"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

12:51 / 14.05.2020
Baxılıb: 3084

ƏLLİ  ÜÇ  İL  QÜRBƏTDƏ...

“Bayatı-Şiraz”ın kədərli musiqisi dalğa-dalğa yayılıb, yarıqaranlıq otağa dolurdu. Ağsaçlı qoca içindən qopan sonsuz ağrıları, dünyanın bu amansız gərdişində itirdiyi atasını, anasını, qardaşını, bacısını, 53 il ayrı düşdüyü yurdunu yada salıb, tarın ecazkar dili ilə dərdli-dərdli danışırdı.

“Bayatı-Şiraz” çalırdı... Qəfildən tarı sinəsindən endirib üzümə baxdı:

 - Daha çala bilmirəm...

Stolüstü lampanın işığı qocanın üzünü işıqlandırı və gözlərinin yaşla dolduğunu görürəm. Bir az dayanır. Sonra yenidən tarı sinəsinə qaldırır. Yenə “Bayatı-Şiraz” çalır. Bu dəfə az, lap az çalır. Hiss edirəm ki, dədin ağırlığından, həyatda itirdiyi adamların göynək həsrətindən bədəni əsim-əsim əsir. Tarı bir kənara qoyub doluxsunmuş halda deyir:

- Yox, çala bilmirəm...

Uzaq Qazaxıstan elində, Karaqanda şəhərinin bu qaranlıq gecəsində “Bayatı-Şiraz” çalıb ağlayan qocanın dönük taleyini düşündükcə qəlbim parça-parça olur.

Düz 53 ildir ki, doğma Azərbaycanından uzaqlarda yaşamaq məcburiyyətində qalmış bu yetmiş yaşlı qoca xalqımızın mənəvi atası Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadədir. 

Dediklərimə əvvəlcə inanmır. Təəccüblənir. Sonra Bakıdan apardığım sənədləri, şəkilləri, qəzetləri, “Azərbaycan Demokratik Respublikası” kitabını göstərirəm. Qəribə maraq içərisində materiallara baxır. Qəzetdə atasının böyük şəklini görəndə diksinən kimi olur. Bir az da yaxından, diqqətlə baxır şəkilə. Hansı hissləri keçirdiyini bilmirəm. Tamam tutulmuş haldadır.

Sonra dərindən köks ötürür. Ehtiyatla soruşur:

- Bəs hökumət necə baxır bu işə?


- Hökumət də axır ki, icazə verdi, - deyə qəzetdəki qərarı göstərirəm.


Azər müəllim təəccüb içində, fikirli-fikirli deyir: - Qəribədir, çox qəribədir...

Sonra ötən günlərin söhbətinə başlayır.

Atası Məhəmməd Əmini xatırlamır. Atası onunla görüşüb vidalaşanda iki ay imiş ki, dünyaya göz açıbmış. Qaranlıq bir gecədə atası evə gəlir. Hamı ilə görüşdükdən sonra beşikdə dünyanın qovğasından xəbərsiz yatan körpə oğluna yaxınlaşır. Üzünü həyat yoldaşına tutur:
- Nə qoymusunuz bu uşağın adını?

Ümbül Banu xanım deyir ki, bəs adını Əliheydər qoymuşuq.


Məhəmməd Əmin oğlunu bağrına basıb narazılıq dolu coşğunluqla deyir: 


- Yox, bu, Əliheydər olmayacaq. Bu, Azəri oğludur: Azər olacaqdı bu.

(Azər müəllim anasından eşitdiyi bu əhvalatı danışanda özünü saxlaya bilməyib ağladı).

Atası Məhəmməd Əmin çıxıb getsə də onları unutmurdu. Vəziyyətin çətinliyinə baxmayaraq, bir neçə dəfə onlara Türkiyədən bağlama göndərmişdi. Atasının göndərdiyi parıltılı qara çəkmələr və və başı qotazlı qırmızı papaq Rəsulun da (Məhəmməd Əminin böyük oğlu), Azərin də çox xoşlarına gəlmişdi. Lakin... Zəmanənin üzü dönmüşdü. Həyatı öz təbii axarından çıxarıb eyni bir yola çəkənlər atanın bu kiçik hədiyyəsini də çox gördülər onlara. Anası və qohumları vəziyyətin çətinləşdiyini görüb, Məhəmməd Əminə xəbər göndərdilər ki, bizim adımıza daha heç nə göndərmə.

Atası sonradan, başqa adamların adı ilə də kömək əlini uzatmışdı ailəsinə. Az keçməmiş bu yolu da bağlamışdılar.

Azər müəllim o dövrü belə xatırlayır:

- Tez-tez bu sözləri eşidirdik: “Məhəmməd Əmin sizi burada qoyub özü aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır. Siz heç yadına da düşmürsünüz”. Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç bir günahının olmadığını da hərdən danışırdı. Bu söz-söhbət ən çox qardaşım Rəsulu dilxor edirdi. Məktəbdən gələn kimi hirslə çantasını bir küncə atıb deyirdi: “Müəllimlərim məni bezdiriblər. Hər gün dərsdə deyirlər ki: “Məhəmməd Əminlər belə etdi, Məhəmməd Əminlər elə etdi...” Anam sakitləşdirirdi Rəsulu. Deyirdi ki, elə sözlərə fikir vermə”.
Azər müəllim həyatında ən ağır zərbəni Rəsul həbs olunanda aldı. Rəsulu bağdan tutub apardılar. Rəsulun tutulması hamısının belini əydi. On yeddi yaşlı Azər hirsindən, acığından özünü bağlarındakı quyuya atmaq istəyirdi. Amma qoymadılar, tutub saxladılar. Az keçməmiş Rəsulun güllələnmək xəbərini eşitdilər...

Gəldi 1937-ci il. Həmin il qara paltolu, qara şlyapalı adamlar hansı evdə gur işıq yanırdısa, ora qaranlıq dumanı çökdürürdülər. 

- Axşamüstü anam getmişdi xalamgilə, − Azər müəllim fikirli-fikirli danışır, − maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harda olduğunu soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapıb və bu günəcən özündə saxlayır). Sonra bizi mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin gün güclü yağış yağırdı. “Azneft” meydanını su basmışdı. Bizi aparan maşın çətinliklə gölməçələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı...

Azər müəllim o ağrılı günləri belə xatırlayır:

- Ailəmizi həbs edəndən sonra bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə göndərilənlər çox olduğundan biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə demək olar ki, heç nə götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə gedirdi. Qoca nənəm dindar adam idi. Özgə kişilərin yanında bayıra çıxmamaq üçün düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən Məryəm nənəm uzun müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu...

- Azər müəllim deyir: - hətta sürgündə belə çoxlarının “ərin indi xaricdə kef sürür” deməsinə baxmayaraq, − Anam soyuğa da dözərdi, aclığa da. Amma o qürbət elə getdiyimiz gündən Rəsulun adı dilindən düşmürdü. “Oğlumu nahaq güllələdilər” deyib ağlayırdı. Elə bu dərdlə də dünyadan köçdü.
Ananın ölümündən sonra qardaşla bacının (Azərlə Xalidənin) vəziyyəti daha da pisləşdi. Yenə necə olsa, anaları onlara dayaq idi, təskinlik verirdi, evə böyüklük edirdi. İndi demək olar ki, kimsəsiz qalmışdılar. Lakin başqa yol yox idi. Dözüb yaşamağa məcbur idilər.

Bir gün Azər müəllimin yaxşı rəsmlər çəkdiyini bilib məktəbə çağırdılar. Düşərgənin komendantı ilə danışıb, məktəbdə rəsm dərsi deməyinə icazə aldılar...

İşlərin bir qədər yaxşılaşmağını tale yenə çox gördü Azər müəllimə. Sevimli bacısı Xalidə yoxa çıxdı. Bacısını çox axtarıb soraqladı. Lakin heç bir məlumat öyrənə bilmədi. 

Qaldığı yerin qonşuluğuna Naxçıvandan bir ailə sürgün olunmuşdu. Ailənin cavan qızı Şölənin səmimiliyi, sadəliyi onu cəlb etmişdi. Söz-söhbətdən sonra razılığa gəlib ailə həyatı qurdular. Ramiz adlı bir oğlu oldu.

1942-ci ildə Azər müəllimi cəbhəyə göndərdilər.

Müharibədən sonra yenidən Qazaxıstana gəldi. Sonra ikinci oğlu dünyaya göz açdı. Ailə həyatı, iki sevimli övladı başına gələn faciələri az da olsa unutdururdu ona. Lakin...

Tale insandan üz döndərəndə çətin barışır. Ağrı-acı insanın ömrünə ayaq açanda bu vərdişindən asanlıqla əl çəkmir. 

Tale yenə güzəranına balta çaldı Azər müəllimin. Həyat yoldaşı Şölə vaxtsız-vədəsiz dünyadan köçdü...
1955-ci ildə qəribə hadisə baş verdi. Onu Dövlət Təhlükəsizliyi orqanına çağırıb dedilər: “Xəbərin varmı ki, atan Məhəmməd Əmin Rəsulzadə Türkiyədə vəfat edib?”

Əvvəl tutulmuşdu bu xəbərdən. Sonra ona dikilən qəribə ifadəli baxışların marağını, məqsədini bilib demişdi: 


− Mən indi onun ölməyinə sevinirəm. Onun ucbatından qardaşımı güllələdilər, anam, nənəm dözə bilməyib dünyadan köçdülər, bacım itkin düşdü, indiyədək harada olduğunu da bilmirəm. Evimiz, eşiyimiz dağıldı...


− Demək atanın ölümünə sevinirsən? − DTK əməkdaşı bir də təkrar soruşmuşdu. 


Bu dəfə suala suala cavab vermədi. DTK əməkdaşı da deyəsən verdiyi sualın − atanın ölümünə sevinib, kədərlənməyin lazımsız cəfəngiyyat olduğunu hiss etmişdi. 

Uzun illərin ayrılığından sonra Xəzərlə olan ilk görüşünü də unutmayıb Azər müəllim. Xəzərin mavi sularını görəndə özünü saxlaya bilmədi. Əvvəlcə əyilib torpaqdan öpdü, sonra elə paltarlı halda özünü suların qoynuna atdı. 

Bakıda tamam başqa vəziyyətlə qarşılaşdı. Hiss etdi ki, çoxları onunla ehtiyatla görüşür, dayanıb söhbət etməyə, danışmağa çəkinirlər. Bir az keçməmiş isə DTK-ya çağırıb burada qalmamağını, çıxıb getməyini tələb etdilər. Demək Vətəndə yaşamaq ona ömürlük qadağan olunmuşdu. 
Bakıya sonradan, arabir gəlirdi. Amma bu gəlişlərin heç biri ona yurdunda qalıb yaşamaq imkanını vermirdi.

1988-ci ilin noyabr ayında, Bakının Azadlıq  meydanında tonqallar alovlananda Azər müəllim Bakıda idi. Demək olar ki, şəhərdə olduğu müddətdə hər gün meydana gəlirdi. Azadlıq simvolu kimi alovlanan tonqallara baxırdı. Xalqın, adamların sükunət bataqlığından çıxdığını görüb sevinirdi. 
Azər müəllimə Bakıda Demokratik hökumətlə əlaqədar görülən işlərdən danışıram, köhnə parlament binasında, İçərişəhərin girəcəyində atası Məhəmməd Əminin böyük portretinin asıldığını söyləyirəm. Təəccüblə soruşur:


− Yaxşı, bütün bu işləri görən kimdir?


− Xalqdır, camaatdır, − deyirəm.


Azər müəllim susur. Gözlərində təəccüblü bir işığın dolaşdığını görürəm. Sonra qəribə tərzdə deyir:


− Əgər belə qocalmasaydım, mən də xalq üçün bir iş görərdim. Vətənimizin başı qeylü-qaldan xilas olacaqmı?


...Aydın bir Karaqanda gecəsində ayrılırıq. Hər ikimizin gözləri dolub. Mehribanlıqla qucaqlaşırıq. Doluxsunmuş halda:


− Yaxşı yol! − deyir. − Sağ ol, gəlib camaat içində başımı uca elədin, məni göylərə qaldırdın.


...Maşına minib, aeroporta gedirəm. Bir az getmiş maşının pəncərəsindən dönüb geri baxıram. Uzaqdan ayın işığında, yolun düz ortasında dayanmış Azər müəllimi görürəm. Düşünürəm ki, atası Məhəmməd Əmin Rəsulzadə də düz 35 il qürbətdən Vətənə belə həsrət içində dayanıb baxıb.


...Bakı aeroportundan isə ilk gözümə görünən tanklar, əli avtomatlı əsgərlər oldu.

Qazaxıstan, Karaqanda şəhəri, 1990-cı il( moderator.az)


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər