Qarakənd faciəsinin gizli məqamları: Əslində nə baş vermişdi? - Şahidlər danışır

17:28 / 20.11.2019
Baxılıb: 3900

Ötən gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasının 28 ili tamam olub. Siyasi elitamızın ən böyük faciəsi nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.


Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər ölüb.

Hadisə necə baş verdi? İndiyədək bilmədiyimiz hansı məqamlar var?

Müsahibimiz jurnalist Salman Alıoğlu həmin vaxt “Qarabağ” qəzetinin müxbiri olub. Faciənin nəticələrinin canlı şahididir.

O, Qarakənddə gördüklərini bizimlə bölüşüb: “1991-ci ilin oktyabrın 18–də Azərbaycanın dövlət müstəqiliyini elan etməsini Rus imperiyası qısqanclıqla qarşıladı. Və Dağlıq Qarabağdakı əlaltıları olan ermənilərin əli ilə azərbaycanlılara qarşı açıq terrora başladı. Müstəqilliyimizdən bir qədər sonra azərbaycanlıların yaşadığı iki kənd - İmarət Qərvənd və Tuğ kəndi ermənilər tərəfindən işğal edildi, yerli sakinləri olan azərbaycanlılar isə oradan qovuldular. Ardınca Cəmilli və Meşəli kəndləri eyni aqibəti yaşadılar. Minlərlə əhali yurdundan didərgin salındı. Noyabrın əvəllərində Xocavənd rayonun Qaradağlı və Xocavənd kəndlərində vəziyyət çox gərginləşmişdi. Ermənilər ardıarası kəsilmədən hücumlar edir, dinc insanları qətlə yetirir, mal qaralarını, var-dövlətlərini qarət edib aparırdılar. Sovet hakimiyyəti isə Dağlıq Qarabağda fövqaladə vəziyyət elan etsə də, ermənilərin cinayətlərinə göz yumurdu. Noyabrın əvvəllərində Qaradağlı kəndinin əhalisi məcbur qalıb Ağdama pənah gətirdilər. Ağdam da vəziyyət gərgin idi. Orada məcburi köçkünlərin sayı günü-gündən artırdı"

"Helikopteri raketlə vurub, sonra da yandırmışdılar"

Onun sözlərinə görə, belə bir vəziyyətdə dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə bir qrup nümayəndə Ağdama gəlib.

"Ağdamda keçmiş rayon icraiyyə komitəsinin binasının iclas zalında Dağlıq Qarabağın azərbayacanlı kəndlərindən, xüsusi ilə Xocavənddən və Qaradağlıdan gəlmiş əhali ilə görüş keçirdilər. Həmin görüşdə Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev, Alı Mustafayev, Dağlıq Qarabağın prokuroru İqor Plavski, milis rəisi, dövlət təhlükəsizlik xidmətinin Xankəndi üzrə rəisi, Dağlıq Qarabağın komendantı İvan Jinkin də iştirak edirdi. İclasda çox ciddi qarşıdurma yarandı. Əhali dövlət katibinə bildirdi ki, rus ordusu onları qorumur, ermənilərə şərait yaradılır. Tofiq İsmayılov İ.Jinkin ilə çox sərt danışdı və insanların suallarına cavab istədi. Təbii, o cavab verə bilmədi, bəhanələr gətirdi.

İclasda qəti qərar verildi ki, nümayəndələr Qardağlıya getsinlər və vəziyyəti öz gözləri ilə görsünlər. Gündüz 13-14 radələrində iclas bitti və nümayəndələr Ağdam aeroportuna getdilər. Osman Mirzəyev bildirdi ki, iclasdakı jurnalistlər də həmin aeroporta gəlsinlər.

Təxminən iki saata yaxın vaxt getdi və məlum oldu ki, helikopterdə bizə yer qalmayıb. Ancaq Alı Mustafayev, operator Fəxrəddin və işıqçı gedəcək. Helikopter qalxanda onu hansısa hərbi helikopter müşayiət etmədi. Təxminən gündüz 16:00 radələrində Ağdamda xəbər yayıldı ki, qəza baş verib. Onda “Qarabağ” qəzetində işləyirdim. Hadisə yerinə getdik. Ancaq sovet ordusu yolları bağlamışdı, heç kimi buraxmırdılar. Azərbaycan prokurorluğunun mühüm işlər üzrə istintaq idarəsinin əməkdaşları, polis işçiləri, Ağdam prokurorluğunun işçiləri də əraziyə gec buraxıldılar. Jurnalistlərə isə qəzanın səhəri günü saat 11 radələrində icazə verildi.

Əvvəlcə rəsmi məlumat yayıldı ki, helikopter dumana düşüb və dağa dəyərək parçalanıb. Əslində erməni silahlı dəstələri onu raketlə vurub yerə salmışdılar, sonra isə yandırmışdılar. Bütün cəsədlər tanınmaz halda idilər. Helikopterdən 500-600 metr aralıda nazir müavini Qurban Namazəliyevin və bir az da aralıda Osman Mirzəyevin cəsədləri tapıldı. Görünür, onlar yerə düşəndə yaralı olublar və uzaqlaşmaq istəyiblər, ancaq ermənilər onları da öldürüb yandırmışdılar.

İsmət Qayıbovun və Məhəmməd Əsədovun əynində kürk, kürkün altında isə silah var idi. Hadisə baş verəndən sonra həmin silahlar da tapılmadı. Mən 27 ildir eyni fikirdəyəm ki, helikopter düşəndən sonra çoxu yaralı və sağ olub, yerdə ermənilər onları yandırıb, sonra da sənədlərini götürüblər. Siyahı dərc olunanda cəsədlərlə siyahıdakı adlar düz gəlmədi. Meyitlərin sayı az idi. Ola bilərdi ki, ermənilər rusları xilas edib, onlara ziyan vurmamışdılar”.

Digər müsahibimiz Allahverdi Əsədov Azərbayacan televiziyasının Qarabağ üzrə müxbiri olub. O, faciənin səhəri günü hadisələri lentə alan ilk jurnalistdir:

“Helikopterlə gedəcək komissiya üzvləri sırasında mən də var idim. Ancaq elə alındı ki, jurnalistlərdən yalnız Alı Mustafayev getdi. Mən onları Ağdamda gözləyəsi oldum. 1991-ci il noyabrın 20-də saat 5 radələrində məlumat gəldi ki, helikpteri müəmmalı şəkildə vurublar. Bundan sonra hökumət siyahı tutmağa başladı ki, bəs orada kimlər olub. Hərc-mərclik idi, heç kim maraqlanmırdı. Halbuki, faciənin baş verdiyi yerə getmək və maraqlanmaq lazım idi. Ərazi sovet qoşunlarının nəzarətində qaldı.

Biz gecə Dağlıq Qarabağ Polis İdarəsində işləyən və oranı yaxşı tanıyan, polkovnik Sadir Məmmədovla birlikdə o tərəfə keçməyə çalışdıq. Düz Qarakəndin axırına qədər getdik. Orada artıq tüstü görünürdü. Bizə qəti şəkildə bildirdilər ki, əraziyə zonaya girmək olmaz. Üstündən bir sutka keçdi. Bakıda isə hələ də siyahı tuturdular. Səhərisi gün saat 11 radələrində sovet qoşunlarının müşahidəsi ilə biz ora yollandıq. Orada jurnalist yox idi. Mənimlə operator Tahir Qarayev idi. Alı Mustafayevin cəsədi, külə dönmüş bloknotunu gördük. O, hər şeyi qeyd edirdi. Onu götürmək istədik, amma icazə vermədilər, orada qaldı. Vaqif Cəfərovun, İsmət Qayıbovun meyiti orada idi. Ancaq 3-4 nəfərin meyiti yox idi. Onlardan biri də AMON-nun yaradıcısı, keçmiş Daxili İşlər naziri Məhəmməd Əsədov idi. Onunla birgə iki nəfər rus generalının da meyiti yoxa çıxmışdı. Ermənilər Məhəmməd Əsədovun başına pul qoymuşdular, mütləq onu aradan götürəcəkdilər".

"Çoban helikopterin necə vurulduğunu görmüşdü"

Allahverdi Əsədov daha sonra bildirib: ""Qara qutu" tapıldı. Operator onu götürüb gizlətmişdi, ancaq bizə dedilər ki, buradan müəyyən şeylər götürülüb, onlar geri verilməyənə qədər buraxılmayacaqsınız. Biz qutunu geri verdik. Xeyli vaxt keçəndən sonra Çingiz və digər jurnalistlər gəldilər. Tamerlan Qarayev, Rusiya Dumasının deputataları və başqa dövlət nümayəndələri orada idilər. Ayaz Mütəllibov isə orada görünmədi. Halbuki, mütləq gəlməli idi. Bizə dedilər ki, qutunu Gəncəyə aparacaqlar. Sonra isə bildirdilər ki, guya əriyib yanıb. Ancaq bu ağıla batan iş deyildi. O elə bir materialdan düzəldilib ki, nə əriyər, nə də xarab olar. Hamısını yoxa çıxardılar.

İstintaq qrupu tərəfindən bir çoban şahid kimi danışdırılmışdı. O, hadisə yerinə yaxın ərazidə qoyun otarırmış. Onda hətta “binokl”da var imiş. Çoban qəzanın necə baş verməsi ilə bağlı dəqiq məlumat vermişdi. Ondan mən müsahibə də götürmüşdüm. Ancaq çox təəssüflər olsun ki, çəkib göndərdiyim həmin müsahibə televiziyada yoxa çıxdı. Və efirə getmədi.

Çoban müsahibəsində bildirmişdi ki, helikopter atəş nəticəsində yerə düşüb. Və əlavə edirdi ki, yerə düşən kimi partlamayıb. Yerə düşəndən sonra yuxarı qalxmağa cəhd edib, ancaq qalxa bilməyib. Bizim çəkdiyimiz kadrlarda da görsənir ki, Tofiq İsmayılovun üzü salamatdır, başının ortasında güllə yeri var. Bu da onu sübut edirdi ki, orada helikopter partlaması olmayıb, hər şey sonradan ermənilər tərəfindən törədilib. Göy otun üstündə olan cəsədlər yanmaqdan qapqaradır, ancaq otlar isə gömgöy idi. Bütün bunlar hər şeyi açıb ortaya qoyurdu”.(Azvizion.az)

Şahanə Rəhimli


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər