiqamətlərində əlavə peşə hazırlığı almışdır.

2026-cı ildən Moskva şəhərində özəl klinikada həkim-mama-ginekoloq və ultrasəs diaqnostikası üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Mamalıq və ginekologiya ilə yanaşı, ultrasəs diaqnostikası sahəsində əldə etdiyi əlavə ixtisaslar onun peşəkar fəaliyyətinin əhatə dairəsini genişləndirmişdir.

Qalib Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Firdus Vilid oğlu Kərimov (Moskva şəhəri)


Etiket:
Xəbərlər

Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları

21.11.2026

Bilsə, bircə atam bilir...

21.11.2026

Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub

19.11.2026

Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

18.11.2026

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025
Bütün xəbərlər