...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

16:56 / 06.02.2025
Baxılıb: 3726

Allaha və haqqa olan sevgimdən bu yazını qələmə alıram.

Sosial şəbəkədə tariximizdən, ədəbiyyatımızdan, qədim yurd yerlərimizdən və s.  maraqlı yazıları və xəbərləri gözdən keçirirdim ki, qarşıma belə bir xəbər çıxdı. “ADNSU-a yeni rektor təyin edildi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Rüfət Eyvaz oğlu Əzizov Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilib.
Əziz oxucu, deyəcəksiniz ki, burda nə var ki, xəbərdi də. Amma elə deyil. Mən də əvvəl xəbəri, sonra isə sizin kimi başladım xəbərin altında yazılan şərhləri oxumağa. 

Bu yazını yazmağa həmin xəbərin altında yüzlərlə yazılmış komentlər vəsilə oldu. Maraqlı yazı və şərhlər olanda vaxtın, zamanın adamdan xəbəri olmur. Özüdə bu şərhləri yazanlar kimlər idi?- Gənclər, tələbələr. 
O kəslər ki, ağa ağ, qaraya qara çəkinmədən yaza və deyə bilirlər;
Gələcək hələ onlar üçün çox uzaqda olduğuna görə gənclik təravətini, prinsipiallığını və düzgünlüyünü qoruyub saxlayan tələbələr idi.
Çünki bu açıqlamalar yüzlərlə tələbənin, gerçəkləşən arzuları, xəyalları özündən böyük gəncliyin səmimi ürək sözləri, ehtiramları idi. 

Və bir az da hörmətli Rüfət Əzizov haqqında araşdırma aparıb informasya almaq istəyirəm ki,  qarşıma Zöhrə xanım İsmayılovanın bir paylaşımı çıxır. 
“Həqiqətən ADNSU öz layiqli adamını tapdı”
Və telefonu götürüb illərin dostluğumuza  şahidlik etmiş Zöhrə xanımı yığıram.

-Bəli, İlqar müəllim, salam.
-Salam Zöhrə xanım, Rüfət Əzizov haqqında tələbələrin şərhini oxudum, təsirləndim. Nə yaxşı ki, belə ziyalılarımız var. 
-İlqar müəllim, o insan məhz sizin, mənim, tələbələrin, gənclərin ürəyinzcə olan bir insandır. Sizi tanıdığım üçün deyirəm. Özünüz görəcəksiniz ADNSU qısa zamanda hansı uğurlara imza atacaq.  Çox vətənpərvər, dövlətinə, ölkəsinə bağlı, tələbələrin sevimlisi olan ziyalı bir insandı.
-Sizinlə tam razıyam, çünki minlərlə tələbənin sevgisini qazanmaq hər rektora nəsib olmur. 

Söhbətimizə təbəssümə oxşar bir işıq gəlir. Mövzu hər ikimizin ürəyindən keçənlər idi. Yazını tamamlamaq üçün Zöhrə xanımla sağollaşıram.

Bu yazılanları oxuyandan sonra başa düşdüm ki, Kimya elmləri üzrə fəlsəfə doktoru olan hörmətli Rüfət Əzizov haqqında bu yazını yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

Tələbənin ürəyindən keçəni yazmağa nə var ki? Çünki əməlləri ilə danışığı, ürəyindəki ilə dilindəki üst-üstə düşür.
Bunun üçün nə içi vərəqlər dolu portfel, nə də mürəkkəb-qələm lazımdır.
Sumqayıt Dövlət Universitetinin tələbələrinin gözləri dolub ki, Rüfət Əzizov kimi rektorla vidalaşır, ADNSU-nun tələbələrini gözləri sevincdən parlayır ki, Rüfət Əzizov kimi rektorları olacaq. SDU - tələbələri, ADNSU - tələbələrinə - "Rüfət müəllim kimi ziyalını qoruyun, qədrini bilin" deyə tövssiyələri də şərhlərdə saysız-hesabsız idi. 

Əziz oxucular, gəlin etiraf edək ki, sosial şəbəkənin ağzına düşmək, müzakirə mövzusu olmaq, özü də indiki zamanda və belə rəhbər vəzifədə olmaqla təmiz qalmaq, hər adamın, hər kişinin də işi deyil. Demək ki, hörmətli Rüfət Əzizovun maddi aləmdən umacağı bir şey yoxdu, mənəviyyatını qorumaqla, gəncliyimizi qürur mənbəyi kimi qoruyub və qoruyur, onları dinləyib, bu hörmətə-izzətə nail olubdu.

Bəzən adamlar şeir yazır, roman yazır, məqalə yazır, həqiqəti yazır. İçindəki yazmaq yanğısına bu yolla su səpir. Söhbət əxlaqı, vicdanı, mənəviyyatı yerində olan təmənnasız yazarlardan gedir. Təmənna deyəndə pis başa düşməyin. Hər yazının haqqı olur. Bu yazının haqqı  isə Tanrıdan gəlir. Çünki Allah hər kəsin vicdanındadı. Vicdanı olmayanın Allahdan xəbəri olmaz. Mən də Allaha və haqqa olan sevgimdən bu yazını qələmə alıram. 

Haqqı yazanlar isə yaxşı bilir, bu yazının içində sevgi var; Sənin ruhundan, qanından, ürəyindən gələn hissləri qələmə yazdıran tələbə, gənclik sevgisi. 
Bax, adamı da yazmağa o sevgi, o məhəbbət ruhlandırır, enerji verir. 
İctimai həyatda gənclərin rolu dövlət siyasəti ilə getdikcə daha çox uzlaşır. Gənclərin sağlam ruhda böyümələri və ölkəyə layiqli vətəndaşlar kimi yetişmələri üçün cənab Prezident İlham Əliyev tərəfindən davamlı tədbirlər həyata keçirilir. Mən, İlqar İsmayıl olaraq İctimai vəzifəm ən çox gənclərə və gəncliyə bağlı olduğu üçün bu olayların canlı şahidiyəm. 

Doğurdan da  hamının hörmət və rəğbətini qazanmış ictimai-siyasi və elm xadimlərinin həyat və yaradıcılığını, incələyəndə sözlər, cümlələr çeşnisi toxunduqca gözəlləşən xalıya-xalçaya bənzəyir.
Və kökündən güc alırsan, kökünə köklənirsən. Şərəfli bir yol keçmiş tariximiz, qələbə qazanmış gəncliyimiz var. İllər, qərinələr, əsirlər şahidlik edəcək şanlı tariximizə, alnı açıq gəncliyimizə. 

Rüfət Əzizovu tanıdıqca, onun haqqında insanları dinlədikcə, yazıları oxuduqca şəxsiyyətinə, insanlığına, insanın özündən asılı olmayan hörmət, izzət vurğunluq yaranır.

Tale sanki onu umumilli lider Heydər Əliyev yadigarı, Ulu öndərin özünün məzun olduğu dünyanın birinci neft universiteti olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin daha çox şöhrət və hörmət qazanması üçün göndərib. Rüfət Əzizov harada olmasından asılı olmayaraq, tələbələrin önündə məşəl olmaq arzusunda olub və olub da!

Kecmişi aramaq nə qədər vacibsə, bu günü yaddaşlara hopdurmaq ondan da zəruridir.
Unutmuşuq ki, yaşadığımız dövrün bu cür mərd insanlarını, dəyərli ziyalılarını bizdən yaxşı heç kim yaza bilməyəcək. Aydın görünən aydınlarımız tam həqiqətləri ilə gələcəyə əmanətlənməsə, bunu bizə heç kim bağışlamayacaq və niyə də bağışlasınlar?…

Mən də yazdıqlarımın altından imzamı qoyuram. Çünki ortada minlərlə tələbənin, gənclərin sevdiyi, hörmət etdiyi şəxsiyyət var hörmətli Rüfət Əzizov kimi! 
Təbrik edirəm dəyərli Rüfət bəy, Sizə yeni işinizdə uğurlar arzu edirəm!

İlqar İSMAYIL

Hüquqşünas - jurnalist, goyce.az saytının baş redaktorun müavini


Etiket:
Xəbərlər

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025
Bütün xəbərlər