"Qara bağ": SSRİ dağılmağa nədən başladı

18:10 / 11.10.2019
Baxılıb: 2794

1988-ci ildə Dağlıq Qarabağa görə tarixi erməni-azərbaycanlı münaqişəsi açıq mərhələyə keçdi.

Qarabağ Sovet İttifaqı ərazisində mərkəzi hakimiyyətin gücsüzlüyünü nümayiş etdirmiş ilk "qaynar nöqtəyə" oldu.

Bir çox tarixçilərin fikrincə, məhz onda SSRİ-nin dağılması ilə nəticələnmiş "prosess başladı".

Millətlərarası münasibətlər üzrə tanınmış ekspert Qalina Starovoytova Qarabağ münaqişəsini xalqların öz müqəddaratını təyinetmə hüququ ilə ərazi bütövlüyü prinsipləri arasında həlli çətin olan ziddiyyətin klassik nümunəsi adlandırmışdı.

Lokal ərazi mübahisəsi ölkəni parçaladı. Belə alındı kı, demokratlar və "perestroyka" fəalları əsasən Yerevanın tərəfini tutdular, mühafizəkarlar və "partokratlar" isə - Bakının.

Eskalasiya

Sovetlər dövründə istənilən etiraz qətiyyətlə yatırılırdı.

Lakin 1987 ilin payızında bir çox narazı qüvvələr vəziyyətin dəyişdiyini hiss etdi. Oktyabrın əvvəlində Yerevanda ekologiyaya həsr olunmuş mitinqdə ilk dəfə olaraq DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayətinin) Ermənistan SSR-ə verilməsi barədə tələb səslənməyə başladı. Yerli mətbuat Azərbaycan rəhbərliyini bölgə iqtisadiyyatını gerilətməkdə, erməni mədəniyyətini sıxışdırılmaqda və Dağlıq Qarabağla Ermənistan arasında ələqələri əngəllətməkdə ittiham etdi.

Dağlıq Qarabağ və Ermənistanda muxtar vilayət statusunun dəyişdirilməsi üçün 75 minə yaxın imza toplanmışdı. 1987-ci il dekabrın 1-də yazıçı Zori Balayan başda olmaqla heyət Dağlıq Qarabağın tarixi və müasir durumuna dair imzalar atılmış vərəqələr və 84 sənədi görüş zamanı Politbüro üzvlüyünə namizəd Petr Demiçevə təqdim etmişdir.

1988-ci ilin fevralında Qarabağ ermənilərinin daha bir heyəti SSRİ Ali Soveti rəyasət heyətinin sədri Andrey Qromıkonun qəbuluna düşəməyə müvəffəq oldu.

Yanvarda DQMV-də yayılmış vərəqələrdə deyilirdi: "Müəssisə, kolxoz və sovxozlarda partiya, həmkarlar ittifaqı və komsomol iclaslarının keçirilməsi vaxtı çatıb, gündəliyə Qarabağın Ana Vətənə birləşməsi məsələsi daxil olunmalıdır. Aşkarlıq və demokratiya ruhu bu məsələnin açıq və səmimi müzakirəsinə təkan verməlidir. Yığıncaqların qətnamələrindən möhürlənmiş çıxarışları MK Sov.İKP-ə göndərmək lazımdır".

Fevralın 11-də Azərbaycan Komunist partiyası MK-in 2-ci katibi Vasili Konovalov başda olmaqla Bakıdan Stepanakertə yüksəkrütbəli partiya funksionerləri və güc strukturları nümayədələrinin heyəti gəldi.

"1988-ci ilin həmin fevral günlərində Sovet rəhbərləri birdən gördülər ki, ayaqlarının altından yer qaçır. Komunist partiyasının daxilində açıq mübarizə gedirdi, Moskva rəhbərliyi üsyançıları vərdiş etdiyi gücün işlədilməsilə yatıra bilməyəcəyi qənaətinə gəldi. Qorbaçov sayağı dözümlülük prinsipini praktikada tətbiq etmiş Politbüro, Azərbaycan kompartiyası liderlərinə elan etdi ki, onlar münaqişəni yatırmaq üçün gücdən – yox, yalnız "partiya xəttinə uyğun" inandırmaq kimi metoddan istifadə etməlidir. "

Tom de Vaal, Britaniyalı tarixçi

Səhər fevralın 12-də Stepanakert şəhər komitəsinin akt zalında DQMV-in "partiya-təssərüfat aktivinin" iclası başladı.

Əvvəlcə tədbir nəzərdə tutulmuş senari üzrə gedirdi. Natiqlər "xalqların sarsılmas qardaşlığı" barədə danışır, "ayrı-ayrı çatışmazlıqları" tənqid edirdilər. Dağlıq-Qarabağ vilayət komitəsinin 1-ci katibi Boris Kevorkov, baş verənlərin arxasında "ekstremist və separatistlərin" durduğunu bəyan etdi, Konovalov hədələdi ki, "təşkilatçılar məlumdur və cəmiyyətdən təcrid olunacaq".

Lakin sonradan tribunaya avtokolonun direktoru Maksim Mirzoyan qalxaraq emosional çıxışında "aşkarlığı boğduğu" və "zorla azərbaycanlaşdırma" keçirdiyinə görə Kevorkovun üzərinə hücuma keçdi. İclas nəzarətdən çıxdı. Rəyasət heyətinin üzvləri zalı tərk etdilər.

İclasda baş verənlər barədə xəbər yayıldıqdan sonra sakinlər mitinqə toplaşdılar, səhərisi günü mitinq müddətsiz elan olundu və faktiki olaraq martın 2-dək davam etdi.

Stepanakert şəhər komitəsi həmin mitinqə rəsmi icazə verməmişdi.

Hadrut və Əsgəran rayonlarında analoji "partxozaktiv iclası" keçirmək cəhdləri eyni sonluqla başa çatdı.

Vilayətə real nəzarəti Direktorlar Şurası etməyə başladı. Bu şura əsas sənaye və aqrar müəssisələrin rəhbərlərini və mülki fəalları əhatə edirdi.

Şuranın tələbilə fevralın 20-də Vilayət Soveti xalq deputatlarının növbədənkənar sessiyası çağırıldı. Sessiya SSRİ, Azərbaycan və Ermənistan Ali Sovetlərindən DQMV-in statusunun dəyişdirilməsini xaiş etmək barədə qərar qəbul etdi. Azərbaycanlı deputatlar səsvermədə iştirak etmədi.

Kevorkov qəbul olunmuş qərarın təsdiqlənməsi üçün tələb olunan rəsmi möhürü oğurlamağa cəhd etmişdi.

Fevralın 22-də politbüro üzvlüyünə namizədlər Pyotr Demiçev və Vladimir Dolqix, MK katibi Georgi Razumovski və DTK sədr müavini Filipp Bobkov Stepanakertə uçmuşlar və "partxozaktivlə" görüşdülər.

Fevralın 24-də Kevorkov, vəzivəsindən kənarlaşdırılaraq yerinə əhali arasında daha populyar olan Qenrix Poqosyan təyin olundu.

Sovet Politbürosu bəyanatla çıxış etdi: "....mövcud ərazi-milli quruluşun yenidən baxılmasına yönəlmiş tələb və hərəkətlər Azərbaycan və Ermənistan SSR zəhmətkeşlərinin maraqlarına ziddir və millətlərarası münasibətlərə zərər vurur. Sov.İKP MK-si Azərbaycan və Ermənistan MK-nə yaranmış vəziyyətin sağlamlaşdırılması üçün lazımi tədbirlərin görülməsini, siyasi və ideoloji təsirin bütün vasitələrini Lenin milli siyasətinin izahatına yönəltməyi tapşırdı".

Müraciət Bakı və Yerevan televizyalarında eyni zamanda yayımlandı.

İlk qanlı hadisə

Erməni tərəfi hesab edir ki, Politbüro bu qərarı ilə "poqromçuların" əl-qolunu açdı.

Fevralın 22-də Əsgəran rayon mərkəzi yaxınlığnda yerli əhali, milis və azərbaycan şəhəri Ağdamdan Stepanakertə “qayda-qanun” yaratmağa yollanan çoxsaylı kütlə arasında odlu silahdan istifadə etməklə toqquşma baş verdi. İki nəfər azərbaycanlı həlak oldu. Hər iki tərəfdən 50-dən çox adam zərər çəkib.

Britaniyalı tədqiqatçı Tom de Waal özünün "Qara bağ" kitabında yazır kı, bu andan başlayaraq "zorakı hadisələr barədə şayiələr dolaşmağa və hər iki etnik icmada ehtirasları qızışdırmağa başladı".

Fevralın 27-29-də Sumqayıtda erməni poqromu baş verdi. Baş prokurorluğun məlumatına görə, 26 erməni və 6 azərbaycanlı həlak olmuşdu. Ondan əvvəl "Ermənilərə ölüm!" şüarı ilə mitinq keçirilmişdir.

Analoji toqquşmalar Kirovabadda da (indi Gəncə) baş vermişdi, lakin orada ölən olmamışdır.

Bundan sonra hər iki tərəf qətllər və məcburi deportasiyalar da daxil olmaqla zorakılığa əl atıb, kobud şəkildə insan haqlarını pozub, lakin bir çoxlarının fikrincə, məhz Sumqayıt hadisələri dönüş nöqtəsinə çevrildi.

Sov.İKP MK-in fevralın 29-da keçirdiyi iclasda baş vermiş hadisənin siyasi tərəfi maksimal dərəcədə arxa plana keçirilərək, millətlərarası münaqişə xuliqanlıq hadisəsi kimi qələmə verildi.

Fevralın 28-də, hadisələrin baş verdiyi anlarda "Vremya" proqramı bu barədə bir kəlmə belə danışmadı.

Ayrı-ayrılıqda 80 cinayət işi qaldırılmışdı. Bir neçə min iştirakçıdan məsuliyyətə 94 nəfər cəlb olundu, əsasən gənclər, onlardan biri milliyətcə erməni idi. Poqromun əvvəlcədən təşkil edilməsi versiyası prokurorluq tərəfindən baxılmadan rədd edilmişdi.

Tarixçi Aleksey Zverev faciənin uzaqgedən nəticələrini qeyd edir.

"Mərkəzi hökümətin dinc əhalinin müdafiəsi üçün gücdən istifadə etməyə qadir olmaması, Qafqazda və Mərkəzi Asiyada etnik konfliktlərin cərayan etməsinə ciddi təsir göstərmişdi: nəticə etibarı ilə zorakılığa bəraət verilməsi təəssüratı yaradaraq, belə halların təkrarlanması üçün şərait yaratdı. Aydın oldu kı, hədə yolu ilə milli azlığın öz yaşayış yerindən qovulması cəzasız qalacaq", Zverev yazır.

İttifaq miqyaslı məsələ

SSRİ vətəndaşlarının 1988 ilin fevral ayına qədər Dağlıq Qarabağ haqqında bilgisi elə də böyük deyildi – maksimum bildikləri o idi ki, belə bir yer mövcuddur. Camaatı düşündürən bir prinsipial sual idi: xalq hakimiyyətdən tələb edib, tələbin yerinə yetirilməsinə nail ola bilər mi?

"Sumqayıtdan sonra aydın oldu kı, geriyə yol artıq yoxdur, həmdə ki Sovet höküməti tərəddüd və qətiyyətsizlik nümayiş etdiridi. Ermənilərə Sumqayıt I Dünya müharibəsi dövründə qətliyamları xatırlatdı. Sumqayıta qədər də ermənilər azərbaycanlıları Ermənistandan qovurdular, lakin indi onlar sistematik və məqsədyönlü şəkildə bunu etməyə başladılar, o cümlədən, azərbaycanlıların kompakt yaşadıqları Ararat və Zəngəzur rayonlarından da."

Svante Kornell, Qafqaz və Mərkəzi Asiya üzrə İsveçli ekspert

İslahatçıların nöqteyi nəzərindən demokratiya məhz bu deməkdir və Dağlıq Qarabağ sakinləri məhz bu baxımdan hamı üçün örnək idilər.

Sovet tarixində ilk dəfə olaraq hakim xəttə qarşı təkcə sadə adamlar və ziyalılar deyil, yerli nomenklatura da çıxış etdi. Bu da narahatlığın əlaməti olan bir cəhət kimi görünürdü.

Dağlıq Qarabağın Azərbaycana 1921 ildə verilməsi "Stalin özbaşınalığının" birüzəsi kimi qiymətləndirilirdi və bunun düzəldilməsi tələb olunurdu.

Milli mövzu döşüşünülürdü yararlı üz kimi etiraz əhval ruhiyyə üçün. Xüsusi mülkiyyətin yeridilməsi və ya Kommunist Partiyasının aparıcı rolunun ləğv edilməsi kimi tələblərə 1988-ci ilin əvvəlində baş yara bilərdilər, milli hisslərlə isə partiyanın özü hesablaşmağı tövsiyyə etmişdir. Nəhayət ictimai rəyin formalaşmasına təsir göstərən daha bir məqam erməni tərəfinin ilk mərhələlərdə dinc demokratik üsullardan istifadə etməsi oldu.

Национальная тема представлялась подходящей оберткой для протестных настроений. За прямой призыв к введению частной собственности или упразднению руководящей роли КПСС в начале 1988 года еще снесли бы голову, а с национальными чувствами сама партия призывала считаться.

Nəhayət, ictimai rəyin formalaşdırılmasına təsir edən o idi ki, erməni tərəfi ilkin mərhələlərdə dinc, demokratik vasitələrlə fəaliyyət göstərirdi.

Demokratlar arasında şəksiz nüfuza malik Andrey Saxarov qarabağlıları dəstəklədi.

Mühafizəkarlar da mövqelərini müəyyən etdilər. Onların prinsipal mövgeyi belə idi: "Milli-ərazi quruluş məsələləri kütlənin təzyiqilə həll olunmamalıdır".

Aleksey Zverevin fikrincə hisslərin kor-təbii püskürməsi kimi qəbul olunan iğtişaşların təhlükəsi - sovet rəhbərliyinin gözündə Stepanakert və Yerevandakı "dövlət hakimiyyətinə təşkil olunmuş təzyiq cəhdi" hesab olunan mitinq və tətillərdən daha zəif idi.

Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan deyir ki, ilk "Qarabağ" komitəsinin üzvləri – İqor Muradyan, Zoriy Balayan, Silva Kaputikyan və başqaları yalnız Qarabağ haqqında düşünüblər. Onlar üçün demokratiya və ya Ermənistanın müstəqilliyi sadəcə mövcud olmayıb. Onlar hesab ediblər ki, Qarabağ məsələsi sovet sistemi çərçivəsində həll olunmalıdır. "Biz isə Qarabağ probleminin həlli üçün sistemin dəyişilməsinin lazım olduğunu anlamağa başladıq", Ter-Petrosyan deyir.

1988-ci il mayın 21-də eyni zamanda Azərbaycan və Ermənistan rəhbərləri "səhhətlərinə görə" dəyişildi.

Yeni təyinatı Bakıda Yeqor Liqaçov, Yerevanda isə Aleksandr Yakovlev təqdim etdi. Yakovlev Yerevanda mitinqdə çıxış etdi və ermənilərin tələblərilə həmrəyliyini bildirdi. Liqaçov isə Bakıda Dağlıq qaarabağın Azərbaycandan alınmasına heç kimin heç zaman icazə verməyəcəyini bildiridi.

Mixail Qorbaçov isə həmişəki kimi tərəddüd edirdi.

Öz mövqeyini o, 1988-ci il fevralın 26-da erməni yazıçıları Silva Kaputikyan və Zori Balayanla söhbətdə bildirdi. O dedi ki, statusun dəyişdirilməsi olmayacaq, lakin vilayətin sakinlərinin qanuni tələbləri iqtisadiyyat və mədəniyyət sahəsində islahatlar keçirilməklə yerinə yetirilməlidir.

Qarabağın Ermənistana verilməsi tərəfdarlarına qarşı repressiyalar olmadı. Lakin Moskva SSRİ-nin dağılmasına qədər rəsmi olaraq Politbüronun 20 fevral qətnaməsi mövqeyində durdu.

Gücləndikcə Dağlıq Qarabağda və digər "qaynar nöqtələrdə" münaqişələr Rusiyada bir tərəfdən imperiya, digər tərəfdən isə təcridolunma əhval-ruhiyyəsinin katalizatoruna çevrildi: sual edilirdi ki, bizə bu respublikalar və onların problemləri nəyə lazımdır?

"Dondurulmuş münaqişə"

"Gözlənilməz hadisə baş verməsə, erməni-azərbaycan münaqişəsi, necəki artıq 50 ildir ki ərəb-israil münqişəsi Yaxın Şərqdə sabitli pozur, hələ xeyli müddət Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi olacaq."

Svante Cornell, ekspert

1989-cu ilin yanvarından SSRİ-nin dağılmasına qədər Dağlıq Qarabağda faktiki olaraq birbaşa prezident üsul idarəsi qüvvədə olub. Hakimiyyəti Mərkəzin emissarı Arkadi Volski, həmin ilin noyabr ayından isə Sergey Polyaniçko həyata keçirirdilər. Birincini ermənipərəstlikdə, ikincini isə azərbaycanpərəstlikdə ittiham edirdilər. Hər iki respublikada görülən tədbirlər yarımçıq tədbir kimi qarşılanırdı.

Ermənistan Kommunist Partiyasının MK-si Sovet Politbürosunun bəyanatını şərti qəbul edərək, məsələni Sov.İKP MK-in plenumunda baxılmasını və xüsusi komissiyanın yaradılmasını təklif etdi.

İlk dövrlərdə Yerevanda mitinqlər "Lenin! Partiya! Qorbaçov!" şüarları altında keçirilidi, lakin Moskva Yerevana doğru addım atmadığına görə, artıq 1988-ci ilin sonuna yaxın kommunist partiyası respublikada nüfuzunu itirmişdi.

1989-cu il dekabrın 1-də Ermənistanın Ali Soveti Moskvanın kursuna zidd olaraq dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsini rəsmən dəstəklədi.

Kütləvi əhval-ruhiyyənin bildirilməsi "Qarabağ" komitəsi oldu, hansıların k sıralarından müstəqil Ermənistanın bir çox siyasətçiləri çıxıblar. Hakimiyyətin onu buraxmaq cəhdləri bir nəticə vermədi.

Qarabağda buna bənzər "Krunk" (Durna) komitəsi var idi. Komitəyə rəhbərlik edən ipək kombinatının sabiq partorqu Robert Koçaryan 1998-2008 illərdə Ermənistan prezidenti seçilmişdi.

SSRİ dağıldıqdan sonra Bakı və Yerevanın Moskva ilə münasibətləri kəskin dərəcədə dəyişdi.

1980-ci illərin sonunda və 1990-cı illərin əvvəlində Ermənistan "üsyankar respublikalardan" biri sayılırdı, azərbaycan isə Mərkəzin və mühafizəkar dairələrin dayaq nöqtələrindən biri. 1991-ci il avqustun 23-də Moskvada QKÇP üzərində qələbə bayaram edildiyi vaxt, Bakı polisi yerli Mərkəzi Komitənin 1-ci katibi Ayaz Mütəllibovun əmrilə putçun məğlubiyyətini alqışlayan Xalq Cəbhəsi tərəfdarlarının mitinqini dağıtdı.

İndi isə Azərbaycan, milli maraqlarını özü başa düşdüyü kimi rəhbər tutaraq, amerikalılarla neft müqavilələri bağlayır, Qəbələ radarının istifadəsinə görə Rusiyadan icarə haqqının qaldırılmasını tələb edir.

Ermənistan türk təsirinin regionda ehtiyat edərək Moskvanın müttəfiqinə çevrilib, MDB-nin hərbi müdafiə paktına qoşulub, və öz ərazisində Rusiya hərbi bazasını yerləşdirib.

Artıq SSRİ mövcud deyil, Qarabağ problemi isə, onun dağılmasına təkan vermiş, bügünədək həll olunmayıb, "dondurulmuş münaqişələr" cərgəsinə keçərək.

Artyom Kreçetnikov
BBC, Moskva
12 fevral, 2013


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər