Əziz Ələkbərli: “Ermənilər nə qədər böyük və düzəlməsi mümkün olmayan səhv etdiklərini hələ dərk eləmirlər”
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Modern.az saytına müsahibə verib.
Əziz müəllim, hər ilin dekabrı dünya azərbaycanlıları üçün həm də deportasiya ilə assosiasiya olunur. Necə hesab edirsiniz, Qərbi azərbaycanlıların deportasiyasını dünyanın diqqətinə çatdıra bilirik?
- Dekabr ayı doğrudan da tariximizə həm də soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası ilə bağlı hadisələrlə xarakterizə olunur. Məhz 1947-ci il dekabr ayının 23-də ermənilərin təkidi ilə Stalin Ermənistan SSR ərazisindən 100 min nəfər azərbaycanlı əhalinin deportasiyası barədə 4083 nömrəli qərar qəbul etmişdi və bu qərar 150 minə yaxın insanı evindən-yurdundan didərgin salmış, ölümün, aclığın qucağına atmışdı.
Eyni ssenari 1988-ci ilin dekabrında da təkrar olundu. Ermənistanın o vaxtkı rəhbərliyinin göstərişi ilə noyabrın 24-də start götürən azərbaycanlıların son nəfərinə qədər ata-baba yurdlarından zorla çıxarılması prosesi dekabrın 5-də başa çatdı. Ermənistan monoetnik dövlətə çevrildi.
Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasına ilk tarixi-siyasi qiymətin verilməsi də dekabr ayına təsadüf edir. Belə ki, Ulu öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyası ilə bağlı fərman imzalayıb.
Ata-baba yurdlarından sürülən soydaşlarımız Azərbaycandan başqa, daha çox hansı ölkələrdə məskunlaşıblar?
- Ermənilər tərəfindən etnik təmizləməyə məruz qalan soydaşlarımızın böyük əksəriyyəti Azərbaycanda məskunlaşsa da, keçmiş SSRİ-nin müxtəlif bölgələrində məskunlaşanlar da az olmadı. Məsələn, Gürcüstanla sərhəddə yerləşən Dağ Borçalısına Loru mahalına aid olan dörd rayondan – Allahverdi, Cəlaloğlu, Barana və Vorontsovkadan, həmçinin və Amasiya rayonundan qovulan soydaşlarımızın bir hissəsi sığındı, indi də orada yaşayırlar. Bundan əlavə, keçmiş SSRİ-nin müxtəlif bölgələrində hərbi xidmətdə olanların, təhsil alanların, mövsümi işlərdə çalışanların böyük bir hissəsi geri dönmədi. Çox təəssüf ki, qohum-əqrəbaları, hətta bəzən valideynləri Azərbaycanda yaşasa da, özlərinin Azərbaycana qayıdışında ciddi problemlər mövcuddur, onlar vətəndaşlıq ala bilmirlər.
- Deportasiya ilə Ermənistanda sonuncu azərbaycanlı öz tarixi yurdundan qaçqın edildi. Məlumatlara görə, Qərbi Azərbaycanda bizə aid bütün tarixi-mədəni nümunələr, qəbiristanlıqlar, bir sözlə, milli izimiz yox edilib. Bunu bərpa etmək mümkün olacaqmı?
- Erməni vandalizmi sərhəd tanımır, necə ki Qarabağda və Şərqi Zəngəzurda xalqımızın tarixi-mədəni irsini məhv etmək siyasəti yürüdüblər, eləcə də Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi-mədəni irsi yer üzündən yox etməyə çalışıblar. Amma necə ki işğaldan azad olunmuş ərazilərimizi yenidən bərpa edirik, Qərbi Azərbaycana da qayıtdıqdan sonra orada erməni vandalizminə məruz qalmış izlərimizi bərpa edəcəyik. Buna heç kəs şübhə etməsin.
44 günlük Zəfər savaşımız Qərbi Azərbaycana yol açdı. Qərbi azərbaycanlıların sosial-psixoloji durumu necədir?
- 44 günlük Vətən müharibəsi millətin zəifləmiş milli ruhunu özünə qaytardı, cənab Prezident mümkün olmayanı etdi. Bu gün artıq heç kəs şübhə etmir ki, biz nəinki Zəngəzura, Göyçəyə dönəcəyik, həm də tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər qarışına qayıdacağıq: Zəngəzurdan tutmuş Ağbabaya qədər, Vedidən tutmuş Göyçəyə qədər.
İşğal edilən tarixi torpaqlarımızı hər an yada salırıq. Bu, milli xarakterdir, yoxsa dövlət siyasəti?
- Hər ikisi. Sonuncu deportasiyadan 36 il keçir, amma insanlarımız doğma ocaqlarına qayıdacaqlarına ümidlərini bir an belə itirməyiblər. Bir geriyə dönüb baxın, görün bu 36 ildə Qərbi azərbaycanlılar neçə dəfə qayıdışa təşəbbüs üçün təşkilatlanmağa cəhd ediblər. Amma bunların hamısı uğursuz olub. Bilirsiniz niyə? Ona görə ki, millətin və dövlətin qarşısında daha mühüm və taleyüklü məsələ vardı: işğal altında olan Qarabağ və Şərqi Zəngəzur. Artıq işğal altında olan ərazilərimiz düşməndən geri alınıb və biz suverenliyimizi bərpa etmişik. İndi hədəfdə Qərbi Azərbaycandır. Ermənilər soydaşlarımızı Qərbi Azərbaycandan vəhşicəsinə qovublar, yüzlərlə insanımız döyülüb, şikəst edilib, qətlə yetirilib. Amma biz öz torpaqlarımıza dinc yolla qayıtmaq istəyirik. Ona görə yox ki, biz onlardan qorxuruq, xeyr, ona görə ki, biz ata-baba yurdumuza sahib çıxmaq istəyirik, o torpaqlar bizə əcdadlarımızın yadigarıdır.
- Bir zamanlar Qarabağla bağlı bədbin fikirlər var idi. İndiki gerçəkliklər gələcəyə optimist baxmağa imkan yaradır. Bu mənada Qərbi Azərbaycan bizə nə qədər yaxın, nə qədər uzaqdır?
Qərbi Azərbaycan bizə yaxından yaxındır, Qərbi Azərbaycan bizim şüurumuzdadır, qəlbimizdədir, ürəyimizdə, ruhumuzdadır. Heç bir qüvvə, o da ola erməni, onu bizim ruhumuzdan çıxara bilməz. Bir yox, on Fransa ola, daha onu da kömək edə, heç bir qüvvə bizim doğma yurda qayıdışımızı əngəlləyə bilməz. Ermənilər nə qədər böyük və düzəlməsi mümkün olmayan səhv etdiklərini hələ dərk eləmirlər...
Saz - söz yurdu olan Qərbi Azərbaycan öz adət-ənənələrini nə qədər qoruyub, nə qədər unudulub?
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi fəaliyyət göstərir və institutun əməkdaşları artıq iki ildir ki, Azərbaycanın rayonlarını kənd-kənd gəzib, qaçqın Qərbi azərbaycanlılardan folklor mətnləri toplayırlar. Onlar heyrət edirlər ki, insanlarımız öz adət-ənənələrini, mərasim və mətbəxlərini, ləhcə, deyim və digər söz yaddaşlarını nə qədər həssaslıqla qoruyub saxlayıblar. Bu, təkcə Qərbi azərbaycanlılara xas olan xüsusiyyət deyil, bu, biz azərbaycanlılara xas olan dəyərdir. Bir Türkiyənin İqdır, Qars bölgələrinə səfər edin, kəndləri gəzin, artıq üç-dörd nəsildir ki, orada doğulub yaşayırlar, amma elə bilirsən ki, İrəvanda, Bakıda, Gəncədə, Şəkidəsən danışıq həmin danışıq, mətbəx həmin mətbəx, adət-ənənə həmin adət-ənənə...
Müqayisə aparmısınız, 80 yaşlı və 8 yaşlı Qərbi azərbaycanlı... Ortada nələr görünür?
Müqayisə aparmışam, biri 80 yaşlı Qərbi azərbaycanlıdır, o biri 8 yaşlı Qərbi azərbaycanlı. Ortada həsrətində olduğumuz bir Vətən var – Qərbi Azərbaycan. Bir də bizim Vətənə Qayıdış inadımız – səkkizindən səksəninə qədər.
Qərbi Azərbaycan İcmasının fəaliyyəti həm daxildə, həm xaricdə bizi istəklərmizə yaxınlaşa bilir?
Bəli, addım-addım istəklərimizə yaxınlaşırıq. Son iki ildə üç böyük uğura imza atmışıq. Birincisi, Qərbi azərbaycanlı insanlarımızı Vətənə qayıdış ideyası ətrafında birləşdirmişik. İndi bu ideyaya bütün varlığı ilə qoşulmayan Qərbi azərbaycanlı tapmaq mümkün deyil. İkincisi, bu iki il ərzində biz bu ideyanı ümummilli ideyaya çevirə bilmişik. Artıq nəinki 10 milyonluq Azərbaycan xalqı, 60 milyonluq bütün dünya azərbaycanlıları bu ideyanı ümummilli ideya, strateji hədəf kimi qəbul edir və bu ideyaya öz töhfəsini verir. Üçüncüsü, iki ildə biz bu məsələni beynəlxalq müstəviyə çıxara bildik. Əgər keçən il biz sənədlərimizi BMT-nin rəsmi sənədləri kimi dünyaya yaydıqsa, artıq bu il bir neçə dəfə müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən BMT-nin, ATƏT-in tədbirlərində İcma adından dəvət alır, iştirak və çıxış edirik.
Bəzən fikirlər gəzir ki, ölkə əhalisinin yüzdə doxsanı Qərbi azərbaycanlıdır. Siz necə düşünürsünüz?
- Yanlış fikirdir, ölkə əhalisinin yüzdə doxsanı yox, yüzdə yüzü Qərbi azərbaycanlıdır. Millət olaraq bizim gücümüz də bundadır. Əgər dünən ölkə əhalisinin yüzdə yüzü qarabağlı olmasaydı, biz düşmənə qalib gələ bilməzdik. Bu gün də ölkə əhalisinin yüzdə yüzü Qərbi azərbaycanlı olmalıdır, olmağa borcludur. Biz millət olaraq yüzdə yüz qarabağlı, bakılı, gəncəli, lənkəranlı, qubalı, irəvanlı olmasaq, düşmən bizi məhv edər. Çünki bizi istəməyənlər bizi istəyənlərdən az deyil. Bu milli birliyi cənab Prezident özünün Azərbaycan sevgisi ilə yaradıb və biz onu qorumalıyıq.
- Şuşadan, Xankəndidən Zəngəzura görünən yolun sonu hara gedir?
Xatırladıram ki, Şuşanın üç qapısı var: Gəncə qapısı – Gəncəbasara gedir, Ağoğlan qapısı – Zəngəzura aparır, İrəvan qapısı – Qərbi Azərbaycana uzanır. Bunlar ilahi simvollardır. Biz bu mənzillərin hamısına gedəcəyik. Bu yolun sonu Türkün milli-tarixi-mifik təfəkküründə Qızıl Almadır. Biz də Qızıl Almaya gedirik. Bu yolda qırx otaqdan keçməyə, divləri öldürməyə, gözəlləri və gözəllikləri əsarətdən xilas etməyə gedirik.
Qərbi Azərbaycan İcmasının sədri olaraq, deportasiya ayında xalqa, Qərbi azərbaycanlılara nə müjdə verə bilərsiniz
2020-ci ilin 27 sentyabrından başlayaraq hər günümüz bir tarixdir, 8 Noyabr Zəfər bayramından üzü bəri zəfərdən zəfərə gedirik. Və bu tarixi, bu zəfərləri bizə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Öncə Tanrı Onu qorusun! O ki qaldı müjdə məsələsinə, doğrudan da, yaxın günlər üçün Qərbi azərbaycanlılara verə biləcəyim möhtəşəm bir müjdə, möhtəşəm bir xəbər var. Tezliklə özləri şahid olacaqlar.
MODERN.AZ
Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024