27 sentyabr səhər saat 06:00-da düşmən ard-arda yaşayış olan kəndlərimizi vuranda, mən Tərtərdə idim, partlayış səsindən sonra oyandım, tez əynimi geyindim, oturdum maşına gəldim Tərtər Polis İdarəsinin qarşısına, demək olar mülki əhali şəhəri tərk edirdi, texnikaların, hərbi kolonların intensiv hərəkəti var idi; Babək Səmidli ilə əlaqə saxladım. Babək olanlardan təbiki xəbərdar idi, hadisə ilə əlaqədar Tərtərə gəlirdi, dedim, mən də buradayam, məni də özünlə götür.
Saat 06:45 olardı. Rahim müəllimlə idarənin qarşısına gəldilər, mən maşınımı elə orada qoydum, birlikdə Goranboy istiqamətinə yola düşdük.
Saat 07:30-da bütün cəbhə boyu şiddətli raket, artilleriya atəşi başladı, bizim atəşdən 20 dəqiqə sonra ermənilərin cavab atəşi başladı.
Təqribən 38 dəqiqə davam edən artilleriya atəşindən sonra canlı qüvvənin düşmənin müdafiə xəttin yarmaq üçün hücumu başladı.
Komanda idarəetmə məntəqəsindən polkovnik Babək Səmidli, Rahim müəllim və mən döyüşü izləyirdik. Ən mükəmməl peşəkarlıqla çəkilən Hollivud müharibə filmi yalanıydı bu səhnənin yanında. “Sıravi Raynın xilas edilməsi” filmində müttəfiq qoşunların dənizdən üzü yuxarı düşmənin gücləndirilmiş beton mövqelərinə qarşı hücum səhnəsi ilə eyni səhnə yaşanırdı.
Canlı qüvvəmiz düşmənin 27 ildi tikib möhkəmləndirdiyi mövqelərə qarşı döyüşə-döyüşə irəliləyir, həmçinin tanklarımız və BTR-82A, BMP-3-lər.
Ermənilər möhkəm tikdikləri dodlardan yağış kimi yağdırırlar pulemyotlardan, bir tərəfdən minomyot dayanmır, həm texnikaya, həm də şəxsi heyətə Kornet, Faqotdan durmadan atırdılar.
Düşmənin qazdığı xəndəyin qabağında vurulan texnikalarımız alışıb-yanır, içində heyət olan da var idi.
Çox dəhşətli səhnə yaranmışdı, vəziyyət çox pis idi.
Düşmən çox güclü, şiddətli müqavimət göstərir. Bir anlıq "yox biz bacarmıyacıyıq" kimi fikirlər adamın ağlına gəlirdi.
Polkovnik Babək Səmidli Korpus komandirinə dedi: “Cənab general, icazə verin uşaqların yanına gedim, onlara döyüş meydanında kömək edim, arxadan gələn ehtiyatları düzgün yönləndirim”.
Korpus komandiri bir az Babəkin üzünə baxdı-baxdı dedi: “Get, amma ehtiyatlı ol, tək getmə, polkovnik Şıxıyev Həbib də səninlə getsin”.
Həmən çətin anlarda ilk qələbə xəbərin polkovnik Nəsimi Şıxəliyev verdi. Ratsiyada məruzə etdi ki, Murovdağ 3340 yüksəkliyi Tərtər əlahiddə kəşfiyyat taboru tərəfindən götürüldü,erməni bayrağı endirilib, Azərbaycan bayrağı dalğalanır.(Həmən yüksəkliyin götürülməsində 1-ci ordu korpusunun Həmlə taboruda iştirak etdi, atəş dəstəkdə həmlənin uşaqları idi)
Ratsiyada kimsə qışqırdı ki, “ura-ura... eşq olsun sənə Nəsimi, eşq olsun!
Sən Murov Qartalısan!”
Nəsimi soyuq səslə cavab verdi ki, başqa ad fikirləşin, Murov Qartalı şəhid qardaşımız Raquf Orucovdur.
Polkovnik Nəsimi Şıxəliyev məruzə edəndə saat 18:00 olardı, bir az sonra N saylı briqadanın komandiri polkovnik-leytenant Səxavət Baxışov məruzə etdi ki, Talış kəndin solundakı 482 yüksəkliyi İbişin rəhbərliyi ilə kəşfiyyat bölüyü tərəfindən götürülüb, bizdədi (İbiş deyəndə kəşfiyyat rəisi İbişov Bayramı nəzərdə tuturdu).
Əsas hücum istiqamətində isə çox güclü döyüş gedirdi.Ordumuz iki istiqamətdən cəbhəni yarmışdı.
Bir istiqamətdə döyüş meydanında ümumi rəhbərliyi korpus komandirinin müavini Polkovnik Teymur Məmmədov edirdi.
Polkovnik-leytenant Səxavət Baxışov öz briqadası ilə irəliləyirdi, yanında polkovnik-leytenant Elxan Hüseynov, polkovnik-leytenant Əfqan Əbdürrəhmanov, tabor komandirləri polkovnik-leytenant Soltan Məmmədov, mayor İntiqam Əmirov var idi(adların unutduğum qardaşlarımız üzürlü saysın)
Digər istiqamətdə N saylı briqadaya polkovnik-leytenant Orxan Rzayev rəhbərlik edirdi, Orxan Rzayev öz briqadası yanında isə korpus komandirinin müavini polkovnik Teymur Məmmədov, Polkovnik-leytenant Zeynalov Cabir, Polkovnik-leytenant Mövlanov Tərlan, Mayor Bağıyev Mirdamətdə var idi.
Hər iki briqadamız hərəsi 2 taborla günün sonuna yaxın düşmənin 3 eşalonlu müdafiə xəttin yarıb, texnikakalarımızı düşmənin qazdığı xəndəklərdən keçirdə bildilər. Düşmənin Talış kənd istiqamətində müdafiə xətti yarılandan sonra Səxavət Baxışovun bölmələri 831 yüksəkliyinə doğru, Orxan Rzayevin bölmələri isə 701 yüksəkliyinə doğru hərəkət edirdilər.
Hər iki yüksəklik artilleriya, aviasiya ilə vurulsa da, elə bil heçnə olmamışdı, çünki ermənilər orada beton bunkerlərdən böyük sığınacaqlar tikmişdilər. Ermənilərin ən ciddi müqaviməti Ağuçuq deyilən yerdə idi. Təqribən 100 yaxın erməni xüsusi təyinatlıları o istiqamətdən bölmələrimizi iki yerə ayırmaq üçün əks həmləyə cəhd edirdilər.
Səxavət Baxışov tanklarla 831 yüksəkliyinə irəliləyərkən dar dağ yolunda təsadüfən ermənilərin 1 bölük qüvvəsi ilə rastlaşdı.
Ermənilər 10-na yaxın kamaz, uralla ön xəttə köməyə gəlirmişlər, hamısın əzib keçmişdilər (çəkilişi var).
701 yüksəkliyində çox güclü döyüş başlamışdı. Axşam saat 22:00 olardı, hələ də döyüş davam edirdi. Bölmələrimiz heç cür irəliləyə bilmirdi.
Düşmənin atəş mövqeləri o qədər güclü idi ki, iki dəfə Su-25 oranı vurdu, yenə də xeyri olmadı.
Polkovnik Teymur Məmmədov ratsiyada qışqırırdı ki, TOS-1 göndərin yanıma təcili... təcili...
Polkovnik Babək Səmidli TOS-1 gətirtdi. Tapqaraqoyunludan incə çayı keçirdib Polad Postu tərəfə TOS-1 sürən mexanik postdan qabağa baxanda rəngi qaçdı... Texnikalar vurulub, minaya düşən kim və s.
Dedi ki, cənab polkovnik, gedə bilmərəm, vuracaqlar.
Babək müəllim dedi: “Bunlar səhər vurulandı, narahat olma, ala-ala getmişik”.
Mexanik yenə razı olmadı. Babək müəllim onunla necə danışdısa, mexanik oturdu maşına, siqareti qoydu ağzına, öz xoduna yavaş-yavaş getməyə başladı.
Babək müəllim mənə dedi ki, gir bunkere bunu indi vursalar, atom bombası kimi partlayacaq.
Mexanik asta-asta sürürdü. Babək müəllim də yazıq-yazıq baxıb deyirdi: “Ayə, sür... ayə, sür, erməni görür səni, vuracaq indi”.
Mexanikin amma bundan xəbəri yox idi, çünki Babək müəllim onu elə inandırmışdı ki, 4-5 km aralandı bizdən və arxadan Babək müəllim gecəgörmə ilə baxıb dayanmadan Allaha yalvarırdı ki, vurulmasın.
Allahın qisməti idiki TOS-1 vurulmadı və çox rahat şəkildə düşdü erməni valına. Vala düşəndə Babək müəllim çökdü yerə, dərindən nəfəs aldı.Texnika ora təqribən 15 dəqiqəyə çatdı, amma elə bil 15 il keçdi həyatımızdan. Babək müəllim Polad postundan idarə edirdi bölmələri, ilk açılan təminat yolu da buradan idi. Artilleriya yağışı altında mühəndis-istehkamçılarımız Polkovnik-leytenant Hüseynov Xaliqin başçılığı altında dayanmadan işliyirdilər.
Erməni təminat yolun bildiyi üçün gecə bu istiqamətə təqribən 10 yaxın Smerc raketi atdı.
Polad postunda texnikaların yanında olan Babək Səmidlinin yanına düşən raket açılmadı, sancıldı qaldı orada(hələ də qalırdı son vaxtlara kimi).Rəhmətlik zarafatca mənə dedi ki, görürsən, ibadətin bir xeyri var, Allah saxladı bizi sən tək olsaydın açılacaqdı, nə qədər gec deyil, gəl ibadətə)
Bir raket bizdən 300-400metr aralıda olan tankın üstünə necə düşdüsə tankın sepində görmədim, sadəcə dəhşətli bir partlayış oldu. Ətrafımıza düşən raketlərdən 2-si partlamadı ümumilikdə.
TOS-1 gecənin o zülmətində 701 yüksəkliyin cəhənnəmə döndərdi, erməni komandanlığı bəlkə də, şokda idi ki, bu necə oldu.
Gecə saat 03:00 olardı. Orxan Rzayev, Teymur Məmmədov 701 yüksəkliyindən məruzə etdilər ki, yüksəklik bizdədi.
Polkovnik-leytenant Səxavət Baxışovun briqadası 831 yüksəkliyin də alınmışdı artıq.
Səxavət Baxışov hücuma ara vermiyib Arakəsər dağının üstünə çıxıb Suqovuşanı mühasirəyə almaq üçün 1353 yüksəkliyinə doğru irəliləyirdi. Düşmənin 6-cı dağatıcı alayı, əlahiddə tank batalyonu, 193 nömrəli əlahiddə desant taboru və xeyli qüvvəsi mühasirəyə alınmışdı.
Ermənilər bizi Talış və Suqovuşanda gözlədiyi halda, bizim qüvvələr yaşayış məntəqəsinə yox, Arakəsər dağına çıxaraq ermənilərin 6-cı və 7-ci alaylarının əlaqəsin kəsərək Suqovuşanın arxasındakı hakim yüksəkliklərə çıxmışdılar və ona görə də ermənilər pərən-pərən olaraq qaçmağa başladılar.
Düşmənin ilk gün 30-dan çox tankı vurulmuşdu, 10-larla texnikanı qoyub qaçmışdılar. Hər yer erməni leşi idi.
Tankların bir çoxun Mayor Mirdamət Bağıyevin TƏİR heyəti bəzilərin yaxın döyüşdə RPQ-7 ilə əsgərlərimiz vurmuşdu.
Həmən gün HAROP-larda havadan dəstək verirdi. Düşmənin bir necə strateji obyektləri Haroplar tərəfindən vuruldu.
Gecə səhərə yaxın erməni Xüsusi təyinatlıların 701 yüksəkliyi istiqamətində güclü əks-hücumu başladı. Çox kritik vəziyyət yaranmışdı. Polkovnik Teymur Məmmədov ratsiyada təcili kömək istiyirdi. Şəhid polkovnik-leytenant Təhməzov Elzamin kışfiyyat bölüyü ilə ora köməyə 15 dəqiqə gec çatsaydı bəlkədə yüksəklik getmişdi. Babək Səmidli Elzaminə dedi ki, təcili bu yolla özünü çatdır ora, Elzamin dediki bura yoxlanmıyıb, minalıdı. Babək dedi, heçnə olmaz, burdan kəsə basın keçin. Xoşbəxtlikdən minaya düşən olmadı, uşaqlar özlərin çatdırdı. N saylı briqadanın kəşfiyyat bölüyü 9 şəhid versədə əks hücumu saxlayıb erməni xüsusi təyinatlılarına ciddi itki verdirərək geri oturtdular(kəşfiyyat bölük komandirinin adı Şəhriyar idi səhv etmirəmsə, ”Azərbaycan Bayrağı” ordeninə layiq görüldü).
Tofiq Şahmuradov
“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY
04.10.2023BABACAN
03.10.2023Xankəndidə torpaq satan dəli qadın
23.09.2023ŞAİR SALMAN QARALAR
22.09.2023Qərbi Azərbaycan İcmasından
21.09.2023BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR
14.09.2023RƏŞADƏTLİ RƏŞADƏT
13.09.2023HƏSRƏTİN POETİK QEYDLƏRİ
13.09.2023ƏLLİ YAŞIN İŞIĞINDA
09.08.2023ZOD
06.08.2023DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN
27.07.2023SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI
04.07.2023NƏRİMANLI (HÜSEYNQULUAĞALI)
20.06.2023QƏRİB MƏZAR
13.06.2023SARIYAQUB
06.06.2023TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
28.04.2023GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)
24.04.2023Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar
11.04.202331 Mart - unutmayacağımız tarix
31.03.2023Basarkeçər rayonu Dərə kəndi.
30.03.2023Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022