40 il əvvəl Asiyada birinci sosialist müharibəsi başladı. Çin ordusu sərhədi keçərək Vyetnam ərazisinə daxil oldu. Çinlilər SSRİ ilə “isti” münasibətlərinə görə qonşularını cəzalandırmaq istəyirdilər. Həm də işğal uğurlu alınsaydı, bu ruslara gözdağı olacaqdı.
Ancaq kiçik Vyetnam ABŞ-dan sonra böyük Çinin də burnunu ovmağı bacardı.
Goyce.az Publika.aza istinadən həmin müharibə haqda danışacaq.
Qonşular
Əslində bu iki dövlət eyni dinin daşıyıcıları idi. XIX-cu əsrdə hər iki ölkə işğalla mübarizə aparırdı. Tam yüz il sonra hər ikisi sosializm ideyalarına qucaq açmışdı.
1946-1954-cü illərdə fransızlara qarşı birgə döyüşmüşdülər. Lakin aralarında olan münasibəti dostcasına adlandırmaq olmazdı.
Avropalılar kontinentdən gedəndən sonra qonşular arasında ziddiyyətlər artdı. Qonşu Kambocada (keçmiş Kompuçiya) hakimiyyətə Çinin dəstək verdiyi qırmızı kxmerlərin lideri Pol Pot gəlmişdi. Öz xalqına qarşı represiya aparan cəlladı Vyetnam sevmirdi. Həm də Pol Pot hökuməti Vyetnama qarşı dəfələrlə ərazi iddiası irəli sürmüşdü.
Vyetnamın səbri 1975-ci ildə partladı. Kambocanın yenidən ərazi iddiası ilə çıxış etməsi Puli Vay adalarında hərbi toqquşma ilə nəticələndi. Çinin tərəflər arasında sülh yaratmaq cəhdi alınmadı. Rəsmi Hanoy Pol Pot rejimini devirməyi qarşısına məqsəd qoymuşdu.
Vyetnam 1978-ci ildə dəstək üçün SSRİ-yə müraciət etdi. İki ölkə arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqda sənəd imzalandı. Bundan sonra amerikalılarla döyüş təcrübəsi olan Vyetnam ordusu Kambocaya daxil oldu.
Cəmi iki həftə ərzində qırmızı kxmerlərin müqaviməti sındırıldı. Ölkədə genosidə son qoyuldu. Dəhşətli aclıq keçirən xalqa humanitar yardım edildi.
Fiasko
İşlərin belə gedişatı Çini qane etmirdi. Həmin vaxt Moskva və Pekin artıq çoxdan idi ki, dostluq münasibətlərini pozmuşdu. Daha doğrusu, 1950-ci ildən sonra Stalin ideyalarından geri çəkilməni Çin qəbul edə bilmədi.
1976-cı ildə Mao Tszedun öldü və hakimiyyətə islahatçılar gəldi. Onlar Qərblə daha sıx əlaqələrin olmasına tərəfdar idilər. Yəni, kapitalistlərlə qarşıdurmadan çəkildilər, ancaq sosialist Moskva ilə yox.
1979-cu ildə Çin lideri Den Syaopin ilk dəfə ABŞ-a rəsmi səfərə getdi. ABŞ-ın o vaxtki dövlət katibi Henri Kissincer xatırlayır ki, Çin lideri görüşlərdə açıq şəkildə Vyetnamı cəzalandıracağını və buna görə ABŞ-dan dəstək istədiyini deyirdi.
1979-cu ilin 17 fevralında Çin Vyetnamın sərhəd ərazilərini bombaladı, sonra 200 minlik ordu ilə hücuma keçdi. İlk vaxtlar çinlilər uğurla irəlilədi. Vyetnamın əsas qüvvələri Kambocada idi. Ona görə də düşmən 18-20 km ölkənin içərisinə doğru girərək bir neçə şəhəri tutdu. Vyetnamlılar əsas qüvvələr gələnədək partizan taktikasına keçdilər.
Az müddət ərzində sovet mütəxəssisləri köməyə gəldi. Rus gəmiləri vyetnamlıların əsas qüvvələrini döyüş bölgəsinə gətirdilər. Çinlilər sayca çox olsalar da vyetnamlılar amerikalılarla döyüşlərdə təcrübə yığımışdılar.
Çin ordusu düşməni qorxutmaq və say çoxluğunu göstərmək üçün ayaq üstə hücuma keçdi. Pulemyotlara qarşı belə hücum axmaqlıq idi. Vyetnamlılar onları ot kimi biçdilər. Açıq ərazilərdə onlarla Çin tankı asan hədəfə çevrildi. Hücum fiasko ilə nəticələndi.
Çin işğal etdiyi ərazilərdən çıxdı. Çıxarkən hər yeri yandırdı, bütün malı-mülkü daşıdı.
Çin hesab edirdi ki, 30 min itki versə də qonşusuna “dərs” verdi. Vyetnam isə haqlı olaraq qalibiyyətini qeyd edirdi.
28 günlük müharibədə Çin heç nə əldə edə bilmədi. Vyetnam ordusu əsas qüvvələrini cəlb etmədən üstünlük qazandı. İkinci tərəfdən, Den Syaopinin Qərblə antisovet koalisiyası qurmaq cəhdi alınmadı.
Kimin kimə “dərs” verdiyi indiyə kimi açıq qalır.

İlqar Atabəyli
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025