Alman qəzeti İrəvan xanlığından nə yazıb?

11:30 / 08.07.2020
Baxılıb: 2544

Alt-üst olan erməni arqumentləri
Qərb mətbuatında Dağlıq Qarabağ məsələsi ilə bağlı ingilis və alman dillərində gedən materialları izləməyə çalışıram. Təəssüf ki, Qərb mediasında ermənilərə xüsusi simpatiya var. Bu, açıq və net şəkildə ortadadır.

Ancaq bəzən istisnalar da olur. Belə birisi ilə qarşılaşdım. Son dərəcə mükəmməl bir məqalə idi. Yazıda ermənilərin Dağlıq Qarabağın işğalına bəraət qazandırmaq üçün uydurduğu bütün arqumentlər sadalanmış və elmi şəkildə, beynəlxalq qanunlara əsaslanaraq alt-üst edilmişdi. Düşünün ki, müəllif İrəvan xanlığından tutmuş çar Rusiyasının Osmanlı Türkiyəsindən və İrandan Qafqaza köçürdüyü ermənilərin sayına qədər hər şeyi ortaya qoymuşdu. Etnik balansın süni şəkildə dəyişdirilməsinin siyasi səbəbləri aydın şəkildə incələnmişdi.

Elə bil ki, məqaləni bir azərbaycanlı yazmışdı. Müəllifin kimliyi ilə maraqlandım. Məlum oldu ki, yazı, həqiqətən də, azərbaycanlının qələmindən çıxıb.

Asif Məsimov

Söhbət açdığım məqalə “Der Freitag” (Cümə günü) adlı qəzetdə gedib. Bu qəzet paytaxt Berlində 1990-cı ildən çap olunur. Məqalənin müəllifi isə Asif Məsimovdur. O, Beynəlxalq Münasibətlər və Siyasi Elmlər üzrə ixtisaslaşıb. Hazırda Berlinin Humbold Universitetində doktoranturada oxuyur.

“Der Freitag” qəzetinin bir özəlliyi var. Bu qəzet oxucularının şəxsi rəylərinin qəzetdə çap olunmasına imkan yaradır. Görünür, soydaşımız bu imkandan yararlanmağı bacarıb. Deyim ki, “The Guardian”la tərəfdaşlıq edən bu qəzetdə müəllifin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xeyli yazıları gedib. Əlbəttə, bu, son dərəcə müsbət hadisədir və Azərbaycanın dövlət maraqlarının təbliği baxımından xüsusi önəm daşıyır. Qərbdə təhsil alan hər bir soydaşımız bu kimi imkanlardan maksimum dərəcədə yararlanmağa çalışmalıdır. Nə yazıq ki, bu baxımdan ermənilər bizdən ciddi şəkildə irəlidədirlər.

Xocalı faciəsinin ildönümünə həsr olunmuş məqaləsindən söhbət açan müəllif vurğulayır ki, həmin qətliama görə Ermənistan silahlı qüvvələri, bütövlükdə isə bugünkü erməni cəmiyyəti məsuliyyət daşıyır:

“Bir azərbaycanlı bir erməni ilə qarşılaşan kimi hər iki tərəf Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mübahisəli arqumentlər irəli sürür. Qonşular, millətlər, ümumiyyətlə, insanlar arasında müharibə və ya münaqişə həmişə faciəlidir. Müharibədə qalib gələn olmur. Hər bir tərəf nəsə bir şey itirir”.

Deyim ki, Qərb auditoriyası xeyli fərqlidir. Bu auditoriyaya dəyərlər sistemini bilmədən nəsə yazmaq ciddi xətalara tuş gəlmək riski yaradır. Bu baxımdan müəllif peşəkarlıq nümayiş etdirir. Eyhamla bildirir ki, Almaniya mediasının Dağlıq Qarabağ probleminə yanaşması onu bezdirib, çünki bu yanaşmada müəyyən bir qəlib var. Ortada olan yanaşmaya etiraz edən müəllif öz yanaşmasını masaya yatırır. Nəticədə alman oxucusu tamam fərqli bir mənzərə ilə qarşılaşır.

Soydaşımız “Argumentationen Armenien vs. Aserbaidschan” (Azərbaycana qarşı Ermənistanın arqumentləri) adlı məqaləsində yazır ki, dünya nizamı kontekstində "Dağlıq Qarabağ bölgəsi kimə məxsusdur" sualına cavab tapmaq üçün bu tip münaqişələrin həllində istinad edilən beynəlxalq sənədlərə nəzər salmaq lazımdır:

Vestfal sistemi (1648) - Avropada 30 illik müharibənin başa çatmasından sonra qəbul olunmuş sənəd. Həmin müharibə katoliklərlə protestantlar arasında olub. 10 milyondan çox insan qətlə yetirilib. Vestfal sisteminin bir çox müddəaları indi də qüvvədədir.

Pentarxiya (1815) - Avropa konserti (Concert of Europe), yaxud Vyana Sistemi. Napoleon müharibələrinin sona çatdığı 1815-ci ildən I Dünya Müharibəsinin baş verdiyi 1914-cü ilə qədər keçən dövrdə, Avropa dövlətlərinin beynəlxalq arenada siyasi qüvvələr nisbətini nəzərə alaraq hərəkət etmələrini təmin edən sistem.

Versal-Vaşinqton sistemi (1918) - Versal sülh müqaviləsi – Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsdiq edən müqavilə. Versalda (Fransa) Antanta dövlətləri ilə Almaniya arasında 1919-cu il 28 iyunda imzalanmış, 1920-ci il 10 yanvarda qüvvəyə minmişdir.

Yalta və Potsdam beynəlxalq münasibətlər sistemi (1945) - 1945-ci ilin fevralında Yaltada "Böyük üçlüyün" dövlət başçılarının (Çörçill, Ruzvelt və Stalin) görüşü oldu. Yaltada qəbul olunmuş sənəd.

Bəzən Soyuq Müharibənin bitməsindən (1991) sonra yaranmış yeni dünya nizamından da söhbət açırlar. Müəllif vurğulayır ki, 1918-ci ilin mayında üç Qafqaz dövləti (26 may 1918-ci ildə Gürcüstan və 28 mayda isə Ermənistan və Azərbaycan) müstəqilliyini elan edib.

Bundan əvvəl "Ermənistan", "Azərbaycan" və "Gürcüstan" adlı dövlət olmayıb. Bolşeviklərin bu üç Qafqaz respublikasını ilhaq etməsi onların tarixində yeni bir fəsil açdı. Bütün xalqlar birdən-birə “qardaşlaşdılar”. “Xalqlar dostluğu” ermənilərin 1960-cı illərdə Dağlıq Qarabağ və Naxçıvanla bağlı sovet Azərbaycanına qarşı iddialar qaldırana qədər cazibədar görünürdü.

“Dağlıq Qarabağ bölgəsinə baxsaq, bu ərazi I və II Dünya Müharibələrindən sonra Azərbaycanın tərkibində olub. Erməni tərəfinin separatizmi bütün mümkün vasitələrlə əsaslandırmaq cəhdləri yuxarıda vurğuladığımız beynəlxalq sənədlərə və hüquqa ziddir”, müəllif belə yazır və ermənilərin növbəti arqumentinə keçir:

"Sovet respublikaları müstəqillik əldə etdilər, Dağlıq Qarabağ da bu hüquqdan istifadə etdi”, deyirlər. Beynəlxalq hüquq bu problemi daha yaxşı başa düşməyə kömək edir. 1977-ci ildə Sovet İttifaqında müəyyən düzəlişlərlə yeni və son konstitusiya qəbul edildi. Bizi xüsusilə Dağlıq Qarabağa təsir edə biləcək 72 və 86-cı maddələr maraqlandırır. 72-ci maddəyə görə İttifaqa daxil olan Respublikaların Sovet İttifaqından ayrılmasına icazə verildi və bu hüquq yalnız respublikalara aid edildi. Dağlıq Qarabağ o dövrdə yalnız muxtar bölgə hesab olunurdu. 86-cı maddəyə görə isə Sovet İttifaqına daxil olan respublikalarının ərazi dəyişikliyi onların razılığı olmadan həyata keçirilə bilməzdi.

Erməni tərəfi iddia edir ki, Dağlıq Qarabağ erməniləri bir xalq olaraq öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Ancaq "Dağlıq Qarabağ erməniləri" adını daşıyan millət yoxdur. Dağlıq Qarabağ xalqı azərbaycanlılar və digər azlıqlar kimi ermənilərdən ibarətdir. Öz müqəddəratını təyinetmə hüququndan istifadə edən erməni xalqının Ermənistan adlı dövləti var. Öz müqəddəratını təyinetmə hüququ da bir dövlətin ərazi bütövlüyünə tabedir. Bu məqam Helsinki Yekun Aktında da birmənalı şəkildə qeyd olunub. Ermənilər beynəlxalq qanunların üstündən özbaşına xətt çəkə bilməz. Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvləri olaraq hər iki dövlət beynəlxalq hüquqa hörmət etməlidir. Elə bu səbəbdən də BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan bölgələrindən qeyd-şərtsiz çıxarılmasına və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmasına çağırış edən dörd qətnamə qəbul edib”.

Müəllif çar Rusiyası tərəfindən Qafqaza təşkil olunmuş erməni köçündən də söhbət açır.

Yazır ki, 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazisində süni şəkildə "erməni bölgəsi" yaradıldı. Bundan sonra yeni fəth edilmiş əraziləri xristianlaşdırmaq üçün Osmanlı Türkiyəsindən və İrandan sistemli şəkildə ermənilərin köçürülməsinə rəvac verildi və ermənilər həmin ərazilərdə məskunlaşmağa başladı. Ermənilər məskunlaşana qədər keçmiş İrəvan xanlığında milli tərkib təxminən belə idi: 50.000 müsəlman və 20.000 erməni. Naxçıvanda isə 17.000 müsəlman və 2.700 erməni yaşayırdı. Mənbələr göstərir ki, yalnız 1828-1830-cu illər arasında İrandan təxminən 40.000 və Osmanlı İmperiyasından təxminən 84.000 erməni indiki Ermənistan və Dağlıq Qarabağ ərazisində yerləşdirilib. Çar Rusiyası sonrakı illərdə bölgəni erməniləşdirməyə davam etdi:

“Bu məlumatlar indi bu mövzunu araşdıran alman jurnalistlər üçün material ola bilər”, həmyerlimiz bu məqama xüsusi diqqət çəkir.

Asif Məsimov yazır ki, ermənilərin Dağlıq Qarabağla bağlı başqa bir arqumenti odur ki, Stalin bu ərazini Azərbaycana verib.

Bəzi yazarlar konkret sübutu olmayan bu arqumentə istinad edirlər. Həqiqət isə belədir: 5 iyul 1921-ci ildə bolşeviklərin Qafqaz Bürosunun iclası keçirildi. Orada Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına qərar verildi. Dağlıq Qarabağ isə geniş muxtariyyət aldı. Konfrans iştirakçılarından dördü bu yanaşmanı məqbul saydı, üç iştirakçı isə buna səs verdi. Yəni bu qərar heç bir halda Stalinə bağlı deyil.

1918-ci ilin mart-aprel aylarında Azərbaycanın bir neçə şəhərində erməni daşnaklar və bolşeviklər tərəfindən müsəlmanlar və dağ yəhudilərinin qətliam edilməsi faktı barədə alman oxuculara məlumat verən müəllif Sumqayıt və Bakıda baş vermiş pogromlara da toxunur:

“Sumqayıtda baş vermiş qarışıqlıq zamanı 26 erməni və 6 azərbaycanlı öldürüldü. Bu qarışıqlığın əsas təşkilatçılarından biri isə Eduard Qriqorjan adlı bir erməni idi. Ancaq erməni tərəfi bu faktı gizlətməyə çalışır”.

Müəllif Sumqayıtda baş verənlərin Xocalı hadisələri ilə müqayisə etməyin əleyhinə çıxır.

Çünki Sumqayıt hadisələri Sovet İttifaqı dönəmində olub. Xocalı qətliamını isə müstəqil Ermənistan dövləti törədib. Sumqayıt hadisələri zamanı onlarla insan ölmüşdü, Xocalı soyqırımı isə yüzlərlə insanın qətlinə gətirib çıxardı. Mülki insanları qətlə yetirən hərbi cinayətkarlar isə müstəqil Ermənistan Respublikasında ən yüksək vəzifələrə sahib oldular:

“Əlbəttə ki, bir empatik insan olaraq, hər bir ermənin qətlinə görə kədərlənirəm. Burada heç bir güzəştdən söhbət gedə bilməz. Səhvlərimizi qəbul etməliyik. Ermənilər də Xocalı soyqırımına görə üzr istəməlidir. Azərbaycanlılar da erməni qurbanlarının yaxınlarına başsağlığı verməlidir”.

Məqalənin sonunda müəllif son qənaətini açıqlayır:

“Nə qədər ki, erməni qoşunları Azərbaycan ərazisindədir, Azərbaycandakı məcburi köçkünlər evlərinə qayıda bilmir, dünya birliyi və media bu problemə ikili standartlar prizmasından baxır, bölgəmizdə əmin-amanlıq olmayacaq...”

Elbəyi Həsənli, Sürix

P.S Məqalənin müəllifi Asif Məsimovla əlaqə saxlamağa çalışacağıq. Şübhəsiz ki, 2016-cı ildən Almaniyada yaşayan alimin fikirləri oxucularımız üçün maraqlı olardı.

https://www.freitag.de/autoren/masimov/argumentationen-armenien-vs-aserbaidschan

 


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər