"Pressklub.az” saytının müxbiri Seymur Kazımov Cəbrayıl və Qubadlı rayonlarının ərazisindən reportaj hazırlayıb.
Goyce.az həmin reportajı təqdim edir.
Cəbrayıl: Bəlkə də, bir zamanlar bu yurdları bir-birindən ayırmaq olardı, indi isə onlar yalnızca üstündə adları yazılmış mavi lövhələrlə fərqlənirlər.
…Bir neçə dəqiqədən sonra tamam fərqli məkana daxil oluruq: parça-parça olmuş asfalt, yöndəmsiz hala düşmüş yol, dağıdılmış bir və ikimərtəbəli boz evlər, dizdən yuxarı qalxan saralmış otluqlar… Evlər var ki, yerlə yeksan olub, otların altında qalıb. Bəlkə də, yaz aylarında bu mənzərə yaşıllıqlar içərisində başqa cür görünür. Amma bütün hallarda 28 ildir insanların tərk edilməyə məcbur olduqları məskəndə bütün canlı aləm tək kollardan və uçuq evlərin divarlarını dəlib boy atan ağaclardan ibarətdir. 1993-cü ilin 23 avqustunadək burada həyat vardı, insanlar yaşayırdı, təsərrüfatla məşğul olurdu, uşaqlar həyətdə oynayırdı. 28 il əvvəl həyətlərdəki uşaq səslərini avtomat şaqqıltısı, top gurultusu və asfaltı əzib yararsız hala salan hərbi maşınların uğultusu əvəz etdi. Bundan sonra ətrafa dərin sükut çökdü, çünki o gündən sonra burada kimsə yaşamadı. Cəbrayıllılar doğma yurdlarından didərgin salındılar, Azərbaycanın 58 rayonunda 2000-ə yaxın məntəqədə məskunlaşdılar.
2016-cı ilin aprelində işğaldan azad olunmuş Lələtəpə yüksəkliyi istiqamətindən Cəbrayıl rayonuna doğru irəliləyirik. Cəbrayılın yalnız bir kəndi – Cocuq Mərcanlı 1994-cü ildə azad edilib, Lələtəpə strateji yüksəkliyi də geri qaytarıldıqdan sonra kənddə yaşayış bərpa olunub.
Amma bu il sentyabrın 27-dən bəri Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl şəhəri də daxil olmaqla, rayonun əksər kəndləri Ermənistan Silahlı Qüvvələrindən təmizlənib.
İlk qarşımıza çıxan Şəybəy Quycaq kəndidir. Bu kənd yuxarıda təsvir etdiyim reallığın ilk nümunəsidir. Yəni, burada onilliklərlə həyat olmayıb. Avtobusumuz yöndəmsiz yolla irəlilədikcə işğaldan azad olunmuş kəndlərin yerləşdiyi istiqamətləri göstərən lövhələr arxada qalır: Böyük Mərcanlı, Mehdili, Əmrivarlı, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Soltanlı, Göyərçinveysəlli…
Bəlkə də, bir zamanlar bu yurdları bir-birindən ayırmaq olardı, indi isə onlar yalnızca üstündə adları yazılmış mavi lövhələrlə fərqlənirlər. Bütün kəndlər bir-birinin eynidir: uçuq evlər, təsərrüfatlar, köhnə divarlar arasından boylanan ağac budaqları, ilin fəslinə uyğun saralmış otlar. Qəbristanlıqlar da dağılıb, baş daşlarının əksəriyyəti sındırılıb, aşırılıb. Salamat qalanlar ot-ələf içərisində itib-batıb. Ərazidə xidmət aparan hərbçilər “marşrut”dan çıxmağa, dağıntılara yaxın getməyə icazə vermirlər: minaların, digər partlayıcı sursatların olması təhlükəsi var, əvvəl ərazilər təmizlənməlidir. Ona görə, hələ ki kənardan müşahidə aparırıq.
Cəbrayılda evlərin 90 faizi dağıdılmış olsa da, bəzən yeni tikiliyə rast gəlmək mümkündür. Bunlarda isə azərbaycanlıların yaşamadığı dəqiqdir. Elə sahələr var ki, becərilib, üzüm tənəkləri əkilib. Adda-budda sahələrin suvarılması üçün qurğular, hətta fermer təsərrüfatları gözə dəyir. Hərdən işğaldan öncə salınmış üzümlüklərə rast gəlinir, amma anlaşılır ki, bunlara son dəfə azı 28 il əvvəl qulluq göstərilib. Ümumilikdə isə kəndlərdə yaşayış yox dərəcəsində olub. Yeganə istisnalar bu dediyim tikili və təsərrüfatlar, bir də hərbçilər üçün qərargah, kazarma və şəhərcikdir.
İşğaldan öncə Cəbrayılda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib. İndi onların heç birindən əsər-əlamət qalmayıb.
Ancaq… Cəbrayıla həyat qayıdır! Mülki geyimdə insanlar və nəqliyyat vasitələri görünür. Onlar işıq dirəkləri basdırırlar. Bir qədər qabaqda mobil şəbəkə avadanlığı quraşdıran ustalara da rast gəlirik. Onlar bu yerlərə gəlib çıxmış jurnalistə təəccüblə baxırlar.
Qubadlı: Cəbrayıldan fərqli olaraq, ermənilər Qubadlını fəal məskunlaşdırırdılar
Cəbrayılın kəndlərini birləşdirən magistralın sonunda yol ikiyə bölünür: sola döngə Zəngilana, düzünə yol Qubadlıya aparır. Biz öncədən cızılmış marşrutla Qubadlıya gedirik.
İlk kənd Balasoltanlı kəndidir. Cəbrayıl haqqında dediklərimizin çoxu Qubadlıya da aiddir: burada da əsasən çay daşlarından tikilmiş evlər və təsərrüfat sahələri dağılıb, asfalt köhnə və yöndəmsizdir. Yol kənarlarında müxtəlif vaxtlarda kəsilmiş ağacların kötükləri qalıb. Qəbristanlığın da aqibəti eynidir. Qəbirlərə yaxınlaşa bilməsək də, onlardan bəzilərinin açıldığını kənardan görmək çətin deyil. Görəsən, nəylərinə lazımmış?..
Ancaq Cəbrayıldan fərqli olaraq, Qubadlıda işğaldan sonra tikilmiş xeyli yaşayış evinə rast gəlmək mümkündür. Kəndlərdə erməni hərbçiləri ilə bərabər, mülki əhali yaşayıb, hətta xeyli xidmət obyekti işə salınıb. Ərazidə məskunlaşdırılmış erməni əhalisi əsasən heyvandarlıqla məşğul olub. Qubadlının Laçın istiqamətindəki əksər kəndlərdə mağazalar, telefon və mobil nömrə satışı dükanları, yanacaqdoldurma məntəqələri mövcuddur, orta məktəblər fəaliyyət göstərib. Laçınla həmsərhəd olması rayona xüsusi diqqət tələb edib. Burada son illər salınmış böyük hərbi şəhərcik də var.
Qubadlıdan Laçına gedən yolRayonun ən sonuncu – Laçınla həmsərhəd Muradxanlı kəndində yerləşən məktəb binasında hərbi hazırlıq sinfinə daxil oluruq. Burada şagirdləri sanki hərbi akademiyaya daxil olmaq üçün hazırlayırmışlar. Silahların texniki göstəriciləri, partlayıcıların tərkibi, toplar və raketlər barədə detallı bilgilər, səngərlərin qazılması texnologiyası, təhlükəsizlik zonalarının yaradılması haqqında məlumatlar və s… Sinif otağının divarlarından bütün bunları əks etdirən şəkil və plakatların asılması məhz belə deməyə əsas verir.
Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü ildə işğala məruz qaldı. Bugünədək 30 min nəfərdən artıq Qubadlı sakini respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşıb. Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.
Qubadlı oktyabrın 20-də Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğaldan azad edilib.
Rayonun ərazisi hələ də atəşə tutulur, çünki o, Laçınla həmsərhəddir və döyüşlər bu istiqamətdə davam edir.
Gündüzü “boz”, gecəsi “ağ” olan bu yurdlar
Cəbrayıl və Qubadlının azad edilmiş məntəqələrinə baş çəkdikdən sonra geri qayıdırıq. Bərbad vəziyyətdə olan yolla gün işığında getmək asan deyil, o ki qalsın gecə: mülki təyinatlı nəqliyyat vasitəmiz indi daha çətinliklə hərəkət edir. Aydındır ki, yolda işıqlar hələ qurulmayıb. Ətrafa tam qaranlıq və səssizlik çöküb. Bu səssizliyi ara-sıra hərbi maşınların səsi pozur. Dağıntılara məruz qalmış kəndlərdəki evlər zülmətdə ağ təpələri xatırladır. Maşın işığında sarı otlar parıldayıb tez də sönür.
Bu mühit adamda sözlə ifadə edilməyəcək dərəcədə psixoloji gərginlik yaradır. Sanki hansısa bir qüvvə səni çiyinlərindən aşağıya doğru basır. 28 il burada gecəli-gündüzlü belə bir atmosfer hökm sürüb. Sizə təqdim etdiyimiz istisnaları çıxmaqla, həmin illər ərzində burada həyat olmayıb. İstisnalar isə atmosferin gərginliyini daha da artırmağa, qabartmağa xidmət edib.
Gündüzü “boz”, gecəsi “ağ” olan bu yurdlar artıq azadlıqdadır! Əsas olan da budur.
Həyat bu torpaqlara qayıdır. Qubadlıda olarkən Bakıdan bir neçə zəng gəldi. Rahat danışdıq
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024