Başı buludlara boy verən, qışda ağ, yazda-yayda yamyaşıl örpəyə bürünən dağların qoynunda yerləşən ulu və əzəli yurd yerimiz Daşkənddə, qədim bir mahalda ötkəm sözü, vuran əli, düşmənə sinəsini sipər edən Rəsullular nəslində - Fəzi Kərimovun ailəsində 1938-ci ildə bir oğlan dünyaya gəlir. Uşağın adını Qiyas qoyurlar.
Qiyasın ata babası Məşədi Qasım Hacı Kərim oğlunun adı nəinki Göyçədə, Gəncəbasar və Qarabağda da məşhur idi. Onun qoçaqlığından, sərrast atıcılığından, erməni daşnaklarına qarşı apardığı mübarizədən dillərdə dastan olan əhvalatlar bu gün də dolaşmaqdadır. Haqqında neçə-neçə məqalələr, kitablar yazılmış, televiziya və radio verilişləri yayımlanmışdır. Məşədi Qasımın 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər nazirliyinə ünvanladığı teleqramlar da dediklərimizin əyani sübutudur.
Eləcə də, Qiyas Fəzi oğlu Kərimovun ana babası Məhərrəm də Daşkənddə, Göyçədə sayılıb-seçilən, hörmət olunan savadlı din xadimi kimi şöhrət sahibi olmuşdur. Tağı oğlu Məhərrəm kimi tanınan bu şəxs Daşkənddə dini məktəb açmış (Ağ Axund və Hacı Rəhimlə birlikdə), kənd uşaqlarına təhsil vermişdir. Həmin məktəb təxminən 20 il olmaqla 1917-ci ilə qədər fəaliyyət göstərmişdir. 1918-1919-cu illərdə baş verən erməni-müsəlman döyüşlərindən, onun acınacaqlı nəticələrindən bəhs edən, yuxarıda dediyimiz teleqramların bəzilərində Tağı oğlu Məhərrəmin də adı keçir. Hətta deyilənlərə görə həmin teleqramların orijinal mətnlərini də o yazmışdır.

Qiyas Kərimovun atası Fəzi Məşədi Qasım oğlu haqqında dəfələrlə ayrıca məqalə yazıb mətbuatda çap etdirdiyimizdən burada qısaca bilgi vermək istərdim. O da hər zaman hörmət-izzət ilə sayılan ağsaqqallardan olmuş, İkinci Dünya müharibəsində topçu taqımının komandiri kimi iştirak etmiş, dəfələrlə yaralandıqdan sonra müharibədən tərxis olunmuşdur. Daşkənddə, Qaraqoyunluda və başqa kəndlərdə kolxoz sədri, sovet sədri, ferma müdiri, anbardar və başqa vəzifələrdə çalışmışdır. Fəzi Kərimov həm də dini məzmunlu şeirlər müəllifi kimi Azərbaycan oxucusuna yaxşı tanışdır. Onun iki şeirlər kitabı çap olunub.

Qiyas Fəzi oğlu Kərimov yeddi yaşında doğma Daşkənd kənd orta məktəbində təhsil almağa başlayır. Elə həmin məktəbdə yeddi il oxuduqdan sonra, 1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunur. 1948-1953-cü illərdə ermənilərin şovinist siyasətinin qurbanı olan təxminən 150 min Qərbi Azərbaycanlının biri də bu ailə olur. 130 ailədən ibarət Daşkəndlilərin sıfırdan qurub-yaratdıqları Yeni Daşkənd kəndində elə həmin il tam orta məktəb yaradılır. Qiyas Fəzi oğlu da Yeni Daşkənd kənd orta məktəbində oxumağa davam edir.
Orta məktəbi bitirdikdən sonra çox sevdiyi sürücülük peşəsinə də yiyələnir. Gənclik illərində “Yeni həyat” kolxozunda ilk sürücülərdən olmuş, “Poluturka” maşını ilə kolxozçuları əkin sahələrinə aparıb-gətirmişdir. Anası Savatın yaxın qohumu olan və kolxoz sədri işləyən Tanrıverdi Hacıyevin bir müddət sürücüsü də işləmişdir. Kənddə bir çox tay-tuşlarına maşın idarə etməyi də məhz Qiyas Fəzi oğlu öyrətmişdir.
Qiyas Kərimov 1960-cı illərin ortalarında idarə etdiyi yük maşını ilə qəzaya düşür. Bədənində olan sınıqlara xəstəxanada gips qoyulur və gips normadan çox qaldığından sinirləri korlanır. Rəcəbov soyadlı həkimin səhv müalicəsindən sonra yerimə qabiliyyətini itirir. Rəhmətlik anası Savat nənə həmişə deyərdi: “Mənim oğlumu Rəcəbov şikəst elədi”. Savat nənə atası Tağı oğlu Məhərrəmdən islam dinini mükəmməl öyrənən, hər il oruc tutub, hər gün namaz qılan, ağzı dualı bir ağbirçək idi. Onun xatirəsi bu gün də hörmətlə yad edilir, ruhuna dualar oxunur.
Qiyas Kərimov Bərdə xəstəxanasında, eləcə də Bakıdakı elmi-tədqiqat institutunda uzun müddət müalicə olunsa da yerimə qabiliyyəti bərpa olunmur. Ağ rəngli şəxsi “Moskviç-408” minik maşını ilə Gürcüstana gedərək orada yaşayan yəhudi həkimdən dərman alıb gətirir. Onun təbii müalicələrini də qəbul edir, lakin bu maye dərmanların da onun sağlamlığına müsbət təsiri olmur.
Qiyas Fəzi oğlu Kərimov ali təhsil ala bilməsə də çox bacarıqlı, işgüzar, hər cür yeniliklərdən xəbərdar idi. Yaxın qonşularda, qohumlarda televizoru, ütüsü, maqnitafonu və başqa əşyaları xarab olanlar onun yanına gətirər, düzəltdirib aparardılar. Hamını gülər üzlə qarşılayar, kiminsə pula ehtiyacı olardısa ona borc verərdi. Minik maşınlarının kənddə az olduğu, eləcə də sonrakı illərdə xəstələnən kimsə olardısa gecə-gündüz demədən onları rayon mərkəzindəki xəstəxanaya çatdırardı. Qeyd edim ki, onun əvvəlki ağ “Moskviç-408” və sonrakı yaşıl “Moskviç-2140” minik maşınlarının hər ikisində də idarəetmə hissələri (mufta, əyləc və sürət pedalı) dövlət tərəfindən əl ilə idarə etmək üçün quraşdırılmışdı. Həmin maşınların təmirini də özünün göstərişi ilə qardaşları, ya da bacısı oğlu Mehman edərdi. Bugünkü kimi xatırlayıram. Bir dəfə mənim sinif yoldaşım, Qiyas dayının isə qardaşı, sonralar şəhidlik şərbəti içəcək Yasiflə onlara getmişdik. Qiyas dayı həyətlərindəki qocaman tut ağacının altında qoyulmuş taxta çarpayıda dirsəklənib əlindəki Moskiviçə aid rus dilində çap olunmuş təlimat kitabçasını oxuyaraq 5-10 metrlikdəki qarajın “yama”sındakı bacısı oğlu Mehmana göstərişlər verir ki, hansı hissəni necə aç, hansını yağla, hansını bərkit və s. Qiyas əmi hərəkətsiz olsa da maşının altındakı, eləcə də mühərrikindəki bütün hissələri sanki əzbər bilirdi. Mən onun fitri istedadına, qabiliyyətinə mat-məəttəl qalmışdım.

O, məntiqi elmləri, xüsusən, riyaziyyatı, rus dilini əla bilirdi. Gündəlik mətbuatı izləyər, məşhur “Za rulyom” («За рулём»), “Oqonyok” («Огонёк») jurnallarını abunə ilə alardı. Həmçinin, çox da elmi və bədii kitab oxuyan idi. Bütün şairlərin əsərlərini oxumuşdu, desəm, yanılmaram. Oxuduğu kitabların və jurnalların bir çoxu son illərə qədər evinin damında qalmaqda idi.
Bütün qardaş-bacıları, doğmaları, həmkəndliləri ona çox böyük sevgi-sayğı göstərərdilər. Kataloqla Moskvadan gətirtdiyi fotoqrafiya məhsulları ilə kənd sakinlərinin, xüsusən orta məktəbin müəllim-şagird kollektivinin xidmətində olmuşdur. Onun həyətyanı sahəsindəki bağı Yeni Daşkəndlilərin şəkil çəkdirmələri üçün güllü-çiçəkli, mənzərəli bir məkan idi. Bu gün hamımızın əlimizdə olan tarixi fotoşəkillər Qiyas Fəzi oğlunun əl işləridi.
Qətiyyən unutmaq olmaz ki, yaxın qonşusu və böyük bacısı Xuraman xala Qiyas dayının və anası Savat Məhərrəm qızının ölən gününə qədər qulluğunda layiqincə durdu. Çox nəcib, xoşxasiyyət, qonaqpərvər, yanımcıl, qohumcanlı bir qadın olan Xuraman Fəzi qızı haqqında hərdən evimizdə söz düşəndə rəhmətlik Pürüzə nənəm deyərdi: “Heç bir bacı, heç bir övlad Xuraman ola bilməz”.
Qiyas Fəzi oğlu Kərimov 24 iyun 1990-cı ildə şəxsi “Moskviç” avtomobilində keçirdiyi növbəti yol qəzasından az sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində 52 yaşında vəfat etdi və kənd qəbiristanlığında dəfn olundu. Ruhu şad, məkanı cənnət olsun.

Araz Yaquboğlu
Tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025