Albaniya tarixində yazıldığına görə, Albaniya ərazisində xristianlığı yayan ilk şəxs Yelisey olmuşdur. Şərq xalqlarının müqəddəs havari Faddey Artaz vilayətinə gəlir və ərmən çarı Sanatürkün əli ilə şəhid olur. Şagirdi müqəddəs Yelisey Qüds şəhərinə qayıdır və müqəddəs Yakovun tövsiyəsilə müqəddəs Ruh naminə Şərqə təyin edilir.
Yelisey öz sərəncamına Albaniyanı da alır.
Öz təbliğatına Çolada başlayır və müxtəlif yerlərdə şagirdlər toplayaraq, onlara xilaskarı İsanı andırmağa çalışır.
Müqəddəs batrik Kişə ( Sisa) gəlib kilsə tikir və qansız qurban verir.
Bu yer Şərqin bütün kilsələri və şəhərlərin başlanğıcıdır və biz şərqlilərə xristianlığın qəbul edilməsinin mənbəsidir"(Kalankaytuklu M. s.20)
Xristianlığın yayılmasının ikinci mərhələsi Alban çarı Urnayrın fəaliyyəti ilə bağlıdır.
O Sasani şahı II Şapurun bacısının əri idi. Xristianlığı dövlət səviyyəsində qəbul etmişdi.
Üçüncü mərhələ Qrirorinin nəvəsi, Vardanesin oğlu Qriqorisin (Cərcisin)adı ilə bağlıdır. Onun Tsri şəhərində kiçik bir kilsə tikdirdiyi məlumdur. Lakin onun həyatı faciəvi şəkildə sona çatmışdır. Belə ki, öncə xristianlığı qəbul edən Maskut çarı Sanatürk daha sonra bu dindən imtina etmiş, Qriqorisi öldürmüş, onun tikdirdiyi kilsəni də dağıtmışdın.(Sumbatzadə A.1990)
Bundan sonra Albaniyanın, Ərməniyyə və İberiyanın xristianlaşmasının qarşısında əngələ çevrilən II Yezdəgird, bu ölkədə zorla atəşpərəstliyi yaymağa cəhd etdi. Ona qarşı Alban çarı II Vaçe üsyan qaldırdı və farsları ölkədən qovdular. 487 ci ildə Vaçenin qardaşı oğlu III Vaçaqan taxta çıxdı və Albaniyada çoxlu sayda kilsə və monastır tikdirdi.
Albaniyanın xristianlaşmasının məhz III Vaçaqanın dövründə tamamlandığını söyləyə bilərik. Kalankatlının verdiyi məlumatdan aydın olur ki, Qafqaz Albaniyasında xristianlığı möhkəmləndirən Vaçaqan şaman və bütpərəstlərə qarşı mübarizə aparmış, onların kitablarını yandırmış, övladları üçün xristian məktəbləri açmışdır.
493 cü ildə III Vaçaqan Aluen Məclisi toplayır və Alban kilsəsinə Bərdədə oturan arxiyepiskop başçılıq etməyə başlayır. Ona 8 yepidkopluğun, o cümlədən Bərdə, Şəki, Paytakaran, Amaras və s.yepiskopluğu tabe edilir.
444 cü ildə Konstantinopol kilsəsində arximandrit olan Evtihian adlı keşiş İsa Məsihin insani mahiyyətini inkar etmiş, onda sadəcə ilahi mahiyyətin olduğunu iddia etmiş və bildirmişdir ki, ilahi və insani təbiət bir-birinə sığmaz. Onlar birləşsə insan təbiəti ilahi təbiətdə əriməlidir.
Bu düşüncəyə görə "monofizit" adlandırılmağa başladılar.
Onlara qarşı çıxanlar isə "difizit" kimi tanınmağa başladılar.
Hazırda Şam kilsəsi, Həbəş kilsəsi, İskəndəriyyə Qipti kilsəsi, Suriyani kilsəsi, Erməni-hay kilsəsi monofizit kilsələrdir. Rusiya çarı I Nikolayın 11 mart 1836 cı il tarixli fermanına əsasən ləğv edilmiş Alban kilsəsi də monofizit kilsələrdən idi.
Azərbaycan tarixşünaslığında belə bir fikir möhkəmlənib ki, guya albanlar monofizit deyil, difizit olmuşlar. Əlbəttə ki, bu fikir həqiqəti əks etdirmir və "Alban tarixi"ndə verdiyi məlumata ziddir...
Belə düşünənlən fikrini əsaslandırmaq "Tarix"in III kitabında "Albaniya katalikosu mənsəbinə qalxmış Bakur adlı birisi haqqında" başlıqlı I fəsilə istinad edirlər. Burada söhbət Albaniyanın xalkedonçuluğu ("difizizmi") yaymağa çalışan XIX katalikosu Nerses I Bakurdan gedir. Onun bu hərəkəti ortodoks aləmində ciddi səs-küy salmışdı. Katalikosluğa çar Varaz Tiridatın həyat yoldaşı difizit inancına sahib olan Sparmanın köməyi ilə gəlmişdi. O, Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq, yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimali Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yelizarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Siemon etiraz etdi. Onlar məclis çağırıb, Nersesi lənətlədilər və Ərməniyyə katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülkərimdən kömək istədi. Xəlifə Nerses I Bakuru Katolikosluqdan kənarlaşdırdı.( Kalankaytuklu M.)
Musa Kalankaytuklu bildirir ki, katolikos Nerses Girdiman kilsə dairəsindəndir. Bu kürsüdə 17 il oturub. Günahlı məfkurəyə malik olub, xalkedon (difiz) küfrünü qəbul etməklə Albaniya ölkəsini çaşdırmaq istədi . Cismən və ruhən lənətlənərək albanlar tərəfindən Allahın oğlunun şərəfindən məhrum edilib kafirlərə hazırlanan ölümə məhkum olundu.
ŞAHLAR HACIYEV
tədqiqatçı
Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025