XOCALIYA ƏDALƏT! 

14:10 / 26.02.2025
Baxılıb: 3968

"Vətən" poemasından

Arxalı erməni işğalçıları
Ələ keçirdilər Kərkicahanı,
Ələ keçirdilər Malıbəylini,
Dalınca Quşçular işğal olundu,
Uğursuz Daşaltı əməliyyatı,
Yol açdı Xocalı soyqırımına,
Rusiyaya məxsus atıcı alay,
Tərkibində “kazak” yaraqlıları,
Əynində əski çar sırıqlıları,
Erməni itləri rus mundirində,-
Hərbi libasında hay köpəkləri,
Qanına bələdi dinc əhalini,
Səs verən olmadı imdad səsinə,
Hamilə bilmədi,körpə bilmədi,
Yaralı bilmədi,xəstə bilmədi,
Qadını,qocanı qətlə yetirdi,
Güllədən keçirdi vəhşicəsinə.

Tələlər,
hiyləgər vədlər, kələklər,
Göz yaşı içində qan çeşmələri,
Muzdlular, quldurlar, quduz köpəklər,
Erməni silahlı birləşmələri,
Qısır Qaraqaya əməliyyatı,
Xalqın cəhənnəmə dönən həyatı,
Əsirlər,girovlar hesaba gəlməz,
Tanınmaz cəsədlər saysız-hesabsız,
Sorğular, suallar öldü cavabsız,
Gümanlar, xəyallar öldü cavabsız,
Gecə hara gəldi qaçan adamlar,
Sürüşüb qayadan uçan adamlar,
Uşaqlar, qocalar, qadınlar, qızlar,
Qətlə yetirilən bu günahsızlar,
Əsgəran qalası yaxınlığında,
Körpünün altında, ətraflarında,
Qarqarçay çayının sahillərindən
Qarşı dağlaradək səpələnirdi,
Kətük, Naxçıvanik yolları üstdə,
Üst-üstə qalanır, təpələnirdi.

Ayaqlarına kəndir, məftil bağlanıb
Dərisi soyulan, başı kəsilən,
Gözləri oyulub çıxarılanlar,
Qolları qırılan, üzü doğranan,
Kəllə sümükləri qoparılanlar,
Qarlı meşələrdə qucağındakı
Məsum körpəsiylə dondurulanlar,
Oğlunun, qızının gözü önündə
Ağaca sarınıb yandırılanlar,
Ailə-ailə qırılan köklər,
Kol-kosa ilişib əsən hörüklər,
Donan hıçqırıqlar, donan nalələr,
Gecənin bağrını yonan nalələr,
Ağdam məscidinin eyvanlarında,
İbadət zalında tanınmaz hala
Salınmış yüzlərlə insan cəsədi,
Misli görünməmiş hay cinayəti,
Ağrımız, acımız, göz yaşlarımız,
Üst-üstə qalanan soydaşlarımız...

Allah, nə zülümdü bu,
Toy tutulan xalqa bax!
Nə dadlı ölümdü bu,
Nə ləzzətli ağlamaq...

Nə havalı mərəkə,
Nə dürlü Vətən yası.
Ağla, elə ağla ki,
Sümüklərim oynasın.

Sən oyna, mən ağlayım,
Mən oynayım, sən ağla.
Yasda oynayanlara
Baxıb kəfəndən, ağla!

Göz yaşı şabaş kimi
Başımıza ələnir.
Cəng kimi, savaş kimi
Qanımıza yeriyir,
Huşumuza ələnir.

Qəmin çöp yuvasında
Dil-dil ötən millətim.
Çırmalanıb yasında
Yallı gedən millətim.

Dərddən gömgöysə butam,
Açdığı ahsa...
yeyim.
Kədərdən xonça tutum,
Sevincdən ehsan yeyim?!.

Qəbir qəbirdən uzun,
Ömür ömürdən qısa.
Üstdə siyasət buzu,
Altda millətdən bazar.

Dərdə bax binə-binə,
Qana bax, laxta-laxta.
Nə deyim belə günə,-
Nə deyim belə baxta?!

Mən dünyanın dərd toxu,
Mən dünyanın yurd acı.
Axşamın qəhər doğur,
Səhərim də dərd açır.

Ürəyim, mələr quzum,
Gəl,səbrini qoparım.
İçin qandı, çölün su,
Səni hara aparım?!

Allah, nə zülümdü bu,
Toy tutulan xalqa bax.
Nə dadlı ölümdü bu,-
Nə ləzzətli ağlamaq...

İyirminci əsrin axırlarında
Yenidən erməni-urus birliyi
Törətdi ən vəhşi bir cinayəti,
Bağımsız,
baxımsız ...
Azərbaycana
Yaşatdı dözülməz bir müsibəti.

Bir qarlı-şaxtalı şənbə axşamı
Xocalı-Xocalı uduzdum səni.
Sənə şirin-şirin nağıl söyləyib
Acılı-acılı uduzdum səni...
Böyüklü-kiçikli uduzdum səni.
Uşaqlı-qocalı uduzdum səni.

Qar üstə səpilən gül balaların
Ana qucağını uduzdum, Vətən.
Bir ahıl kişinin başından düşən
Sənin papağını uduzdum, Vətən...

Ramiz Qusarçaylı şair, publisist
Azərbaycan Yazıçılar Birliyinin və İraq Türkman Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri.


Etiket:
Xəbərlər

XII ci əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025
Bütün xəbərlər