Ümumiyyətlə Qərbi Azərbaycan torpaqlarında həyata keçirilən deportasiya siyasəti 3 (üç) əsas mərhələyə bölünmüşdür. 1905-1918, 1948-1953 və 1987-1991-ci illəri əhatə edən deportasiyalar nəticəsində minlərlə həmyerlimiz öldürülmüş və öz yurdlarından didərgin salınmışlar. XIX əsrin axırlarına olan statistikaya görə Dərələyəz mahalı 154 kəndə sahib olmuşdur ki, bunlardan 45 kənd 1905-1907-ci illərdə tamamilə məhv edilmişdir.
İkinci Dünya Müharibəsindən (1939-1945-ci illər) Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qalib çıxmasından istifadə edən ermənilər özlərinin şovinist siyasətlərini davam etdirmişlər. 1945-ci ilin aprel ayının 19-da Eçmiədzin kilsəsinin arxiyepiskopu Gevorq Çörəkçiyanın SSRİ-nin rəhbəri İosif Stalinlə görüşündən sonra 100 min erməninin Qərbi Azərbaycan torpaqlarına immiqrasiyası və azərbaycanlıların deportasiyası haqqında qərar qəbul edilmişdir. SSRİ hökuməti bu köçürməni Mingəçevir su anbarının inşasından sonra həmin ərazilərdə pambıq yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac yaranması ilə əlaqələndirməyə çalışmışdır. 15 may 1945-ci ildə Ermənistan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqory Arutinov məktubla İ.Stalindən xaricdə yaşayan ermənilərin geri qaytarılması haqqında qərar qəbul etməsini xahiş etmişdir. Oktyabr ayının 27-də Q.Arutinov İ.Stalinlə görüşü zamanı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana ilhaq edilməsini xahiş etmişdir. Sözügedən şəxsin istəyi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) birinci katibi Mir Cəfər Bağırova göndərilmişdir. M.C.Bağırov sözügedən məsələnin bir şərtlə yerinə yetirilməsinə razı olduğunu söyləmişdir. Belə ki, o, Şuşa istisna olmaqla, Ermənistan SSR-nin azərbaycanlılar yaşayan Əzizbəyov, Vedi və Qarabağlar rayonları Azərbaycana birləşdirildikdən sonra bunun mümkün olduğunu vurğulamışdır. Sözügedən şəxsin bu tələbindən sonra bu məsələ bağlanmış və əvəzində azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası məsələsi reallaşdırılmağa başlamışdır. SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il fərmanına əsasən xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanmışdır. Aparılan araşdırmalar göstərir ki, Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Ruminyadan 50 min 900 nəfər erməni immiqrasiya edilmişdir. Köçürmə siyasətinin davamı olaraq, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək, Ermənistanda yerləşdirilmişdir. Statistik nəticələrə görə, 1946-1949-cu illər aralığında xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda və əsasən, şəhər ətrafındakı Nor-Areş, Zeytun, Nor Kilikiya massivlərində məskunlaşmışdır. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edilmişdir.
Bəhs olunan qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə sözdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüləcəkdir . Qərarın 1-ci bəndinə əsasən 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulmuşdur. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsinə icazənin verilməsi bu qərarın 11-ci maddəsində nəzərdə tutulmuşdur. 100 min azərbaycanlının köçürülməsi məqsədinə çata bilməyən SSRİ hökuməti 1951-1955-ci illərdə daha 15 min azərbaycanlını köçürmək haqqında qərar qəbul etmişdir. 1948-1953-cü illərdə gerçəkləşdirilən bu deportasiya çeçenlərin, inquşların, balkarların, qaraçayların və digər xalqların Qazaxıstana və Mərkəzi Asiyaya deportasiyası ilə eyni səviyyəyə malik olmuşdur. 1953-cü ildə İ.Stalinin ölüməsi, xaricdə yaşayan ermənilərin Ermənistana köçməkdən imtina etməsi bu prosesi zəiflətmişdir. Sözügedən deportasiyaya ilk dəfə hüquqi qiymət 18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Ümummilli liderin imzaladığı fərmana əsasən, azərbaycanlılara qarşı törədilmiş cinayətləri tədqiq etmək, bu tarixi cinayətə hüquqi qiymət vermək və eyni zamanda, deportasiyanı dünya arenasına çatdırmaq üçün komissiya yaradılmışdır.
Qafqaz regionu üzrə ekspert
Əhmədov Həsən Eldəniz oğlu
Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!