FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

12:53 / 14.03.2025
Baxılıb: 330

İBADULLA AĞAYEV – 75

Xalq öz dəyərli övladları ilə tanınır və onlarla fəxr edir. Xalqımızın belə, ziyalı övladlarından birinin – Azərbaycan Tibb Universitetinin epidemiologiya və biostatistika kafedrasının müdiri, Respublikanın Əməkdar elm xadimi, Əməkdar müəllim, tibb elmləri doktoru, professor İbadulla Əliağa oğlu Ağayevin 75-illik yubileyidir.

Professor İbadulla Ağayev ömrünün peşəkar fəaliyyətini Respublikada epidemiologiya elminin inkişafına, insanlar arasında xəstəliklərin yayılmasının səbəblərini, şəraitini və dayandırılmasının qanunauyğunluqlarını öyrənməyə, tədqiq etməyə, onların qarşısının alınması və onlarla mübarizə tədbirlərinin işlənib hazırlanmasına həsr edən, bu sahədə böyük uğurlar, elmi nəticələr əldə etmiş nadir elm xadimi, dəyərli ziyalımızdır.

Onun mərkəzi elmi mətbuatda dərc etdirdiyi, bir çox elmi konfranslarda məruzə və çıxışlarıyla təqdim etdiyi tədqiqatları Azərbaycanda leptospirozun, salmonelyozların, helmintozların və qeyri-infeksion xəstəliklərin epidemiologiyasının öyrənilməsinə həsr olunmuş 300-dən çox elmi əsərdə öz təcəssümünü tapmışlar. İ.Ağayev bir alim kimi, dünyanın müxtəlif ölkələrində keçirilən elmi simpozium və konfranslarda dəfələrlə iştirak etmiş və Azərbaycanı ləyaqətlə təmsil etmişdir. O, öz sözünü lazımi məqamda deyə bilən cəsarətli, novator alimdir. Bütün qəlbi, ruhu ilə Vətəninə, xalqına bağlıdır.

İbadulla Ağayev 1950-ci ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırdıqdan sonra bir müddət Bakı şəhər mərkəzi təcili tibbi yardım stansiyasında səyyar həkim işləmişdir. 1976-cı ildə isə müsabiqə yolu ilə N.Nərimanov adına ADTİ-nin epidemiologiya kafedrasına assistent seçilmişdir.1979-cu ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır. İ.Ağayev 1982-1992-ci illərdə kafedranın dosenti vəzifəsində işləmişdir.

1991-ci ildə isə İbadulla Ağayev tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 1992-ci ildə professor elmi adı almışdır. 1992-ci ildən ATU-nun epidemiologiya və biostatistika kafedrasının müdiridir.

Professor İ.Ağayevin zəngin bilik və təcrübəsi, tükənməz enerjisi onun müxtəlif ictimai işlərdə, elmi-praktik cəmiyyətlərin fəaliyyətində fəal iştirak etməsinə zəmin yaradır. Belə ki, o, kafedra müdiri olmaqla yanaşı, uzun illər Səhiyyə Nazirliyinin baş epidemioloqu olmuşdur. ATU-nun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının, eyni zamanda, profil sahələr üzrə problem komissiyasının sədridir.

Tibb Universitetinin kafedra müdiri və professoru kimi ölkəmizdə minlərlə ali təhsilli tibb mütəxəssisinin hazırlanmasında, onların mənəvi keyfiyyətlərinin milli-mədəni dəyərlərimiz zəminində formalaşmasında İbadulla müəllimin zəhməti danılmaz, bənzərsizdir. İbadulla müəllimin ümumi və xüsusi epidemiologiyaya həsr olunmuş 10 dərsliyi, 15 dərs vəsaiti, 10 elmi-kütləvi kitabçası, 10 metodik göstərişi Tibb Universitetində gələcək kadrların hazırlanmasında xüsusi rol oynayırlar.

Eyni zamanda professor İbadulla Ağayev bu illər ərzində elmi rəhbərliyi altında çoxsaylı epidemioloqlar yetişdirərək güclü elmi məktəb yaratmağa nail olmuşdur. Təkcə onu demək kifayətdir ki, İbadulla müəllimin elmi rəhbərliyi altında 5 nəfər elmlər doktorluğu, 40 nəfər tibb elmləri namizədlik dissertasiyası uğurla müdafiə edərək, müvafiq elmi dərəcələr almışlar.

İbadulla müəllim tək Azərbaycanda deyil, onun hüdudlarından kənarda, Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, Türkmənistanda, xüsusilə Rusiyada, Moskvanın, Sankt-Peterburqun tibb universitetlərində, müvafiq elmi-tədqiqat institutlarında xüsusi hörmət və nüfuz qazanmış alimlərimizdəndir.

...Yaşının üstünə bir yaş da gəldi və ömür kitabının bir səhifəsi də çevrilərək arxada qaldı. Dönüb arxaya baxanda və yaşanmış illəri yada salanda heç bir peşmançılıq hissi ola bilməz. Əgər Vətənimiz Azərbaycanın coğrafi xəritəsini qarşımıza qoyub baxsaq və İbadulla müəllimin tələbəsi olan hər yerdə bir işıq yandırsaq, bu xəritə başdan-başa nura qərq olar. O, işıq saçan, nur paylayan, savad, bilik verən, insanlıq nümunəsi göstərən parlaq ziyalılarımızdandır. İbadulla müəllim paklıq, saflıq və səmimiyyət nümunəsidir, o qədər sadədir ki, hər adam onu başa düşə bilməz. Onu göründüyü kimi yox, olduğu kimi qəbul etmək gərəkdir. O zaman bu alimin, müəllimin, insanın nəhəngliyini duymaq olar.

İbadulla müəllim dünya ədəbiyyatının mükəmməl bilicisidir, klassiklərin əsərləri barədə çox yaxşı məlumata malikdir. O, yaddaşında təmiz, nurlu fikirlərlə bərabər, gözəl poeziya nümunələri də saxlayır. Danışarkən hər məqama uyğun fəlsəfi fikirlər, işıqlı və məlhəm sözlər, mənalı şeirlər seçə bilir. Bir sözlə, dərs dediyi auditoriyanı, çıxış etdiyi hər hansı bir məclisi dərhal ələ ala bilir.

Professor İbadulla Ağayev həm də, gözəl tarixçi, etnoqraf və filosofdur. Doğulduğu məmləkətin tarixini mükəmməl bilir və onu qarış-qarış gəzmişdir. O, dostluq, sədaqət, paklıq, saflıq, səmimiyyət, bir sözlə, böyük hərflərlə yazılan İNSANLIQ mücəssəməsidir. Milli-mənəvi-mədəni dəyərlərimizi, adət-ənənələrimizi, poeziyamızı, musiqimizi – muğamımızı, aşıq poeziyasını və musiqisini dərindən bilən hərtərəfli istedada malik ziyalılarımızdandır.

İbadulla müəllim Ana dlimizin gözəlliklərinə, çalarına, dərinliyinə, zənginliyinə hakim olan ziyalılarımızdandır. Onun istər peşəkar sahədə, istərsə də incəsənətin ayrı-ayrı sahələrinə həsr olunmuş məruzələri, çıxışları həm məna və məzmunu ilə, həm də dilimizin zənginliyini və gözəlliyini göstərən, nümayiş etdirən səlist, virtuoz ritorikası ilə dinləyicini ovsunlamaq, onu dediyi sözə cəzb etmək, ona heyranlıqla zövq vermək bacarığına, qabiliyyətinə, istedadına malikdir.

İbadulla Ağayev olduqca xeyirxah, duyan qəlbə, ehtiyacı olan kiməsə təmənnasız yaxşılıq etməkdən, dəstək olmaqdan zövq almaq xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlərlə bağlı istərdim İbadulla müəllimin həyatında bu günə qədər ömür sürən bir epizodun üzərində dayanım. 1948-ci ildə Göyçə mahalından deportasiya edilmiş bir xeyli ailə İbadulla müəllimin uşaqlıq illərini keşirdiyi Cəngən kəndində məskunlaşmış və onların evinin hər tərəfində Göyçədən köçürülmüş ailələr yaşayırdı. İbadulla müəllimin orta məktəb müəllimlərinin əksəriyyəti Göyçədən köçürülmüş insanlar olub. Onun xatırladığına görə Göyçəlilərin uşaqdan böyüyədək hamısının elmə, aşıq sənətinə, şifahi xalq ədəbiyyatına böyük sevgi və marağının olduğundan kənddə tez-tez aşıq məclisləri qurular, qonşuları maraqla dastançı aşıqlara qulaq asar, ustad aşıqların şeirlərini dinləyər, sənətkarlara Aşıq Alıdan, Dədə Ələsgərdən oxumalarını xahiş edərdilər. Məhz beləcə, sazı, sözü, şeiriyyəti sevən, elmə xüsusi önəm verən belə bir mühitdə böyüyür gələcək alim. Uşaqlıqdan şeiriyyətə, xüsusilə də aşıq poeziyasına, Şirvan aşıqlarıyla yanaşı Aşıq Alı, Dədə Ələsgər yaradıcılığına olan həvəsini görən göyçəlilər ona xüsusi hörmətlə yanaşar, məhəbbət göstərərdilər. Bir dəfə təşkil olunan məclislərin birində Göyçənin Şorca kəndindən olan Aşıq İslamın Zodlu Abdulla haqqında həvəslə söhbət açması, onun şeirlərini xoş avazla oxuması onda bu sənətkara qarşı böyük maraq oyadır, onun yaradıcılığına sonsuz məhəbbətini yaradır, şeirlərini sevməyə, əzbərləməyə, təbliğ etməyə sövq edir. Beləliklə, Aşıq Alı, Dədə Ələsgər sevdalı bu oğlan Zodlu Abdullaya da vurulur. Sonralar Aşıq İslam onu Göyçəyə də aparıb kəndbəkənd gəzdirərək orada görüşdükləri insanlara təqdim edər, bu uşağın yaxşı yaddaşı var, çoxlu şeirlər bilir, deyərmiş. Onlar da ona xüsusi hörmətlə yanaşar, yaddaşını yoxlamaq üçün suallar verirmişlər. Göyçəyə səyahət, uzun illərin Göyçə əsilli həmkəndlilərinə və Zodlu Abdulla yaradıcılığına olan sevgisidir ki, İbadulla müəllim bu yaxınlarda şairin Göygöl rayonunda yaşayan nəvəsiylə birlikdə onun şeirlərini toplayıb, ön söz yazaraq onları öz maliyyə hesabına böyük tirajla kitab şəklində nəşr etdirib. İbadulla müəllimin bu xeyirxah işi xüsusi minnətdarlığa layiqdir!

