“Qara qutu” nun sirri nədədir? - ARAŞDIRMA

18:17 / 17.01.2020
Baxılıb: 3720

“Qara qutu” əslində qırmızı imiş.

Təyyarə qəzalarının səbəblərinin araşdırılması uzun müddət problem hesab edilib. Çoxsaylı insan tələfatına səbəb olan qəzaların nə səbəbdən baş verməsi hər zaman maraq doğurub. Bu sahədə mütəxəssislərə kömək edən “Qara qutu”-lar və onların yaranma tarixi olduqca maraq kəsb edir.

“Qara qutu”- nun yaranması tarixi və istifadə qaydaları haqqında araşdırmanı təqdim edirik.

İlk olaraq “qara qutu” nədir və nə məqsədlə istifadə olunur sualından başlayaq.

“Qara qutu” içərisində maqnit lenti olan, sərt örtüyə malik, silindi şəkilli bir cihazdır. Onlar əsasən təyyarələrin quyruq hissələrinə yerləşdirilir. “Qara qutu”-nun tarixçəsi də maraqlıdır. Bu ideya fransız alimləri François Hussenot və Paul Beaudouin-a aiddir. Onlar hələ 1939-cu ildə bu ideyanı irəli sürülüb. Çoxlarında belə bir sual yaranır.

Niyə məhz qara qutu?

Bunun da çox maraqlı tarixçəsi var. İlk vaxtlar düzəldilən “qara qutu”-ların üzərində, içərisində olan maqnit lenti işıqdan qorunmaq üçün qutunun üzərinə qara rəngli örtük çəkilirdi. Həmçinin, bu qutu bir növ özündə məxfi və sirli materialları daşıdığı üçün yaradılan zaman ona belə ad verilib. “Qara qutu” özündə bəd xəbərləri daşıdığı üçün mütəxəssislər onu bu cür adlandırıb. Əslində, onların rəngləri ya qırmızı, ya da narıncı olur. Bu rənglərin də seçilməsinə səbəb qəzalar zamanı qaranlıq meşəlikdən, yaxud dənizin dibindən şəffaf rəngli qutuları tapmaq daha asan olmasıdır.

Bəs bu ideya kimə məxsusdur?

İlk dəfə hansı xalq bu qutudan istifadə edib?

1953-cü ildə Britaniyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması böyük səs-küyə səbəb olur. Bu qəza dünya çapında ilk iri həcmli qəza idi. Tələfat da çox idi. O zaman Britaniya höküməti qəzanın səbələrini ciddi şəkildə araşdırmağı qarşısına məqsəd qoyur. Bu səbəbdən də digər ölkələrin mütəxəssisləri də istintaqa cəlb edilir. Bu işin istintaqında mütəxəssis kimi Avstaliyalı alim Devid Uоrren-də iştirak edir. O, ilk dəfə qəzanın nə səbəbdən baş verdiyini araşdırmaq məqsədi ilə sərnişin salonlarında səsləri qeydə alan cihazın quraşdırılmasını təklif edir və bu istiqamətlərdə işlərə başlayır. Artıq 1956- cı ildə ilk “qara qutu” hazır idi. 1960- cı ildən Avstraliya təyyarələrində ilk “qara qutu”lar quraşdırıldı və qoruyucu kostyumlar sərnişinlərə verildi. Bu sürətlə digər ölkələrə də yayıldı.

Avstraliya dünyada bunu qanun kimi ilk qəbul edən ölkə olaraq tarixə düşdü. Əvvəllər “qara qutu”-lar təyyarələrin quyruq hissələrində quraşdırılırdı. Sonralar isə kabinlərə də cihazlar quraşdırıldı. Ancaq bu özünü doğrultmadı. Çünki, qəza zamanı qara qutu daha çox deformasiyaya məruz qalırdı. Buna görə də ən əlverişli yer kimi təyyarənin quyruq hissəsi seçildi. Əvvəllər qutular qara rəngdə idi. Ancaq bu qəzadan sonra “Qara qutu” nun tapılmasına çətinlik yaradırdı. Çünki, su altında, yaxud qaranlıq məkanda qara rəngi seçmək çətin idi. Bu görə, sonrakı illərdə qutunun rəngi narıncı və qırmızı rəngə boyandı.Çünki, bu rənglər daha tez gözə görünürdü.

“Qara qutu” nun texniki keyfiyyətləri də maraq doğurur. Yüksək qəzada qutuların zədə almaması üçün onun üzəri yüksək zərbəyə davamlı titandan və poladdan hazırlanır. Həmçinin qutunun daxili hissəsinə xüsusi maddə də əlavə olunur. Bu qəza zamanı alışmanın qarşısını almaq məqsədi daşıyır.

"Qara qutu" bu qədər möhkəm materialdan hazırlanırsa, niyə təyyarə özü tamamilə bu materialdan hazırlanmır?

Təyyarələrin rahat şəkildə havada qala bilmələri, uzun məsafələri az yanacaqla qət etmələri, mümkün qədər yüngül materialdan hazırlanmış olmalarına bağlıdır. Bu materiallar, əsasən, alüminium və plastiktir. «Kokpit»dəki səsləri və uçuş məlumatlarını qeydə alan hər iki qutu paslanmayan poladdan hazırlanır. En və uzunluqları təxminən 25 santimetr, hündürlükləri 12-13 santimetrdir. Qutuların qalınlıqları isə 6-7 millimetr qədərdir. Qutular, həmçinin, istiliyə və yanğına qarşı davamlı olması üçün plastiklə örtülü maye köpük ilə də təchiz edilmişdirlər. Qutular o qədər möhkəmdirlər ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılsa da, amma buna baxmayaraq qeydlər aydın olaraq dinlənilmişdir. Əvvəllər qutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə qoyulurdu. Bu bölgə təyyarənin ən ağır qismi olduğundan eniş anında bu ağır parçalar qutuların üzərlərinə düşərək zərər verə bilirdilər. Sonralar qutular təyyarənin quyruq hissəsinə qoyulmağa başlanıldı. Təbii ki bu, təyyarənin quyruq hissəsindəki kreslolar insanlar üçün daha təhlükəsizdir mənasını verməz, ancaq bu yer qəza zamanı «qara qutu»ların təyyarənin qalıqlarından ən uzağa düşməsini təmin etməkdədir. İndiyə kimi qara qutuların köməkliyi ilə baş vermiş bir çox qəzaların səbəbləri açıqlanmışdır. Bu səbədən də bu gün bütün uçaq vasitələrində bu cihazdan istifadə edilir. (Femida.az)

Miri MƏCİDLİ 

 


Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər