Dünya tarixində ən qorxulu virus xəstəlikləri – TOP 5

14:07 / 10.04.2020
Baxılıb: 3540

Dünya yeni epidemiya – Çində başlayaraq, hər gün yeni-yeni dövlətlərdə baş qaldıran, yüz minlərlə insanları yoluxduran koronavirusla üz-üzə dayanıb. Bu gün koronavirusa yoluxanların sayı sürətlə 1 milyon nəfərlik həddə yaxınlaşır, ölənlərin sayı isə artıq  40 min nəfəri ötüb. Bəs hazırkı koronavirusu bəşəriyyətin tarixinin son iki min ilində qarşılaşdığı digər epidemiyalarla müqayisə etmək olarmı?

“Yustinian taunu”

Bəşəriyyət vəba ilə ilk dəfə 527-ci ildə Bizansda qarşılaşıb. Virusun buraya Misir yaxud Həbəşistandan gəldiyi güman olunur. O zaman ölkədə hakimiyyətdə olan imperator I Yustinianın adı ilə adlandırılan xəstəliyin səbəbi bit-birə və gəmiricilərdən insana keçən taun çöpü idi. Tarixçilərin təxmini hesablamalarına görə, “Yustinian vəbası” 25 – 30 milyon nəfərədək insanın həyatına soy qoydu ki, bu da o zamankı Yer əhalisinin təxminən 13%-nə bərabər idi.

Bubon taunu yaxud “Qara ölüm”

Bəşəriyyət tarixində ən dəhşətli pandemiyanı sonralar “Qara ölüm” adını almış bubon taunu törədib. O, 1346 – 1353-cü illərdə davam edərək, Avropa əhalisinin az qala yarısını qırıb. Alimlərin hesablamalarına görə, Avropa qitəsində yaşayanların 30 faizdən 60 faizə qədəri bubon taunundan ölüb, ümumi itkilərin sayı isə 75–100 milyon nəfər civarında dəyişir. 
İnsanları yoluxduran birələrin özləri isə Mərkəzi Asiyadan Avropaya gələn ticarət gəmilərindəki qara siçovullardan keçmişdilər. Avropalılar taunu törətdikləri günahlara görə göylərin cəzası hesab edir buna görə də, başqa dinlərə etiqad edənləri – yəhudilər, qaraçılar və əcnəbiləri təqib edirdilər.

XIV əsrin sonlarına Avropanı tərk edən taun XIX əsrədək bir daha qitədə peyda olmamışdı, lakin qayıtdıqdan sonra belə xoşbəxtlikdən əvvəlki kimi dəhşətli faciələrə səbəb ola bilmədi. O zaman artıq xəstəliyin yayılmasına mane olan vaksin hazırlanmışdı. Xəstəliyi tam şəkildə ram edənlər isə sovet alimləri oldu. 1947-ci ildə Mançjuriyada taun zamanı onlar ilk dəfə hətta ölümcül xəstələri sağaldan streptomisini tətbiq etməyə başladılar.

İspan qripi”

H1N1 qripi 1918-ci ildə yayıldı və Barselonadan Keyptaunadək, Alyaskadan Sakit okeandakı adalaradək bütün dünyanı əhatə etdi: dünya əhalisinin təxminən 500 milyon nəfəri bu xəstəliyə yoluxdu, onlardan ən müxtəlif hesablamalara görə, 50-75 milyon nəfəri dünyasını dəyişdi. Xəstəlik “İspan qripi” adını məhz ilk dəfə İspaniyada yayılması ilə əlaqədar alıb. O zaman hətta bu ölkənin kralı VIII Alfonso da xəstəliyə yoluxmuşdu. H1N1-dən ölüm hallarının yüksək olması onunla əlaqədar idi ki, virusla mübarizə aparan insan immuniteti təkcə xəstə deyil, həm də sağlam toxumaları məhv edirdi. Bəzi ölkələrdə bütöv kəndlər virusdan ölür, meyitləri ekskavatorların qazdığı ümumi qəbirlərdə basdırırdılar.

“İspan qripində” ölüm dərəcəsi ümumi xəstələrin 10–20%-dək hissəsini təşkil edib. Hesab olunur ki, virus insanlara quşlardan və donuzlardan keçib, pandemiya isə Fransa ərazisində yerləşən hərbi düşərgənin hospitalından başlayıb. O zamanın həkimləri “ispan qripini” müalicə etmək üçün nələrdən istifadə etmirdilər: ən gözlənilməz metodlar arasında qan alınması, evkalipt yarpağının buxarı... Nəticə olaraq, xəstəlik özü sakitləşməyə başladı və il yarım davam etdikdən sonra yoxa çıxdı.

Üçüncü vəba pandemiyası

Vəba antisanitariya şəraiti ilə bağlı infeksiya xəstəliyidir və zaman-zaman bəşəriyyəti “ziyarət” edir. Tarixdə yeddi vəba pandemiyası olsa da, ən dağıdıcısı üçüncüsü hesab edilir. 1852-1860-cı illərdə vəbadan Avropa dövlətləri, ilk növbədə Rusiya imperiyası əziyyət çəkdi. Xəstəliyin əsas əlaməti bədənin susuzlamasına gətirən ishal idi. Xəstəliyin müalicəsinə dərhal başlamadıqda xəstə adam bir sutka ərzində ölə bilərdi. Üçüncü vəba epidemiyası təkcə Rusiya imperiyasında 1 milyon nəfərin həyatına son qoydu.

Təbii yaxud “qara” çiçək xəstəliyi

Yoluxanların 40%-ə qədərini öldürən təbii yaxud “qara” çiçək xəstəliyi bəşəriyyətə çoxdan bəllidir. Onun haqqında ilk yazılarla eramızın IV əsrina aid sənədlərdə tanış olmaq mümkündür – o zaman xəstəlikdən zərər çəkən Çin olmuşdu. Təbii çiçək epidemiyası başladığı ölkə əhalisinin sayını xeyli azaldır, xəstəlikdən sağalanlar isə ömürlük əlil qalır–görmə qabiliyyətlərini tam və ya qismən itirirdilər. Alimlər indiyədək virusun harada və necə peyda olması barədə müzakirələr aparırlar. Versiyalardan birinə görə, o, Yaxın Şərqdə dəvədən insana keçib. Taunda fərqli olaraq, təbii çiçək epidemiyası daim peyda olurdu – o, Yer kürəsinin müxtəlif yerlərində ortaya çıxır və təkcə XX əsrdə 400 milyon nəfərin həyatına son qoyub.

Uzun müddət xəstəliyi dualar, ibadətlər vasitəsilə müalicə edir, Ər-Razi və İbn Sina kimi alimlər isə yüngül insan çiçək xəstəliyinin peyvəndindən yazırdılar. Sovet dönəmində bu xəstəliyə qarşı peyvənd bütün ölkə sakinləri üçün mütləq idi. Bizim dövrümüzdə təbii çiçək xəstəliyi “ölü infeksiya” sayılır, onun nümunələri yalnız iki ölkənin – Rusiya və ABŞ-ın elmi laboratoriyalarında saxlanılır.

HİV/QİÇS

HİV/QİÇS pandemiyasının yaranma səbəbi indiyə kimi bəlli olmasa da, bu gün də ölümcül təhlükəli epidemiyalar arasında dördüncü yerdə qərarlaşıb. O, 40 ilə yaxındır davam edir və indiyədək 30 milyon nəfərin həyatına son qoyub. Hesab olunur ki, virus Afrikanın qərb sahillərində peyda olub və meymundan insana keçib, dünyada yayılması isə XX əsrin 60-cı illərində Haiti və ABŞ-dan başlayıb. Epidemiyanın rəsmi başlama tarixi kimi 5 iyun 1981-ci il götürülür – o zaman ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzi HİV/QİÇS haqqında hesabat dərc edərək, onun necə ölümə səbəb olduğunu açıqladı.

Malariya

Avropalıların barəsində kitablar və filmlərdən məlumat aldığı malyariya xəstəliyi hər il tropiklərdə bir milyona yaxın insanın həyatına son qoyur, yoluxanların sayı isə 300 – 500 milyon nəfər civarında dəyişir. Bu xəstəlik təkcə yerli sakinləri deyil, turistləri də tuta bilər. Adı “pis hava” kimi tərcümə olunan xəstəliyə malariya ağcaqanadının dişisinin dişləməsi səbəb olur. Xəstəliyə tutulan insanda əsməcə və üşütmə başlayır, müayinə zamanı onun dalağı və ağ ciyərinin ölçülərinin xeyli böyüdüyü görünür. Malariyanın vətəni Mərkəzi və Qərbi Afrika hesab edilir.(azerforum.com)

 


Etiket:
Xəbərlər

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025
Bütün xəbərlər