Görkəmli dövlət xadiminin qızı atası ilə bağlı xatirələrini danışır.
Sovet dövründə Bakıda metropolitenin yaradılması Vəli Axundovun ən böyük sevinclərindən biri olub. Vəli Axundovun 100 illik yubileyi ərəfəsində Sputnik-ə danışan Nigar Axundova atası ilə bağlı xatirələrini dilə gətirib.
Onun sözlərinə görə, metro Vəli Axundov üçün ən mühüm və ən sevilən məsələlərdən biri olub: “Çünki o, metro layihəsinin həyata keçirildiyi günə qədər çətin və uzun yol keçib. Metropolitenın açılışı isə, onun xoşbəxtliyinin pik həddi idi. Bu məqsədə nail olmaq üçün o, bütün imkanlarından istifadə etmişdi”, — deyə Nigar Axundova bildirib.
O qeyd edib ki, sovet dövründə Bakıda Novruz bayramının qeyd olunmasına aid bütün siyasi məsuliyyət də Vəli Axundovun üzərinə düşmüşdü: “Demokratik düşüncə oyanırdı, Azərbaycan dilini təbliğ etmək məqsədi ilə müəyyən addımlar atılırdı. Biz Novruz bayramının qeyd olunmasını da bu prosesdən ayırmamalıyıq. Bəzən bu hadisəni qabardırlar. Əslində, Novruzun qeyd olunmasına aid qadağa yox idi. Biz həmişə onu ailə daxilində, yaxınlar və dostlarla qeyd edirdik. Mən bunu uşaq illərimdən xatırlayıram. Bəs 1967-ci ildə nə baş verdi? Məsələ ondadır ki, bu vaxtadək Moskva hakimiyyəti ilə Novruz bayramının dövlət səviyyəsində qeyd olunması müzakirə olunurdu. Bundan bir neçə il əvvəl Novruzu Orta Asiyada qeyd edirdilər. Atam bundan xəbər tutub bayramı Azərbaycanda da reallaşdırmaq istəyib. Danışıqlar aparılırdı, razılıq alındı, bundan sonra isə məsləhətləşmə keçirilib. İşçi görüşündə Şıxəli Qurbanova bu bayrama unudulmaz şənlik xüsusiyyətlərinin verilməsi tapşırıldı”.
Vəli Yusif oğlu Axundov 1959-1969-cu illərədə Azərbaycan Kommunit Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub. Bu illər Sovet İttifaqında Xuruşov “mülayimləşməsi” dövrünə təsadüf etdiyindən Azərbaycanda milli özünüdərk və mədəni inkişafa ciddi təsir göstərib. Nigar Axundovanın sözlərinə görə, Azərbaycandakı vəziyyət bu prosesə hazır idi:
““Mülayimləşmə”nin ən çox əks olunduğu respublikalardan biri də Azərbaycan idi. Buradakı vəziyyət buna uyğun idi. Ədəbiyyatımızada, müsiqimizdə, ictimai fikrimizdə elə parlaq simalar, şəxsiyyətlər üzə çıxdı ki, təkcə onların adlarını sadalayanda insanın ürəyi açılır. Bunlar ədəbiyyatımızda sürətlə özünə yer edib və ona yön verən Anar, Elçin, İbrahimbəyov qardaşları, Yusif, Vaqif Səmədoğlular, rəssamlıqda Tahir Salahov, Toğrul Nərimanbəyov, Mir Cavad və başqaları idi. Eyni zamanda musiqi sənətində, elmdə ciddi naliyytələr əldə olundu. Bu proses ictimai şüurun yeniləməsi idi. Buna imkanlar yaradılmışdı və baş verirdi. Şübhəsiz ki, tariximizin bu dövrü bir çox təqdiqatçıları cəlb edəcək”.
Xatırladaq ki, ixtisasca həkim olan V.Axundov 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Siyasi vəzifədən uzaqlaşdıqdan sonra elmi fəaliyyətlə məşğul olan Axundov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi. O, 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Prezident İlham Əliyev 2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
GOYCE.AZ
Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev
21.01.202120 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
20.01.2021Yüz il əvvəlin məqaləsi – Məşhur Azərbaycan marşı
15.01.2021Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
12.01.2021MN 2841 şəhid haqda məlumatları açıqladı - Yeni siyahı
12.01.2021SƏYYAD VƏLİOĞLUNUN ÇAP OLUNMAYAN ŞEİRLƏRİ
10.01.2021Yurd hekayəsi
09.01.20213 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - Fotolar
08.01.2021II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
08.01.2021Əsgərin yanında olan general-mayor
02.01.2021Tofiq Şahmuradov - "Müharibə xatirələrimindən"
01.01.2021Yazıçı Prezidenti təbrik etdi
“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”
31.12.2020Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Sergey Danilyan
31.12.2020Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2020Füsunkar Vejnəli, 27 il sonra Qubadlıyla baş tutmayan görüş, “Jiquli”də gəzən divan və 4 erməni diversant - YARIMÇIQ REPORTAJ
30.12.2020Xankəndidə teatr çıxaran “artistlər” – aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş
28.12.2020Bir gölün dəniz dərdi
26.12.2020 26.12.2020Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?
26.12.2020Qarabağın fatehi
24.12.2020Prezidentdən həqiqi hərbi xidmətlə bağlı
23.12.2020Xankəndinin qatil həkimləri – ağ xalatlı cəlladlar
21.12.2020Ermənilər Ağdam məscidini buna görə dağıtmayıbmış...
19.12.20207 mindən çox hərbçi təltif edildi
Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı
18.12.2020Xüsusi təyinatlıların şəhid komandirinin son arzusu: “Dilqəm Əsgərovu azad etmək istəyirdi”
17.12.2020Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir - Fotolar
16.12.2020Prezidentin təltif etdiyi şəhid müəllimlərin adları - Foto
16.12.2020Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirildilər - Foto
14.12.2020Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir.
12.12.2020Özümə dost hesab etdiyim Heydər Əliyevin ruhu qarşısında baş əyirəm – Şakir Göyüşov
12.12.2020ARZUSUNA ÇATAN ŞƏHİD
07.12.2020Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar
04.12.2020Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı
03.12.2020Laçınım, Laçınım mənim...
02.12.2020Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - Fotolar
01.12.2020Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar
30.11.2020Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
30.11.2020Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya
30.11.2020Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar
28.11.2020Demarkasiya gündəmdə ! - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”
28.11.2020Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO
26.11.2020Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO
26.11.2020İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
25.11.2020Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
Şuşaya çəkilən yoldan fotolar
24.11.2020Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
24.11.2020