ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

18:22 / 10.02.2020
Baxılıb: 5344

Böyük Vətən müharibəsi illərindən, İ.V.Stalin barədə,dillərdə belə rəvayət qalmışdı:
İ.V.Stalin, əsir düşən, sıravi əsgər olan oğlunu (məhz sıravi əsgər olduğuna görə) faşist generalı ilə dəyişməyə razılıq verməyib.
Həmin illərin mənəvi durumu nöqteyi nəzərincə, İ.V. Stalinin bu qərarı, yüksək dəyərlərdən sayılırdı.Sonrakı illərdə isə, müxtəlif məqsədlə araşdırmaq, müxtəlif mövqelərdən nəzər salmaqla, bu hərəkəti onun mənfi cəhəti kimi qeyd edənlər də oldu.
Gərgin müharibə illərindəki dəyərləndirmə əsasında, general ilə sıravi əsgər arasında qoyulan fərqi nəzərə çatdırmaqdır məqsədim.

Aristotel düşüncəsində insana verilən dəyər fəlsəfi dərinlikli olub, adi düşüncənin görə biləcəyi uyğunsuzluqlardan qat-qat dərindədir.

ARİSTOTELƏ görə:

1. “Qeyd etmək lazımdır ki, insan Aristotel üçün hər şeydən öncə kişi cinsinin nümayəndəsidir.“

Bu dəyərvermə, böyük-kiçik, sözükeçən, nöqteyi nəzərincə saxlanması vacib olan dəyərlərdəndir. Məhz bu dəyərlərin dərk edilərək saxlanıldığı mühitdə, qadın da öz dəyərini itirmir. Kişi öz „kişi kimi“ dəyərini saxlaya bildiyi mühitdə, qadın öndə gedən qüvvələrdən birinə çevrilir, düşünürəm.

ARİSTOTELƏ görə:

2. „Biz tezliklə görəcəyik ki, Aristotelə görə, qadınlar əsasən ailə və onun lokal ətrafı ilə bağlıdır. Burada onlar öz qabiliyyətlərini ən yaxşı bir qaydada reallaşdıra bilərlər.“

Həqiqətən qadının bir nömrəli vəzifəsi keyfiyyətli tərbiyə aşılamaqdırsa, cəmiyyət və təlabatdan bixəbər qadın, keyfiyyətli tərbiyə anlayışını öz təsəvvüründə yarada biləcəkmi?
Digər tərəfdən baxdıqda isə, „boynundakı yük“ artdıqca, qadının görəcəyi işin keyfiyyəti aşağı düşəcək deməkdir.
Cəmiyyətin şüurən lazımi istiqamətə dönə bilməməsi, Aristotel səhv düşünür demək deyil. Biz hələ „elm oxuyun“ nəsihəti dinləməklə, bizim üçün nəzərdə tutulan bilgi mərtəbəsinə gəlib çata bilmirik. O bilgi mərtəbəsi ki, insanın hansı qayda ilə tərbiyəsindən, sağlam fikirli cəmiyyət üzvü yarada biləcəyini təyin edəcək,qadın yetişdirsin.

ARİSTOTELƏ görə:

3. Bundan da daha çox deyilsə, „o, (Aristotel) həqiqətən, azad və müstəqil insanla (insanla – bu sözün daha yaxşı mənasında) təbiətən kölə olan insan arasında fərqi diqqətə çatdırır.“

Bu fərq mövcuddur,danılmazdır. Fərqli olan birinin, Aristotel tərəfindən, yararlı olmayacaq biri kimi inkar edilməsi (dəyərsiz sayılması ) demək deyil.
İnsanın elm oxumaqla azad və müstəqil ruha yiyələnməsi, həyatın başlanğıc məqsədidir.
İnsanlıq deyilən, böyük bədəndirsə; müxtəlif əqli mərtəbələrdəki insanlar ,bu bədənin yaşamı üçün zəruri üzvləridir.

ARİSTOTELƏ görə:

4. „Qullar polisdə kölə vəziyyətində yaşayırlar, ağır fiziki əməklə məşğul olmaq məcburiyyətindədirlər. Aristotel üçün belə bir həyat kişi cinsinin nümayəndəsi olan azad yunanların polisdə yaşadıqları həyata nisbətən daha az dəyərlidir. „
…Lakin onlarsız da, həyat yaşanılmazdır, düşnürəm.

Bu fikirlər, insanlar arasındakı fərqi nəzərə almağın vaciblik olduğunu nəzərimizə çatdırmayıb, bu fərqin mövcudluq olduğu mənasında deyilir, düşünürəm. Bu fərq mövcuddur, lakin insanın bu fərq əsasında dəyərləndirilməsi ancaq müstəsna hallarda yol veriləndir. Bir növ İ.V.Stalinin general və sıravi əsgərə fərq qoyması kimi.

İnsanların aşağı və yuxarı əqli təbəqələrdə yerləşməsi vaciblik olaraq, kainatın canlı hissəsinə məxsus dəyişməzlik, kimi dəyərləndirilməlidir.

ARİSTOTELƏ görə:

5. „Aristotel güman edirdi ki, kölə vəziyyətinə düşən insanlar təbiətən kölə olanlardır. Qulun kölə vəziyyətində olma təyinatı ilə onun şəxsi keyfiyyətləri arasında uyğunluq mövcuddur. Bu nöqteyi-nəzərdən kölə azad yunan kişilərindən aşağıdır. Beləliklə, Aristotel qulları, həm də qadınları azad yunan kişilərindən aşağıda təsvir edir. Onların hər ikisi ictimai həyatda və şəhər meydanında (agora) deyil, ev təsərrüfatında (oikos) olduqları zaman öz yerlərindədir. Qadınlar və kölələr öz təbiətləri, şəxsi keyfiyyətləri etibarı ilə şəhər-dövlətin ictimai həyatında iştirak edən azad kişilərə nisbətən çox aşağı səviyyədədirlər. Buna görə də insan öz təbiətini polisdə reallaşdırır deyərkən yadda saxlamaq lazımdır ki, bu, Aristotelə görə, qadınlara və kölələrə aid deyildir”.
Dəqiq anlaya bilmərəm ki, Aristotel nə məqsədlə belə deyib. Çünki dildən-dilə sözlərlə keçən fikir, əsil mənasından uzaq düşə bilir. Bir də, zamanın fəlsəfəsi zamanın tələbinə uyğun yaranır, lakin haqqa əsaslanmırsa, dəyərsizləşir və ömrü gödək olur.
Onu bilirəm ki…
Bu dünyada yaşayan insanların bir qismi Allaha arxalananlardır (əsil mənada nəzərdə tutulur), onlar enerji verərək enerji alar; bir qismi özünə güvənənlərdir ki, əslində güvən mənbəyi özləri yox, yükünü çiyninə qoyduqları (qoymaqla, həm də bir qism adamların, adətən özündən aşağı saydıqları) adamlardır.

Zeynəb Əbil

Goyce.az


Etiket:
Xəbərlər

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub

27.11.2026

Məlahət İbrahimqızı: Məktəblilər Qərbi Azərbaycanın tarixi irsinə böyük maraq göstərirlər

27.11.2026

İnsanmı az idi Yer kürəsində?!

26.11.2026

Almaniyada çalışan azərbaycanlı həkim-cərrah və alim

23.11.2026

Tanımadığımız tanınmışlar - iki qardaş

23.11.2026

Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları

21.11.2026

Bilsə, bircə atam bilir...

21.11.2026

Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub

19.11.2026

Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

18.11.2026

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026
Bütün xəbərlər