Sarınər gədiyinə varanda

11:30 / 05.04.2019
Baxılıb: 3810

Sarınər Basakeçərlə Gədəbəyi birləşdirən dağ yoludur. Yazda dağ-dərəsi yaşıl xalılı, gül-çiçəkli olur. Qışda altı-yeddi ay qar yağır, sərt,qılınc kimi yel əsib boran qopur, gediş-gəliş kəsilir, yararsız yola çevrilir. Dünyanın gərdişindən sorağı olan ata-babalar deyirdilər:bu qanlı Sarınər gədiyi gün gələcək ulusun harayına çatacaq. Ancaq qurbansız da olmayacaq.

Hə, atalar düz deyirmiş.Gün gəldi,hər yerə çirkab yayan Daşnak partiyasının başçıları gizli fəaliyyətdən çıxıb açıq işə başladılar, yenidənqurmanın uğursuzluğundan yararlanıb gizli istəklərini açıqladılar. Türksüz respublika, ”Böyük ermənistan” kimi axmaq planları gerçəkləşdirməyə başladılar. Vedibasar və Zəngibasarda olduğu kimi, Basarkeçərdə də Türkləri sıxışdırır, evlərini dağıdıb yandırır, obalarından çıxarıb qovur, çöllərə salıb qar-boranda ölümün ağuşuna sürükləyirdilər.

Basarkeçərdə 36 obanın 27-sində Türklər, 6-da ermənilər yaşayırdılar.

Bəzi obalarda isə qarışıq yaşayırdılar. Sentyabrda bütün “ermənistan”ı bürümüş faşist xəstəliyi Basarkeçərə də gəlib çatdı. İyun ayında Çaxırlı obasında bilərəkdən erməni-Türk davasını saldılar. Oba sakinləri Nəsibi, Arifi, Səyyadı və Həmidi döydülər. Ağır yaralıları oymaqça xəstəxanasına götürmədilər. Həmin gündən Türkləri oymaqçanın mərkəzinə buraxmadılar, oba dükanlarına yemək-içmək və sənaye malları göndərmədilər, onlara tibbi yardım göstərilmədi. Məcburiyyət qarşısında qalan Türklər yaşayan güney obaları Şişqaya obasını özlərinə mərkəz seçib bazarlarını qurdular. Hərə satlıq nəsnə gətirib satır, alver edirdi.

Hərbi müstəntiq Çaxırlı obasında döyülənlərdən izahat alıb Basarkeçər oymaqça prokuroruna verdi. İşə baxılmadı, xitam verdilər. Qanunu pozub ədalətsizlik etdikləri bir yana qalsın, milis rəisi Baxyan döyülüb yaralananların üzərinə cinayət işi qaldırdı. Çaxırlılar toplaşıb oymaqça mərkəzinə getdilər. Oymaqça partiya komitəsinin birinci katibi Yenqoyana şikayətlərini bildirdilər. O, işi dayandırdı. Yenqoyanın haqlı hərəkəti ermənilərə xoş gəlmədi, oymaqçada göstəriş oldu. İstəkləri Türklərin Basarkeçərdən çıxması idi. Noyabr ayının 22-sində gecə Qanlı və Kərkibaş obalarında evlərə od vurub yandırdılar.Noyabrın 22-də Nazirlər Soveti başçısınını köməkçisi, Aqrar komitəsinin başçısı, sonralar Mərkəzi Komitənin birinci katibi işləmiş Vladimir Movsesyan Basarkeçərə gəldi.

Həmin gün partiya yığıncağı keçirdi. Sonra ümumi yığıncaqda çıxış etdi, erməni millətini “Böyük ermənistan” yaradılması uğrunda birliyə çağırdı. Türkləri respublikadan çıxarmağın çağı gəlib çatdığını dedi. Həmin gecə raykomun birinci katibi R.Yenqoyanı daha qatı erməni faşisti, ”Qarabağ” komitəsinin oymaqça üzrə dayaq nöqtəsinin başçısı Hakopyan ilə dəyişdirdilər. Hakopyan topluma ləkə gətirən idi, hərəkətləri ikrah doğururdu. Ancaq çirkin ideyalarla yaşayan erməni xalqını arxasınca aparmağı bacarırdı. O,birinci katib olan gündən yaraqlıların və quldur birləşmələrinin sayı artdı, Türk obalarını qorxu altına aldılar.

Türklər təhlükə gözlənilən yerlərdə yolları söküb xəndəklər qazdılar, traktor və iri arabalardan barrikadalar qurdular. Erkəklər gecə-gündüz küçə və tinlərdə ocaq çatıb obaların keşiyini çəkdilər.İmkanı olanlar, vasitə tapanlar qadın-uşağını, əmlakını çıxardı. İmkansızlar, qocalar,  çoxuşaqlı ailələr qalmışdılar.

Şişqayalı Mübariz Sadıqov,İsmayıl Tağıyev və Yuzasif Əhmədov iki “QAZ-53” markalı, üstü alaçıqlı arabaya obada qalan uşaqları doldurdular. Dilican yolu ilə keçirib Azərbaycanın Şəmkir oymaqçasına gətirdilər. Qarlı-boranlı dərələri keçib arabanın təknəsində gələn 10-15 yaşlı uşaqlar donub xəstələnmişdilər. Oymaqça başçıları onları xəstəxanada yerləşdirib müalicələrini təmin etdilər. Yuzasif Əhmədov deyir: ”Geri qayıdanda boş buraxmadılar. Erməni köçü götürmüşdük. ”Ermənistan” ərazisində arabaları tez-tez saxlayıb yoxlayır, ermənilərdən onları incidib-incitmədiyimizi soruşur, pul alıb-almadığımızı soraq alırdılar. Kabinədə oturan Türkü təknəyə qaldırır, erməni sürücünün yanında oturdurdular”.

Noyabrın 27-də raykom katibi Flora Danielyan və milis rəisi Boxyan Qırxbulaq ermənilərini Çaxırlı obasının üzərinə yeritdilər. Basqınçılar Türkləri obadan çıxarmaq üçün özləri ilə çoxlu yük arabası gətirmişdilər. İki-üç ev üçün bir araba ayırdılar, hər arabanın üstündə gözətçilər vardı. Gözətçilər arabaya yüklənən bağlamanı açır, yağ-balı alıb özləri üçün qırağa qoyur, gərək olmayanları yüklədirdilər. Tövlənin qapısını açır, inəyi, dananı çatılayıb aparır, qoyun-keçini qabaqlarına qatıb gedirdilər. Çaxırlı obasına tutulan divan həmin gün bütün obalara yayıldı. Türklər evdə-eşikdə yüngül nə vardısa arabaya atıb qadın-uşağını götürürdü. Qarlı-boranlı gecədə obalardan çıxdılar. Erməni yaraqlıları duyuq düşmüşdülər. Dərə yolunda önlərini kəsir, dağlardan daş-qaya helləyib camaatı qorxudurdular. Çəmbərək oymaqçasında araba karvanları birləşdi. Karvansaray dərəsindən keçən yol uzaq və təhlükəli idi.erməni obalarından keçməli olacaqdılar. Azərbaycanın Gədəbəy oymaqçasının Saratovka obasına gedən yol isə qısa idi. Ancaq dağ yolu idi, qarlı-boranlı gədiyi aşmalı olacaqdılar. Saat 9-da araba karvanının önü Çəmbərəyə çatdı.

Bura Aşağı Qaranlıq, Karvansaray, Yelenovka oymaqçalarından çoxlu erməni gəlmişdi. İrəli yeriyib arabaların qarşısını kəsdilər. Üç yüzdən artıq araba bir-birinə söykənib durdu. Yük arabalarının üstündə qadın-uşaq, qoca baş-gözlərini sarıyıb yorğan-döşəyin içinə girmişdi, bir-birinin hənirtisinə isinirdilər. Türkləri ancaq Azərbaycanda olan ermənilər gələndən sonra buraxacaqlarını bildirdilər. Onlardan bir nəfər yolda ölsə, beş Türk öldürəcəklər, birini yandırmış olsalar, on beş Türkün üstünə benzin töküb yandıracaqlar.

Yaxın obaların erməniləri də soraq tutub buraya axışmışdı. Arabaları dövrəyə alıb düşən Türkləri döyür, üzlərinə tüpürür, söyürdülər. Çox Türkü soyub əlindən pulunu, altununu aldılar, əynindən geyimini çıxardılar, yorğanını, kilim-gəbəsini, palazını dartıb apardılar. Əlinə bir nəsnə keçməyənlər arabaya daş atır, əzir, şüşələri sındırırdılar. Bütün minik,yük arabaları əzilmişdi.

Gecə saat 11-də 40-50 əli yaraqlı əsgər gəldi. Ermənilər tabe olmurdular, hərbçilərə dirənirdilər. Yuxarılarla sözləşəndən sonra yolu açdılar. Ancaq yük arabaları “ermənistan”a məxsus olduğu üçün onları aparmayacaqlarını bildirdilər. Mayor yük arabalarını qaytarıb gətirəcəyinə söz verdi və sənədlərini girov qoyandan sonra saat 12-də qolkağızı ilə kolxoz və idarə arabalarını bir-bir sayıb postdan buraxdılar. Göyçəlilər Ələsgər yurdunu tərk edirdilər.

Üç gün idi ki, Qaraqoyunlu, Zəykənd, Ağkilsə, Nərimanlı, Daşkənd, Qoşabulaq, Sarıyaqub, Qayabaşı, Şorcalar,Qanlı,Kərkibaş,Böyük Məzrə, Çaxırlı, İnəkdağ, Canəhməd obalarının sakinləri ermənilərin basqınlarından aman tapcaq Zod obasına yığışırdılar.

Gecə havanın sərt, qar-boranlı olmasına baxmayıb 35 kilometrlik Urumbasar gədiyini aşaraq,sıldırım,dar yamaclı Söyüdlü dərəsini keçib Azərbaycanın Kəlbəcər oymaqçasına pənah gətirirdilər. Kəlbəcərdə bütün işlər durmuşdu. Arabalar, benzin məntəqələri, yemək yerləri raykomun ikinci katibi Təhməz Cəfərovun ixtiyarına verilmişdi. Cəfərov Söyüdlü dərəsində, Urumbasar gədiyində buldozerlə yol açdırır, didərginləri yerbəyer etdirirdi. Təkərlərinə zəncir dolanmış araba karvanı Göyçəyə boş axın edir,orada Türkləri doldurub Kəlbəcərə qayıdırdılar. Ancaq oymaqçanın nəqliyyatı yetmirdi. Yollar, dağ-dərələr köç ilə dolu idi. Soyuğa, borana düşüb ölənlər, dağ-dərələrdə donanlar, çayda boğulanlar var idi...

Çox əlsiz-ayaqsızlar,araba tapa bilməyənlər obalarda qalmışdı. Çaxırlıda oba sovetinin başçısı Pavlik İsrailyan, traktorçu Arkadi Petrosyan, Sevo Maruşyan, Maksim Danielyan qalanlara divan tuturdular. Talıb Mirquliyevin evi yüklənmiş arabanı sürüb apardılar, qarajdan özəl vilisini çıxarıb mənimsədilər. Umud Əliyevin evi yüklənmiş arabanı götürüb getdilər. İskəndər Əliyevin evini, 14 ton kartofunu, tövlədəki mal-qarasını apardılar. Başqa obalarda qalanların da başına bunlardan ağır müsibətlər gətirdilər. Yuxarı Zağalıda yağma idi. 110 Türk ailəsindən 12-si qalmışdı. Ermənilər zor edir, 1000-1200 manata gedən inəyi 40-50 manat, qoyunun birinə 5-10 manat verib aparırdılar. Mikayıl Cabbarov deyir: “İmkanı olan ötən gecə obadan çıxdı. 12 ev qalmışdıq. Yel əsirdi, boran qalxacağı gözlənilirdi. Axşamdan bir yerə yığılıb nə edəcəyimiz barədə danışmaq istədik. Dayım Əhməd də gələcək idi. Qapıya çıxanda önünü kəsib hara getmək istədiyini və adamların kimin evinə yığışdığını soruşdular. Deməyəndə güllə ilə vurub öldürdülər. Oba sovetinin başçısı Firidun da getməmişdi, obada idi. Evində güllə ilə vurub ağır yaraladılar. Gecə saat 10-da səs eşitdik, ermənilər dəstə-dəstə məhəllələrə düşüb “Turgner,durs eget” (“Türklər,bayıra çıxın”) deyirdilər.

Oturub dan çağını gözləmək olmazdı. Qurulu evi, bütün əmlakı atdıq. Tələm-tələsik qadın-uşağı geyindirib, mal-qoyunu da qabağımıza qatıb obadan çıxdıq”. O gecə bütün obalarda qalan Türklər qar-borana baxmadılar. Dəstə-dəstə olub üz qoydular. Qırmızı dağa, Tərsanəyə doğru getməyə. Qarşıda Sarınər gədiyi vardı. Bu çağacan qışda gədiyi aşan olmamışdı. Qorxu güc gəlmişdi. Erkəklər körpələri dallarına bağlayıb öndə bələdçilik edir, yol aça-aça gedir, qadın-uşaq onların izinə düşüb, bala ananın, ana ərinin ətəyindən bərk-bərk tutub irəliləyirdilər. Rahat, isti ocağından olmuş Türklər qarlı dağlara, boranlı gədiyə səpələnmişdilər. Hər yandan qar çırpır, qoyun-qoltuğa, ağız-qulağa dolurdu.

Yuxarılara qalxdıqca qar qalınlaşır, yel güclənirdi. İri mallar aşırımı keçərkən ayağı sürüşür, dərənin dibinə hellənirdi. Qoyun, keçi qara batıb qalır, oradaca qalıb donurdu. Sanki Sarınər gədiyinin bir metri uzanıb yüz metr olmuş, alçaq təpələr dikəlib dağa dönmüşdü, dərələr uçurum tək olmuşdu. Sonu qurtarmırdı. Donmuş ayaqlar ağırlaşmışdı, sanki yerə mıxlanırdı, qalxmırdı. Çoxunun ayaqqabısı düşüb itdi, başından yaylığını, papağını yel alıb apardı. Əldən düşən, gözdən yayınan itirdi, tufanda göz açmaq olmurdu. Yaşlı qadınlar, qoca ərlər heydən düşmüşdülər, yeriyə bilmirdilər. Yıxılıb-durur, orda-burda qara batıb qalırdılar. Balalar ata-analarının dalında donurdu. Ölənləri daş-qayanın altına qoyub üstünü qarla örtürdülər.

Qalıb qurd-quşa yem olurdu. On altı yaşına yenicə yetmiş Şahin Əliyev atası Qabilin arxasınca gedirdi. Haradasa atasından aralanıb qaldı. Altı aydan sonra Şahinin sümüklərini, qolunun saatını, bir də əlinin ağacını Sarınər gədiyindən tapdılar. Şahin gənc idi. Bəlkə də gələcəyin sənət, bilim şahini olacaqdı. Ancaq yaşamağa qoymadılar. Faşist ermənilərin axmaq ideyalarının qurbanı oldu. Qurban bir deyildi, beş deyildi. Təkcə Basarkeçər oymaqçasında 45 Türk öldürdülər. Kimisi güllələndi, döyülüb öldürüldü, arabanın altına atıldı, evindəcə elektrikə verdilər, boğdular, balta ilə doğradılar, bıçaqladılar, kimisi də gördüyü acılara dözməyib özünü öldürdü, ürəyi partladı. Şahinlə yanaşı Mehralı Əliyev, Züleyxa Əsədova, Əziz İbrahimov, İlyas Zeynalov, Nəriman Babayev, Fəxrəddin İsmayılov, Qara Ellazov Sarınər gədiyini aşanda borana düşüb öldülər.

Kimisinin meyidini apardılar,kimininki qaldı. Bir gecədə Sarınər gədiyi didərginlərin qəbiristanlığına çevrildi. Azərbaycana gedən arabaları noyabrın 30-da həmin əsgərlərin müşayiəti ilə geri gətirdilər. Hər obanın kolxoz başçısı, sovxoz direktoru, hesabçısı, zootexniki, ferma müdiri də gəlmişdi. Gəlmişdilər ki, təsərüffatın əmlakının təhvil-təslim aktını yazsınlar, möhürü təhvil verib geri qayıtsınlar. Gecə saat 22-də Şişqaya obasının yolunda onları saxladılar. Hər yandan dövrəyə alıb döyməyə cəhd göstərdilər. Əsgərlər önə çıxdı, basqınçıların üzərinə silah qaldıranda vedrə dolu benzini Türklərin üzərinə atıb yandıracaqları ilə hədələdilər. Əsgərlər havaya atəş açdılar və bildirdilər ki, yoldan çəkilsinlər, əsk halda güllələyəcəklər...

Güllə səsinə yaxın damdan beş-on erməni və səkkiz əli avtomatlı əsgər çıxıb qaçaraq gəldilər. Müşayiətçi əsgərlərlə qarşılaşdılar. İmperiyanın ayrı-ayrı yerlərindən hərbi qulluğa çağrılmışdılar, biri Türkləri müşayiət etməli idi, o biri zor işlədir, erməni yağmaçılarının yanında yer alırdı, Türkləri öldürmək üçün gəlmişdi. Güllələr lülədə hazır idi, soyuq dəmirə yapışmış key barmaqların hərəkətindən neçəsinin qanı axacaq, neçəsi üzü üstə düşəcək, isti canı hərarətdən düşüb donacaqdı... Oymaqça İcraiyyə komitəsinin başçısı və başqa bir neçə nəfər gəldi. Tətiyə doğru gedən barmaqlar durdu, soyuq dəmirdən çəkilib isti ciblərə girdi. Başçılardan möhürü aldılar,təhvil-təslim aktı yazılmamış on dəqiqəyə oranı tərk edib getmələrini bildirdilər. Əks halda əsgərlərlə birlikdə hamısını da tutub oymaqçaya aparacaqdılar.

Ermənistan Azərbaycanlılarının soyqırımı.

İ.Vəlizadə,B.Muradov,1996-cı il.


Etiket:
Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər