Məlum olduğu kimi, Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə Azərbaycan xalqını misilsiz əzablara düçar etmişdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınmışdır. Azərbaycanlıların qaçqın və məcburi köçkün vəziyyətinə salınması münaqişənin yan təsiri deyil, Ermənistanın birbaşa hədəflədiyi və planlı şəkildə həyata keçirdiyi etnik təmizləmənin nəticəsi idi.
Bu cinayətlərin kökündə Ermənistanın siyasi mühitində dərin kök salmış irqçilik dayanır. Ermənistanda irqçilik dövlət siyasəti kimi institusionallaşdırılıb. Bu dövlət öz ərazisində və otuz il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında total və sistematik etnik təmizləmə həyata keçirib. Bundan əlavə, Ermənistan həmin ərazilərdə azərbaycanlıların mədəni irsini tam şəkildə məhv edib, Azərbaycanın təbii sərvətlərini, ictimai və şəxsi əmlakını talayıb və Azərbaycan ərazilərini məqsədli şəkildə kütləvi sayda minalarla çirkləndirib.
Ancaq irqi nifrətə, radikal millətçiliyə və zorakı ekstremizmə əsaslanan ideologiya bu cür genişmiqyaslı və rəhmsiz cinayətlərin törədilməsinə səbəb ola bilərdi.
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın ortaya çıxmış videoyazısı bunu bir daha sübut edir. Bu çıxışında Ter-Petrosyan azərbaycanlıların Ermənistandan və işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizlənməsini "tarixi nailiyyət" kimi təsvir etmişdir. Onun bəyanatını olduğu kimi təqdim edirik:
“Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbilərdən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hələ 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasiya - bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu.”
Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu bəyanat, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilməsini birmənalı şəkildə sübut edir.
Qeyd olunmalıdır ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasət dəyişmədən davam etmişdir. Levon Ter-Petrosyanın xələfi, keçmiş prezident, qaniçən hərbi cani Robert Koçaryan, azərbaycanlılarla ermənilərin “etnik və genetik uyğunsuzluğu” kimi irqçi ideyaları təbliğ edirdi. Digər keçmiş prezident və hərbi cani Serj Sarkisyan isə 1992-ci ildə azərbaycanlı mülki şəxslərin Xocalıda qətliamında oynadığı rolu ilə açıq şəkildə öyünür və nasist general Qaregin Njdenin faşist ideologiyasını rəsmi dövlət siyasəti kimi qəbul etmişdi. Vaxtilə “Qarabağ Ermənistandır” deyərək ilhaqçılıq siyasəti aparan hazırkı Baş nazir Nikol Paşinyan da Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına imkan verməməklə, öz sələflərinin irqçi siyasətini davam etdirir.
Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçi və revanşist siyasəti kontekstində onun hazırda apardığı genişmiqyaslı silahlanma, sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır.
Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də Azərbaycan mediasına verdiyi müsahibəsində Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçilik, zorakı ekstremizm, revanşizm və militarizmin yaratdığı təhdidin miqyasını dəqiq ifadə etmişdir. Biz Prezident İlham Əliyevin regionda sülh və sabitliyin bərqərar olunmasına dair baxışını və Ermənistana ünvanladığı tələbləri tam və birmənalı şəkildə dəstəkləyirik. Həmçinin, bu fürsətdən istifadə edərək, Qərbi azərbaycanlıların doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına verdiyi möhkəm dəstəyə görə cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk.
Beynəlxalq ictimaiyyət, o cümlədən parlamentlər, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçiliyə və insan hüquqları pozuntularına, habelə onun sürətli və genişmiqyaslı silahlanmasına biganə qalmamalıdırlar. Birləşmiş Millətlər Təşkilatının üzvü və bir çox beynəlxalq insan hüquqları konvensiyalarının tərəfi kimi Ermənistan bu hərəkətlərinə görə məsuliyyətə cəlb edilməli və onun silahlanmasının qarşısı alınmalıdır.
Biz beynəlxalq ictimaiyyəti Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi sistematik irqçiliyi və etnik təmizləmə siyasətini pisləməyə çağırır, Ermənistan hökumətindən isə silahlanmanı dərhal dayandırmağı, irqçi siyasətlərdən imtina etməyi, Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməyi və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı tələb edirik.
GOYCE.AZ
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024