Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

22:38 / 06.05.2025
Baxılıb: 1838

Dədə Ələsgər həqiqəti anlatmaq missiyasının daşıyıcısı, xalq dilimizin ədəbi dilimizə çevrilməsi missiyasının tamamlayıcısı, Qərbi Azərbaycana qayıdış missiyasının isə simvoludur.

Klassikləşmiş bir deyim var: “Aşıq Ələsgər yaradıcılğı elə bir zəngin xəzinədir ki, kim nə axtarsa orda tapar, kim nə istəsə orda görər”. Dədə Ələsgər ustad aşıq kimi, təbiət peyzajını, insani gözəllikləri mükəmməl şəkildə təsvir edən şair kimi, sözləri mənalandıran təcnis ustadı kimi, xalq ədəbiyyatına yeni şeir formaları gətirən, söz xəzinəmizi zənginləşdirən kamil sənətkar, el ağsaqqalı, sufi-filosof kimi, yaratdığı havalarnan bəstəkar kimi, qarşılaşdığı bütün deyişmələrdə qalib olan haqq vergili söz sahibi kimi ən böyük titula, uca statusa layiqdir.

Mənə görə Aşıq Ələsgər həm də bir missionerdir. Qismətinə böyük amalları gerçəkləşdirmək düşmüş dahidir, aşıqlıq, ozanlıq, şairlik, ağsaqqallıq, müridlik isə bu missiyaları həyata keçirmək üçün bir libasdır, vasitədir. Hesab etmək olar ki, Dədə Ələsgər bir missiyanın daşıyıcısı, bir missiyanın tamamlayıcısı, bir missiyanın isə başlanmasının simvoludur.
Dədə Ələsgər böyük missiyanın – dinin, fəlsəfənin və elmin əsas qayəsi olan “həqiqəti anlatmaq” missiyasının daşıyıcısıdır. Həqiqət elmdə kainatın qanunlarının, fəlsəfədə varlığın düzəninin, dində ilahi nizamın inkası, ədəbiyyatda isə ilahi, dünyəvi gözəllik və sevgidir.

İlahi gözəllik, başqa sözlə, nizam, harmoniya və ya qanunauyğunluq varlığın "olmazsa-olmazıdırsa", sevgi bu nizamı dərk etmək, qəbul etmək, onunla birlikdə olmaqdır. Bu nizamı və sevgini Peygəmbərlər, Dədə Qorqud, Əl-Qəzali, Əhməd Yasəvi, Nizami, Mövlana, Yunus Əmrə, Füzuli kimi əzəmətli mütəfəkkirlər özlərinə məxsus forma və üslublarda anlatmışlar. Dədə Ələsgər isə “Xalqa həqiqətdən mətləb qandırmaq” üçün onların öz ana dilini və ən sevdikləri üslub olan aşıq-ozan üslubunu seçmişdir. Aşıq-ozan üslubu əsrlərdən gələn, türkün qanına, geninə hopmuş və bütövlükdə pozitivizim, zəfər, nikbinlik və sağlam ruh üzərində bərqərar olmuş anlatma tərzidir. Ona görə də Dədə Ələsgəri hər kəs yaxşı və xoş məramla anlayır.

İkinci missiya xalq dilinin ədəbi dilə çevrilməsi məsələsidir və Aşıq Ələsgər bu missiyanın tamamlayıcısı kimi görünür. Məlumdur ki, tarixən elin danışdığı xalq dili ilə yazılı dil arasında böyük fərq olmuşdur. Məsələn, Avropa ölkələrinin əksəriyyətində ədəbi dil (saray dili də deyilir) əsəsən latın dili idi ki, bu dildə danışan xalq yox idi və bu dil ancaq yazı üçün istifadə edilirdi. Bizim bölgədə də dilimizin vəziyyəti buna bənzər idi; sarayda və yazılarda ərəb-fars-türk kəlmələrindən ibarət qarışıq tərkibli bir ədəbi dil var idi ki, bunu türk dilində danışan yerli xalq başa düşmürdü. Bu, bir tərəfdən sarayla xalq arasında anlaşma çətinliyi, digər tərəfdən isə yazılı əsərlərin xalqa çatdırılmasında problemlər yaradırdı. Bununla yanaşı, yeni yaranan dövlətlərdə xalqla dövlət arasında ortaq dil formalaşmağa başlamışdı. Ona görə də, 18-ci əsrdən başlayaraq bir çox ölkələrdə idarəetməni yaxşılaşdırmaq, hakimiyyət-xalq arasındakı anlaşmanı və ünsiyyəti asanlaşdırmaq üçün bu “iki dil” arasındakı fərqi aradan qaldırmaq, özəlliklə də “xalq dilini yazılı dilə gətirmək” missiyası önə çıxdı.

Avropa ölkələri bu məsələni çözmək üçün ümumitəhsil məktəbləri açmağa və məcburi təhsil tətbiq etməyə başlamışlar. Bizim bölgədə isə bu missiyanı həyata keçirmək aşıqların üzərinə düşmüşdür. Aşıqlar toylarda, məclislərdə, dastan axşamlarında sadə xalq dilində yaradılmış əsərləri təbliğ etməyə başladılar. Abbas Tufarqanlı, Xəstə Qasım, Miskin Abdal, Dirili Qurbani, Ağ Aşıq, Sarı Aşıq, Aşıq Alı, Aşıq Valeh və adları günümüzə gəlib çatmayan yüzlərlə el aşıqlarının yaratdığı şeirlər, havalar, dastanlar dillər əzbəri oldu və xalq dili inkişaf etməyə başladı.

Yavaş-yavaş Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasim bəy Zakir kimi şairlərin timsalında xalq dilində yazılı ədəbiyyat ortaya çıxmağa başladı. Lakin hələ də bir çox şairlər və yazarlar köhnə dildə yazırdılar və el dilinin mükəmməlliyinə aşina deyildilər. Aşıq Ələsgər isə xalq dilini ən çətin sınaqlardan keçirdi. Xalqın doğma dilini şeirin bilinən bütün formalarında (qoşma, gəraylı, təcnis, bayatı, qəzəl, müxəmməs və s.) və əksər mövzularda (ilahi gözəllik, qadın gözəlliyi, təbiət gözəlliyi, igidlik, bağlamalar, hərbə-zorbalar, deyişmələr, nəsihətnamələr, divanilər, tənələr və s.) imtahana çəkməklə yanaşı, heç bir dildə olmayan dildönməz, dodaqdəyməz, cığalı, müstəzad təcnis kimi ən çətin şeir növlərində də sınaqdan keçirdi. Nəticədə subut etdi ki, bizim folklordan mayalanan dilimiz o qədər mükəmməl və zəngindir ki, bununla bütün mövzularda və şeirin bütün formalarında, o cümlədən ən çətin formalarında mükəmməl əsərlər yaratmaq mümkündür və bunun üçün başqa dildən söz "idxal" etməyə ehtiyac yoxdur.

Beləliklə, Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”. Bundan sonra, iyriminci əsrdən başlayaraq el dilimiz azərbaycan türkcəsi adı ilə nəinki poeziya dilimizin, bütövlükdə yazılı dilimizin, o cümlədən, elmi dilimizin bünövrəsini qoydu.
Dədə Ələsgər həmçinin xalqımızın ən böyük missiyalarından birinin – Qərbi Azərbaycana qayıdışın simvoludur. Möhtərəm prezidentimiz İlham Əliyev 2022-ci ilin dekabrında Qərbi Azərbaycana qayıdışı, xalqımızın ən önəmli missiyalarından biri kimi -  30 sentyabr 2024-cü ildə açılışını həyata keçirdiyi Aşıq Ələsgərin heykəlini bu qayıdışın simvolu kimi təqdim etmişdir. İnanırıq ki, hər bir missiyanı uğurla tamamlayan Dədə Ələsgərin müqəddəs ruhu qayıdış missiyasının da gerçəkləşməsində bizə dəstək olacaqdır.

05.05.2025
Nuru Bayramov
Professor, AMEA müxbir üzvü


Etiket:
Xəbərlər

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025
Bütün xəbərlər