Son illər yaxından tanıdığım İbadulla müəllim dostluqda etibarlı, səmimi, sözüylə əməli vəhdətli, əsl kişilərə məxsus mərd, dəyanətli xüsusiyyətlərə malik insandır. Onun mərhum dostumuz, 50-dən çox kitabın, məşhur “Ulu Göyçə” poemasının müəllifi, istedadlı şair Eldar İsmayılla dostluğu hər kəsə nümunə ola biləcək örnəkdir. İbadulla müəllim Eldar İsmayılın yubileylərinin və yeni çapdan çıxmış bir çox kitablarının təqdimatının aparıcısı olmuşdur. Bir qayda olaraq, İbadulla müəllim ayrı-ayrı təntənəli mərasimlərdə çıxışlarının əksəriyyətində Eldar İsmayılın hikmətli şeirlərindən nümunələr gətirməyi çox sevir. Eldar İsmayıl yaradıcılığında Azərbaycanımıza, bütöv Türk dünyasına tərənnüm edilən sevgi İbadulla Ağayevin ürəyi ilə bir vurur, harmonik səslənir.

Eldar İsmayılın “Sən məni aldada bilməzsən, dünya” kitabına ön sözdə İbadulla müəllim yazmışdı: Eldar, aparacağam səni Göyçəyə. Təəssüf ki, apara bilmədi... Bu gün isə İbadulla müəllim nisgil içində yazır: Eldar qağa, kaş sağ olaydın! Yenə də doğulduğun Göyçəni bax beləcə vəsf edəydin:

 

Qədim Göyçə gölü sular sonası,

Pozulmaz ilqarı, əhdi, vəfası,

Eldar, bu yerdədir ömrün mənası,

Burdan bezmək harda, doymaq hardadı?

 

İbadulla müəllim dostumuz Eldar İsmayıl yaradıcılığını tək sağlığında deyil, ölümündən sonra da daim təbliğ edir, ildə bir neçə dəfə onun məzarını ziyarət edərək xatirəsini anır. Budur dostluğa sədaqət, dost xatirəsinə məhəbbət və ehtiram nümunəsi!

İbadulla müəllim qibtə ediləcək dərəcədə mükəmməl yaddaşa malikdir. O folklorumuzdan başlayaraq klassik və müasir poeziyamızı, aşıq poeziyasının ən gözəl nümunələrini əzbər bilir və saatlarla onları həvəslə söyləmək iqtidarındadır.

İ.Ağayevin elmi və pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzində olmuş, lazımi dərəcədə qiymətləndirilmişdir. Belə ki, o, 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar müəllim”, 2007-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüşdür. 2000-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının İ.P.Pavlov adına gümüş medalı ilə təltif olunmuşdur. O, həmçinin 1999-cu ildən Rusiya Təbiət Elmləri Akademiyasının, 2001-ci ildən isə Beynəlxalq Ekoenerji Akademiyasının üzvü seçilmişdir.

Sadə və təvazökar insan, yaxşı dost və məsləhətçi olan İbadulla müəllim ömrünün kamillik çağlarını şərəflə başa vuraraq müdriklik dövrünə qədəm qoyur. Hazırda o, elmi fəaliyyətinin məhsuldar, pedoqoji ustalığın kamillik dövrünü yaşayır. Gələcəkdə onu Azərbaycan xalqının rifahı naminə tibb elmi və səhiyyəsinin inkişafı yolunda yeni-yeni işlər gözləyir.

Professor İbadulla Ağayev çoxşaxəli yaradıcılıq istedadına malik, geniş dünyagörüşlü elm adamı olaraq daim axtarışda olan ziyalılarımızdandır! 75 illik yubileyi münasibətilə tibb elmimizin fəxri, görkəmli alim, ziyalı dostumuz İbadulla Ağayevi təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Ələddin ALLAHVERDİYEV,

Professor, Moskva


Etiket:
Xəbərlər

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024
Bütün xəbərlər