İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

12:14 / 22.05.2020
Baxılıb: 2842

Goyce.az saytı İrəvan xanlığının varisi Əmir Əli Sərdar İrəvaninin Teleqraf.com-a müsahibəsini təqdim edir:

Sərdar İrəvani özü Tehranda doğulub və uşaqlıq dövrü bu şəhərdə keçib. Lakin sonra Almaniyaya üz tutub, atası isə 2014-cü ildə Tehranda vəfat edib.

Cənab Sərdar İrəvani, əvvəlcə oxuculara özünüz barədə məlumat verməyinizi rica edirəm. Harada doğulmusunuz, təhsil almısınız, ixtisasınız nədir, hansı ölkədə yaşayırsınız?

- 1974-cü ildə Tehranda anadan olmuşam. 1805-ci ildə əcdadlarım Fətəli şah Qacar tərəfindən sürgünə göndərilib və onlar XIX əsrdə Tehranın ilk sakinlərindən olub. Çünki o zamanlar Tehran Qacarlar dövlətinin paytaxtı olaraq, yeni elan edilmişdi və bundan əvvəl elə də əhəmiyyətli yer deyildi. Ulu babalarımın 1852-ci ilə qədər İrəvanla güclü əlaqələri vardı. Amma bu dövrdən sonra onlar Azərbaycandan siyasi cəhətdən təcrid olundular, çünki Qacar şah onların gücündən və təsirindən narahat idi. Şah onları Azərbaycandan ayırmaq üçün əlindən gələni etdi. Buna görə də 1855-ci ildən sonra əcdadlarımızın bir qolu Azərbaycandan uzaqda qaldı. İndi köklərimlə yenidən əlaqə qurmağa çalışıram. Bu, mənim üçün vacibdir. Azərbaycandakı bacı-qardaşlarımın tarixinə hörmət edir və bununla maraqlanıram. Özüm elektrik mühəndisiyəm və 17 yaşımdan Almaniyada yaşayıram. Avtomobil sənayəsində, yeni nəsil ağllı elektrik vasitələrinin, məsələn avtomatlaşdırılmış sürücüsüz maşınların tədqiqatı və inkişafı istiqamətində çalışıram. Həyat yoldaşımla 1996-cı ildə İranda ailə qurmuşuq, ixtisasca həkimdir. 2006-cı il təvəllüdlü qızım isə Almaniyada doğulub. Hazırda 7-ci sinifdə oxuyur. Qızımla həyat yoldaşım mənim ailəmin tarixini çox sevir və məni çox dəstəkləyirlər.

Şəcərəniz barədə də məlumat verməyinizi istərdik...

- İrəvan xanlığının ilk yerli xanları mənim əcdadlarım olub. İrəvan xanı Həsənəli xan (1755-1759), onun qardaşı İrəvanlı Hüseynəli xan (1759-1783), onun oğlu İrəvanlı Qulam Əli xan (1783-1884) idi. Onun qardaşı İrəvanlı Məhəmməd xan (1784-1805), onun oğlu Məhəmməd Həsən xan Sərdar İrəvani Kirmanın valisi idi, 1855-ci ildə vəfat edib. Eləcə də onun oğlu Yəzdin valisi Məhəmməd Yusif xan Sərtip. Onun oğlu “Müşir Hozur” ləqəbli Əhməd xan Sərdari İrəvani 1929-cu ildə vəfat edib, onun oğlu Əbdülqasım xan Sərdari İrəvani. Onun oğlu, mənim atam Bəhmən xan Sərdari İrəvani idi. Atam 86 yaşında - 2014-cü ildə Tehranda dünyasını dəyişib.

Qacarlarla qohumsunuz, hazırda Qacarlar sülaləsinin varisləri ilə münasibətiniz varmı?

- Mənim üçün ən böyük prioritet mehriban və təvazökar dostlarla və yeni şeylər öyrənə biləcəyim insanlarla ünsiyyətdə olmaqdır. Belə dostlarla ünsiyyətdən zövq alıram. Mənim Qacar sülaləsindən olan nümayəndələrlə də əlaqəm var. İrəvan xanlarının övladları ilə Qacar hökmdarları arasında baş tutan çoxsaylı çarpaz evliliklər səbəbindən onların nəsilləri qohumdurlar. Mən onlarla tariximiz haqqında məlumat mübadiləsi aparıram.

İrəvan sözünün mənası ilə bağlı da iddialar var. Osmanlı qaynaqlarında Rəvan olaraq keçir. Siz atalarınızdan bununla bağlı eşitmisinizmi?

- Dediyiniz kimi, bu barədə fərqli hekayələr var. Mənim üçün ən etibarlısı Şah İsmayıl Səfəvinin generalı olan Rəvanqulu xanın adından qaynaqlanır. İlk dəfə XVI əsrin əvvəllərində şəhərin hazırkı yerində İrəvan qalasını inşa edib. Atamdan eşitdiyim İrəvan xanlığının şairi olan Mirzə Müslüm İrəvaninin bir şeiridir: dünya şəhərləri insan bədəninin bütöv bir orqanizmi kimi görünsəydi, İrəvan bu orqanizmin ruhu (Rəvan: Ruh) olardı.

İrəvan xanlığının işğalından sonra ərazinin idarəçiliyi kimlərin əlinə keçdi? 1918-ci ilə qədər Çar hökuməti bölgəni kimlərə tapşırıb?

- İrəvanın sonuncu, əslən İrəvanlı xanı olan Məhəmməd xan Fətəli Şah Qacar tərəfindən həbs edilərək 1805-ci ildə Tehrana sürgün edilir və 1805-ci ildə Qacar xan sonuncu İrəvan xanı Hüseynqulu xanı xan təyin etdi. Hüseynqulu xan İrəvandan yox, Qəzvindən idi. O, Qacar xanın əmrlərini yerinə yetirirdi. Bəzi islahatlar həyata keçirsə də, onun siyasəti böyük itkilərə səbəb oldu və nəticədə 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə tam məğlubiyyətə uğradı. İrəvan və Naxçıvan Rusiyaya birləşdirildi. Bir neçə il ərzində İrəvan və Naxçıvan Erməni vilayəti adlanan inzibati bir vahid təşkil edirdi.1850-ci ildə isə vilayət quberniyaya çevrildi, İrəvan hələ də əhəmiyyətli ticarət mərkəzi hesab olunurdu. Rusiya, İrəvanın inkişafından, xüsusilə də Osmanlı imperiyası və İranla sərhədləri yaxınlığındakı strateji mövqeyindən narahat idi və buna görə də tacirləri Cənubi Qafqazda olan digər marşrutlardan istifadə etməyə təşviq etdi. Bu, XIX əsrin sonlarında İrəvanda iqtisadi itkilərə səbəb oldu. Türkmənçay müqaviləsi bağlandıqdan sonra Rusiya qonşu ölkələrdə olan erməniləri İrəvana kütləvi miqrasiya etməyə başladı, lakin XIX əsrin sonunadək İrəvan və Naxçıvanda əsas etnik əhali hələ də azərbaycanlı müsəlmanlar olaraq qalırdı. Birinci Dünya müharibəsindən sonra - 1918-ci ildə mayın 29-u Azərbaycan Milli Şurasının qərarına əsasən, Qafqazda üç müstəqil - Azərbaycan, Gürcüstan və Ermənistan dövlətləri yaradıldıqdan sonra, İrəvan ermənilərə paytaxt şəhəri olmaqla güzəştə gedildi. Birinci Dünya müharibəsindən sonra İrəvanın yenidən qurulmasına 1924-cü ildən etibarən başlanılıb, lakin əslində bu, orada dini-tarixi izləri silməyə xidmət edib. İrəvan şəhər tarixi muzeyi Göy Məsciddə yerləşirdi, lakin bütün digər abidələr yer üzündən silinib.

Maraqlanmısınızmı, hazırda İrəvan xanlığından, Sərdar sarayından qalan yadigarlar harada saxlanılır? İddialara görə, Gürcüstan arxivində Sərdar sarayına aid materiallar var. Onları görmüsünüzmü?

- Saray inşaatının sabit olmadığı, illərlə ehtiyac olan texniki baxımın həyata keçirilmədiyi və durumun təhlükəli olduğu müəyyənləşdirildikdə materialların çoxu Tiflisə aparılır. Onların həmin vaxtlarda nə üçün Bakıya gətirilmədiyi məndə sual doğurur, amma həmin materialların sarayın özü kimi məhv edilmədiyinə görə çox sevinirəm. Bir neçə il əvvəl Heydər Əliyev Fondu Tiflis muzeyinin zirzəmisində həmin materialları tapdı və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə onların qorunmasına başlanıldı. Keçən il həmin materiallar Heydər Əliyev Mərkəzində ictimaiyyətə nümayiş olundu. Keçən yay bu dəyərli sərgini ziyarət etmək mənim üçün böyük şans idi. Həmin sərgi bu il aprelə qədər davam etdi, mən ikinci dəfə sərgidə iştirak etmək istəyirdim. Təəssüf ki, ziyarətim koronavirus böhranı səbəbindən ləğv edildi.

Bilirsiniz ki, İrəvan xanlığının yadigarı Göy məscidin tarixi saxtalaşdırılır. İran dövləti təmirə pul ayırdığı üçün fars mədəniyyətinə aid edirlər. Buna münasibətiniz necədir?

- İrəvandakı Göy məscidin banisi ulu babam İrəvanlı Hüseynəli xandır və məscidin inşası İrəvan xanlığının müstəqil dövlət olduğu bir vaxtda - 1768-ci ildə başa çatdırılıb. Hüseynəli xan əslən İrəvanlı idi. Məscidi inşa edənin adı, tikilmə tarixi və xərclər bani Hüseynəli xan adına sənədləşdirilib. Oğlu Məhəmməd xan 1805-ci ildə Fətəli şah Qacar tərəfindən tutulub sürgünə göndərildikdən sonra Qəzvindən olan Hüseynqulu xan Fətəli şah Qacar tərəfindən İrəvan xanı təyin edildi. 1827-ci ildə İrəvanın süqutu, İrəvan xanlığı hakimiyyətinin Tehrandan olan Qacarların hakimiyyətinə keçməsindən sonra baş verdi. Göy məscidin fars məscidi hesab olunmasının səbəbi də budur. Bu məscidin memarlıq dizaynının İrandakı digər məscidlərdən tamamilə fərqli olmadığına görə yanlış qəbul olunmamalıdır, məscidi tikən və ziyarətçilər azərbaycanlı etnik qrupa mənsub İrəvanın müsəlmanları idi.

İrəvan xanlığı dövründə sosial və mədəni həyat hansı səviyyədə idi? Məktəblər, kitabxanalar yetərli idimi?

- İrəvan İran, Rusiya və Osmanlı imperiyaları arasında çox strateji bir geosiyasi əhəmiyyətə malik idi. Ticarət mərkəzi olmaqla yanaşı, həm də çox önəmli hərbi mövqeyi ilə seçilirdi. Avropaya və ya Şərqə səyahət edərkən, görkəmli sənətkarların və elm adamlarının keçdiyi bir bölgə idi. İrəvanda məscidlər, məktəblər, karvansaralar, bağlar inşa edilmişdi. Qırxbulaqdan şəhərə su kanalları çəkilmişdi, İrəvan bağlar diyarına çevrilmişdi. Memarlığın şah əsəri olan Xan Sarayı və ya Sərdar Sarayı İrəvanlı Hüseynəli xan tərəfindən 1760-1770-ci illərdə bərpa olunub. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan Şüşəbənd kimi tanınan Güzgülü Zalı və Yay Sarayını inşa edib. Hüseynəli xan və oğlu Məhəmməd xanın hakimiyyəti dövründə İrəvan xanlığı ən çiçəklənən dövrünü yaşayıb. Ticarət yolları təhlükəsiz idi və iqtisadiyyat inkişaf edirdi. Müxtəlif dövrlərdə İrəvanda olmuş avropalı səyyahlar Xan Sarayı və onun Güzgülü Zalını, qala və şəhərdəki məscidləri, hovuzları və hamamları, həmçinin Zəngi çayına enən yeraltı mərmər pilləkən yolunu öz yazılarında təsvir ediblər. Hüseynəli xan və oğlu Məhəmməd xan İrəvanın həqiqi siyasətçiləri idi. İrəvan xanlığının siyasi həyatı həmişə qonşu güclərin təhdidi altında idi. Bu vəziyyət hər iki xanı üçüncü hakimiyyətə məcbur etdi ki, bununla siyasi müstəqillik qorunub saxlanıla bilərdi. Onlar İrəvan xanlığını təxminən 50 il müstəqil və təhlükəsiz bir dövlət kimi idarə etməyi bacardılar. Birinci Dünya müharibəsindən əvvəl İrəvan xanlığının abidələri olan 8 məscid (Təpəbaşı, Zal xan, Sərtib xan, Göy Məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Abbas Mirzə məscidi), Dəmirbulaq, (Hacı Cəfər) var idi. Həmin məscidlər o dövrdə əsas təhsil mərkəzi idi. Hətta müasir tədris sistemi (Azərbaycan və fars dilləri) olan ilk müasir məktəb XIX əsrdə İrəvanda Mirzə Həsən Rüşdi tərəfindən başladıldı. Bu o deməkdir ki, İrəvan mədəni cəhətdən inkişaf edib, İrəvan əhalisi isə intellektual cəhətdən digər bölgələrə nisbətən daha yüksək səviyyədə idi. Bundan bir neçə il sonra İran və Qafqazın digər yerlərində qurulmuş ilk müasir məktəblər həmin İrəvan modeli üzərində yaradılıb.

Ötən il Azərbaycanda səfərdə oldunuz, təəssüratlarınız nədən ibarətdir?

- Bir neçə ildir azərbaycanlı dostlarımla əlaqəm var, keçən il bu əlaqələr daha da irəlilədi. Bakıda Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə keçirilən İrəvan Sərdar sarayının sərgisi və Azərbaycana səfərim mənim üçün xüsusi hadisə oldu. Özümü sanki İrəvanda hiss elədim. Bu tarixə hörmət bəsləyən bir çox dostuma baş çəkdim.

Düşünürəm ki, bu tarix milli mədəniyyətimizin əhəmiyyətli bir hissəsidir və bu irs hər kəs tərəfindən öyrənilməlidir. Təəssüflər olsun ki, bir çox hallarda haqsızlıqlara məruz qalan və saxtalaşdırılan tariximizin bu hissəsinin bərpası üçün hələ çox çalışmalıyıq. Əminəm ki, millətimizin öz tarixi, şanlı keçmişi ilə qürurlanmasına nail olacağıq. Bu istiqamətdə daha çox təşəbbüs və inkişaf gözləyirəm, dəstəkləmək üçün isə əlimdən gələni edəcəyəm.

GOYCE.AZ


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər