Bu gün Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alaraq, hər il iyunun 17-si tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Görünməz qəhrəmanların fədakarlıqlarını pandemiya dövründə daha qabarıq şəkildə müşahidə etdik. Koronavirus ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür. Onların hər birinin uğurlu əməyi, fədakarlığı xalqımızın kiçikdən-böyüyə hər bir nümayəndəsini qürurlandırır, qəlbində fəxr hissi yaradır.
Həkimlərimizin peşə bayramı münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova ilə həmsöhbət olduq, gündəmdə olan mövzuları müzakirə etdik.
Goyce.az saytı Publika.az-istinadən müsahibəni təqdim edir:
Elza xanım, bu gün sizin gününüzdür. Peşə bayramınızı təbrik edirəm. Bu çətin sahədə, xüsusilə də pandemiya dövründəki fəaliyyətinizdə uğurlar arzu edirəm.
- Çox sağ olun. Diqqətiniz və təbrikiniz üçün minnətdaram!
İndiki zamanda sizə ön cəbhənin əsgərləri də deyirlər. Siz necə düşünürsünüz? Bu ön cəbhənin nümayəndələri olan tibb işçilərimiz öz vəzifələrini necə yerinə yetirirlər?
- İndiki ərəfədə səhiyyə sistemində çalışanlar, müxtəlif ixtisaslı həkimlər, xüsusilə də infeksionistlər, hətta rezidentlər üzərlərinə düşən vəzifəni çox ləyaqətlə yerinə yetirirlər. Bu göz önündədir və əslinə baxılırsa, sübuta, izahata da ehtiyac duyulmur. Çünki onların fəaliyyətini bir aksioma baxış bucağından dəyərləndirirəm. Axı sübut olunmuşları sübuta yetirmirlər. Dahi yazıçı və həkim Anton Çexov deyib: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Söylənmiş bu çox gözəl, yığcam, dərin mənalı və geniş fikirdən irəli çıxaraq, indiki mərhələdə yeni növ koronavirus infeksiyası ilə mübarizədə həkimlərimizin, bütövlükdə səhiyyə işçilərinin "birə yüz artan" fədakar əməyini ikiqat dəyərləndirib və xüsusi vurğulayaraq tam əminliklə, böyük inamla "ön cərgənin həkimləri super qəhrəmandırlar!", deyə bilmək haqqımız var.
Çətin bir peşənin nümayəndəsisiniz. Koronavirus dövründə də şahidi olduq ki, həkimlərimiz ailələrindən, övladlarından uzaq qaldılar, bütün günlərini xəstələrə həsr etdilər və proses demək olar ki, davam edir. Sizcə, bu çətin deyilmi?
- Öncədən qeyd edim ki, tarixən həkimlik sənətinə nəcib, ülvi peşə kimi, həkimə isə müqəddəs şəxs kimi baxılıb. Bəli, həkimlik çətin və məsuliyyətli peşədir. Əsl həkim xəstənin dərdinə şərik olmalı, xəstələrə qarşı münasibətdə ona həssas yanaşmalıdır. Çünki fikrən həssas olan şəxs xəstəliyə düçar olduqda daha da həssas olur. Ələxsus, məlum infeksiya ilə bağlı əksər insanların "koronafobiya və ya koronapsixoz" yaşadığı günlərdə bu baş verir. Deyirlər ki, həqiqi həkim hər bir xəstə ilə ölüb-diriləndir. Bizim həkimlərimiz də əsl fədakarlıq nümunəsi göstərdilər. Obrazlı ifadə etsək, "başqalarına işıq verə-verə özləri də yanan və ya işıqları başqalarının üzərinə düşən" əsl həkimlərimiz gecə-gündüz bilmədən həyatlarını risk altına qoymaqdan çəkinmədilər, belə də davam edirlər. Bu mənada onların işi həqiqətən təqdirəlayiqdir və alqışlanmalıdır.
Siz həm də pedaqoqsunuz, gələcəyin həkimlərini hazırlayırsınız. Onlarla işləmək necədir? Gələcəyimizin xilaskarları bu sahənin məsuliyyətini dərk edirlərmi?
- Bəli, bir müəllim kimi təbabətin maraqlı və qədim sahəsi olan yoluxucu xəstəliklər fənninin incəliklərini həkim olacaq ATU-nun tələbələrinə öyrədirəm, həm də rezidentləri infeksion xəstəliklər üzrə mütəxəssis (uzman) kimi yetişdirirəm. "Əgər bəşəriyyətin fiziki ağrıları həkimin bədənindən keçirsə, mənəvi ağrıları da müəllimin ürəyindən keçir", deyiblər. Həkim qeyri-adi sənət sahibi olduğuna görə bu sənəti öyrənən tələbələrə də bu mənada qeyri-adi tələbə kimi baxılmalıdır. Tələbə daim yenilik hissi ilə yaşayır, tərəqqiyə can atır. Bu nöqteyi-nəzərdən tələbələrə tədris etmək müəllim üçün də elmi tərəqqidən geri qalmamağa zəmin yaradır. Onlarla işləmək insana zövq verir. Tələbə dünyası tamam başqa bir aləmdir. İnanın, hərəsi bir həyatdır, desəm azdır. Onlar əslində həyatımın "qızıl" parçalarıdır. Tələbələrdən söz düşəndə nədənsə həmişə ABŞ yazıçısı O.Henrinin bu fikirləri təsəvvürümdə canlanır: “Həyatda elə şeylər var ki, hökmən bir yerdə olmağa məhkumdur. Məsələn, çəhrayı muslin və yaşıl qızılgül, ya da qızardılmış döş əti və yumurta, yaxud da irlandlar və iğtişaş kimi”. Bu anda düşünürəm ki, Henri sağ olsaydı, bu siyahıya sevimli tələbələrlə onların əziz tutduğu müəllimi də əlavə edərdi.... Tələbələrin sıralarında çox savadlı, erudit bilikliləri var. Bəli, onlar həkimlik məsuliyyətinin dərkinə varırlar. Mən bunu dərs prosesi zamanı onların söhbətlərindən, müayinə zamanı xəstələrlə düşüncəli xoş rəftarlarından, canıyananlıqdan, "bəlkə bizim köməyimiz də dəydi" deyib, ağır xəstələrin tez və tam sağalması üçün müasir müalicə vasitələrini internet vasitəsi ilə axtarış etmələrindən, hətta qrup şəklində imkansız xəstələrə yardım etmələrindən və bu kimi xeyirxah əməllərindən hiss edirəm. Əminəm ki, müəllimlərindən qədərincə bəhrələnmiş bu vətənpərvər tələbələr ölkə səhiyyəsinin inkişafı yolunda böyük uğurlar əldə edəcəklər.
Pandemiya ilə mübarizədə çalışan tibb işçilərimizdən də virusa yoluxanlar var. Son günlər bu say xeyli artdı. Həkimlər virusa yoluxmamaq üçün nələrə diqqət etsinlər?
- Bəli, əfsuslar olsun ki, bu baş verdi. Yəni, ən yaxın günlərdə tibb işçiləri arasında olan xəstələnmədə bu müşahidə edildi. Tibb işçiləri də insandır. Bəllidir ki, fərdi qoruyucu vasitə kimi xüsusi hazırlanmış kombinezonlar hava keçirmir, insanın hərəkətini məhdudlaşdırır. İşdə bu geyimdə, həmçinin respirator maskada həkimlərimiz saatlarla qalırlar ki, buna da xeyli səbr və dözüm lazımdır. Təbii ki, müəyyən zaman keçəndən sonra onlarda nəzərəçarpan diskomfort yaranır. Ola bilsin ki, elə həmin məqamda da ani olaraq kiçik ehtiyatsızlıq virusa yoluxmaya gətirib çıxarır. Üstəlik, başqa faktorlar da mümkündür. Ehtimal ki, yaxınları ilə görüş, azsaylı da olsa yas mərasimlərində iştirak, nəqliyyat vasitələrindən istifadə zamanı və digər ictimai yerlərdə ehtiyatsızlığa yol verilə bilər.
Ölkədə ümumi yoluxma 10 mini ötüb. Hər gün 400-ə yaxın şəxs koronavirusa yoluxur. Artım dinamikası sizcə nə zamana qədər davam edəcək? Bu rəqəm virusa yoluxmanın pik həddi hesab oluna bilərmi?
- Hələlik xəstələnmə hallarında artım müşahidə olunur. Lakin digər ölkələrlə müqayisədə ildırım sürəti ilə artmır və "həqiqət isə müqayisədə üzə çıxır". Fikrimcə, bu, əhəmiyyətli dərəcədə insanların özünün fərdi və sosial məsuliyyətindən asılıdır. Buna vətəndaşın sosiopsixi təsirləri də aiddir. Cəmiyyətdə virusa qarşı mübarizə psixoloji cəhətdən necə qarşılanırsa, fərdiyyət də ona uyğun müdafiə olunacaq. Yəni, bu infeksiya ilə mübarizədə kompleks yanaşma mütləqdir. Yalnız bu halda xəstəlik öz enişini yaşayacaq. Qeyd etdiyim kimi, kompleks yanaşma mütləq olmalıdır və o halda xəstəliyə yoluxmanın pik həddindən yan keçəcəyik. Bu yerdə ümumi qanunauyğunluğu qeyd edim ki, infeksion xəstəliklərin yayılması üçün 3 şərt vacibdir: infeksiya mənbəyi, ötürülmə mexanizmi və xəstəliyə meyilli və ya həssas şəxs. Bunlara uyğun olaraq xəstəliklərin profilaktikası da 3 istiqamətdə aparılır: infeksiya mənbəyinə, ötürülmə yollarına qarşı yönəlmiş tədbirlər və xəstəliyə həssas insan orqanizminin müqavimətinin spesifik, qeyri-spesifik vasitələrlə yüksəldilməsi. Bir-birini ardıcıl zəncir şəklində əvəz edən bu proses harada qırılsa, o zaman yoluxma baş verməyəcək.
Vaksinin tapıldığı barədə xəbərlər var. Texnologiyanın və tibbin inkişaf etdiyi bir zamanda vaksinin gec tapılması, yaxud istifadə olunmaması cəmiyyətdə narahatlıq yaradır. Proqnozlarınız nələrdir? Vaksinin tətbiqinə nə zaman başlana bilər?
- Tibbin çox inkişaf etdiyi aparıcı ölkələrdə vaksinlə bağlı müəyyən nəticələr var. Lakin bu testlər tam klinik təcrübədən keçməyib, zaman və səbr lazımdır. Qeyd edim ki, insanlar vaksin olmadan da bu virusdan özünü tam qorumaq iqtidarındadır. Axı hələ ki, alternativ yollar var və reallıq olan yerdə ideallıq niyə axtaraq ki? Şübhəsiz ki, spesifik qorunma vasitəsi kimi vaksinin dəyəri inkaredilməzdir. Hələlik maksimal effekt verən vaksin hazırlanmadığına görə mövcud üsulları təqdir və istifadə edərək bu infeksiyaya qalib gələ bilərik. Düşünürəm ki, vaksinə görə əhalinin aşırı dərəcədə narahatlığına, bədbinliyinə əsas yoxdur. Çünki bəşəriyyətə çoxdan məlum olan xeyli infeksion, o cümlədən təhlükəli infeksiyalar var ki, bu günə qədər mükəmməl effektli vaksin hazırlanmayıb. Hazırda isə əsasən bizim sözügedən infeksiyaya yoluxmamağımıza tam zəmanət verən 3 qaydaya məcmu şəkildə riayət etməyimiz yetərlidir. Bunlar tibbi-cərrahi maska (üzbənd), sosial məsafə və əllərin gigiyenasıdır.
Bəzi insanlar deyir ki, virus mövcud deyil, uydurmadır...
- Dünyada nə qədər insan varsa, bir o qədər də fikir müxtəlifliyi hökm sürür. Şəxsən bütün fikirlərə hörmət edirəm. Bu mənim insanlıq borcumdur. Lakin həkimlik borcum SARS-CoV-2 adlanan bu yeni virusun mövcud olduğunu söyləmək və ondan qorunmaq üsullarını aşılamaqdır. Dövlətimiz də bu işdə bütün zəruri tədbirləri görməkdədir.
Pandemiya ilə mübarizədə TƏBİB-in işini necə dəyərləndirirsiniz?
- Bütövlükdə COVID-19 ilə mübarizə yönümündə TƏBİB-in fəaliyyətini müsbət qiymətləndirmək olar. Tək TƏBİB-in deyil, Nazirlər Kabineti yanında Operativ Qərargahın işini də yüksək dəyərləndirirəm. Hər iki qurumun nümayəndələri mütəmadi olaraq brifinq keçirməklə insanları məlumatlandırır, jurnalistlərin çoxsaylı suallarına çevik cavab verirlər. Cəmiyyətimiz də qoyulmuş qaydalara texniki deyil, dərk edərək riayət etməli, dövlət və xalq həmrəyliyini, birliyini nümayiş etdirməlidir. Necə deyərlər, ortaq düşmənimiz olan məkrli virusa qalib gəlmək üçün ortaq insanlığımız olmalıdır.(publika.az)
Akqabay Mıradov
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024