Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

19:00 / 09.10.2019
Baxılıb: 2990

“Böyük dayaq” bədii filmində qəhrəmanların belə bir dialoqu var:

- Qeyrətimiz olsa, Muğan düzündə cənnət yaradarıq.
- Avazın yaxşı gəlir, oxuduğun quran olsa. Çətin işdir.
- Əlbəttə çətin işdir, amma insan əlində hər şey mümkündür.

“Böyük dayaq” filmi 1962-ci ildə çəkilib. 57 il qabaq kino dili ilə deyilmişdi ki, cənnət yaratmaq üçün qeyrət lazımdır. Amma 60 ilə yaxındır ki, - təsəvvür edin bir, yarım əsrdir ki, - qeyrətimizi cənnəti qurub-yaratmağa səfərbər etmirik. Halbuki Azərbaycan bütün mənalarda doğrudan da yer üzündə cənnət ola bilərdi. Əfsuslar ki, qeyrət cənnəti piltə-piltə, kərpic-kərpic uçurmağa çatdı. Bilirsiz bu necə olur? İndi hamısını bircə-bircə danışacam, sizin əziyyətiniz yalnız dinləməyə qalacaq. Onu da özünüzə çox görsəniz, vallah, heç ondan da incimərəm, onsuz da biz bir-birimizi artıq illərdir ki, dinləmirik.

Xeyli vaxt idi ki, sənədli-bədii filmlər sahəsindən getmişdim, ingilissayağı getmişdim. Məni sarıbaşlılar dilləndirdilər, Qax rayonunun Sarıbaş kəndinin sakinləri. Sarıbaş Azərbaycanın Dağıstanla sərhəd ərazisidir. Sonuncu dayaq nöqtəsi desəm daha düzgün olar. Sovet dövründə ən varlı kənd olub. Kəndin inkişaf etmiş infrasturkturlu yer olmasının göstərici orda kanalizasiya sisteminin mövcudluğu ilə ölçülürdü. Təsəvvür edin bir, dəniz səthindən 1800 metr hündürdə, hər tərəfi hündür dağlar və sıx meşəliklər olan ucqar dağ kəndində kanalizasiya sisteminin olması bilirsiz nə deməkdir? Aydın olmaq üçün bir müqayisə ilə deyim: Avropa deməkdir!

Mən hələ Sarıbaşda elektrik stansiyası, məktəb, idman zalı, xəstəxana, klub, kitabxana, 500 ildən də çox tarixi olan qədim məscid, yaşı lap əvvəllərə gedən qədim oğuz məzarlığı və sairəni demirəm. Sarıbaşda həyat vardı, qaynayan həyat. Kolxoz dağıldı, sarıbaşlılar da dağılışdılar. Hərə başını götürüb yaşamaq dalınca bir tərəfə getdi. Kənd daş-daş söküldü. İndi burda cəmi 10 ailə qalıb - heç yerə getməyən və getmək istəməyənlər. Hə, bir də qulaq göynədən səssizlik və o səssizliyin də səsi – sarıbaşlıların dirəniş göstərən baxışlarının harayı! Bax, 70 ildə kolxoz adı ilə qurulan mirası kolxozdan sonra 30 ildə dağıtmağımızdır bu günkü qeyrət. Adam yoxdursa sərmayə də qoyulmur, ancaq sərmayə qoyulmalıdır ki, adam da yaşasın. Bu birinci toyuq, yoxsa yumurta fəlsəfəsidir sanki. Halbuki, Sarıbaş həm də və ən əsası strateji əhəmiyyəti olan məntəqədir. Bizim sərhəddimiz yalnız ermənilərlə bitmir axı. Torpaqlarımıza, abidələrimizə - saysaq, görün nə qədər iddiaçı var. Yaşamayanda, sahib çıxmayanda metrə-metrə gedir, ayılanda isə ya itki faktıyla barışmalı oluruq, ya da sonu görünməyən müharibələrə qatılırıq.

Kəndə yollananda icradan bizə bir nümayəndə də qoşdular. Bizə bələdçi lazım idi, amma o, ağzımızı pusurdu. Biz sarıbaşlıları çəkirdik, amma icradakıları daha çox dağılmış evlərin çəkilib-çəkilməməsi narahat edirdi. Biz insan mənzərələrinin təsviri ilə məşğul idik, icradakılar isə “nailiyyətlərin” statistikası ilə. Bax budur, bizi içəridən az-az dağıdan. Bir şeyi birdəfəlik anlamaq gərəkdir ki, problemlər bəşəriyyət öləndə bitəcək. Həyat, yaşamaq təkcə adamın özünün şəxsi evində evi ilə bitmir, adama kəndlidir deyə “cəhənnəmə ki, necə alınır, o cür də yaşasın” münasibətini bəsləmək olmaz, insana insan kimi yanaşılmalıdır. Lap adam ayağı dəyməyən adada da, əgər orda bircə insan belə məskunlaşırsa.
Sarıbaşın tarixi qədimliyi, türk etimologiyası nonsens deyil. Çünki Azərbaycanın elə bir guşəsi yoxdur ki, orda minillilərin izi görünməsin. Bu mənada Azərbaycan nəhəng tarixi muzeydir. Sarıbaşınsa istisnalığı ondadır ki...

Kənd ən uca dağların içindədir. Başdan-başa müxtəlif ölçülü, formalı qənbər daşlardan ibarətdir. Onlardan tikilmiş evlər də, amfiteatr yollar da birlikdə qənbər daşlarının tamamlanmış memarlıq fakturasını yaradıb. Məhəccərlərin naxışlarından bir daha heç yerdə görməyəcəksiz. Burda təbiət ram olunmayıb, vəhşidir. Ancaq vəhşi təbiətin də öz gözəlliyi var. Havanın büllur saflığı tərkibindəki kristalları gözə görünən edir. Dağların başını qəfil alan duman bir anda ya yağışa çevrilir, ya da bir anda dağılır. Nəfəs dolu səslə İNSANı səsləyin, çağırışınız dağların başında da əks-səda verəcək. Otların xışıltısı, yarpaqların pıçıltısı, böcəklərin cırıltısı, quşların civiltisi alətlərdə çalınmayan təbii simfoniyadır. Təbiətin orkestrinə arada at kişnəməsi, nalların tıqqıltısı, malların böyürtüsü də əlavə olunur, hardansa fasilələrlə gələn gülüş səsləri, hardasa uşaq mübahisələri, hardansa gələn səslər, səslər... bu iri miqyaslı orkestri təsəvvür edə bilirsiz? O gözə görünməsə də anladır ki, kənddə həyat hələ var. Sarıbaşın öz sərhəddi dərin uçurumlardır, aşağı hər zaman baxa bilərsiz, sizi fəndgircəsinə özünə çəkməyəcək. Torpağa ayağınızı yalın basın, o öz enerjisini sizə ötürəcək, təmənnasız-filansız. Gecələr əlinizi səmaya uzadın, istədiyiniz ulduzu götürə bilərsiz, çünki onlar sizə çox yaxın olacaqlar.

Sarıbaşlılar xüsusi adamlardır, anadolu şivəsində danışırlar. Ağbəniz, sarışın, sinəsi bayatılarla dolu sadə kəndlilərdir. Onların yaşayışı çətindir. İş yox, mədəni məşğuliyyət yox, məktəb bağlı, klub fəaliyyətsiz, səhər naxura – axşam axura, toyuq-cücə... kəndə yalnız 60-cı illərin hərbi villisi işləyir. O da çala-çuxur, daşlıq iki çaydan keçməli olur. Qış düşəndə isə zülm də birə-beş artır. Ancaq onlar bunda da bir məna tapırlar. Sarıbaşlılar qənbərli kəndin canlı qənbər daşlarıdırlar. Onlarla təbiət arasında qəribə bir həmahənglik var. Əgər bu gün xəritədə Sarıbaş kəndi hələ qalıbsa, buna görə yalnız və yalnız onlara “sağ olun!” demək düşür.

Doğrudan da istəyimiz olsa, hər şeydə şəxsi mənfəət vərdişini tərgitsək, vətənimizi şüar xətrinə yox, həqiqətən sevsək, Azərbaycanın hər bucağında cənnət yarada bilərik. Məgər hər şey insanın əlində deyil?! Sarıbaşı turist məkanına çevirmək olar. Məgər avropalı vəhşi təbiətdə dincəlməyi sevmir? Sarıbaşı canlı kinopavilyona çevirmək olar. Məgər dünyada kino çəkilmir? Sarıbaşı sadəcə yaşatmaq lazımdır, məgər tarix daha yazılmayacaq?
...Mən ilk dəfə idi ki, yaradıcılıq işimi bitirəndə sevinc hissi yaşamırdım, qəribə hisslər vardı içimdə. Qatarda başa düşdüm ki, sən demə... vurulmuşam, mən Sarıbaşa, onun daşının, torpağının, suyunun, çiçəklərinin, böcəklərinin, cana rahatlıq gətirən əzəli və əbədi səsli səssizliyinin sehrinə düşmüşəm! Sarıbaşı istisna edən də onun bu sehirli cazibə qüvvəsidir, bəlkə də heç bir yerdə olmayan bir qüvvə. Bilirəm ki, ora yenə qayıdacam, mütləq qayıdacam, bu təkcə sarıbaşlı cazibənin məni çəkdiyinə görə olmayacaq, həm də ona görə baş verəcək ki, sevməyi bacaranlar üçün etiraflar da tükənmir!/moderator.az/

Arzu Qazıyeva


Etiket:
Xəbərlər

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024
Bütün xəbərlər