Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

12:37 / 18.02.2020
Baxılıb: 2956

Goyce.az saytı hərb tariximizin araşdırıcısı Şəmistan Nəzirlinin General-mayor Həbib bəy Səlimov haqqında olan araşdırmasını oxuculara təqdim edir:

Vətən uğrunda ölüm həyatın davamıdır.

Cambul Cabayev (1846-1945) Klassik Qazax şairi

70 ildən çox adı və şöhrəti bağlı qapı arxasında qalan generallarımızdan biri də Həbib bəy Səlimov olmuşdur. 1918-ci ildə Milli Ordu yarananda polkovnik Həbib bəy Baş Qərargah və Dəftərxana rəisi olmuşdur. O, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə 30 nömrəli əmri ilə general-mayor rütbəsi ilə təltif olunmuşdur, 1920-ci ilin martında isə “Əsgəran müharibəsi”nin qəhrəmanı kimi ad-san qazanmışdır.

1918-1920-ci illərdə Milli Azərbaycan Ordusunun yaranmasında əvəzsiz xidmətləri olan general Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda anadan olmuşdur. Gələcək generalın atası Hacı Yusif İrəvan quberniyasında məhkəmə iclasçısı vəzivəsində işləmişdir. Birsinifli İrəvan Seminariyasını bitirən Həbib bəy İrəvan gimnaziyasına qəbul olunmuş və gimnaziyanı birinci dərəcəylə qurtarmışır. 1900-cü il avqustun 12-də orduya könüllü gedən Həbib bəy 156-cı Yelizavetpol süvari alyında 1 il 2 ay xidmət etmiş, unter zabit rütbəsi almışdır.

Həbib bəy Tiflisdəki süvari məktəbini 1902-ci il sentyabrın 1-də əla qiymətlərlə bitirmişdir. Üçüncü Qafqaz atıcı batalyonunda xidmət edən Həbib bəy 1907-ci il avqustun 6-da üçüncü rotanın komandiri təyin edilmiş, həmin il sentyabrın 22-də “Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsi ilə təltif olunmuşdur. Sülh dövründə gənc zabitin belə bir yüksək ordenlə təltif olunması nadir hadisə idi.

Həbib bəy 1906-cı il iyulun 16-dan dekabrın 4-dək Şuşada ezamiyyətdə olarkən atıcı batalyonu ilə əhalini daşnaklardan qorumuşdur. Sonrakı illərdə (1908 – 1910) beşinci Qafqaz atıcı batalyonunun sıralarında Culfa sərhədlərində və İrandakı Qəzvin hərbi dəstəsində xidmət edən Həbib bəy Tehranda “Kəşfiyyatın məxfi tapşırığı” ilə fəaliyyət göstərmişdir. 1912-ci il avqustun 9-da Həbib bəy Səlimova ştabs-kapitan rütbəsi verilmişdir. Həbib bəy Hacı Yusif oğlu Səlimov 1918-ci il martın 4-də Petroqrada Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirmişdir. Həbib bəy Səlimov 1918 – 1920-ci illərdə milli ordumuzda xidmət edən, milliyətcə Litva tatarı olan general-leytenant Məmməd bəy Sulkeviçdən sonra ikinci general idi ki, ali hərbi təhsil almışdır. AXC Hərbi Nazirliyi Baş Qərargahının rəisi kimi mühüm vəzifəyə təyin olunan Həbib bəy nə kabinet, nə də məiyyət generalı olmuşdur. Milli ordumuzun il yarımlıq fəaliyyətində daim ön cəbhədə olmuş, Azərbaycanın müstəqilliyinə təcavüz etmək istəyən silahlı düşməni məhv etmişdir.

Həbib bəy Səlimovun milli Azərbaycan Ordusunun formalaşmasında tarixi xidmətləri vardır. Hələ 1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi təcrübəsinə və biliyinə görə polkovnik Həbib bəy Səlimov bu korpusun qərargah rəisi təyin edilmişdi.

Gəncə-Bakı dəmiryolu xətti ilə irəliləyən cənub qrupunun komandanı kimi H.Səlimovun göstərdiyi təşkilatçılıq qabiliyyəti və igidliyi Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirildi və elə bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərin gedişində ona polkovnik rütbəsi verildi.

1918-ci il avqustun 1-də təxribatçı polkovnik P.İlyuşenko Lənkəranda qondarma “Muğan Respublikası”nı elan etmişdi. 1919-cu il iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən molokan və rus-erməni silahlı qüvvələri onun gücü ilə darmadağın edildi. Düşməndən qənimət götürdüyü bir təyyarəni, 24 topu və 60 pulemyotu general Azərbaycan ordusunun istifadəsinə verdi. Muğan və Lənkəranı yenidən Azərbaycana birləşdirən Həbib bəy qısa müddətə bu bölgəyə vali təyin edildi.

O zaman Azərbaycanda olmuş türk podpolkovniki Rüştü bəy “Böyük hərbdə Bakı yollarında” (“Əsgəri məcmuə”, 1934-cü il № 93) jurnalında Həbib bəyi igid bir sərkərdə kimi xatırlayır. O yazır ki, cəsur və döyüş taktikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitlərinin layiqincə qiymətləndirdikləri polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir. Döyüşlərdə cəbhə iki yerə ayrılırdı: şimal və cənub qruplarına. Cənub qrupunun komandanı polkovnik Həbib bəy Səlimov idi.
Cəsur general Həbib bəy Səlimovun müxtəlif arxivlərdən vətənpərvər ruhda yazılmış bir neçə məktub və teleqramını əldə edə bilmişik. Bu məktub və teleqramları Həbib bəy Qarabağ Ərazi Qoşunlarının komandanı olarkən odlu döyüşlər gedən Xankəndindən, Laçından, Şuşa və Ağdamdan göndərmişdir. Bunlar Həbib bəy Səlimovun döyüş yolunu qismən də olsa öyrənməyə imkan verir.

Həbib bəy Səlimovun Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğundakı xidmətləri geniş yazıların mövzusudur. Generalın Qarabağda erməni- daşnak qiyamını məharətlə yatırtması milli hərb tariximizin öyünclü və unudulmaz səhifələrindən biridir.

1920- ci il martın 22- də - Novruz bayramı axşamı qaniçən daşnaklar Qarabağın aranından yaylağına gedən baş yolu Əsgəranda kəsdilər. Onlar bu keçidi kəsməklə Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq istəyirdilər. Top və pulemyotlarla silahlanan qiyamçılara İrəvandan gələn daşnak generalı Dro Kanayan komandanlıq edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə Nazirliyi Qarabağı düşməndən xilas etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmri ilə Əsgəran cəbhəsinə güclü qüvvə ayrıldı. Martın 23- də Azərbaycan ordusunun əsas hissəsi-20 minə yaxın əsgər və zabiti bu cəbhəyə göndərildi. O cümlədən, Üçüncü Gəncə, Beşinci Bakı, Birinci Cavanşir, Dördüncü Quba, Səkkizinci Ağdam alayları general Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola düşdü.

Aprelin 3-də başlayan ölüm-dirim savaşı 12 gün davam etdi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına, Xankəndinə daxil oldular. Yenilməz fədakarlıqla döyüşən əsgərlərimiz daşnak ordusunu darmadağın etdilər. 4 min nəfərlik erməni süvari dəstəsinin başçısı general Dəli Qazar döyüşlərdə öldürüldü. Əsgəranın böyür- başında gizlənən general Dro Kanayanın piyada alayları isə xəndəklərdən çıxıb qaçmağa başladılar.

Qarabağ dağlarında yenidən Azərbaycan bayrağı dalğalandı. Bu vaxt cəbhəyə gələn hərbi nazir Səməd bəy Mehmandarov xain düşmən üzərində çalınan qələbəyə görə əsgərlərimizi təbrik edərək demişdi: “Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət, sizin qədər qəhrəman əsgərlərə az- az təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə etdiniz”.

Hərbi tədqiqatçı, tarix elmləri doktoru Mehman Süleymanov 1998-ci ildə Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən general eloğlumuz Həbib bəy haqqında dəyərli məlumatlar əldə etmişdir. Həmin faktlar əyani surətdə göstərir ki, general Həbib bəy Səlimov daim ön cəbhədə olmuş və Azərbaycanı bolşevik-daşnak hərbi qüvvələrindən xilas etmək üçün mərdliklə vuruşmuşdur.

Təəssüf ki, bu şöhrətin ömrü uzun çəkməmişdir. Həmin 1920-ci ilin aprelində ölkəmizə basqın edən bolşevik-daşnak qüvvələri mərd və yenilməz general Həbib bəy Səlimovu məhv etmək üçün minbir fəndgirliyə əl atmışdılar. Bütövlükdə, bolşevik-daşnak ordu birləşmələri vətənpərvər oğullarımızı qan içində boğmuşdular. Azərbaycan Milli Ordusunun 1200-dən çox əsgər və zabiti Arazı keçərək otaylı qardaşlarımıza pənah aparmışdı. Təqib olunan minlərlə ziyalımız Türkiyə, Fransa və Almaniyaya mühacirətə getmişdir.
Bolşevik-daşnak təqibinin əzabkeşlərindən biri – zabit Ələsgər Ələsgərov- Kəngərlinski şahidlik edirdi: “Şəxsən özümün yoxladığım siyahıya görə, bolşeviklərin Azərbaycandakı ağalığı dövründə ancaq hərbi rütbəlilərdən məhv edilənlər: generallar – 12, polkovnik və podpolkovniklər – 27, kapitan və ştabs-kapitanlar-poruçik və podporuçiklər – 46, praporşik və podpraporşik – 148, qalan 266 (hamısı müsəlmanlar). 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda qırmızı terrordan 48 min adam öldürülmüşdü ki, bunun da çox hissəsi ziyalıların payına düşürdü”.

Arxiv sənədlərindən öyrənirik ki, may ayında Həbib bəy Səlimov Naxçıvana hərbi komissar təyin olunur. 1920-ci il iyulun 19-da Naxçıvan şəhər general-qubernatorunun 3402 saylı möhürlü rəsmi sənədi ilə Təbriz şəhərinə ticarət məsələləri ilə məşğul olmaq üçün 14 günlüyə ezam olunur. Avqustun 26-da Naxçıvan İnqilab Komitəsinin sədri XI ordunun xüsusi şöbə rəisi, cəllad Semyon Pankrotova yazılı məlumat verir ki, Həbib bəy Səlimov iyunun 30-da qayıtdı. Qızıl ordunun ehtiyacı olduğu ticarət məhsullarından kifayət qədər gətirə bilmişdir.

Sentyabrın 1-də həbs olunan general Həbib bəy Səlimov üçün 2017 saylı həbs vərəqəsi yazılır. Adamı sarsıdan odur ki, Qubin soyadlı rusdan başqa, yalançı ittihamların əksər müəllifləri öz dindaşlarımızdır. Onlar deyirlər ki, 1918-ci ildə türk generalı Nuru Paşa Azərbaycana gələndə Həbib bəy Səlimov onun ordusunda bolşeviklərə qarşı döyüşlər aparmışdır. Qəribə burasıdır ki, bolşeviklərə quyruq bulayıb Həbib bəy Səlimov haqqında iftira, yalançı ittihamlar verən dindaşımız rotmistrin özü də türklərlə birgə döyüşlərdə iştirak etmişdi. Arxiv sənədələrindən öyrəndim ki, 1926-cı ildə bolşevik ÇK-sı bu satqının özünü də Solovetsk adalarına ömürlük sürgünə göndərib.

General Həbib bəy Səlimova qarşı yönəlmiş ittihamlarda yazılır ki, Tiflisdə və Bakıda təşkilat fəaliyyət göstərir. Onlar üsyana hazırlaşırlar. Tiflis və Batumda əksinqilabçılara general Vrangel, general Səlimov vasitəsilə silah göndərir. Bakı quberniyasının Cavad qəzası İranın Şahsevən quldurlarının köməyi ilə üsyana hazırlaşır, köməyi general Səlimovdan alırdı. Sonrakı ittihamlardan məlum olur ki, niyə məhz general Səlimovu, Naxçıvan hərbi komissarını onun vəzifəsinə, sənətinə heç bir dəxli olmayan ticarət malı gətirməyə İrana göndərmişlər. Bunların hamısı mərd general Həbib bəy Səlimovu şərləyib həbs etmək üçün hazırlıq idi.

Üç ay yarım həbsxanada üzünə oxunan yalançı ittihamları və üzləşmələri yazılı şəkildə rədd edən milli ordu generalı Həbib bəy Səlimovu güllələmək üçün “İran məsələsi”, 1919-cu ildə Lənkəran yürüşündə yerli Muğan əhalisini, guya, soyub-talaması, ağqvardiyaçı praporşik Dubininlə, Nuru Paşa və Zeynalovla əlaqəsi, AXC vaxtı sovet hökumətinə nifrəti, sovet vaxtı Naxçıvanda xan və bəylərlə oturub-durması bolşeviklərin əlində daha “əsaslı” faktlar olub.

Həmin vaxtlarda Naxçıvandan Azərbaycan Kommunist Partiyasına Az. ÇK-nın mühüm şöbə katibinin tarixsiz və imzasız danos-məktubu general-mayor Həbib bəy Səlimovun cavan ömrünə son qoymaq üçün canfəşanlıqla təşkil olunurdu. Danos-məktubda oxuyuruq: “Əksinqilabçı general Həbib bəy Səlimov Naxçıvan əhalisi arasında şayiələr yayır, xan və bəylərlə sovet hökumətinin əleyhinə işləyir. O, ilk dəfə Naxçıvana gələndə inqilabçı Türk hökumətinə məktub göndərib ki, yerli Azərbaycan əhalisi Qırmızı ordu tərəfindən əzilib qul halına salınır.

Bu məktub barədə general H.Səlimovun özü bizimlə birgə işləyən ermənilərlə söhbətində açıq deyib. O, İranda olanda da burdan qaçıb getmiş, xan və bəylərlə oturub-dururmuş. Bu gün onun əhval-ruhiyyəsi yerli əhalinin və komandiri olduğu əsgərlərin daşnaklara qarşı döyüş ruhunu məhv edir. Onun belə yaramaz hərəkətlərinə dözmək mümkün deyil. Xahiş edirik, fövqəladə halda onu buradan Bakıya göndərəsiniz. Az. ÇK-nın mühüm şöbə katibi”.

General Həbib bəy Səlimova məxsus 1920-ci il 19 dekabr tarixli “İstintaq işi”nin doxsan doqquzuncu səhifəsindən “Üçlü”yün çıxarışı:

“Əksinqilabi fəaliyyətdə günahlandırılan sabiq general-mayor Həbib bəy Yusif oğlu Səlimovun 1241 saylı işinə baxıldı. Onun günahları aşağıdakılardan ibarətdir.

1. Sovet hökumətinə qarşı əksinqilabi mübarizəsi. Müsavat ordusunun döyüş hazırlığında saxlaması və rəhbərliyi.

2. Gəncə üsyanı zamanı Sovet Azərbaycanından qaçmaqda və İrandan gəlmiş qiyamçı dəstələrin Muğanda Qızıl orduya qarşı döyüşlərə rəhbərlikdə.

3. 1919-cu ildə Muğanda inqilabçı kəndliləri tərk-silah etməkdə və qarətdə günahlandırılır.

Səlimova qarşı yürüdülən ittihamlar və bir sıra başqa cinayətlər istintaq zamanı təsdiq olunmuşdur.

Qərara alındı: Sovet hökumətinə qarşı çıxan Həbib bəy Yusif oğlu Səlimov güllələnsin. Ondan alınan əmlak müsadirə olunsun və respublikanın gəlirinə keçirilsin. Cinayət işi və aktlar arxivə təhvil verilsin.

Əslini imzaladı: XI Ordunun xüsusi şöbə rəisi Semyon Pankratov və böyük müstəntiq Qubin”.

Naxçıvan Mərkəzi Dövlət Arxivində saxlanan 82 nömrəli protokol da cəsur general haqqında ağ yalanla doludur. 1920-ci il avqustun iyirmi ikisində Naxçıvan “Komyaçeykası”nın iclasında hərbi komissar Starovun sədrliyi və Fyodorovun katibliyi ilə 7 nəfər boşevik müsavat generalı Həbib bəy Səlimovun fəaliyyəti barədə işə baxıblar. Lakin cəmi 3 nəfər – “Troyka” dindirilmişdir.

Bütün bu yalançı ittihamlardan sonra bolşeviklər general Həbib bəy Səlimovu 1920-ci il dekabrın 30-da, saat 10.30 dəqiqədə güllələdilər. İstintaq işində Həbib bəyə yürüdülən ittihamlardan biri də onun əmlakının müsadirə olunmasıdır. Bəs nəyi vardı Həbib bəy Səlimovun? Sənədlərdə göstərilir ki, subaydır, 39 yaşı var. Qardaşı ilə birgə yaşayır, iki desyatin torpağı və üç desyatin dədə-baba bağ sahəsi. Vəssalam.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin cəsur sərkərdəsi də yerli xəyanətin və qanlı bolşevik işğalının qurbanı oldu.(karabakhmedia.az)

Goyce.az


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər