Həftə fəryadı - yaman ad qazanıb ölənlərə diqqət...

15:56 / 05.04.2020
Baxılıb: 2714

Yaman ad qazanıb “ölənlər” adsız ölənlərdən nəflidirlər!

Mən bilirəm çox adam mənim bu sözlərimə qol qoymayacaqdır. Lakin nə etmək? Hamı bir fikirdə, hamı bir təsəvvürdə olmaz...

Bir neçə adam mənim sözlərimə qol qoymayacaqdır, deyə mən fikrimi gizlədimmi? Gizlətməyəcəyəm, qoy hər kəs nə fikirdə olur-olsun. Lakin mən yenə deyirəm: “yaman ad qazanıb ölənlər adsız ölənlərdən nəflidirlər”. Buyurunuz, əfəndim: mənim çox “dostlarım” var. Onların dolanacağına diqqət edib mənim kimi “şair” bunların əhvalını nəzmə çəksə, bir “dadsız-duzsuz” hekayə çıxar... Heç bir nəf görünməz, siz deyə bilərsiniz ki, mənim şeirdə əlim yoxdur, ona görə də yazdığım da “dadsız-duzsuz” olur. Nəf görünməyir...

Əvət, əfəndim! “Şeirdə mənim əlim yoxdur” sözlərinin altında mən özüm iki əllərimlə qol qoyaram...

Şeir yazmaq asan deyil. Ya gərək yatanda sənə “vergi” verilə, yəni vaqeədə deyələr: sən sabahdan şairsən, başla şeir yazmağa. Sən də şeir yazasan ... yainki xeyr, gərək neçə illərlə dərs oxuyasan, dillərə aşina olasan. Məsələn, istəyirsən ki, rus şairi olasan, gərəkdir rus dilindən başqa qeyri, firəng, nemsə, ingilis, yapon ... dillərində oxumalısan.... Ya xeyr, türk şairi olmaq istəyirsiniz, gərək fars, ərəb, “türk” dillərinə aşina olasınız. “Türk” dili isə bir neçə hissəyə bölünür: məsələn, “nuni-sağırlı” türk dili və “nuni-sağırsız” türk dili. “Nuni-sağırsız” türk dili yenə bir neçə yerə bölünür. Məsələn: “türki-Çəmbərəkəndi”, “türki-İçərişəhəri”. Hələ yenə var!..

Xülasə, bu bir böyük elmdir. Buna azından 7-8 il lazımdır türk “dillərini” oxuyasınız, sonra başlayasınız şeir deməyə, ya yazmağa.... Böyük zəhmətdir. Mən cavan vaxtında bu elmi oxumadım. İndi qoca vaxtındamı oxuyacağam? Nə lüzumu var? Gərək elə şeir iləmi fikrimizi söyləyək?

Xeyr, əfəndim! Biz “söz düzməyi” öyrənməmişik, öz fikrimizi “dadsız-duzsuz” hekayə ilə söyləyəcəyiz. Ondan savayı, “dostlarımın” barəsində yazdığım əhvalatı heç bir şair nəzmə çəkə bilməz, çünki həqiqi əhvalat özü çox “dadsız-duzsuz” əhvalatdır. Məsələn, səhər yerindən durub üzünü yuyur, çay içib işə gedir, saat on ikidə, ya birdə “piti”, ya “çölmək”, ya “xəmiraşı”, ya “düşbərə” yeyib üstündən qəlyan xoruldadır, bir az yatıb rahat olur, sonra yenə durub çalışır, çabalayır, axşam dükanını, ya mağazasını, ya kantorunu bağlayıb evə gedir. Şam yeyib yenə də qəlyan xoruldadır, sonra başını balışa atıb özü də xoruldayır ... xoruldayır... Səhər yenə də durur ... bu gün dünənki kimi, dünən bugünkü kimi ... hər gün bir “fikir ilə”, bir “qayda-qanunla” güzəranını keçirir...

Bu tövr həftələr keçir, aylar, illər keçir.

Belə bir cənabdan nə zərər! Axırda dostumuz “təşrif” aparır. Buyurunuz, belə bir vücudun yoldaşa, ya bir qeyri adama, ya millətə və ya vətəninə nə xeyri?

Gəldi, baxdı, dolandı, getdi... Belə vücudun “adı da” özü ilə bərabər quylanır; zəngin isə qırx gün “adı” çəkilir; kasıb isə özü “təşrif” aparan gün “adı” da “təşrif” aparır... Bir əsər-əlamət qalmır. Öz yavuq adamlarından başqa bunun ölməyi heç kimə təsir etməyir. Heç kimin ürəyini atəşləndirmir, heç kimin ürəyinə soyuq “kompres” qoymur... Dostumuz, məsələn, çox tamahkar olsaydı, dükanı, ya mağazasını cümə günləri açsaydı, özünə tabe olanlara tövrbətövr əziyyətlər versəydi, yainki xeyr, kantorda prikaşikləri səhər saat 6-dan axşam saat 9-dək işlətsəydi, məvaciblərini əksiltsəydi, nəinki həftədə bir gün, bəlkə ildə üç gün də bayram etməyə rüxsət verməsəydi, ya xeyr, “xoş rəftarı” ilə, “üç mərtəbə söyüşü” ilə məşhur olsaydı - yəqin ki, böylə bir şəxs – “xozeyin” öləndən sonra ona tabe olanlar, ya sağlığında onunla əlaqəsi olanlar öləndən sonra deyərdilər: “Ah, yaxşı oldu ki, öldü, canımız qurtardı. Bir az “rahat” olarıq”... Heç olmasa bir neçə yad adamı təşrif aparmağı ilə sevindirir....

Qırx gün yox ki, bəlkə illərlə adı məclislərdə deyilir...

Çünki buna oxşayan bir adamın barəsində söhbət edəndə həmin dostumuzu yada salıb deyəcəklər: filankəsdə belə sifətlər var idi. Hələ bundan da artıq onu tanıyan, bilən başlayacaq həmin filankəsin “yaxşı” işlərindən, “gözəl” hərəkətlərindən məclisdə nəql etməyə...

Böylə adamların isimləri baqi qalmağına şübhə yoxdur...

Buyurunuz Borçalıya, Qazağa, Şamaxı, Quba uyezdlərinə, indiyədək məclislərdə “Halay bəyin”, “Kərəmin”, “Məşədi Məcidin” adları dillərdə zikr olunur. Vaxtında bunların barəsində qəzetələrdə məqalələr yazırdılar, Peterburqdan teleqramlar göndərilir idi.

Nedoqrat, Kruşevin, Qrinqmut cənablarının “adları”, yəhudilərin arasında məşhur olan Alekseyevin, Kuropatkinin “adları” rus kəndlilərinin məclislərində söylənir, söylənəcəkdir. Bu hələ həyatlarında, amma öləndən sonra “isimləri” tarixlərdə yazılacaqdır, milyonlarca adamlar oxuyacaqlar, düşünəcəklər, anlayacaqlar... 19 qərinə bundan müqəddəm olan zalım padşah Neronu hansı tarix oxuyan unudar? Xalqa etdiyi zülmləri hansı oxucu bilmir?

Yəqin ki, bu ali cənablar da bizim dostumuz kimi günlərini qəlyan xoruldada-xoruldada keçirtsəydilər, “ismi-şəriflər”i nə məclislərdə söylənərdi, nə də tarixlərdə yazılardı. Yəqin ki, Tripov “patronlara heyfiniz gəlməsin” sözlərini deməsəydi, həyatında ismi bu “şərafətlə”, öləndən sonra daha artacaq “şöhrətlə” söylənməzdi və söylənməyəcək idi.

Xeyr, əfəndim! “Nə o yanlıq və nə bu yanlıq” ilə dolanacaq etməkdən nə hasil, nə səmərə? Əlinizdən gəlməyir laməhalə, “yamanlıq edib ölmək, yaxşılıq məsləhətdir”. Tainki qalanlara bir xeyir olsun...

“Gəldi, baxdı, dolandı, getdi!”. Hamı belə bir nəzərdə, belə bir xasiyyətdə olsaydı, məlumatımız çox az olardı.

Nerədən bilərdik ki, “neronlar”, “zöhhaklar” kəndi ixtiyarlarını göstərmək üçün insanın qanını su yerinə axıdıblar? Nerədən bilərdik ki, ayda əlli, ya yüz, ya min, ya on min manat alınan məvacibə insan dinini, imanını, vicdanını satar?

Nerədən bilərdik ki, “qüvvətsiz qüvvətlinin” yanında həmişə təqsirkar olar? Ya xeyr, “zəngin” yalan da söyləsə, “kasıb” bəli, bəli deyər? Nerədən bilərdik ki, fəhlələrin yaralı əllərilə milyonlar qazananlar haman fəhlələri heyvan dərəcəsində bilirlər? Nerədən bilərdik ki, doğru söz söyləyənlər, haqq yolunu arayanlar dar ağaclarına nəsib olarlar, qazamatlarda çürüyərlər, topun, tüfəngin güllələrinə nişanə qoyularlar? Nerədən daha bilərdik ki, yerin, göyün bir Allahından başqa, bir də bir qeyri “məbud” da olarmış?..

Ah, zavallı “dostlarımız”, yaxşılıq əlinizdən gəlmirdi, yamanlığa nə sözünüz? Siz dünyaya “gəldiniz, baxdınız, dolandınız, getdiniz”. Bəlkə qeyriləri bununla bəs, buna kifayət etməyirlər, “məlumat” arayırlar... Tək yaxşılığa, gözəl sifətlərə dair məlumat “məlumat”sız, əsərsiz olar, ləzzəti olmaz...

İnsan həmişə şirin şey yesə, haman şirinin ləzzətini bilməz, lakin bir acı dərmandan sonra şərbət içsə, dodaqlarını da dili ilə yalayacaqdır...

Hər işimiz belədir, əfəndim!

Ərəbistanın istisini hiss etməsəniz, Rusiyanın yelsiz, yanaq qızardan morozuna, sazağına qiymət qoymazsınız, aclığı görməyən adam toxluğun ləzzətini bilməz, azarlı olmayan adam saf bədənin qədrini anlamaz, zülm çəkməyən millət hürriyyət nə olmağını düşünməz. Açıq deməli: yaman, fəna işlər olmasaydı, yaxşı işlər də olmazdı, bu, təbiidir.

İnsanda bu qüvvə, yeni bir şeyi, ya bir hərəkəti bir qeyri şeydən, qeyri hərəkətdən seçmək böyük bir dərəcəyə çatıbdır. Hal-hazırda bir neçə üləma bu məsələni həll edib ki, əqil, nitq insanı heyvandan ayırır. Lakin bu qüvvə, yəni gördüyümüz, eşitdiyimiz, anladığımız şeylərə təfavüt qoymaq və sonra bir-birinə oxşayan şeyləri bir yerə toplayıb qeyri bir yerə toplanmış bir cinsdən olan şeylərdən ayırmaq, tərcih vermək qüvvəsi insanı heyvan dərəcəsindən xilas edir.

Həqiqət, belə bir qüvvə insanda artıq dərəcədə olmasaydı, o da heyvan kimi bir halətdə qalardı. Elmdə, fənndə, dolanacaqda, heç bir vaxt tərəqqi edə bilməzdik...

Əlbəttə, bu qüvvə hamıda bir dərəcədə olmur, birində az, birində çox olarkən artmağı işlətməyə, təcrübəyə bağlıdır.

Biləcəridən uzaq bir qeyri yerə getməmiş olsanız, qeyri gözəl şəhərlərdən - Lissabondan, Odessadan gələn şəxs sizə çox da dedi: Bakı çox üfunətli, zibilli, tozlu şəhərdir, küçələri dar, mostovoyu yaman, faytonçuları adamın üstünə baxıb minik qəbul edirlər. Şəhər “ataları” narzan, borjom, şampan içəndə, kasıblar qurdlu, mikroblu suya da həsrətdirlər... Zənginlər günlərini bağlarda, “daçalarda” axşamlar klublarda keçirəndə, kasıblar qorxularından küçəyə də çıxa bilmirlər... Hər dəfə çıxanda da gərək vəsiyyət edəsən. Bir də gördün, bir-birinə “zarafatca” güllə atdılar, gəldi sənin böyrünə dəydi... İndi bağda da oturmaq mümkün deyil. Bir də gördünüz bir “qalmağal” düşdü: kişilər qaçdılar, arvadlar “vay” deyib özlərindən getdilər, uşaqlarını götürüb qaçarkən bir-birinə toqqaşıb yerə dəydilər, vaveyla səsi ölkəni götürdü, ata oğulu, ana qızını, qız anasını tanımır, hərəsi öz canını qurtarmaq istəyir... Qorodovoylar isə qorxularından daha tək-tək gəzmirlər. Beşi, onu bir yerə cəm olub qaranlıq yerlərdə “madonnalar” gözləyirlər, ya onlar ilə söhbət edirlər...

Bəli, belə bir şəhərdən başqa qeyri şəhər görməyənə qeyri şəhərləri yüz tərif et, yenə deyəcək:

“Allah verib bizim Bakıya...”

Bəli, əfəndim! Allah artıqlığınca veribdir, fəqət nə hasil?

Cibə lazım olan qızıl yerdən çıxır, lakin insana lazım olan “qızıl”, insanı heyvandan ayıran “qüvvə” nerədədir?

Nə isə, bu qüvvə bizdə alçaq dərəcədədir. Yaxşı ilə yamana hələ təfavüt qoya bilmiriz, “Allah bizə veribdir” deyib arxayın oturmuşuq, nə şəhər, nə camaat, nə dövlət işləri bizi ayıltmır...

Deyə də bilmiriz ki, hamı burada olanlar yaxşı sifətlər göstərib o dünyaya köçürlər, ya xeyr, hamı yaman işlərdən sonra “təşrif” aparırlar, ya xeyr, “gəldi, baxdı, dolandı getdi” qanunu ilə dolanacaq edərkən, bu “puç” dünyadan əl götürürlər. Heç birini deyə bilmiriz. Yaxşı da var, yaman da, “dərviş” misallı olanlarımız da az deyil...

Bununla belə, heç birindən ibrət almaq xəyalımız yoxdur. Xüsusən yaman sifətlər ilə “ölənlərə” diqqət etmiriz. Bunlardır bizə tərbiyə verən, bizim gözümüzü açan, bunlardır bizi quyulardan, uçurumlardan saxlayan, bizə gələcəyi təlim edən və hal-hazırda səhvlərdən xilas edən...

Biz isə “neçə il” bir səhvdə olarkən sonradan gözümüz görə-görə, ağlımız “kəsə-kəsə” yenə səhv etdik...

Bağırtımız ölkəni götürübdür, lakin əlimiz nerəyə çatacaqdır?! Bundan sonra yaman ad qazanıb “ölənlərə” artıq diqqət olunsa, böyük mənfəətlərə sahib olarıq. Adsız ölənlərdən nə mənfəət!

(Felyeton “Həyat” qəzetinin 7 iyul 1906-cı il tarixli 148-ci nömrəsində “Nər” təxəllüsü ilə dərc olunmuşdur


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər