AĞAYARIN ŞƏYİRDLİYİ

14:00 / 05.01.2025
Baxılıb: 1422

Ömrün arxada qalan illərinə yenidən nəzər salanda düzgün, səmərəli keçirmədiyim anlar üçün təəssüf hissi keçirtməkdən başqa əlimdən heç nə gəlmədiyini yaxşı bilirəm. Ən çox heyifsiləndiyim işlərdən biri də Kəlbəcərdə sazın-sözün sehrindən baş çıxaran insanların könül dəftərindəki xatirələri, ədəbi nümunələri toplamamaq oldu. Aşıq Alı, Aşıq Ələsgər, Şair Qurban və bir çox aşıq və şairlər, o cümlədən tarixi hadisələr haqqında kifayət qədər məlumatı olan insanlar bu dünyadan bir-bir köçüb getdilər. Neçə-neçə insanların sinəsində yatan şeirlər, tarixi əhvalatlar yazıya alınmadı.

Bəlkə, dünyanın belə vəfasız, insan ömrünün belə qısa olduğunun fərqinə varmamışdım? Bəlkə də bu toplama işinin mənim vəzifə borcum olduğuna əminliyim olmadığından bu gərəkli mənbələri araşdırmağa məndə bir zərurət hissi yox idi. Ancaq bu haqda az-çox eşitdiklərim yaddaşımda qalmaqda idi.

Göygöl rayonunda yaşadığım, işlədiyim illər ərzində də xalqın zəngin söz xəzinəsini toplamaq həvəsindən çox, elmi-pedaqoji fəaliyyət işinə özümü daha çox köklədim, bu və ya digər dərəcədə məktəbə, tədrisə aid yazılar yazdım. Təhsil Nazirliyinə arayışlar, təkliflər göndərdim. Son dörd il ərzində isə Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs edən “Adım Ələsgərdi...” kitabı üzərində işlədiyimdən artıq geri qaytarılması mümkün olmayan bir çox söz bilicilərinin həyatda olmadığını anladım və dərin peşmanlıq hissi keçirdim. Heyhat, karvan gəlib keçib getmişdi...

“Adım Ələsgərdi” kitabı üzərində işlədiyim vaxt Kəlbəcərdən olan şair (usta) Eldarla təsadüfi söhbət zamanı Aşıq Ələsgərin şeirlərində bəzi misra və bəndlərin kitabda olduğundan fərqli variantının da olduğunu bu müdrik insandan eşitdim və müvafiq qeydlər apardım. “Sən mənim canımın ixtiyarısan” kimi bədii dəyəri olan misraların nəşr olunmuş kitablarda olmadığını gördüm və “Zirvədəki zərrələr haqqında” adlı məqalədə bu haqda məlumat verdim.

Bu ərəfədə Aşıq Ələsgərin şəyirdlərindən olan Aşıq Ağayarın nəvələrinin Göygöl şəhərində yaşadığını öyrəndim və keçmiş iş yoldaşım Firəddin Əhmədovun vasitəçiliyi ilə ustad aşığın nəvələrini axtarmağa başladım. Öyrəndim ki, Aşıq Ağayarın nəvəsi Xəlilov Alim Hüseyn oğlu Göygöl şəhərində yaşayır. Onunla telefon əlaqəsi saxlayaraq üzbəüz görüşdüm, söhbət etdim. Alim Xəlilov 1952-ci ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. 1988-ci il hadisələrindən sonra Göygöl şəhərində məskunlaşmışdır. Alim Xəlilovla görüşənə qədər Aşıq Ağayarla bağlı müxtəlif mənbələri araşdıranda onun həyat və yaradıcılığı haqqında məlumatın çox az olduğunu gördüm.

Az.wikipedia.org, nina.az-da verilən məlumata görə “Aşıq Ağayar 1880-ci ildə Göyçə mahalının Zod kəndində anadan olmuş, Aşıq Ələsgərə şəyirdlik etmiş, dastan bilicisi və mahir ifaçı kimi şöhrət qazanmışdır.

1964-cü ildə oğlu Hüseyn öldükdən sonra bir daha əlinə saz almamışdır.

Aşıq Ağayar 1978-ci ildə Zod kəndində vəfat etmişdir”.

İslam Ələsgərin “Sazlı-sözlü Göyçə” kitabında (Bakı-2018), Tərlan Göyçəlinin “Göyçə aşıq məktəbi” adlı oçerklər toplusunda (Bakı-1998) və Musa Nəbioğlunun “Ozan-aşıq dünyası” kitabında (Bakı-2010) Aşıq Ağayarın həyatı və yaradıcılığı haqqında vikipediyadakı qeydlərə bənzər qısa bir məlumata rast gəldim. Bu kitablarda Aşıq Ağayarın “Sinəmdə getdi” adlı bir qoşması da çap olunmuşdur.

Bu qısa məlumatlardan başqa Aşıq Ağayarın İslam Ələsgər tərəfindən qeydə alınmış bir səs yazısı var. Bu lent yazısında Aşıq Ələsgər haqqında İslam Ələsgərin verdiyi sualları Aşıq Ağayar və Aşıq Talıb cavablandırırlar.

Aşıq Ağayarın mükəmməl bir ifaçı sənətkar olduğunu, özünün də bir neçə şeir dediyini eşitsəm də, hələlik “Sinəmdə getdi” qoşmasından savayı heç nə əldə edə bilmədim.

Aşıq Ələsgərin söz dəryasının

Ləl, gövhər qiyməti sinəmdə getdi.

Ölçüyə sığışmaz, çəkiyə gəlməz

Möhnəti, hikməti sinəmdə getdi.

 

Bir neçə aşığa mən oldum ustad,

Qəmli könülləri çox eylədim şad,

Görüm səni olnan, ey dünya, bərbad,

Elin məhəbbəti sinəmdə getdi.

 

Həmişə söylənir dillərdə adım,

Daha qocalmışam, yoxdu imdadım,

Mən ölsəm ağlayar qohumum, yadım,

Yurdumun ülfəti sinəmdə getdi.

 

Aşıq Ağayaram mən sinədəftər,

Ötmədi günlərim mənasız, hədər,

Növrəstə İmannan çox etdim səfər,

Onun sədaqəti sinəmdə getdi.

Bu qoşmanın məzmunundan məlum olur ki? Aşıq Ağayar öz ustadını “söz dəryası” hesab edirmiş və özünü də bu dəryaya bələd olan bir qəvvas timsalında görürmüş.

Alimin mənə dediklərindən, danışdıqlarından bir hadisəni burda işıqlandırmağı lazım bilirəm. O, əhvalatı babasının dilindən danışdığı üçün mən də onun üslubunu dəyişmədən verməyi zəruri hesab etdim.

Aşıq Alışanın yanında bir müddət şəyirdlik etdikdən sonra mənim zəhmətimə heç bir haqq vermədiyini görüb ondan ayrılmaq qərarına gəldim. Bir gün soraqlaşıb öyrəndim ki, Aşıq Ələsgər səfərdən qayıdıb, öz evindədir. Axşam Zoddan çıxıb Ağkilsəyə gəldim, Aşıq Ələsgərin qapısını döydüm – Evə keçdim. Salam verdim. Gəlməyimin səbəbini söylədim. Həmin gün məndən başqa evdə başqa bir cavan oğlan da var idi. O da şəyird olmaq arzusu ilə ustadın yanına gəlibmiş.

Aşıq Ələsgər hər ikimizlə bir xeyli söhbət eylədi, saz çala bilməyimizlə, oxumağımızla, səsimizlə maraqlandı. Söhbətin sonunda Aşıq Ələsgər bizə dedi:

 – Sabah günortadan sonra gələrsiniz, sizə bir cavab deyərəm. İndi isə qulaq asın, sizə bir şeir söyləyim.

Aşıq Ələsgər bir şeir söylədi, şeiri deməmişdən əvvəl və ya sonra yadda saxlayıb saxlamamağımız haqqında heç nə demədi. Sonra bizimlə xudahafizləşdi. Biz ustadın evindən çıxıb getdik. Sabah vədələşdiyimiz vaxtda yenidən Aşıq Ələsgərin evinə gəldik. Bizimlə bir neçə dəqiqə söhbət etdikdən sonra təsadüfən yadına düşmüş kimi dünən axşam yalnız bircə dəfə dediyi şeiri xatırladı və soruşdu:

 – O şeir hansınızın yadında qalıbdı?

Ustada şəyird olmaq istəyən o cavan oğlan şeiri yadında saxlaya bilmədiyini söylədi. Mən isə həmin şeiri ustad söylədiyi an yaddaşa yazdığımdan əzbər söylədim.

Bizi dinləyən Aşıq Ələsgər o cavan oğlanı xətrinə dəyməyəcək həlim bir formada evlərinə yola saldı, məni isə şəyirdliyə qəbul etdi. Həmin vaxtdan daimi olaraq Aşıq Ələsgər sənətdə olduğu müddətdə ondan ayrılmadım, onunla birlikdə yüngül, ağır məclislərdə oldum, el şənliklərində iştirak etdim.

 (ardı var)

 

 SALMAN QARALAR

 Şair, tədqiqatçı


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər